Nebiworld 5 mq N28 tablet

Təsiredici maddə: NEBIVOLOL
Təsiredici maddəNEBIVOLOL
Dərman formasıTablet
Farmakoloji təsirÜrək-damar sisteminə təsir göstərən vasitələr. Selektiv β-blokatorlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NEBİVORLD tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nebivolol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq və ya 5 mq nebivolol (nebivolol hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, natrium kroskarmelloza, hipromelloza, susuz kolloid silisium dioksid, maqnezium stearat.

Təsviri

Nebivorld 2,5 mq: ağ və ya ağımtıl rəngli yumru ikitərəfli qabarıq tabletlər. Nebivorld 5 mq: bir tərəfində xaçşəkilli riskası olan, ağ və ya ağımtıl rəngli yumru ikitərəfli qabarıq tabletlər.

Farmakoterapevtik qrupu

Ürək-damar sisteminə təsir göstərən vasitələr. Selektiv β-blokatorlar. ATC kodu: C07AB12.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Nebivolol β-adrenoreseptorların blokatoru hesab olunur. Sürətli metabolizatorlarda (əksər insanlar) və 10 mq və daha az dozalarda istifadəsi zamanı nebivolol əsasən selektiv β -blokator1 hesab olunur, ləng metabolizatorlarda və daha yüksək dozalarda istifadəsi zamanı nebivolol həm β -, həm də β -adrenoreseptorları blokada edir. Terapevtik konsentrasiyalarda o daxili1 2 simpatomimetik və membranstabilləşdirici aktivliyə, həmçinin α -adrenoblokadaedici təsirə1 malik olmur. Nebivololun müxtəlif metabolitləri, o cümlədən qlükuronidlər β-adrenoblokator xüsusiyyətlərə malikdirlər. Təsir mexanizmi Nebivololun hipotenziv təsir mexanizmi dəqiq müəyyənləşdirilməyib; həyata keçirilməsi mümkün olan faktorlara daxildir: ürək yığılmaların tezliyinin azaldılması, miokardın yığılma qabiliyyətinin azalması, baş beynin vazomotor mərkəzlərinin periferiyaya tonuslandırıcı simpatik təsirinin azalması, renin aktivliyinin azalması, damarların genişlənməsi və periferik damarların rezistentliyinin azalması. Farmakokinetikası Nebivololun biotransformasiya prosesi bir neçə metabolik yollarla təmin edilir, o cümlədən CYP2D6 iştirakı ilə qlükuronlaşma və hidroksilləşmə daxil olmaqla. Aktiv izomerin (d- nebivololun) effektiv yarımxaricolma dövrü CYP2D6 görə sürətli metabolizatorlarda (əksər insanlarda) 12 saata yaxın və ləng metabolizatorlarda 19 saat təşkil edir, bu zaman ləng metabolizatorların qan plazmasında d-nebivololun konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəkdir. Lakin bu vəziyyətin əhəmiyyəti adi vəziyyətə nisbətən azdır, belə ki, nebivololun metabolitləri, o cümlədən hidroksil metaboliti və qlükuronidlər (qanda dövr edən əsas metabolitlər) β-adrenoblokator xüsusiyyətə malik olurlar. Sürətli və ləng metabolizatorların qan plazmasında d-nebivololun səviyyələri 20 mq-a qədər doza diapazonunda dozaya mütənasib şəkildə yüksəlir. L-nebivololun qan plazmasında konsentrasiyası d-nebivolola nisbətən yüksəkdir, lakin l-nebivololun effekti preparatın aktivliyinə az təsir göstərir, belə ki, d-nebivololun β-adrenoreseptorlarla oxşarlığı l-nebivolola nisbətən 1000 dəfə yüksəkdir. Ləng metabolizatorlarda nebivololun eyni dozasının istifadəsi zamanı qan plazmasında dərman vasitəsinin maksimal konsentrasiyasının (C ) vəmax “konsentrasiya-zaman” əyrisi altında sahə göstəriciləri, sürətli metabolizatorlardakı göstəricilərə nisbətən müvafiq olaraq 5 dəfə və 10 dəfə yüksəkdir. Dərman vasitəsinin ləng metabolizatorlarda çoxdəfəlik istifadəsi zamanı (qəbul tezliyi gündə bir dəfə) orqanizmdə d-nebivololun toplanması qeyd olunur (təxminən 1,5 dəfə). Sorulması Tablet formasında peroral qəbulu zamanı nebivololun sorulma prosesi məhlul formasında peroral qəbulu zamanı sorulma prosesi ilə oxşardır. Dərman vasitəsinin mütləq biomənimsənilməsi müəyyən olunmayıb. Sürətli və ləng metabolizatorlarda orta C preparatın qəbulundan təxminən 1,5-4 saat sonramax əldə olunur. Qida nebivololun farmakokinetikasına təsir göstərmir. Dərman vasitəsinin qida ilə qəbulu zamanı nebivolol qlükuronidlərin qanda konsentrasiyaları cüzi azalır. Nebivorld qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Paylanması Nebivololun insan qanı plazma zülalları ilə, əsasən albuminlə birləşmə dərəcəsi, in vitro şəraitdə təxminən 98% təşkil edir və dərman vasitəsinin konsentrasiyasından asılı olmur. Metabolizmi Nebivololun metabolizmi əsasən dərman vasitəsinin birbaşa qlükuronlaşması prosesi ilə və az dərəcədə sitoxrom Р CYP2D6 sistemin izofermentlərinin iştirakı ilə N-dealkilləşmə və450 oksidləşmə reaksiyaları ilə əlaqələnir. Nebivololun stereospesifik metabolitləri farmakoloji aktivliyə malikdir. Xaric olması Sürətli metabolizatorlarda C-nebivololun birdəfəlik peroral qəbulundan sonra preparatın yeridilən dozasının 38%-i sidiklə və 44%-i – mədə-bağırsaq traktı ilə, ləng metabolizatorlarda preparatın yeridilən dozasının 67%-i sidiklə və 13%-i – mədə-bağırsaq traktı ilə xaric olmuşdur. Nebivolol praktiki olaraq çoxsaylı oksidləşmiş metabolitlər şəklində və ya onların müvafiq qlükuron turşusu ilə konyuqatları şəklində orqanizmdən tamamilə xaric olunmuşdur. Xüsusi qrup pasiyentlər Qaraciyər xəstəlikləri olan pasiyentlər Orta ağırlıq dərəcəli qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə (Çayld-Pyu şkalası üzrə B sinif) d-nebivolol üçün C və AUC göstəriciləri müvafiq olaraq 3 dəfə və 10 dəfəmax yüksəlmişdir, d-nebivololun klirensi isə 86% azalmışdır. Qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlərdə nebivololun istifadəsi rəsmi klinik tədqiqatlarda öyrənilməyib, bu səbəbdən belə pasiyentlərdə dərman vasitəsinin istifadəsi əks göstərişdir. Böyrək xəstəlikləri olan pasiyentlər 5 mq dozada birdədəlik qəbulundan sonra yüngül ağırlıq dərəcəli böyrək funksiyasının pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 50-80 ml/dəq; 7 pasiyent) nebivololun klirensi dəyişməmişdir, orta ağırlıq dərəcəli böyrək funksiyasının pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 30-50 ml/dəq; 9 pasiyent) o cüzi azalmışdır və böyrəklərin funksiyasının ağır pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 30 ml/dəq-dən az; 5 pasiyent) o 53% azalmışdır. Dializdə olan pasiyentlərdə dərman vasitəsinin istifadəsi öyrənilməyib. Dərman qarşılıqlı təsirləri Ehtimal olunur ki, CYP2D6 inhibə edən dərman vasitələri qan plazmasında nebivololun konsentrasiyasını artıracaqdır. Nebivorldun yuxarıda qeyd olunan izofermentin inhibitorları və ya induktorları ilə eyni vaxtda istifadəsi zamanı pasiyentlərin diqqətli monitorinqi aparılmalıdır və nebivololun dozası arterial təzyiqin (AT) səviyyəsindən asılı olaraq korreksiya olunmalıdır. İn vitro tədqiqatlarda müəyyən olunmuşdur ki, terapevtik konsentrasiyalarda d- və l-nebivolol hər-hansı sitoxrom P sistemin izofermentlərini inhibə etmir.450 Diqoksin 10 gün ərzində nebivolol (10 mq gündə bir dəfə) və diqoksinin (0,25 mq gündə bir dəfə) birgə istifadəsi zamanı 14 sağlam böyük könüllüdə dərman vasitəsinin farmakokinetikasında dəyərli dəyişikliklər aşkar olunmamışdır. Varfarin Nebivolol (10 mq gündə bir dəfə 10 gün ərzində) və varfarinin (10 mq birdəfəlik) kombinəolunmuş istifadəsi zamanı nebivololun və R- və ya S-varfarinin farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişməmişdir. Protrombin zamanı və beynəlxalq normallaşdırma nisbəti (BNN) profilləri göstəricilərininin qiymətləndirilməsinə əsasən 12 sağlam böyük könüllüdə 10 mq dozada varfarinin birdəfəlik qəbulundan sonra nebivolol varfarinin antikoaqulyant təsirinə əhəmiyyətli təsir göstərməmişdir. Diuretiklər Sağlam böyük könüllülərdə nebivolol (gündə 10 mq 10 gün ərzində) və furosemid (birdəfəlik 40 mq), hidroxlortiazid (25 mq gündə bir dəfə 10 gün ərzində) və ya spironolakton (25 mq gündə bir dəfə 10 gün ərzində) arasında farmakokinetik qarşılıqlı təsirlər qeyd olunmamışdır. Ramipril 10 gün ərzində nebivolol (10 mq gündə bir dəfə) və ramipril (5 mq gündə bir dəfə) eyni vaxtda istifadəsi zamanı 15 sağlam böyük könüllüdə dərman vasitələri arasında farmakokinetik qarşılıqlı təsirlər aşkar olunmamışdır. Lozartan 20 sağlam böyük könüllülərdə nebivolol (10 mq birdəfəlik) və lozartanın (50 mq birdəfəlik) birgə istifadəsi zamanı farmakokinetik dərman qarşılıqlı təsirləri qeyd olunmamışdır. Fluoksetin 10 sağlam böyük könüllülərdə fluoksetin (CYP2D6 inhibitoru, gündə 20 mq 21 gün ərzində nebivolol qəbuluna qədər) və nebivololun (10 mq birdəfəlik) istifadəsi zamanı d-nebivolol üçün C və AUC göstəriciləri müvafiq olaraq 3 dəfə və 8 dəfə artmışdır.max Н -histamin reseptorların antaqonistləri2 Ranitidin (150 mq gündə iki dəfə) və nebivololun (5 mq birdəfəlik) birgə istifadəsi zamanı sonuncunun farmakokinetikası dəyişməmişdir. Simetidinlə (400 mq gündə iki dəfə) kombinəolunmuş istifadəsi zamanı qan plazmasında d-nebivololun konsentrasiyası 23% artmışdır. Aktivləşmiş kömür Aktivləşmiş kömürlə (Aktidoza®-Akva, Actidose®-Aqua) birlikdə istifadəsi zamanı, hansı ki nebivololun (10 mq birdəfəlik) qəbulundan sonra 4, 8, 12, 16, 22, 28, 36 və 48 saatdan bir təkrar istifadə olunmuşdur, sonuncunun farmakokinetikası dəyişməmişdir. Sildenafil Nebivolol ilə birgə istifadəsi zamanı sildenafil üçün AUC və C göstəriciləri müvafiq olaraqmax 21% və 23% azalmışdır, d-nebivolol üçün analoji göstəricilər həmçinin cüzi dəyişmişdir (20%- dən az). Sildenafil və nebivolol kombinasiyasının həyati vacib göstəricilərə (məsələn, ürək yığılmaların tezliyi və AT) təsiri dərman vasitələrinin cəm effektləri ilə şərtlənmişdir. Digər dərman vasitələri ilə birgə istifadəsi Populyasion farmakokinetik analizlərin nəticələri onu göstərir ki, arterial hipertenziyalı pasiyentlərdə aşağıdakı dərman vasitələri nebivololun farmakokinetikasına təsir göstərmir: asetaminofen, asetilsalisil turşusu, atorvastatin, ezomeprazol, ibuprofen, levotiroksin natrium, metformin, sildenafil, simvastatin və tokoferol. Qanın plazma zülalları ilə birləşməsi İn vitro tədqiqatlarda nebivololun insanda qanın plazma zülalları ilə birləşmə dərəcəsi diazepam, diqoksin, difenilhidantoin, enalapril, hidroxlortiazid, imipramin, indometasin, propranolol, sulfametazin, tolbutamid və varfarinin yüksək konsentrasiyaları olduğu halda dəyişməmişdir. Nebivolol terapevtik konsentrasiyalarda aşağıdakı dərman vasitələrinin zülallarla birləşmə dərəcəsinə əhəmiyyətli dərəcədə təsir göstərməmişdir: diazepam, diqoksin, difenilhidantoin, hidroxlortiazid, imipramin və ya varfarin.

