MORESERK 24 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Histamin preparatı |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,96 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MORESERK tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq və ya 24 mq betahistin dihidroxlorid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, mannitol DC, hidroksipropilsellüloza, talk, susuz kolloidal silisium dioksid, susuz limon turşusu.
Təsviri
Ağ, yumru, bir üzündə bölmə xətti olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Histamin preparatı. ATC kodu: N07CA01.
Farmakoloji xüsusiyyətləri
Moreserkin tərkibi betahistindən ibarətdir. Bu dərman vasitəsi histaminin analoqu olub, daxili qulaqda qan dövranını yaxşılaşdırır və daxili qulaq mayesinin təzyiqini normallaşdırır.
İstifadəsinə göstərişlər
Menyer xəstəliyinin müalicəsində istifadə olunur. Menyer xəstəliyi – aşağıdakı simptomlarla təzahür edir: Ürəkbulanma və qusma ilə müşayiət olunan başgicəllənmə. Qulaqlarda küy. Eşitmənin zəifləməsi və ya itməsi. Vestibulyar pozğunluqların simptomatik müalicəsi.
Əks göstərişlər
Aşağıdakı hallarda moreserk preparatını qəbul etməyin: Tabletin tərkibində olan hər hansı bir inqrediyentə (bax: “Tərkibi”) qarşı allergiyanız (yüksək həssaslıq) varsa; Böyrəküstü vəzin şişi (feoxromositoma) ilə bağlı yüksək qan təzyiqi olduqda. Bunlardan hər hansı biri Sizdə mövcuddursa və yaxud bu barədə hər hansı şübhələriniz varsa, dərman vasitəsinin qəbulundan öncə həkimlə məsləhətləşin. Effektliliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmadığından Moreserkin 18 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anamnezinizdə mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi mövcuddursa; Bronxial astmadan əziyyət çəkirsinizsə; Hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa; Ana südü ilə qidalandırırsınızsa. Əgər bunlardan hər hansı biri Sizə şamil olunursa, preparatı qəbul etməzdən öncə həkimə müraciət edin. Moreserki qəbul edərkən bronxial astmalı şəxslər həkim nəzarətində saxlanmalıdır. Moreserkin tərkibindəki bəzi köməkçi maddələr haqqında əhəmiyyətli məlumat Preparatın tərkibində mannitol vardır, lakin çox kiçik dozada olduğundan ehtiyatlılıq tələb olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Moreserkin digər preparatlarla qarşılıqlı təsiri məlum deyil. Resept əsasında və ya reseptsiz buraxılan (bitki tərkibli dərman vasitələri də daxil olmaqla) hər hansı dərman vasitəsindən istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmişsinizsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. MAO inhibitorları ilə birgə istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Həkimlə məsləhətləşmədən hamiləlik dövründə Moreserk qəbul etməyin. Betahistinin hamilə qadınlarda istifadəsinə dair məlumatlar kifayət qədər deyil. Müalicə müddətində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkimə müraciət edin. Moreserki istifadə edərkən həkimlə məsləhətləşmədən döşlə qidalandırmayın. Preparatın ana südü ilə xaric olması barədə məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə preparatın ana üçün faydası döl və ya körpə üçün potensial riskindən yüksək olduğu halda istifadə oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tədqiqatlar zamanı Moreserkin avtomobil və ya texnikadan istifadə qabiliyyətinə təsir göstərmədiyi müəyyən olunmuşdur.
