MUKOBA N30 TABLET

Dərman formasıTablet
Farmakoloji təsirMədə xorasında və qastroezofageal refluks xəstəliyində istifadə edilən digər preparatlar
İstehsal ölkəsiKoreya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MUKOBA örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Rebamipide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq rebamipid vardır. Köməkçi maddələr:laktoza hidrat, mikrokristallik sellüloza, kalsium karboksimetilsellüloza, hidroksipropilsellüloza, natrium nişasta qlikolyat, maqnezium stearat, hipromelloza, tiran dioksid, kartaub mumu.

Təsviri

Ağ rəngli, dairəvi örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Mədə xorasında və qastroezofageal refluks xəstəliyində istifadə edilən digər preparatlar. ATC kodu: A02BX14.

Farmakoloji xüsusiyyətləri

Heyvan modellərindən istifadə etməklə aparılan təcrübələr, mədə xorası olan heyvan modellərində profilaktik və ya müalicəvi təsirləri Rebamipid müxtəlif eksperimental siçovul modellərində yaranmış xoralarda, o cümlədən, aspirin, indometasin, histamin, serotonin və pilorik liqasiya ilə induksiya edilmiş xoralarda mədənin selikli qişasının zədələnməsinin qarşısını alır. Bu dərman vasitəsi həmçinin selikli qişanı reaktiv oksigen növlərinin, o cümlədən, selikli qişanın işemiya-reperfuziyasının, trombosit aktivləşdirici faktorun (PAF) və ya dietilditiokarbamatın (DDK) və stresli şəraitdə indometasinin istifadəsi kimi ehtimal olunan digər ulserogen şərtlərin yaratdığı zədələrdən qoruyur. Siçovullarda sirkə turşusu induksiyalı xora modelində bu preparat mədə xoralarının sağalmasına kömək etmiş və xoranın induksiyasından 120-140 gün sonra xoraların residiv və təkrarlanmasının qarşısını almışdır. Qastrit modellərində profilaktik və ya müalicəvi təsirlər: rebamipid siçovullar üzərində aparılan təcrübələrdə tauroxol turşunun yaratdığı qastritin inkişafını inhibə etmiş və selikli qişanın qastritlə əlaqəli iltihabının sağalmasına kömək etmişdir. Prostaqlandin sekresiyasına təsiri: rebamipid siçovullarda mədənin selikli qişasında prostaqlandin E2 (PQE ) əmələ gəlməsini artırmışdır. Preparat mədə şirəsində PQE , 15-keto-13, 14-dihidro-PQE2 2 2 (PQE -nin metaboliti) və PQl -nin yaranmasını artırmışdır. Sağlam kişilərdə bu dərman vasitəsinin2 2 mədənin selikli qişasındakı PGE ifrazına artan təsiri yenidən müşahidə edilmiş və o, selikli qişanı2 etanol yüklənməsi nəticəsində yaranan zədələrdən qorumuşdur. Sitoprotektiv təsir: rebamipid siçovullarda mədənin selikli qişasının etanol, güclü turşu və ya güclü qələvi induksiyalı zədələnməsini inhibə etməklə sitoprotektiv təsir göstərmişdir. İn vitro tədqiqatlarda Mukoba dərman vasitəsi həmçinin dovşan döllərindən əldə edilmiş mədə epitel hüceyrələrini aspirin və ya tauroxol turşusunun yaratdığı zədələrdən qorumuşdur. Sağlam kişilərdə bu dərman vasitəsi mədənin selikli qişasında aspirin, etanol induksiyalı və ya HCl- etanolun yüklənməsi nəticəsində inkişaf edən zədələnmələrin qarşısını almışdır. Selik-artırıcı təsir: rebamipid siçovullarda yüksək molekulyar çəkili qlikoproteinləri sintez etmək üçün mədə fermentinin fəaliyyətini artırmış, mədənin selikli qişasının selikli qatını qalınlaşdırmış və mədədə həll olan seliyin miqdarını artırmışdır. Endogen prostoqlandinlər həll olan seliyin ifrazının artmasında iştirak etməmişdir. Selikli qişada qan axınına təsiri: rebamipid mədənin selikli qişasının qanla təchizatını artırmış və siçovullarda qan itkisindən sonra pozulmuş hemodinamikanı yaxşılaşdırmışdır. Mukozal baryerə təsiri: rebamipid siçovulların mədəsində transmukozal potensial fərqinə təsir göstərməmiş, lakin etanolun təsiri ilə potensial fərqin azalmasını inhibə etmişdir. Mədədə qələvi ifrazına təsiri: rebamipid siçovulların mədəsində qələvi sekresiyasını artırmışdır. Selikli qişa hüceyrələrinin dövriyyəsinə təsiri: rebamipid siçovullarda mədənin selikli qişasında hüceyrələrin proliferasiyasını aktivləşdirmiş və örtülmüş epitel hüceyrələrinin sayını artırmışdır. Mədənin selikli qişasının bərpasına təsiri: rebamipid dovşanın mədəsindən əldə edilmiş epitel hüceyrə kulturasında öd turşusu və ya hidrogen peroksidin səbəb olduğu süni yaranın sağalmasının ləngimə