İstifadəsinə göstərişlər

Nebivorld arterial hipertenziyanın terapiyası üçün AT-in azaldılması məqsədilə göstərişdir. Preparatı həm ayrılıqda və ya digər hipotenziv dərman vasitələrilə kombinasiyada istifadə etmək olar. AT enməsi zamanı ölümcül və qeyri-ölümcül ürək-damar ağırlaşmalarının, ilk növbədə insult və miokard infarktının başvermə riski azalır. Bu üstünlüklər müxtəlif farmakoloji siniflərdən olan hipotenziv dərman vasitələrinin, həmçinin nebivololun aid olduğu sinfin istifadəsilə aparılan nəzarətli tədqiqatlarda qeyd olunmuşdur. Nebivorld ilə terapiya zamanı yuxarıda qeyd olunan riskin azaldılmasını sübut edən klinik tədqiqatlardan alınan məlumatlar mövcud deyil. Yüksək AT-in kontrolu ürək-damar risklərinin kompleks idarəetmə sisteminin tərkib hissəsi olaraq nəzərdən keçirilməlidir, buraya, ehtiyac olduqda qanda lipidlərin səviyyəsinin, şəkərli diabetin kontrolu, antitrombotik terapiya, siqaretçəkmədən imtina, fiziki məşqlər və natrium qəbulunun məhdudlaşdırılması daxildir. Çox sayda pasiyentlərdə AT-in hədəf göstəricilərinə çatmaq üçün bir dənədən artıq dərman vasitəsinin istifadəsi ilə terapiyanın aparılması tələb olunur. Müalicənin məqsədi və AT-in idarəolunması baxımından vacib tövsiyyələrə müvafiq dərc olunmuş milli rəhbərliklərə baxmaq lazımdır. Randomizəolunmuş nəzarətli tədqiqatlarda müəyyən olunmuşdur ki, müxtəlif farmakoloji sinifdən olan, müxtəlif təsir mexanizmlərinə malik çox sayda hipotenziv dərman vasitələri ürək- damar xəstəliklərinin inkişaf etməsi və bu səbəbdən ölüm riskini azaldırlar; əldə olunan məlumatlara əsasən bu əhəmiyyətli dərəcədə birbaşa AT-in azaldılması ilə şərtlənir, dərman vasitələrinin digər farmakoloji xüsusiyyətləri ilə deyil. Ürək-damar xəstəliklərinin nəticələrinə görə ən çox tezliklə qeydə alınan və əhəmiyyət daşıyan üstünlük insultun inkişafetmə riskinin azaldılması olmuşdur, həmçinin mütəmadi olaraq miokard infarktının inkişafetməsi və ürək- damar xəstəliklərindən ölüm riskinin azaldılması qeyd olunmuşdur. Sistolik və ya diastolik arterial təzyiqin (müvafiq olaraq, SAT və DAT) yüksəlməsi zamanı ürək- damar ağırlaşmalarının başverməsi riski yüksəlir, bununla belə AT-in daha yüksək göstəricilərində hər mm.cv.süt-na düşən mütləq risk çox dərəcədə yüksəlir, bununla əlaqədar arterial hipertenziya zamanı hətta AT-in yüngül enməsi əhəmiyyətli faydalı ola bilər. AT-in enməsi zamanı müxtəlif mütləq riskli müxtəlif populyasiyalarda nisbi risk eyni dərəcədə azalır, bu səbəbdən, arterial hipertenziyanın inkişafetmə səbəblərindən asılı olmayaraq daha yüksək risk qrupu pasiyentlərində mütləq fayda daha yüksəkdir (məsələn, şəkərli diabetli və ya hiperlipidemiyası olan pasiyentlərdə). Belə pasiyentlərdə ehtimal olunur ki, AT-in daha aşağı səviyyəsini əldə etmək məqsədilə daha aqressiv müalicənin aparılması üstünlüyə malik ola bilər. Bəzi hipotenziv dərman vasitələri neqroid irqindən olan pasiyentlərdə AT-ə daha az ifadəli təsir göstərir (monoterapiya qismində istifadə olunduğu zaman), bununla belə hipotenziv dərman vasitələrinin çoxu əlavə təsirlərə və göstərişlərə malik olurlar və məs., stenokardiya, ürək çatışmazlığı və ya böyrəklərin diabetik xəstəliyi zamanı istifadə olunurlar. Yuxarıda qeyd olunan vəziyyətlər fərdi terapiya seçimini müəyyən edə bilər.