İstifadə qaydası və dozası
Tabletləri su ilə udun. Tabletləri yeməklə birgə və ya yeməkdən sonra qəbul edin. Moreserk təsir gücünə görə fərqlənən iki müxtəlif dozada (16 mq və 24 mq tabletlər) buraxılır. Başlanğıc gündəlik doza 2-3 dəfəyə qəbul olunmaqla 24 mq təşkil edir. Lazım gəldikdə doza 48 mq-a qədər artırıla bilər. Yaşlılar üçün dozalanma aşağıdakı kimidir: 16 mq tablet 24 mq tablet gündə 3 dəfə 1/2-1 tablet gündə 2 dəfə 1 tablet Müalicəyə həssaslığınızdan asılı olaraq həkiminiz Sizə uyğun dozanı təyin edəcəkdir. Müalicəvi təsir bir neçə gün və ya bir neçə həftə ərzində meydana çıxa bilər. Moreserklə müalicə zamanı bir neçə həftədən sonra xəstəlik əlamətlərinin aradan qalxması müşahidə olunur və maksimal müalicəvi effekt bir neçə aydan sonra əldə olunur. Hər zaman həkimin təyinatına riayət edin, çünki həkim Sizin üçün uyğun dozanı müəyyənləşdirir. Tabletlərin qəbulunu həkim məsləhət gördüyü müddət ərzində davam etdirin. Tabletlərin maksimal təsir göstərməsi üçün vaxt tələb olunur. Ahıl yaşlı şəxslərdə, həmçinin böyrək və/və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Moreserkin qida və maye ilə eyni zamanda qəbulu Moreserk qida və maye ilə birgə qəbul oluna bilər. Moreserki qəbul edərkən alkoqol qəbuluna məhdudiyyət qoyulmur. Moreserkin qəbulunu unutmuşsunuzsa Əgər Siz tableti qəbul etməyi unutmuşsunuzsa, növbəti dozanın qəbul vaxtını gözləyin. Növbəti dozanı öz vaxtında qəbul edin. Unudulumuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Moreserkin qəbulunun dayandırılması Həkiminizin məsləhət gördüyü müddət ərzində müalicəni davam etdirin. Müalicəni saxlamazdan öncə bunu həkimə bildirin. İstifadə ilə bağlı əlavə suallar yaranarsa, həkimdən/əczaçıdan soruşun.
Əlavə təsirləri
Bütün preparatlarda olduğu kimi, Moreserkin tərkibindəki inqredientlərə qarşı həssas olan şəxslərdə əlavə təsirlər meydana çıxa bilər. Tez-tez rast gələn əlavə təsirlər (ən azı hər 100 nəfərdən 1-də və 10 nəfərdən 1-dən azında) Ürəkbulanma, mədə pozğunluğu. Moreserkin qəbulu zamanı müşahidə oluna bilən digər əlavə təsirlər Baş ağrısı, qaşınma, səpgi, övrə xəstəliyi, angionevrotik ödem, qusma, yüksək həssaslıq reaksiyalar, mədə ağrıları və köp kimi yüngül şikayətlər. Moreserkin qida ilə birgə qəbulu və ya dozasının azaldılması mədə-bağırsaq problemlərinin meydana çıxma riskini azalda bilər. Əgər Sizdə bunlardan hər hansı biri, yaxud içlikdə göstərilməyən hər hansı bir əlavə təsir müşahidə olunarsa, həkimə/əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər Siz təyin olunmuş dozadan artıq Moreserk qəbul etmişsinizsə (doza artıqlığı), həkimə və ya birbaşa xəstəxanaya müraciət edin. Bu zaman preparatı özünüzlə götürməyi unutmayın.
Buraxılış forması
10 tablet, blisterdə. 3 (16 mq/24 mq) və ya 10 (24 mq) blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərmanları çirkab suları və ya məişət tullantıları vasitəsilə atmayın. Ehtiyac duyulmayan dərmanları necə ləğv edəcəyiniz barədə əczaçıdan məsləhət alın. Bu kimi tədbirlər təbiəti mühafizə etməkdə Sizə yardımçı olacaq.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merkez Laboratuarı İlaç San. ve Tic. A.Ş. Çamlık Mah., Sırrı Çelik Bul., Ayça Sok. No:6, Taşdelen-Çekmeköy, İstanbul/Türkiyə. Marketinq səlahiyyətinin sahibi Helba İlaç İç ve Dış San. Tic. A.Ş. Çamlık Mah., Pamuk Sok., A Blok Apt., No:12-16/17 Ümraniye, İstanbul/ Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.