prosesini yenidən bərpa etmişdir. Mədə şirəsinin ifrazına təsiri: rebamipid nə mədə şirəsinin bazal ifrazına, nə də sekresiya ilə stimullaşdırılmış turşu ifrazına təsir etməmişdir. Reaktiv oksigen növlərinə təsiri: rebamipid hidroksil radikallarını birbaşa təmizləyir və polimorfonuklear leykositlərlə superoksidin əmələ gəlməsinin qarşısını alır. Bu preparat in vitro Helicobacter pylori tərəfindən stimullaşdırılmış neytrofillərdən sərbəst buraxılan reaktiv oksigen növlərinin səbəb olduğu mədənin selikli qişa hüceyrələrinin zədələnməsini inhibə edir. Dərman vasitəsi stresli şəraitdə indometasin ilə müalicə olunan siçovulların mədə mukozasında lipid peroksidin sekresiyasını azaldır və selikli qişanın zədələnməsini inhibə edir. Mədənin selikli qişasında iltihablı hüceyrə infiltrasiyasına təsiri: siçovul modellərində rebamipid tauroxol turşusu ilə induksiya olunan qastritin və QSİƏP və ya işemik reperfuziyanın səbəb olduğu selikli qişa zədələnməsi zamanı iltihabi hüceyrə infiltrasiyasının qarşısını almışdır. Mədənin selikli qişasında iltihab sitokinlərinin (interleykin-8) sekresiyasına təsiri: oral yolla qəbul edilən rebamipid Helicobacter pylori olan pasiyentlərin selikli qişasında interleykin-8-in artan ifrazının qarşısını almışdır. Mukoba preparatı interleykin-8 mRNT ilə ifadə olunmuş NF-κB-nin aktivliyini və Helicobacter pylori (in vitro) ilə kokulturasiya edilmiş epitel hüceyrələrində interleykin-8 istehsalını inhibə etmişdir. Klinik tədqiqatlar Mədə xorasında klinik effektivlik: rebamipid tabletləri mədə xorası olan pasiyentlərdə preparatın obyektiv qiymətləndirilməsi üçün endoskopiya ilə tədqiq edilmişdir. Yekun endoskopik qiymətləndirmədə Mukoba preparatının istifadə edildiyi xəstələrin 60%-də (200/335) tam sağalma, 67%-də (224/335) isə demək olar ki, tam sağalmaya yaxın vəziyyət əldə edilmişdir. Bu dərman vasitəsinin klinik faydası effektivlik və təhlükəsizliyə əsaslanan ikiqat kor tədqiqatda müşahidə edilmişdir. Gündəlik 300 mq dozanın istifadəsi ilə sağalma müşahidə edilən 67 xəstənin altı aylıq izlənməsi nəticəsində məlum olmuşdur ki, residiv yalnız 4 xəstədə (təxminən 6%) inkişaf etmişdir. Kəskin qastrit və xroniki qastritin kəskin kəskinləşməsi zamanı klinik effektivlik: rebamipid tabletləri kəskin qastrit və ya xroniki qastritin kəskinləşməsi olan xəstələrdə tədqiq edilmişdir. Qiymətləndirilmiş xəstələrdə 80% (370/461) qlobal effektivlik dərəcəsi əldə edilmiş, 76% (351/461) orta və ya nəzərəçarpacaq yaxşılaşma müşahidə edilmişdir. Preparatın klinik faydası ikiqat kor tədqiqatda təkrarlana bilər. Farmakokinetikası Plazmada konsentrasiyası 6 sağlam kişi pasiyentdə rebamipidin gündə bir dəfə yeməkdən sonra 150 mq dozada peroral istifadəsi zamanı preparatın absorbsiyası acqarına qəbulla müqayisədə daha yavaş olmuşdur. Bununla belə, qida insanlarda rebamipidin biomənimsənilməsinə təsir göstərməmişdir. Böyrək çatışmazlığı olan xəstələrdən əldə edilmiş farmakokinetik parametrlərdə rebamipidin 100 mq dozada birdəfəlik peroral qəbulundan sonra sağlam insanlarla müqayisədə daha yüksək plazma konsentrasiyaları və daha uzun yarımxaricolma dövrü müşahidə edilmişdir. Stabil vəziyyətdə, təkrar qəbuldan sonra dializli böyrək xəstələrində müşahidə olunan rebamipidin plazma konsentrasiyası birdəfəlik istifadədən sonra müşahidə edilən dəyərlərə çox yaxın olmuşdur. Buna görə də, orqanizmdə rebamipidin kumulyasiya olunduğu düşünülmür. Metabolizmi Sağlam yetkin kişilərdə rebamipidin 600 mq dozada birdəfəlik peroral qəbulundan sonra o, sidiklə, əsasən, dəyişməmiş birləşmə şəklində xaric edilmişdir. Sidikdə 8-ci mövqedə hidroksil qrupu olan bir metaboliti müəyyən edilmişdir. Amma, bu metabolitin xaric edilməsi qəbul edilən dozanın yalnız 0,03%-ni təşkil etmişdir. Metabolitin əmələ gəlməsində CYP3A4 fermenti iştirak etmişdir. (Qeyd) Böyüklər üçün adi doza gündə üç dəfə 100 mq təşkil edir. Eliminasiyası Rebamipidin 100 mq dozasının sağlam yetkin kişilərdə birdəfəlik qəbulu zamanı qəbul edilmiş dozanın təxminən 10%-i sidiklə xaric edilmişdir. Zülallara bağlanması İn vitro insan plazmasına 0,05-5 mkq/ml rebamipid əlavə edilmiş və preparatın 98,4%-98,6%-i plazma zülalları ilə bağlamışdır.