Əks göstərişlər

– Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı hiperhəssaslıq; – ağır bradikardiya; – ürəyin blokadası (II dərəcə və daha yüksək); – kardiogen şok; – dekompensəolunmuş ürək çatışmazlığı; – sinus düyünün zəifliyi sindromu (daimi kardiostimulyator olmadığı halda); – qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlər (Çayld-Pyu şkalası üzrə C sinfi).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Terapiyanın qəfil kəsilməsi Ürəyin işemik xəstəliyi olan pasiyentlərdə Nebivorld ilə terapiyanı qəfil kəsmək olmaz. Əldə olan məlumatlara görə, β-blokator ilə terapiyanın qəfil kəsilməsindən sonra koronar arteriyaların xəstəlikləri olan pasiyentlərdə stenokardiyanın, miokard infarktının və mədəcik aritmiyasının ağır kəskinləşməsi qeydə alınmışdır. Miokard infarktı və mədəcik aritmiyaları həm yanaşı stenokardiyanın kəskinləşməsi fonunda, həm də bunsuz inkişaf edə bilər. Koronar arteriya xəstəliklərinin aydın ifadəli əlamətləri olmayan pasiyentlərdə Nebivorld ilə terapiyanın dayandırılması və ya kəsilməsi zamanı ehtiyatlı olmaq lazımdır. Digər β-blokatorlarla olduğu kimi Nebivorld ilə terapiyanın planlaşdırılan kəsilməsi zamanı pasiyentlərin diqqətli monitorinqini aparmaq lazımdır və onlara tövsiyə edilməlidir ki, fiziki aktivliyi minimuma endirsinlər. Əgər buna imkan olarsa, nebivololun dozasını tədricən 1-2 həftə ərzində azaltmaq lazımdır. Stenokardiya simptomlarının kəskinləşməsi və kəskin koronar çatışmazlıq inkişaf etdiyi zaman dərman vasitəsilə müalicəni təxirəsalmadan bərpa etmək lazımdır, minimum müvəqqəti olaraq. Stenokardiya və kəskin miokard infarktı Stenokardiyalı pasiyentlərdə və ya yaxın vaxtlarda miokard infarktı keçirmiş pasiyentlərdə preparatın istifadəsi öyrənilməyib. Bronxospastik xəstəliklər Bir qayda olaraq, β-blokatorları bronxospastik xəstəlikləri olan pasiyentlərdə istifadə etmək olmaz. Anesteziya və miqyaslı cərrahi müdaxilələr β-blokatorların qəbulunun dayandırılması zamanı miokard infarktı və döş qəfəsində ağrının inkişaf etməsi riski yüksəldiyi üçün, β-blokatorlar ilə artıq terapiya qəbul edən pasiyentlərin bir qayda olaraq, əməliyyatsonrası dövrdə də müalicəni davam etdirmələri lazımdır. Əməliyyatsonrası dövrdə Nebivorldun istifadəsi zamanı, cərrahi müdaxilənin aparılması zamanı miokardın funksiyasını ləngidən dərman vasitələrinin, məsələn, efir, siklopropan və trixloretilen istifadəsilə anestezioloji vasitələr qəbul edən pasiyentlərin vəziyyətini diqqətlə nəzarət etmək lazımdır. Əgər β-blokatorlar ilə terapiya miqyaslı cərrahi müdaxilənin aparılmasına qədər dayandırılarsa, o zaman reflektor adrenergik stimullara qarşı ürəyin cavabvermə qabiliyyətinin pozulması ilə əlaqədar ümumi anesteziya və cərrahi müdaxilənin aparılması ilə əlaqəli risklər yüksələ bilər. β-adrenoreseptorların blokadası ilə əlaqəli Nebivorldun effektləri β-aqonistlərin, məsələn, dobutamin və ya izoproterenolun istifadəsi ilə aradan qaldırıla bilər. Buna baxmayaraq, uzunmüddətli dövr ərzində pasiyentlərdə ağır arterial hipotenziya qeyd oluna bilər; bundan əlavə, defibrilyasiyanın aparılması və β-blokatorların istifadəsi fonunda ürək ritminin dəstəkənməsi zamanı çətinlklərlə əlaqəli hadisələr barədə məlumatlar mövcuddur. Şəkərli diabet və hipoqikemiya β-blokatorlar hipoqlikemiyanın bəzi əlamətlərini, əsasən taxikardiyanı maskalaya bilər. Qeyri- selektiv β-blokatorlar insulin istifadəsilə şərtlənən hipoqlikemiyanı gücləndirə bilər və qan zərdabında qükozanın normal göstəricilərə çatması üçün tələb olunan zaman aralığını artıra bilər. Nebivololun belə təsirə malik olması məlum deyildir. Spontan hipoqlikemiyaya meyilli pasiyentlər və şəkərli diabetli, Nebivorld və insulinlə və ya peroral hipoqlikemik vasitələrlə kombinəolunmuş terapiya qəbul edən pasiyentlər yuxarıda qeyd olunan effektlərin inkişaf etməsi riski barədə məlumatlı olmalıdırlar. Tireotoksikoz β-blokatorlar