Okaphtor 0,3 % 5 ml göz damcısı
| Təsiredici maddə | CIPROFLOXACIN |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Göz və qulaq preparatları. Mikrobəleyhinə preparatlar |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OKAFTOR 0,3% göz/qulaq damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq (3mq/ml) siprofloksasin (hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: natrium asetat trihidrat, dinatrium edetat , mannitol, benzalkonium xlorid, buzlu sirkə turşusu, təmizlənmiş su.
Təsviri
Şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Göz və qulaq preparatları. Mikrobəleyhinə preparatlar. ATC kodu: S03AA07.
Farmakoloji xüsusiyyətləri
Flüorxinolon törəməsi olub, mikrob əleyhinə preparatdır. Bakterisid təsir göstərir. DNT-girazanı inhibə edir (nüvəli RNT ətrafında xromosom DNT superspiralizasiya prosesinə məsuliyyətli topoizomeraza II və IV, bu isə genetik məlumatı yoxlamaq üçün lazımıdır), DNT sintezini, bakteriaların böyüməsi və bölünməsini pozur, nəzərəçarpan morfoloji dəyişikliklərə (o cümlədən hüceyrə divarının və membranın) və bakterial hüceyrənin tez məhv olunmasına gətirir. Qram-mənfi mikroorqanizmlərə qarşı sabit və bölünmə dövründə bakterisid təsir göstərir (çünki yalnız DNT-girazaya təsir etmir, həmçinin hüceyrə divarının lizisinə gətirir), qram-müsbət mikroorqanizmlərə qarşı isə – yalnız bölünmə dövründə təsir edir. Makroorqanizmin hüceyrələri üçün aşağı toksikliyi onların daxilində DNT-girazanın olmaması ilə əlaqədardır. Siprofloksasinin qəbulu fonunda giraza inhibitorlar qrupuna aid olmayan digər antibiotiklərə qarşı davamlılığın paralel yaranması baş vermir, bununla əlaqədar preparat aminoqlikozidlərə, penisillinlərə, sefalosporinlərə, tetrasiklinlərə və digər çoxsaylı antibiotiklərə qarşı davamlı olan bakterialara qarşı çox effektivdir. Siprofloksasin aşağıdakı qram-mənfi aerob bakteriyalara qarşı: Escherichia coli, Salmonella spp., Shigella spp., Citrobacter spp., Klebsiella spp., Enterobacter spp., Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Hafnia alvei, Edwardsiella tarda, Providencia spp., Morganella morganii, Vibrio spp., Yersinia spp., Haemophilus spp., Pseudomonas aeruginosa, Moraxella catarrhalis, Aeromonas spp., Pasteurella multocida, Plesiomonas shigelloides, Campylobacter jejuni, Neisseria spp.; və qram-müsbət aerob bakterialaq qarşı aktivdir: Staphylococcus spp. (Staphylococcus aureus, Staphylococcus haemolyt- icus, Staphylococcus hominis, Staphylococcus saprophyticus), Streptococcus pyogenes, Streptococcus agalactiae. Preparat , həmçinin bəzi hüceyrədaxili törədicilərə qarşı aktivdir (Legionella pneumophila, Brucella spp., Chlamydia trachomatis, Listeria monocytogenes, Mycobacterium tuberculosis, Mycobacterium kansasii, Corynebacterium diphtheriae). Preparata qarşı Streptococcus pneumoniae, Enterococcus faecalis, Mycoplasma hominis, Gardnerella spp., Mycobacterium avium-intracelluları zəif həssasdırlar (onları məhv etmək üçün yüksək konsentrasiyalar tələb edilir). Bacteroides fragilis, Pseudomonas cepacia, Pseudomonas maltophilia, Ureaplasma urealyticum, Clostridium difficile, Nocardia asteroides preparata qarşı davamlıdirlar. Preparat Trеponema pallidum-a qarşı qeyri-aktivdir. Metisillinə qarşı davamlı stafilokokkların əksəriyyəti, həmçinin siprofloksasinə qarşı rezistentlik göstərirlər. Həssas törədicilərin rezistentliyi yavaş-yavaş əmələ gəlir, çünki bir tərəfdən siprofloksasinin təsirindən sonra persistəedici mikroorqanizmlər praktik olaraq qalmır, digər tərəfdən isə – bakterial hüceyrələrdə onu inaktivləşdirən fermentlər yoxdur.
İstifadəsinə göstərişlər
Okaftor antibakterial aktivliyi olan dərman qrupuna aiddir. Bu qrupa göz və qulağın iltihabını törədən mikroorqanizmlərə qarşı geniş spektrli təsiri olan flüorxinolonlar daxildir (bu halda siprofloksasin). Preparat, siprofloksasinə qarşı həssas mikroorqanizmlərlə törədilmiş infeksiyaların müalicəsi üçün istifadə edilir: – Buynuz qişanın bakterial xorası, göy-irin çöpləri, qızılı stafilokokklar, Serratia marcenscens, Staphylococcus epidermidis, Streptococcus pneumoniae ilə törədilmiş keratit ; – Qızılı stafilokokklar, Staphylococcus epidermidis, Streptococcus pneumoniae ilə törədilmiş bakterial konyunktivit ; – Blefarit və göz qapaqlarının digər infeksiyaları; – Dakriosistit; – Göz travmalarında infeksion ağırlaşmalarının müalicə və profilaktikası; – Orta qulağın xronik otitinin residivləri (deşilmiş qulaq pərdəsindən sekresiyanın əmələ gəlməsində – göy-irin çöpləri mikroorqanizmləri tez-tez iştirak edir); – Qulaq infeksiyalarının siprofloksasinə-həssas bakteriyalarla törədilmiş digər formaları.
Əks göstərişlər
Siprofloksasinə və ya Okaftor -un hər hansı bir komponentinə və ya digər flüorxinolonlara qarşı allergiya (yüksək həssaslıq), virus keratiti, 1 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın istifadəsi zamanı kontakt linzalardan istifadə edilməməlidir. Okaftor istifadə etdikdə aşağıdakı hallarda xüsusilə ehtiyatlı olmaq lazımdır: – göz qapaqlarında kəskin qaşınma, ödem, gözlərin qızarması, ağrı və ya qulaq seyvanından irinli ifrazatın güclənməsi, səpgilər və ya ağır allergik reaksiyaların digər əlamətləri olduğu zaman Okaftor preparatının qəbulunu ləğv edib, dərhal həkimə müraciət edin. – Antibakterial preparatların uzunmüddətli istifadəsi təkrar infeksiyaya gətirə bilər. Superinfeksiya baş verərsə, müalicənin düzgün korreksiyası üçün dərhal müalicə həkiminizə müraciət edin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Beta-laktam antibiotiklərlə, aminoqlikozidlərlə, vankomisinlə, klindamisinlə, metronidaziolla birlikdə aktivliyi artır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Insan üçün adi sutkalıq dozadan 6 dəfə üstün dozaların istifadəsi ilə heyvanlar üzərində reproduktivliyin müayinələri Okaftor preparatın təsiri nəticəsində fertillik pozulmalarını və ya teratogen əlamətlərini aşkar etməyib. Lakin, hamilə qadınlar üzərində yaxşı nəzarətli müayinələrin məlumatları yoxdur, buna görə hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.
İstifadə qaydası və dozası
Okaftor müalicə həkiminin göstərişləri üzrə istifadə edilir. Oftalmologiya: Buynuz qişanın bakterial xorası: birinci gün – Okaftor konyunktival kisəciyə 6 saat ərzində hər 15 dəqiqən bir 2 damcı damızdırılır, sonra isə hər 30 dəqiqədən bir 2 damcı. Ikinci gün: 2 damcı Okaftor 1 saatlıq fasilə ilə. 3-14-cü günlər: hər 4 saatdan bir 2 damcı. Bakterial konyunktivit və ya blefarit: ilk 2 gün – hər 2 saatdan bir 1-2 damcı. 3-7-ci günlər – hər 4 saatdan bir 1-2 damcı. Otorinolarinqologiya Xarici qulaq keçidinin yaxşı-yaxşı təmizlənməsindən sonra gündə 2-4 dəfə 3-4 damcı. Qulağa damızdırmaq üçün xəstənin başı iltihab ocağına əks tərəfə əyilir və damızdırıldıqdan sonra belə vəziyyətdə 5-10 dəqiqə ərzində saxlanılır. Müalicə müddəti 5-10 gündən çox olmamalıdır. Digər göz damcıları ilə birlikdə istifadə etdikdə müxtəlif dərmanların damcılarının instillyasilarının arasında fasilə10 dəqiqən az olmamalıdır. Damızdırılmadan əvvəl əllər yuyulmalıdır. Damcıladıcı ilə flakonun qapaqcığına və ya göz ətrafına toxunmaq olmaz, çünki bu damcıladıcının bakteriyalarla infeksiyalaşmasına gətirə bilər, hansılar ki, gözlərin təkrar infeksiyasına və nəticədə göz üçün ağır fəsadlara, hətta korluğa gətirə bilər. Göz və qulaq üçün eyni damcıladıcı –flakonu istifadə etməyin. Həkimin məsləhəti olmadan dozalamanı dəyişdirmək olmaz. Müalicənin ləğv olunmasına ehtiyac olarsa, həkimlə məsləhətləşin. Göstərilən müddətdən çox Okaftor preparatını istifadə etdikdə müalicə həkiminizlə məsləhətləşin. Okaftor preparatını təsadüfən daxilə qəbul etdikdə dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır. Əgər Siz Okaftor -u vaxtında istifadə etməmisinizsə Əgər Siz preparatı vaxtında damızdırmağı unutmusunuzsa, onu mümkün qədər tez istifadə etmək lazımdır. Qaçırılmış dozanı əvəz etmək məqsədi ilə ikiqat doza istifadə etməyin.
Əlavə təsirləri
Yerli reaksiyalar: allergik reaksiyalar, qaşınma, yandırma, konyunktivada yüngül ağrı və hiperemiya, ürəkbulanma mümükündür; nadir hallarda – göz qapaqlarının ödemi, işıqdanqorxma, göz yaşının axması, gözdə yad cismin olduğu hissi, damcılanmadan dərhal sonra ağızda xoşagəlməz dad, görmə qabiliyyətinin zəifləməsi, buynuz qişanın xorası ilə xəstələrdə ağ kristal presipitatın əmələ gəlməsi, keratit, keratopatiya, buynuz qişasında ləkələrin və ya infiltrasiyanın əmələ gəlməsi.
Doza həddinin aşılması
Göz damcısı formasında istifadə etdikdə Okaftor -la doza həddinin aşılması üzrə məlumat yoxdur. Okaftor -un daxilə istifadəsi zamanı doza həddinin aşılmasının spesifik simptomları yoxdur. Müalicəsi: mədənin yuyulması, qusdurucu preparatların istifadəsi, çoxlu miqdarda mayenin yeridilməsi, sidiyin turş reaksiyasının yaranması, əlavə – hemodializ və peritoneal dializ; bütün tədbirlər həyati vacıb funksiyaların dəstəklənməsi fonunda keçirilir.
Buraxılış forması
5ml məhlul müvafiq olaraq 5 ml- həcmli, ağ rəngli damcıladıcı-tıxacla bağlanmış polietilen qapaqcıqla bərkidilmiş flakonda. 1 flakon etiketlənmiş içlik vərəqlə ilə üzəri yazılı karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yuxarı olmayan temperaturda, istehsalçının qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra göz damcısı 4 həftə ərzində istifadə edilməlidir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«K.O.Romfarm Kompani S.R.L», Rumıniya, Ilfov, 075100 Otopeni şəh., Eroilor №1А küç.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.