İstifadəsinə göstərişlər

– Mədə xoraları. – Kəskin qastrit və xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasının zədələnməsi (eroziya, qanaxma, qızartı və ödem)

Əks göstərişlər

Dərman vasitəsinin tərkibində olan təsiredici və köməkçi maddələrə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. 18 yaşa qədər olan uşaq və yeniyetmələrdə istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

1) Şok və ya anafilaktik reaksiyalar (tezliyi bilinmir): Şok və ya anafilaktik reaksiyalar baş verə bilər. Buna görə xəstələr diqqətlə izlənilməlidir. Anormal əlamətlər müşahidə olunarsa, dərmanın qəbulu dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. 2) Leykopeniya (tezliyi <0,1%) və trombositopeniya (tezliyi məlum deyil): Leykopeniya və trombositopeniya baş verə bilər. Buna görə xəstə yaxından izlənilməlidir. Əgər anormal əlamətlər müşahidə olunarsa, dərmanın qəbulu dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. 3) Qaraciyər funksiyalarının pozulması (tezliyi < 0,1%) və sarılıq (tezliyi bilinmir). Qan zərdabında qlütamin AST, qlütamin ALT, γ-GTP səviyyəsinin yüksəlməsi müşahidə edilə bilər. Rebamipidin ilk dəfə yaşlı xəstələrə təyin edilməsi zamanı dərmana qarşı yüksək həssaslıq ehtimalı səbəbindən ehtiyatlı olmaq tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Rebamipidin in vitro şəraitda sitoxrom P450 fermentlərinə inhibəedici təsiri az olmuşdur. Rebamipid qaraciyərdə çətinliklə metabolizmə uğrayır və dəyişməmiş birləşmə şəklində sidiklə xaric olur və beləliklə, Mukoba dərman vasitəsi digər preparatların metabolizminə çox təsir göstərmir. Mukoba aspirin qəbulu zamanı plazmada salisil turşusunun konsentrasiyasına, indometasinin qəbulu zamanı onun zərdabdakı konsentrasiyasına və UFT istifadəsi zamanı plazma və şiş toxumasında 5- FU konsentrasiyasına təsir göstərməmişdir. Rebamipidin digər preparatlarla qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Rebamipidin hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi tədqiq edilmədiyindən bu dövrdə qəbulu əks-göstərişdir. Laktasiya dövründə bu dərman vasitəsi istifadə edilərsə süd vermək dayandırılmalıdır. Siçanlar üzərində aparılan tədqiqatlar rebamipidin ana südü ilə xaric edildiyini göstərmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərmanın psixomotor reaksiyaların sürətinə və/və ya nəqliyyat vasitələrini və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsiri öyrənilməmişdir. Mukoba preparatı ilə müalicə zamanı, avtomobil idarə edərkən və konsentrasiyanın artırılmasını tələb edən digər fəaliyyətlərdə diqqətli olmalısınız.