hipertireozun klinik əlamətlərini, məsələn taxikardiyanı masklaya bilər. β- blokatorların qəbulunun qəfil dayandırılması zamanı hipertireozun simptomları güclənə bilər və ya tireotoksik kriz inkişaf edə bilər. Periferik damarların xəstəlikləri Periferik damarların xəstəlikləri olan pasiyentlərdə β-blokatorların istifadəsi zamanı arterial çatışmazlığın simptomları inkişaf edə bilər yaxud güclənə bilər. Dihidropiridin törəmələri qrupuna aid olmayan kalsium kanalı blokatorları (KKB) β-blokatorların və KKB (məsələn, verapamil, diltiazem) ifadəolunmuş mənfi inotrop və xronotrop effektləri ilə əlaqədar onların birgə istifadəsi zamanı pasiyentlərdə AT və elektrokardioqrammanın monitorinqini aparmaq lazımdır. CYP2D6 inhibitorları ilə kombinəolunmuş istifadəsi CYP2D6 inhibə olunması zamanı qan plazmasında nebivololun konsentrasiyası yüksəlir, bunun nəticəsində dərman vasitəsinin dozasının azaldılmasına ehtiyac yarana bilər. Böyrəklərin funksiyasının pozulması Böyrəklərin funksiyasının ağır pozulmaları olan pasiyentlərdə nebivololun böyrək klirensi azalır. Dializdə olan pasiyentlərdə Nebivorldun istifadəsi öyrənilməyib. Qaraciyər funksiyasının pozulmaları Orta ağırlıq dərəcəli qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə nebivololun metabolizmi azalır. Qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlərdə Nebivorldun istifadəsi öyrənilməyib. Anafilaktik reaksiyaların inkişaf etməsi riski β-blokatorlar ilə terapiya fonunda, anamnezində müxtəlif allergenlərə qarşı ağır anafilaktik reaksiyalar qeyd olunan pasiyentlər, onların təkrarən təsadüfi təsiri zamanı və ya onların diaqnostik və ya müalicəvi məqsədlə istifadəsi zamanı, allergenlərə qarşı daha həssas ola bilərlər. Belə pasiyentlər, allergik reaksiyaların aradan qaldırılması üçün istifadə olunan adi dozalarda epinefrinlə terapiyaya cavab verməyə bilərlər. Feoxromositoma Diaqnozlaşdırılan və ya ehtimal olunan feoxromositomalı pasiyentlərdə hər-hansı β-blokatorun istifadəsindən öncə α-blokator istifadə etmək lazımdır. Uşaqlar Uşaqlarda Nebivorldun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 18 yaşa qədər uşaqlarda preparatın istifadəsinə dair klinik tədqiqatlar aparılmayıb, orqanizmin inkişafına qarşı onun toksiki təsiri və onun fertilliyə potensial mənfi uzunmüddətli təsirinə dair kifayət qədər məlumatlar olmadığına görə. Yaşlı pasiyentlər Amerika Birləşmiş Ştatlarında (ABŞ) klinik plasebo-nəzarətli tədqiqatlarda nebivolol ilə terapiya qəbul edən, arterial hipertenziyalı 2800 pasiyentdən 478-i 65 yaş və yuxarı olmuşdur. Dərman vasitəsinin effektivliyi və ya arzuolunmaz reaksiyalar profilində yaşlı və daha cavan pasiyentlər arasında hər-hansı fərq aşkar olunmamışdır. 70 yaşdan yuxarı, xroniki ürək çatışmazlığı olan, gündə maksimal 10 mq dozada, orta hesabla 20 ay müddətində nebivolol qəbul edən pasiyentlərdə (1067 pasiyent) plasebo-nəzarətli tədqiqatda, plasebo qəbul edən pasiyentlərlə (1061 pasiyent) müqayisədə ürək çatışmazlığı simptomlarının güclənməsi qeyd olunmamışdır. Buna baxmayaraq, ürək çatışmazlığı simptomlarının güclənməsi zamanı Nebivorldun qəbulunun dayandırılması barədə məsələni müzakirə etmək lazımdır. Ürək çatışmazlığı Nebivorld ilə terapiya qəbul edən pasyentlər məlumatlandırılmalıdır ki, tənəffüsün çətinləşməsi və ya ürək çatışmazlığı əlamətləri və ya simptomlarının baş verməsi zamanı, məsələn bədən kütləsinin artması, təngnəfəsliyin dərinləşməsi və ya ifadəli bradikardiya zamanı, həkimə müraciət etmək lazımdır. Köməkçi maddələr Nebivorldun tərkibində laktoza vardır, bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlüklə xarakterizə olunan, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərə dərman vasitəsini qəbul etmək olmaz. Nebivorld bir tabletinin tərkibində 1 mmol natrium (23 mq) vardır, yəni praktiki olaraq “tərkibində natrium yoxdur”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

CYP2D6 inhibitorları Nebivorldun CYP2D6 inhibitorları ilə (xinidin, propafenon, fluoksetin, paroksetin və s.) eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Hipotenziv dərman vasitələri Nebivorldu digər β-blokatorlar ilə birgə istifadə etmək olmaz. Preparatın orqanizmdə katexolaminlərin səviyyələrini azaldan dərman vasitələri ilə, məsələn, rezerpin və ya quanetidinlə kombinəolunmuş istifadəsi zamanı pasiyentlərə qarşı diqqətli müşahidə aparmaq lazımdır, belə ki, Nebivorldun β-blokadaedici təsiri simpatik sinir sisteminin aktivliyinin əhəmiyyətli dərəcədə azalamsını şərtləndirə bilər. Nebivorld və klonidinlə terapiya qəbul edən pasiyentlərdə klonidinin dozasının tədricən azaldılmasına qədər bir neçə gün öncə Nebivorldun istifadəsini dayandırmaq lazımdır. Ürək qlikozidləri Ürək qlikozidləri və β-blokatorlar atrioventrikulyar ötürücülüyü və ürəyin yığılması tezliyini azaldırlar. Yuxarıda qeyd olunan dərman vasitələrinin eyni vaxtda istifadəsi bradikardiyanın baş verməsi riskini yüksəldə bilər. Nebivorld ürək fəaliyyətini ləngidən və ya atrioventrikulyar ötürücülüyü azaldan preparatların, məsələn bəzi KKB (əsasən, fenilalkilamin (verapamil) və benzodiazepin törəmələri (diltiazem)) və ya aritmiyaəleyhinə vasitələrin (məsələn, dizopiramid) təsirini gücləndirə bilər. Nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsi və mexanizmləri və ya yüksək diqqət tələb edən digər fəaliyyət növləri ilə məşğul olmadan əvvəl pasiyent dərman preparatına qarşı öz reaksiyasını öyrənməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda Nebivorldun istifadəsinə dair hal-hazırda əldə olan məlumatlar preparatın istifadəsilə əlaqəli hamiləliyin mənfi nəticələnməsi riskinin dərəcəsini müəyyən etmək üçün kifayət qədər deyildir. Həm ana, həm də döl üçün hamiləlik zamanı arterial hipertenziyanın qeyri-kafi kontrolu ilə əlaqədar risklər mövcuddur. Hamiləliyin üçüncü trimestrində β- blokatorların istifadəsi zamanı arterial hipotenziyanın, bradikardiyanın, hipoqlikemiya və yenidoğulmuşda tənəffüsün ləngiməsinin inkişaf etməsi riski yüksələ bilər (bax. aşağıda). Siçovullar üzərində aparılan tədqiqatlarda hestasiya dövründə (dölün orqanogenez dövründə) nebivolol insan üçün maksimal tövsiyə olunan dozaya (İMTD) ekvivalent dozalarda peroral yeridilərək müəyyən olunmuşdur ki, dərman vasitəsi embriofetal və perinatal ölüm göstəricilərini yüksəldir. Daha çox əhəmiyyət daşıyan anadangəlmə inkişaf qüsurları və nebivolol ilə terapiya qəbul edən hamilə qadın populyasiyasında özbaşına düşüklərin baş verməsinə dair hesablanmış başlanğıc risklər məlum deyildir. ABŞ-da daha çox əhəmiyyət daşıyan anadangəlmə inkişaf qüsurları və klinik təsdiq olunmuş hamiləlik zamanı özbaşına düşüklər müvafiq olaraq 2-4% və 15-20% təşkil edir. Xəstəliklə əlaqədar ana və/və ya embrion/döl üçün risk Hamiləlik dövründə arterial hipertenziya zamanı ana üçün preeklampsiyanın baş verməsi, hestasion şəkərli diabet, vaxtından əvvəl doğuş və doğuş zamanı ağırlaşmalar (məsələn, keysəriyə kəsiyinin aparılması və doğuşsonrası qanaxma) riski yüksəlir. Hamiləlik dövründə arterial hipertenziya zamanı döl üçün bətndaxili inkişafın ləngiməsi və bətndaxili ölüm riskləri yüksəlir. Arterial hipertenziyalı hamilə qadınların diqqətli monitorinqi və müvafiq olaraq müalicəsini aparmaq lazımdır. Döldə/yenidoğulmuş uşaqda arzuolunmaz reaksiyalar Hamiləliyin üçüncü trimestrində arterial hipertenziya səbəbindən β-blokatorlar ilə terapiya qəbul edən anaların yenidoğulmuş uşaqlarında arterial hipotenziya, bradikardiya, hipoqlikemiya və tənəffüsün ləngiməsinin inkişaf etməsi riski yüksələ bilər. Belə vəziyyətlərdə yuxarıda qeyd olunan arzuolunmaz reaksiyaların aşkar olunması məqsədilə yenidoğulmuş uşaqlara qarşı diqqətli müşahidə təmin edilməli və ehtiyac olduqda müvafiq müalicə aparılmalıdır. Laktasiya İnsanda ana südü ilə nebicololun ifraz olunması məlum deyildir; südəmər uşaqlara, və ya ana südünün ifraz olunmasına dərman vasitəsinin təsirinə dair məlumatlar mövcud deyildir. Nebivolol siçovulların südündə aşkar olunur. Laktasiya dövründə β-blokatorların istifadəsilə əlaqədar ana südü ilə qidalanan uşaqda potensial ağır arzuolunmaz reaksiyalar, xüsusən bradikardiya inkişaf edə bildiyi üçün, Nebivorldun laktasiya dövründə qadınlarda istifadəsi tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Dozalanması Preparatın dozasını pasiyentin fərdi tələbatlarına uyğun olaraq seçmək lazımdır. Əksər pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 5 mq nebivolol gündə bir dəfə təşkil edir; dərman vasitəsini həm monoterapiya qismində, həm də digər preparatlarla kombinasiyada istifadə etmək olar. Əgər pasiyentdə AT-in gələcəkdə azaldılmasına ehtiyac olarsa, 2 həftədə 40 mq-a qədər interval ilə nebivololun dozasını artırmaq olar. Dərman vasitəsinin qəbul sayının artırılması zamanı dəyərli üstünlüklərin qeyd olunacağı az ehtimal olunur. Xüsusi qrup pasiyentlər Böyrəklərin funksiyası pozulmuş pasiyentlər Böyrəklərin funksiyasının ağır pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 30 ml/dəq-dən az) tövsiyə olunan başlanğıc doza 2,5 mq nebivolol gündə bir dəfə təşkil edir; ehtiyac olduqda dərman vasitəsinin dozasını tədricən artırmaq lazımdır. Dializdə olan pasiyentlərdə Nebivorldun istifadəsi öyrənilməyib. Qaraciyər funksiyasının pozulması olan pasiyentlər Qaraciyər funksiyasının orta ağır dərəcəli pozulması olan pasiyentlərdə tövsiyə olunan başlanğıc doza 2,5 mq nebivolol gündə bir dəfə təşkil edir; ehtiyac olduqda dərman vasitəsinin dozasını tədricən artırmaq lazımdır. Qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlərdə Nebivorldun istifadəsi öyrənilməyib, bu səbəbdən belə pasiyentlərdə preparatın istifadəsi məsləhət görülmür. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə nebivololun dozasının korreksiya edilməsi tələb olunmur. CYP2D6 polimorfizmi CYP2D6 görə ləng metabolizatorlar hesab olunan pasiyentlərdə nebivololun dozasının korreksiya edilməsi tələb olunmur. Ləng metabolizatorlarda dərman vasitəsinin klinik effektivliyi və təhlükəsizlik profili sürətli metabolizatorlarda olduğu kimidir. İstifadə qaydası Tabletlər qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Pasiyentlər məlumatlanmalıdır ki, Nebivorldu müntəzəm olaraq və fasiləsiz qəbul etmək lazımdır. Növbəti dozanın qəbulu buraxıldıqda yalnız preparatın sonrakı dozasını müalicə sxeminə uyğun şəkildə qəbul etmək lazımdır (buraxılan dozanı kompensə etmək üçün ikiqat doza qəbul etmək olmaz). Nebivorld ilə müalicəni kəsmək və ya dayandırmaq yalnız həkim məsləhətindən sonra etmək olar.