İstifadə qaydası və dozası

Böyüklər – Mədə xorası: 1 tablet gündə 3 dəfə, səhər, axşam və yatmazdan əvvəl. – Mədənin selikli qişasının zədələnməsi: gündə 3 dəfə 1 tablet. Uşaqlarda istifadəsi Çəkisi az olan körpələrdə, yenidoğulmuşlarda, südəmər körpələrdə və uşaqlarda təhlükəsizliyi müəyyən edilməmişdir. (Klinik təcrübə kifayət deyil.) Yaşlılarda istifadəsi Mədə-bağırsaq pozğunluqları riskini minimuma endirmək üçün yaşlı xəstələrə xüsusi qayğı ilə yanaşmaq tələb olunur, çünki belə pasiyentlər gənc xəstələrə nisbətən bu preparatın təsirinə qarşı fizioloji cəhətdən daha həssas ola bilər.

Əlavə təsirləri

Şok və ya anafilaktoid reaksiyalar (Başvermə tezliyi məlum deyil.) Şok və ya anafilaktoid reaksiyalar baş verə bilər. Buna görə pasiyentlər yaxından izlənilməlidir. Anormal hallar müşahidə olunarsa, preparatın istifadəsi dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. Leykopeniya (başvermə tezliyi <0,1%) və trombositopeniya (Başvermə tezliyi məlum deyil.) Leykopeniya və trombositopeniya inkişaf edə bilər. Buna görə pasiyentlər yaxından izlənilməlidir. Anormal hallar müşahidə olunarsa, preparatın istifadəsi dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. Antihistaminlərə qarşı yüksək həssaslığı olan xəstələrdə kəskin sedativ hallar inkişaf edə bilər. Qaraciyərin disfunksiyası (başvermə tezliyi <0,1%) və sarılıq (Başvermə tezliyi məlum deyil.) Bu dərman vasitəsini qəbul edən pasiyentlərdə AST (GOT), ALT (GPT), γ-GTP və qələvi fosfatazanın səviyyəsinin artması ilə ifadə olunan qaraciyər disfunksiyası və sarılıq halları bildirilmişdir. Əgər anormal laborator nəticələr müşahidə olunarsa, bu preparatın istifadəsi dayandırılmalı və müvafiq tədbirlər görülməlidir. Hiperhəssaslıq Nadir hallarda səpgi, qaşınma və ekzematoz dərman reaksiyaları inkişaf edə bilər. Hiperhəssaslıq reaksiyalarının bu cür əlamətləri inkişaf edərsə, Mukoba dərman vasitəsinin qəbulu dayandırılmalıdır. Sinir sistemində baş verən pozğunluqlar Uyuşuqluq, başgicəllənmə, yuxululuq. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Nadir hallarda ağızda quruluq, qəbizlik, qarında böyümə hissi, ishal, ürəkbulanma, qusma, qıcqırma, qarında ağrı və gəyirmə inkişaf edə bilər. Nadir hallarda qaraciyərin disfunksiyası (əlamətləri), o cümlədən ALT, AST, γ-GTP və qələvi fosfatazanın səviyyəsinin artması baş verə bilər. Hematoloji reaksiyalar Nadir hallarda leykopeniya inkişaf edə bilər. Digər reaksiyalar Nadir hallarda süd vəzilərinin genişlənməsi, doğuşdan kənar laktasiya, menstruasiya pozğunluğu, başgicəllənmə, qanda sidik cövhəri azotunun səviyyəsinin artması, ödem və qırtlaqda yad cisim hissi inkişaf edə bilər.

Doza həddinin aşılması

Doza həddi aşılarsa, dərhal həkimlə əlaqə saxlayın. Mədə xorasında istifadəsinin öyrənilməsi məqsədilə aparılan effektivlik tədqiqatlarında rebamipidi gündə 900 mq (tədqiqatda istifadə edilən maksimal dozası) dozada qəbul edən 81 xəstə arasında bir dəfə qarında ağrı bildirilmişdir. Postmarketinq təcrübədə doza həddinin aşılması bağlı məlumatlar məhduddur. Doza həddinin aşılmasının müalicəsi simptomatik olmalıdır. Xəstə sağalana qədər ciddi tibbi nəzarət və monitorinq davam etdirilməlidir.

Buraxılış forması

10 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, günəş işığından qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Nexpharm Korea Co., Ltd. 168-41, Osongsaengmyeong 4-ro, Osong-eup, Heungdeok-gu Cheongju-si, Chungcheongbuk-do, Korea.

Qeydiyyat vəsiqəsinin sahibi

RX-Pharm LLC, Azerbaijan Republic. Bakı şəh., Yasamal ray., Vidadi küç.10/ Vidadi st. 10,Yasamal, Baku.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“MUKOBA N30 TABLET” üçün ilk rəyi siz yazın.