Əlavə təsirləri

Nebivololun istifadəsinin təhlükəsizliyi arterial hipertenziyalı pasiyentlərdə və ürək çatışmazlığı olan pasiyentlərdə qiymətləndirilmişdir, bu zaman əlavə təsirlərin profili dərman vasitəsinin farmakoloji xüsusiyyətlərinə və klinik sınaqlarda iştirak edən pasiyentlərin sağlamlıq vəziyyətinə uyğun olmuşdur. Belə pasiyentlərdə qeyd olunan əlavə təsirlər aşağıda MedDRA üzrə sistem- orqanlar sinfinə uyğun olaraq sadalanmışdır. Ümumi xarakterli, informativ olmayan, həmçinin, dərman vasitəsinin istifadəsilə birmənalı asılı olmayan əlavə təsirlər istisna edilmişdir, belə ki, onların baş verməsi terapiyanın aparıldığı xəstəliklə əlaqəli olmuşdur, və ya onlar terapiya qəbul edən pasiyentlərin ümumi populyasiyasında çox yayılmış olmuşdur. Dünyanın müxtəlif ölkələrində aparılmış, nebivololun istifadəsinə dair klinik tədqiqatlarda 6545 pasiyent iştirak etmişdir, həmçinin arterial hipertenziyaya görə dərman vasitəsilə terapiya qəbul edən 5038 pasiyent, və digər ürək-damar xəstəliklərinə görə 1507 pasiyent daxil olmaqla. Nebivololun dozaları 0,5 mq-dan 40 mq-a qədər diapazonda dəyişmişdir, pasiyentlər müalicəni 24 aydan çox olmayan müddətdə qəbul etmişdir (1900-dan çox pasiyent – 6 aydan az olmayaraq və 1300-ə yaxın pasiyent – bir ildən artıq). Arterial hipertenziya Nebivolol və plasebonun müqayisəli plasebo-nəzarətli klinik tədqiqatlarında əlavə təsirlərin inkişaf etməsi nəticəsində dərman vasitəsini qəbul edən 2,8% pasiyentdə, və plasebo qəbul edən 2,2% pasiyentdə terapiya dayandırılmışdır. Nebivolol ilə terapiyanın dayandırılması daha çox tezliklə başağrısı (0,4%), ürəkbulanma (0,2%) və bradikardiya (0,2%) kimi əlavə təsirlərlə əlaqədar olmuşdur. 1% pasiyentdə və daha çox qeyd olunan, dərman vasitəsinin qəbulu ilə əlaqəli əlavə təsirlər; onların rastgəlmə tezliyi ən azı nebivolol qəbul edən bir qrup pasiyentdə, plasebo qəbul edən pasiyentlərə nisbətən daha yüksək olmuşdur (arterial hipertenziyalı, 5 mq, 10 mq və ya 20-40 mq dozalarda nebivolol ilə monoterapiya qəbul edən 1597 pasiyentin, və plasebo qəbul edən 205 pasiyentin iştirak etdiyi üç 12-həftəlik plasebo-nəzarətli klinik tədqiqat): Ürəyə: bradikardiya. Mədə-bağırsaq traktına: diareya, ürəkbulanma. Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: yorğunluq, döş qəfəsində ağrı, periferik ödemlər. Sinir sisteminə: başağrısı, başhərlənmə. Psixi pozğunluqlar: yuxusuzluq. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: təngnəfəslik. Dəri və dərialtı toxumalara: səpki. Yuxarıda qeyd olunanlar istisna olmaqla, 4300-dən artıq pasiyentin iştirak etdiyi nəzarətli və ya açıq klinik tədqiqatlarda 1% və daha çox pasiyentdə dərman vasitəsinin istifadəsi zamanı qeyd olunan əlavə təsirlər; əksər hallarda nəzarətli tədqiqatlarda nebivolol qəbul edən pasiyentlərdə onların başvermə tezliyi plasebo qəbul edən pasiyentlərdəki ilə müqayisə edilmişdir (onlara aiddir: əhəmiyyətli dərəcədə ümumi hesab olunan reaksiyalar, informativ olması üçün reaksiyalar, zəif ifadəolunmuş simptomlar və, dərman vasitəsinin istifadəsilə əlaqəsi az ehtimal olunanlar, belə ki, onlar ümumi populyasiyada çox yayılmış olmuşdurlar): Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: asteniya. Mədə-bağırsaq traktına: qarında ağrı. Maddələr mübadiləsi və qidalanma sisteminə: hiperxolesterinemiya. Sinir sisteminə: paresteziya. Laborator müayinələrin nəticələrinə təsiri Nəzarətli tədqiqatlarda arterial hipetenziyalı pasiyentlərdə nebivolol ilə monoterapiya zamanı qanda sidik turşusu səviyyələrinin, triqliseridlərin və qanda sidikcövhəri azotunun yüksəlməsi və qanda yüksəksıxlıqlı lipoproteinləri xolesterinin səviyyələrinin və trombositlərin azalması qeydə alınmışdır. Postmarketinq dövrdə əldə olunan məlumatlar Aşağıda sadalanan əlavə təsirlər dünyanın müxtəlif ölkələrində nebivololun istifadəsi zamanı spontan məlumatlarda qeyd olunmuşdur və digər mənbələrdə göstərilməmişdir. Bu əlavə təsirləri onların ağırlıq dərəcəsinin kompleks qiymətləndirilməsi, rastgəlmə tezliyi və ya nebivolol terapiyası ilə səbəb-nəticə əlaqəsi ehtimal olunması əsasında nəzərə almaq lazımdır (ümumi populyasiyada çox yayılmış olan əlavə təsirlər göstərilməyib). Belə əlavə təsirlərin rastgəlmə tezliyini təyin etmək və ya nebivolol istifadəsilə səbəb-nəticə əlaqəsini müəyyən etmək mümkün olmur, belə ki, spontan məlumatlar qeyri-müəyyən populyasiya sayından əldə olunmuşdur. Onlara aiddir: qaraciyər funksiyasının pozulmaları (aspartataminotransferaza (AST), alaninaminotransferaza (ALT) və qanda bilirubin səviyyələrinin yüksəlməsi daxil olmaqla), ağciyərlərin kəskin ödemi, kəskin böyrək çatışmazlığı, atrioventrikulyar blokada (II və III dərəcə), bronxospazm, erektil disfunksiya, hiperhəssaslıq (o cüm. övrə, allergik vaskulit və, nadir hallarda, angionevrotik ödem), arterial hipotenziya, miokard infarktı, qaşınma, psoriaz, Reyno fenomeni, periferik işemiya/keçici səndələmə, yuxululuq, bayılma, trombositopeniya, müxtəlif tip səpkilər və dəri tərəfindən pozulmalar, vertiqo və qusma. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi çox vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər aşkar olunduqda və ya bu bənddə təsvir olunmayan yeni əlavə təsir yarandıqda Milli farmakonəzarət sisteminə müvafiq şəkildə məlumatın verilməsi xahiş olunur.

Doza həddinin aşılması

Nebivololun doza həddinin aşılması dünyanın müxtəlif ölkələrində postmarketinq dövrdə klinik tədqiqatları zamanı qeydə alınmışdır. Doza həddinin aşılması ilə daha çox tezliklə qeyd olunan əlamətlər və simptomlar bradikardiya və arterial hipotenziya olmuşdur; digər dəyərli arzuolunmaz reaksiyalara aiddir: ürək çatışmazlığı, başhərlənmə, hipoqlikemiya, yorğunluq və qusma. Həmçinin, β-blokatorların doza həddinin aşılması ilə əlaqəli arzuolunmaz reaksiyalardan bronxospazm və ürəyin blokadası qeyd oluna bilər. Nebivololun daxilə qəbul edilmiş məlum ən böyük dozası 500 mq təşkil edir (özünəqəsd cəhdi zamanı 100 mq-lıq bir neçə asetilsalisil turşusu tabletləri ilə birgə). Pasiyentdə aşağıdakı arzuolunmaz reaksiyalar qeyd olunmuşdur: hiperhidroz, dəri örtüklərinin solğunluğu huşun ləngiməsi, hipokineziya, arterial hipotenziya, sinus bradikardiyası, hipoqlikemiya, hipokaliemiya, tənəffüsün ləngiməsi və qusma. Pasiyent sağalmışdır. Nebivolol qanın plazma zülalları ilə yüksək dərəcədə birləşə bilir, bu səbəbdən, hemodializ prosedurunun aparılması zamanı dərman vasitəsinin klirensinin artması ehtimal olunmur. Nebivorldun doza həddinin aşılması zamanı dəstəkləyici və spesifik simptomatik müalicənin aparılması lazımdır. Nebivololun gözlənilən farmakoloji effektlərinə və digər β-blokatorların doza həddinin aşılmasına görə tövsiyyələrə uyğun olaraq, həmçinin klinik vəziyyətə müvafiq olaraq aşağıdakı terapiyanı aparmaq lazımdır, preparatın istifadəsinin dayandırılması daxil olmaqla. Bradikardiya Atropinin venadaxili yeridilməsi; müalicəyə qarşı kifayət qədər cavab alınmadıqda ehtiyatla izoproterenol və ya digər müsbət xronotrop effektə malik dərman vasitəsindən istifadə etmək olar. Bəzi hallarda transtorokal və ya transvenoz elektrokardiostimulyasiyanın aparılmasına ehtiyac yarana bilər. Arterial hipotenziya Maye və vazopressor dərman vasitələrinin venadaxili yeridilməsi; venadaxili qlükaqonun yeridilməsi özünü doğrulda bilər. Ürəyin blokadası (II-III dərəcə) İnfuziya şəklində izoproterenolun yeridilməsi və monitorinqi; bəzi hallarda transtorakal və ya transvenoz elektrokardiostimulyasiyanın aparılmasına ehtiyac yarana bilər. Durğunluq ürək çatışmazlığı Ürək qlikozidlərinin və diuretiklərin yeridilməsinin başlanğıc mərhələsində; bəzi hallarda inotrop və damargenişləndirici dərman vasitələrinin yeridilməsi barədə məsələni müzakirə etmək lazımdır. Bronxospazm Bronxgenişləndirici dərman vasitələrinin, məsələn qısamüddətli təsirə malik inhalyasion β -2 aqonistlərin və/və ya aminofillinin istifadəsi. Hipoqlikemiya Qlükozanın venadaxili yeridilməsi; qlükozanın çoxdəfəlik venadaxili yeridilməsinə və ya qlükaqonun istifadəsinə ehtiyac yarana bilər. Dəstəkləyici terapiyanı pasiyentin vəziyyəti stabilləşənə qədər aparmaq lazımdır. Nebivololun aşağı dozalarda qəbulu zamanı yarımxaricolma dövrü 12-19 saat təşkil edir.

Buraxılış forması

Tabletlər. 14 tablet, blisterdə. 2 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, CamiYolu Cad. No:50 K.1B Zemin 4-5-6, İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nebiworld 5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar