Meristat 500 mq N14 tablet

Təsiredici maddə: CLARITHROMYCIN
Təsiredici maddəCLARITHROMYCIN
Dərman formasıTablet
Farmakoloji təsirMakrolid qrupu antibiotiki

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,04 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MERİSTAT – SANOVEL 500 mq örtüklü tabletlər MERISTAT – SANOVEL

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq klaritromisin vardır. Köməkçi maddələr: mikrokristallik selluloza, natrium nişasta qlikolyatı, polivinilpirrolidon (K-30), kolloidal silisium dioksid, talk, maqnezium stearat, sarı opadri OY-S-32917, açıq opadri YS-1R-7006, saxarin natrium, vanilin.

Təsviri

Açıq sarı rəngli, oval, bir tərəfində ‘S’ çap edilmiş, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Makrolid qrupu antibiotiki. ATC kodu: J01FA09.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Makrolidlər qrupundan olan yarımsintetik antibiotikdir. Preparat 50S ribosomal subvahidlə qarşılıqlı təsir nəticəsində antibakterial effekt göstərir və ona həssas bakteriyaların zülal sintezini tormozlayır. İn vitro şəraitdə klaritromisin bakteriyaların həm laborator ştammlarına, həm də klinik təcrübənin gedişində xəstələrdən əldə olunan bakteriya ştammlarına qarşı yüksək aktivlik nümayiş etdirmişdir. Preparat bir çox aerob və anaerob qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək aktivlik nümayiş etdirir. Törədicilərin əksəriyyəti üçün klaritromisinin minimal tormozlayıcı konsentrasiyaları (MTK), eritromisinlə müqayisədə orta hesabla bir log durulaşma aşağıdır.2 İn vitro şəraitdə klaritromisin Legionella pneumophila, Mycoplasma pneumoniae mikroorqanizmlərinə qarşı yüksək effektivdir. Preparat Helicobacter pylori mikroorqanizmlərinə bakterisid təsir göstərir; turş pH göstəricisi ilə müqayisədə, pH göstəricisi neytral olduqda, klaritromisinin qeyd olunan aktivliyi daha yüksəkdir. Bundan əlavə, in vitro və in vivo şəraitdə əldə olunan məlumatlar onu təsdiq edir ki, klaritromisin mikobakteriyaların klinik əhəmiyyətli növlərinə təsir göstərir; lakin, Enterobacteriaceae və Pseudomonas spp. mikroorqanizmləri, laktozanı fermentləşdirməyən digər qrammənfi bakteriyalar kimi klaritromisinə qarşı qeyri-həssasdırlar. Klaritromisinin aşağıda sadalanan mikroorqanizmlərin əksər ştammlarına qarşı aktivliyi, həm in vitro şəraitdə, həm də “İstifadəsinə göstərişlər” bölməsində qeyd olunan xəstəliklər zamanı klinik təcrübədə təsdiq olunmuşdur. Aerob qrammüsbət mikroorqanizmlər: Staphylococcus aureus, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Listeria monocytogenes. Aerob qrammənfi mikroorqanizmlər: Haemophilus influenzae, Haemophilus parainftuenzae, Moraxella catarrhalis, Neisseria gonorrhoeae, Legionella pneumophila. Digər mikroorqanizmlər: Mycoplasma pneumoniae, Chlamydia pneumoniae (TWAR). Mikobakteriyalar: Mycobacterium leprae, Mycobacterium kansasii, Mycobacterium chelonae, Mycobacterium fortuitum, Mycobacterium avium complex (MAC): Mycobacterium avium, Mycobacterium intracellulare mikroorqanizmləri daxil olan kompleks. Beta-laktamazalar klaritromisinin aktivliyinə heç bir təsir göstərmirlər. Metisillinə və oksasillinə qarşı rezistent olan stafilokokk ştammlarının əksəriyyəti, klaritromisinin təsirinə qarşı da davamlıdırlar. Helicobacter pylori Helicobacter pylori mikroorqanizmlərinin klaritromisinə qarşı həssaslığı, preparatın istifadəsi ilə müalicədən əvvəl 104 pasiyentdən əldə edilmiş Helicobacter pylori izolyatları üzərində öyrənilmişdir. Pasiyentlərin 4-də klaritromisinə qarşı rezistent olan Helicobacter pylori ştammları, 2-də mülayim rezistentliyə malik ştammlar, digər 98 pasiyentdə isə klaritromisinə qarşı həssas izolyatlar aşkar edilmişdir. İn vitro şəraitdə klaritromisin aşağıda sadalanan mikroorqanizmlərin əksər ştammlarına qarşı təsir göstərir (lakin, klaritromisinin klinik təcrübədə istifadəsinin təhlükəsizliyi və effektivliyi klinik tədqiqatlarla təsdiq olunmamışdır və praktik əhəmiyyəti aydınlaşdırılmamışdır). Aerob qrammüsbət mikroorqanizmlər: Streptococcus agalactiae, streptokokklar (C, F, G qruplarından olan), Viridans qrupundan olan streptokokklar. Aerob qrammənfi mikroorqanizmlər: Bordetella pertussis, Pasteurella multocida. Anaerob qrammüsbət mikroorqanizmlər: Clostridium perfringens, Peptococcus niger, Propionibacterium acnes. Anaerob qrammənfi mikroorqanizmlər: Bacteroides melaninogenicus. Spiroxetlər: Borrelia burgdorferi, Treponema pallidum. Kampilobakteriyalar: Campylobacter jejuni. İnsan orqanizmində klaritromisinin əsas metaboliti mikrobioloji cəhətdən aktiv metaboliti – 14-hidroksiklaritromisindir (14-OH-klaritromisin). Mikroorqanizmlərin əksəriyyəti üçün metabolitin mikrobioloji aktivliyi ilkin maddədə olduğu kimidir və ya 1-2 dəfə aşağıdır. Haemophilus influenzae mikroorqanizmləri istisna təşkil edir ki, bunlara qarşı metabolitin effektivliyi 2 dəfə yüksəkdir. İn vitro və in vivo şəraitdə ilkin maddə və onun əsas metaboliti, bakteriyaların ştammlarından asılı olaraq, Haemophilus influenzae mikroorqanizmlərinə qarşı additiv və ya sinergetik effekt nümayiş etdirirlər. Həssaslığın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar Mikroorqanizmlərin inkişafının ləngiməsi zonası diametrinin ölçülməsini tələb edən kəmiyyət üsulları, antimikrob vasitələrə qarşı bakteriyaların həssaslığının qiymətləndirilməsinin ən dəqiq nəticələrini göstərir. Həssaslığın müəyyən edilməsi üçün tövsiyə olunan proseduralardan birində 15 mkq klaritromisinlə hopdurulmuş disklər istifadə olunur (Kirby-Bauer diffuziya testi); testin nəticələri mikroorqanizmlərin inkişafının ləngiməsi zonasının diametrindən və klaritromisinin MTK göstəricilərindən asılı olaraq, izah edilir. MTK göstəriciləri mühitin durulaşdırılması və ya aqara diffuziyası üsulu ilə müəyyən edilir. Laboratoriya sınaqları 3 nəticədən birini göstərir: – davamlı – hesab etmək olar ki, infeksiya göstərilən preparatın istifadəsi ilə müalicə olunmur; – orta dərəcəli həssas – terapevtik effekt birmənalı deyil və ehtimal edilir ki, dozanın artırılması həssaslığın meydana çıxmasına səbəb ola bilər; – həssas – hesab etmək olar ki, infeksiya klaritromisinin istifadəsi ilə müalicə olunur. Farmokinetikası Sorulması Preparat MBT-dən (mədə-bağırsaq traktından) sürətlə sorulur. Mütləq biomənimsənilməsi təxminən 50 % təşkil edir. Dəfələrlə təkrar istifadə edildikdə, preparatın kumulyasiyası demək olar ki, aşkar edilməmişdir və insan orqanizmində metabolizmin xarakteri dəyişməmişdir. Preparatın istifadəsindən bilavasitə əvvəl qəbul edilən qida, preparatın biomənimsənilməsinin orta hesabla 25 % yüksəlməsinə səbəb olmuşdur. Klaritromisini yeməkdən əvvəl və ya yemək zamanı istifadə etmək olar. Paylanması, metabolizmi, xaricolması İn vitro şəraitdə klaritromisin 0,45 mkq/ml-dən 4,5 mkq/ml-ə qədər konsentrasiyalarda, qan plazmasının zülalları ilə 70 % birləşir. 45 mkq/ml konsentrasiyada zülallarla birləşməsi, ehtimal ki, birləşmə nahiyələrinin doyması nəticəsində 41 %-ə qədər aşağı düşür. Bu vəziyyət yalnız, terapevtik konsentrasiyadan dəfələrlə yüksək konsentrasiyalarda müşahidə olunur. İn vivo şəraitdə heyvanlar üzərində aparılan tədqiqatlarda göstərilmişdir ki, klaritromisin MSS (mərkəzi sinir sistemi) istisna olmaqla, bütün toxumalarda plazma konsentrasiyalarından bir neçə dəfə yüksək konsentrasiyalarda aşkar olunur. Preparatın ən yüksək konsentrasiyaları (plazma konsentrasiyalarından 10-20 dəfə yüksək) qaraciyərdə və ağciyərlərdə aşkar olunmuşdur. Sağlam insanlar Klaritromisini sutkada 2 dəfə 250 mq dozada istifadə etdikdə, qan plazmasında klaritromisinin və 14-OH-klaritromisinin C (maksimal konsentrasiya) göstəriciləri 2-3max gündən sonra əldə edilmişdir və müvafiq olaraq, 1 mkq/ml və 0,6 mkq/ml təşkil etmişdir. İlkin preparatın və onun əsas metabolitinin T (yarımxaricolma dövrü) göstəriciləri, müvafiq1/2 olaraq, 3-4 saat və 5-6 saat təşkil etmişdir. Klaritromisini sutkada 2 dəfə 500 mq dozada istifadə etdikdə, qan plazmasında klaritromisinin və 14-OH-klaritromisinin C göstəriciləri, preparatın istifadəsinin 5-cimax günündən sonra əldə edilmişdir və orta hesabla, müvafiq olaraq, 2,7-2,9 mkq/ml və 0,88-0,83 mkq/ml təşkil etmişdir. İlkin preparatın və onun əsas metabolitinin T göstəriciləri, müvafiq1/2 olaraq, 4,5-4,8 saat və 6,9-8,7 saat təşkil etmişdir. 14-OH-klaritromisinin C göstəricisi klaritromisinin dozasına proporsional yüksəlməmişdir;max lakin, preparatın dozasının artırılması, həm klaritromisinin, həm də onun hidroksilləşmiş metabolitinin T göstəricilərinin artmasına səbəb olmuşdur.1/2 Klaritromisinin göstərilən qeyri-xətti farmakokinetikası, yüksək dozalarda istifadə edildikdə, 14-hidroksilləşmiş və N-demetilləşmiş məhsulların əmələ gəlməsinin aşağı düşməsi ilə eyni zamanda, klaritromisinin qeyri-xətti metabolizmini nümayiş etdirir ki, bu da yüksək dozalarda daha aydın müşahidə olunur. Klaritromisini 250 mq dozada peroral yolla qəbul etdikdən sonra preparatın təxminən 37,9 %- i və klaritromisini 1200 mq dozada qəbul etdikdən sonra 46 %-i böyrəklər vasitəsi ilə xaric olunur; bağırsaq vasitəsi ilə preparatın, müvafiq olaraq, təxminən 40,2 %-i və 29,1 %-i xaric olunur. Pasiyentlər Klaritromisin və onun metaboliti olan, 14-OH-klaritromisin orqanizmin toxuma və mayelərinə sürətlə nüfuz edirlər. Mövcud məhdud məlumatlar onu təsdiq edir ki, preparatı peroral yolla istifadə etdikdə, klaritromisinin serebrospinal mayedə qeyd olunan konsentrasiyası heç bir əhəmiyyət kəsb etmir (yəni, HEB-in (hematoensefalik baryerin) keçiriciliyi normal olduqda, qan zərdabında qeyd olunan konsentrasiyanın yalnız 1-2 %-ni təşkil edir). Qan zərdabı ilə müqayisədə, orqanizmin toxumalarında preparatın konsentrasiyası adətən, bir neçə dəfə yüksəkdir. Preparatı hər 12 saatdan bir 250 mq dozada daxilə qəbul etdikdən sonra qeyd olunan toxuma və zərdab konsentrasiyalarının nümunələri, aşağıdakı cədvəldə göstərilmişdir. Toxuma növü Toxuma konsentrasiyası (mkq/q) Zərdab konsentrasiyası (mkq/ml) Badamcıqlar 1,6 0,8 Ağciyərlər 8,8 1,7 Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Qaraciyər funksiyalarının orta və ağır dərəcəli pozğunluğu qeyd olunan, lakin böyrək funksiyaları normal vəziyyətdə olan pasiyentlərdə klaritromisinin dozasının korreksiyası tələb olunmur. Klaritromisinin qan plazmasında tarazlıq konsentrasiyası və sistem klirensi göstərilən qrupdan olan pasiyentlərdə və sağlam insanlarda fərqlənmir. Sağlam insanlarla müqayisədə, qaraciyər funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə 14-OH- klaritromisinin tarazlıq konsentrasiyası aşağıdır. Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə qan plazmasında klaritromisinin C və C göstəriciləri, klaritromisinin və onun metaboliti olan 14-OH-klaritromisinin Tmax min 1/2 və AUC göstəriciləri artır. Eliminasiya konstantası və böyrəklər vasitəsi ilə xaricolması aşağı düşür. Göstərilən parametrlərin dəyişmə dərəcəsi böyrək funksiyalarının pozulması dərəcəsindən asılıdır. Gənc yaşlı pasiyentlər qrupu ilə müqayisədə, yaşlı pasiyentlərdə klaritromisinin və onun metaboliti olan 14-OH-klaritromisinin konsentrasiyası yüksək, xaricolması isə ləng olmuşdur. Lakin, kreatininin böyrək klirensinin nəzərə alınması ilə korreksiya aparıldıqdan sonra, hər iki qrupda heç bir fərq aşkar edilməmişdir. Beləliklə, klaritromisinin farmakokinetik parametrlərinə əsas təsiri yaş deyil, böyrək funksiyaları göstərir. Mikobakterial infeksiyalar qeyd olunan pasiyentlər Klaritromisini adi dozalarda (sutkada 2 dəfə 500 mq) istifadə edən İİV-infeksiyasına yoluxan pasiyentlərdə və sağlam insanlarda klaritromisinin və 14-OH-klaritromisinin C (tarazlıqss konsentrasiyasının əldə olunma müddəti) göstəriciləri eyni olmuşdur. Bununla belə, klaritromisini mikobakterial infeksiyaların müalicəsi üçün tələb oluna bilən daha yüksək dozalarda istifadə etdikdə, antibiotikin konsentrasiyası adətən istifadə olunan konsentrasiyalardan əhəmiyyətli dərəcədə yüksək ola bilər. Klaritromisini 2 dəfəyə qəbul edilən 1000 mq/sutkada və 2000 mq/sutkada dozada istifadə edən İİV-infeksiyasından əziyyət çəkən pasiyentlərdə tarazlıq C göstəriciləri adətən, müvafiq olaraq, 2-4 mkq/ml və 5-10max mkq/ml təşkil etmişdir. Klaritromisini adi dozalarda istifadə edən sağlam insanlarla müqayisədə, preparatı daha yüksək dozalarda istifadə etdikdə, T göstəricisinin uzanması1/2 qeyd olunmuşdur. Klaritromisini yüksək dozalarda istifadə etdikdə, preparatın qan plazmasında konsentrasiyalarının artması və T göstəricisinin uzanması, onun qeyri-xətti1/2 farmakokinetikası ilə əlaqəlidir. Omeprazol ilə kombinəolunmuş müalicə Klaritromisinin sutkada 2 dəfə 500 mq dozada 40 mq/sutkada omeprazol ilə kombinasiyada istifadəsi, omeprazolun T və AUC göstəricilərinin artmasına səbəb olur. Omeprazolu1/2 0-24 sərbəst şəkildə qəbul edən pasiyentlərlə müqayisədə, kombinəolunmuş müalicə qəbul edən bütün pasiyentlərdə omeprazolun AUC göstəricisinin 89 % və T göstəricisinin 34 %0-24 1/2 artması müşahidə olunmuşdur. Omeprazol olmadan klaritromisini sərbəst şəkildə istifadə edən pasiyentlərlə müqayisədə, klaritromisinin C , C və AUC göstəriciləri, müvafiqmax min 0-8 olaraq, 10 %, 27 % və 15 % artmışdır. Klaritromisini sərbəst şəkildə istifadə edən pasiyentlərlə müqayisədə, preparatları kombinasiyada qəbul edən qrupda istifadəsindən 6 saat sonra, tarazlıq vəziyyətində mədənin selikli qişasında klaritromisinin konsentrasiyaları 25 dəfə yüksək olmuşdur. Hər iki preparatı birlikdə istifadə etdikdən 6 saat sonra, mədə toxumalarında klaritromisinin konsentrasiyaları, klaritromisini sərbəst şəkildə istifadə edən pasiyent qrupundan əldə olunan məlumatlardan 2 dəfə üstün olmuşdur.

İstifadəsinə göstərişlər

Meristat-sanovel preparatı, böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda həssas mikroorqanizmlərin törətdikləri infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunur. Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri: faringit/tonzillit (törədicisi – Streptococcus pyogenes), kəskin maksillyar sinusit (törədiciləri – Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis mikroorqanizmlərinin törətdikləri). Aşağı tənəffüs yollarının infeksion xəstəlikləri: xroniki bronxitin kəskin bakterial ağırlaşması (törədiciləri – Haemophilus influenzae, Moraxella catarhalis, Streptococcus pneumoniae), pnevmoniya (törədiciləri – Mycoplasma pneumoniae və ya Streptococcus pneumoniae). Dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları: (törədiciləri – Staphylococcus aureus və ya Streptococcus pyogenes) (absess zamanı adətən, cərrahi drenaj istifadə olunur). Yerli və ya dessiminasiya olunmuş mikobakterial infeksiyalar: (törədiciləri – Mycobacterium Avium və Mycobacterium Intracellulare), yerli mikobakterial infeksiyalar (törədiciləri – Mycobacterium chelonae, Mycobacterium fortuitum, Mycobacterium kansasii). Qanda CD4+-limfositlərin (T-xelper limfositlərin) miqdarı 1 mm -də 100-dən artıq olmayan İİV-infeksiyasına yoluxmuş pasiyentlərdə Mycobacterium avium kompleksinin törətdiyi infeksiyanın disseminasiyasının profilaktikası. Klaritromisin, onikibarmaq bağırsaq xorasından əziyyət çəkən pasiyentlərdə xlorid turşusunun sekresiyası tormozlanan şəraitdə (klaritromisinin və proton pompası inhibitorlarının eyni zamanda istifadəsi) Helicobacter pylori mikroorqanizmlərinin eradikasiyası üçün istifadə olunur.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – ağır böyrək çatışmazlığı (KK 30 ml/dəqiqədən az); – anamnezdə QT intervalının uzanması, mədəcik aritmiyası və ya “piruet” tipli mədəcik taxikardiyası; – klaritromisinin astemizol, sizaprid, pimozid, terfenadin ilə eyni vaxtda istifadəsi; – klaritromisinin çovdar mahmizi alkoloidləri, məsələn, erqotamin, dihidroerqotamin ilə eyni vaxtda istifadəsi; – klaritromisinin peroral istifadə üçün midazolamla eyni vaxtda istifadəsi; – tikaqrelor və ranolazinlə eyni vaxtda istifadəsi; – hipokaliemiya (QT intervalının uzanması riski); – böyrək çatışmazlığı ilə yanaşı ağır qaraciyər çatışmazlığı; – klaritromisinin CYP3A4 izofermentilə (lovastatin, simvastatin) əhəmiyyətli dərəcədə metabolizmə uğrayan HMQ-KoA-reduktaza (statinlər) ilə eyni vaxtda istifadəsi (rabdomioliz daxil olmaqla, miopatiya riskinin yüksəlməsilə əlaqədar); – klaritromisinin kolxisinlə eyni vaxtda istifadəsi. Hamiləliyin sonuncu trimestrində əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik dövründə klaritromisinin istifadəsi yalnız, alternativ müalicə olmadıqda və preparatın ana üçün potensial faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Antibiotiklərin uzunmüddətli istifadəsi, qeyri-həssas bakteriyaların və göbələklərin miqdarının artması ilə müşayiət olunan koloniyaların əmələ gəlməsinə səbəb ola bilər. Superinfeksiya meydana çıxdıqda, müvafiq müalicə təyin etmək tələb olunur. Klaritromisini məsələn, alprazolam, triazolam, v/d (vena daxilinə) yeridilən midazolam kimi benzodiazepinlərlə eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. ÜİX (ürəyin işemik xəstəliyi), ağır dərəcəli ürək çatışmazlığı, hipomaqneziumemiya, ağır dərəcəli bradikardiya (dəqiqədə 50 vurğudan aşağı) qeyd olunan pasiyentlərdə klaritromisini ehtiyatla istifadə etmək lazımdır. Anamnezlərində QT intevalının uzanması, mədəcik aritmiyaları və ya “piruet” tipli mədəcik taxikardiyası qeyd olunan pasiyentlərdə klaritromisinin istifadəsi əks göstərişdir. Psevdomembranoz kolit Demək olar ki, bütün antibakterial preparatların, o cümlədən, klaritromisinin istifadəsi ilə müalicə müddətində, ağırlıq dərəcəsi yüngüldən həyat üçün təhlükəliyə qədər dəyişə bilən psevdomembranoz kolitin meydana çıxması halları təsvir edilmişdir. Antibakterial preparatlar bağırsağın normal mikroflorasının dəyişməsinə səbəb ola bilərlər ki, bu da Clostridium difficile mikroorqanizmlərinin inkişafına gətirib çıxara bilər. Antibakterial preparatların istifadəsindən sonra, diareya müşahidə olunan bütün pasiyentlərdə Clostridium difficile mikroorqanizmlərinin törətdikləri psevdomembranoz kolitin meydana çıxması ehtimalını nəzərə almaq vacibdir. Antibiotiklərin istifadəsi ilə müalicə kursu aparıldıqdan sonra, pasiyentin vəziyyətinin diqqətli tibbi müşahidəsini təmin etmək vacibdir. Antibiotiklərin istifadəsindən 2 ay sonra, psevdomembranoz kolitin inkişaf etməsi halları təsvir olunmuşdur. Böyrək və qaraciyər çatışmazlığı Klaritromisin ilk növbədə qaraciyər vasitəsi ilə xaric olunur. Klaritromisindən istifadə etdikdə, qaraciyər disfunksiyası (qanda qaraciyər fermentlərinin konsentrasiyasının yüksəlməsi, sarılıqla müşayiət olunan və ya sarılıqsız hepatosellülyar və/və ya xolestatik hepatit) halları barədə məlumatlar daxil olmuşdur. Qaraciyər disfunksiyası ağır dərəcəli ola bilər, lakin adətən, müvəqqəti olur. Ölümlə nəticələnən qaraciyər çatışmazlığı halları barədə məlumatlar daxil olmuşdur ki, bunlar da əsasən, eyni zamanda müşahidə olunan xəstəliklərin mövcudluğu və/və ya digər dərman preparatlarının birlikdə istifadəsi ilə əlaqələndirilmişdir. Hepatit əlamətləri və simptomları, məsələn, anoreksiya, sarılıq, sidik rənginin tündləşməsi, qaşınma, palpasiya zamanı qarın nahiyəsində ağrı hissi meydana çıxdıqda, klaritromisinlə müalicəni dərhal dayandırmaq tələb olunur. Xroniki qaraciyər xəstəlikləri qeyd olunduqda, qan zərdabında fermentlərin müntəzəm nəzarətini aparmaq vacibdir. Klaritromisini 500 mq dozada sutkada 1 dəfə qəbul etdikdə, sutkalıq dozanın aşağı salınması ehtimalı yoxdur və bununla əlaqəli, kreatinin klirensi (KK) 30 ml/dəqiqədə göstəricidən aşağı olan pasiyentlərdə klaritromisinin istifadəsi əks göstərişdir. Göstərilən qrupdan olan pasiyentlərdə klaritromisinin təsiredici maddəsindən sürətlə azadolan dərman formasından istifadə etmək lazımdır. Kəskin böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə klaritromisini ehtiyatla istifadə etmək lazımdır. Kolxisin Kolxisinin istifadəsi ilə əlaqəli zəhərlənmənin klinik simptomlarının inkişaf etməsinə nəzarət etmək vacibdir. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, xüsusilə, yaşlı pasiyentlərdə kloxisinlə zəhərlənmə halları barədə postmarketinq məlumatları qeydə alınmışdır. Təsvir olunan vəziyyətlərin bəziləri, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunmuşdur. Bəzi halların ölümlə nəticələnməsi barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və kolxisinin eyni zamanda istifadəsi əks göstərişdir. Makrolidlər Klaritromisinə və makrolidlər qrupundan olan digər antibiotiklərə, eləcə də linkomisinə və klindamisinə qarşı çarpaz rezistentliyin inkişaf etməsi ehtimal edilir. Klaritromisini digər ototoksik preparatlarla, xüsusilə aminoqlikozidlərlə eyni zamanda istifadə etdikdə, həm müalicə müddətində, həm də müalicə sona çatdıqdan sonra, ehtiyat tədbirlərinə riayət etmək və vestibulyar və eşitmə aparatlarının funksiyalarına nəzarət etmək vacibdir. Peroral hipoqlikemik preparatlar/insulin Klaritromisini və peroral hipoqlikemik preparatları (məsələn, sulfonilkarbamid törəmələrini) və/və ya insulini eyni zamanda istifadə etdikdə, ağır dərəcəli hipoqlikemiya müşahidə oluna bilər. Klaritromisinin bəzi hipoqlikemik preparatlarla (məsələn, nateqlinid, pioqlitazon, repaqlinid və rosiqlitazon) eyni zamanda istifadəsi, klaritromisin vasitəsi ilə CYP3A izofermentin inhibə olunmasına gətirib çıxara bilər və bunun nəticəsində hipoqlikemiya inkişaf edə bilər. Qlükoza konsentrasiyasına ciddi nəzarət etmək tövsiyə olunur. Dolayı təsirli antikoaqulyantlar Varfarini və klaritromisini eyni zamanda istifadə etdikdə, qanaxmanın baş verməsi, BNN (beynəlxalq normalaşdırılmış nisbət) göstəricisinin və protrombin müddətinin şiddətlə artması ehtimalı mövcuddur. Preparatı varfarinlə və ya digər dolayı təsirli antikoaqulyantlarla eyni zamanda istifadə etdikdə, BNN göstəricisinə və protrombin müddətinə nəzarət etmək vacibdir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları (statinlər) Klaritromisinin lovastatinlə və ya simvastatinlə eyni zamanda istifadəsi əks göstərişdir, çünki göstərilən statinlər CYP3A4 izoferment vasitəsi ilə əhəmiyyətli dərəcədə metabolizmə məruz qalırlar və bu preparatların klaritromisinlə birlikdə istifadəsi, onların zərdab konsentrasiyalarının yüksəlməsinə səbəb olur ki, bu da rabdomioliz daxil olmaqla, miopatiyanın inkişaf etmə riskinin yüksəlməsinə gətirib çıxarır. Klaritromisini göstərilən preparatlarla birlikdə istifadə edən pasiyentlərdə rabdomioliz halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin istifadəsi üçün zərurət yarandığı halda, müalicə müddətində lovastatinin və ya simvastatinin istifadəsini dayandırmaq tələb olunur. Digər statinlərlə kombinəolunmuş müalicə aparıldıqda, klaritromisini ehtiyatla istifadə etmək lazımdır. CYP3A izofermentin metabolizmindən asılı olmayan statinlərdən (məsələn, fluvastatindən) istifadə etmək tövsiyə olunur. Preparatların birlikdə istifadəsi üçün zərurət yarandıqda, statinlərin ən aşağı dozasından istifadə etmək tövsiyə olunur. Miopatiya əlamətlərinin və simptomlarının inkişaf etməsinə nəzarət etmək lazımdır. Pnevmoniya Streptococcus pneumoniae mikroorqanizmlərinin makrolidlərə qarşı artan rezistenliyini nəzərə alaraq, xəstəxanadankənar pnevmoniyadan əziyyət çəkən pasiyentlərə klaritromisini təyin etdikdə, həssaslığın müəyyən edilməsi testini aparmaq vacibdir. Xəstəxanadaxili pnevmoniya qeyd olunduqda, klaritromisini müvafiq antibiotiklərlə kombinasiyada istifadə etmək lazımdır. Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyaları Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyaları əksər hallarda, Staphylococcus aureus və Streptococcus pyogenes mikroorqanizmləri tərəfindən törədilir. Bu zaman, hər iki törədici makrolidlərə qarşı davamlı ola bilərlər. Bu səbəbdən, həssaslığın müəyyən edilməsi testini aparmaq vacibdir. Makrolidləri, Corynebacterium minutissimum mikroorqanizmlərinin törətdikləri infeksiyalar qeyd olunduqda, acne vulgaris və qızıl yel xəstəliklərində, eləcə də, penisillindən istifadə etmək mümkün olmadığı vəziyyətlərdə istifadə etmək olar. Anafilaktik reaksiya kimi kəskin hiperhəssaslıq reaksiyaları meydana çıxdıqda, Stivens- Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomatika ilə müşayiət olunan dərman səpgiləri (DRESS-sindrom), Şenleyn-Genox purpurası qeyd olunduğu hallarda klaritromisinin istifadəsini dərhal dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Natrium Meristat-sanovel preparatının tərkibində 1 mmol (23 mq) natrium vardır ki, bunu da natriumun miqdarına nəzarət olunan pəhriz saxlayan pasiyentlərdə nəzərə almaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ağır dərəcəli əlavə effektlərin inkişaf etmə ehtimalını nəzərə alaraq, klaritromisinin və aşağıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi əks göstərişdir. Sizaprid, pimozid, terfenadin və astemizol Klaritromisini sizapridlə/pimozidlə/terfenadinlə/astemizolla eyni zamanda istifadə etdikdə, qan plazmasında sonuncuların konsentrasiyalarının yüksəlməsi barədə məlumatlar daxil olmuşdur ki, bu da QT intervalının uzanmasına və mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası və “piruet” tipli mədəcik taxikardiyası daxil olmaqla, ürək aritmiyalarının meydana çıxmasına səbəb ola bilər. Çovdar mahmızı alkaloidləri Postmarketinq tədqiqatları onu göstərir ki, klaritromisini erqotaminlə və ya dihidroerqotaminlə eyni zamanda istifadə etdikdə, erqotamin qrupu preparatları ilə kəskin zəhərlənmə ilə əlaqəli, aşağıda göstərilən effektlərin meydana çıxması mümkündür: damarların spazmı, ətrafların və MSS daxil olmaqla, digər toxumaların işemiyası. Klaritromisinin və çovdar mahmızı alkaloidlərinin eyni zamanda istifadəsi əks göstərişdir. Etravirin Etravirinlə birlikdə istifadə edildikdə, klaritromisinin konsentrasiyası aşağı düşür, lakin, aktiv metabolit olan 14-OH-klaritromisinin konsentrasiyası yüksəlir. 14-OH-klaritromisinin MAC infeksiyalarına qarşı aşağı aktivliyə malik olduğunu nəzərə alaraq, onların törədicilərinə qarşı ümumi aktivlik dəyişə bilər və bu səbəbdən, MAC-ın müalicəsi üçün alternativ terapiyanın aparılmasını nəzərdən keçirmək lazımdır. Digər dərman preparatlarının klaritromisinə təsiri CYP3A izofermentin induktorları olan dərman preparatları (məsələn, rifampisin, fenitoin, karbamazepin, fenobarbital, deşikli dazıotu), klaritromisinin metabolizmini induksiya edə bilərlər. Bu, klaritromisinin subterapevtik konsentrasiyasının meydana çıxmasına gətirib çıxararaq, onun effektivliyinin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, klaritromisin vasitəsi ilə CYP3A izofermentin inhibə olunması nəticəsində qan plazmasında konsentrasiyası yüksələ bilən, CYP3A izofermentin induktorunun konsentrasiyasına nəzarət etmək tələb olunur. Rifabutindən və klaritromisindən eyni zamanda istifadə etdikdə, rifabutinin plazma konsentrasiyasının yüksəlməsi və klaritromisinin zərdab konsentrasiyasının aşağı düşməsi qeyd olunmuşdur ki, bu da uveitin inkişaf etməsi riskinin yüksəlməsi ilə müşayiət olunmuşdur. Aşağıda göstərilən dərman preparatları qan plazmasında klaritromisinin konsentrasiyasına təsdiq olunmuş və ya ehtimal edilən təsirlərə malikdirlər; həmin preparatları klaritromisinlə eyni zamanda istifadə etdikdə, dozaların korreksiyası və ya alternativ müalicəyə keçid tələb oluna bilər. Efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin Sitoxrom P450 sistemin güclü induktorları, məsələn, efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin klaritromisinin metabolizmini sürətləndirə bilərlər və beləliklə, qan plazmasında klaritromisinin konsentrasiyasının aşağı düşməsinə və terapevtik effektinin zəifləməsinə səbəb olaraq, eyni zamanda, mikrobioloji cəhətdən aktiv olan metabolitin, 14- OH-klaritromisinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilərlər. Klaritromisinin və 14- OH-klaritromisinin mikrobioloji aktivliyinin müxtəlif bakteriyalara qarşı fərqli olduğunu nəzərə alaraq, klaritromisini və ferment induktorlarını eyni zamanda istifadə etdikdə, preparatın terapevtik effekti aşağı düşə bilər. Flukonazol Flukonazolun gündə 200 mq dozada və klaritromisinin sutkada 2 dəfə 500 mq dozada eyni zamanda 21 nəfər sağlam könüllü tərəfindən istifadəsi, klaritromisinin minimal tarazlıq konsentrasiyasının (C ) orta göstəricisinin və AUC göstəricisinin, müvafiq olaraq, 33 % vəmin 18 % artmasına gətirib çıxarmışdır. Bununla belə, preparatların eyni zamanda istifadəsi, aktiv metabolit olan 14-OH-klaritromisinin orta tarazlıq konsentrasiyasına heç bir əhəmiyyətli təsir göstərməmişdir. Flukonazolla eyni zamanda istifadə edildiyi halda, klaritromisinin dozasının korreksiyası tələb olunmur. Ritonavir Farmakokinetik tədqiqatda göstərilmişdir ki, eyni zamanda ritonavirin 200 mq dozada hər 8 saatdan bir və klaritromisinin 500 mq dozada hər 12 saatdan bir istifadəsi, klaritromisinin metabolizminin nəzərəçarpacaq dərəcədə tormozlanmasına gətirib çıxarmışdır. Ritonavirlə eyni zamanda istifadə edildikdə, klaritromisinin C göstəricisi 31 % yüksəlmişdir, Cmax min göstəricisi 182 % yüksəlmişdir və AUC göstəricisi 77 % artmışdır. 14-OH-klaritromisinin əmələ gəlməsinin tamamilə tormozlanması qeyd olunmuşdir. Klaritromisinin geniş terapevtik diapazonu sayəsində, böyrək funksiyaları normal olan pasiyentlərdə preparatın dozasının aşağı salınması tələb olunmur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK 30-60 ml/dəqiqədə olduqda) preparatın dozasını 50 % aşağı salmaq lazımdır. Ritonaviri və sutkada 1 qramdan yüksək dozada klaritromisini eyni zamanda istifadə etmək olmaz. Klaritromisinin digər dərman preparatlarına təsiri Aritmiyaəleyhinə preparatlar Klaritromisini və xinidini və ya dizopiramidi eyni zamanda istifadə etdikdə, “piruet” tipli mədəcik taxikardiyasının meydana çıxması ehtimalı mövcuddur. Klaritromisini göstərilən preparatlarla eyni zamanda istifadə etdikidə, QT intervalının uzanmasını vaxtında aşkar etmək məqsədi ilə, müntəzəm olaraq, EKQ nəzarətini aparmaq və həmçinin, həmin preparatların zərdab konsentrasiyalarına nəzarət etmək lazımdır. CYP3A izofermentlə əlaqəli qarşılıqlı təsirləri CYP3A izofermenti inhibə etməsi məlum olan klaritromisinin və CYP3A izoferment vasitəsi ilə ilkin metabolizmə məruz qalan preparatların eyni zamanda istifadəsi, həmin preparatların konsentrasiyalarının qarşılıqlı yüksəlməsi ilə əlaqələndirilə bilər ki, bu da onların həm terapevtik effektlərinin, həm də əlavə təsirlərinin güclənməsinə və ya təsir müddətinin uzanmasına səbəb ola bilər. CYP3A izofermentin substratları olan preparatlardan, xüsusilə, dar terapevtik diapazona malik olan preparatlardan (məsələn, karbamazepin) və/və ya həmin ferment vasitəsi ilə intensiv metabolizmə məruz qalan preparatlardan istifadə edən pasiyentlərə klaritromisini ehtiyatla təyin etmək lazımdır. Zərurət yarandığı halda, klaritromisinlə eyni zamanda istifadə edilən preparatın dozasının korreksiyasını aparmaq lazımdır. Həmçinin, mümkün olduğu halda, CYP3A izoferment vasitəsi ilə ilkin metabolizmə məruz qalan preparatların zərdab konsentrasiyalarının monitorinqini aparmaq lazımdır. Aşağıda göstərilən preparatların/preparat siniflərin metabolizmi, klaritromisinin metabolizmində iştirak edən eyni CYP3A izofermenti ilə həyata keçirilir: məsələn, alprazolam, karbamazepin, silostazol, siklosporin, dizopiramid, çovdar mahmızı alkaloidləri, metilprednizolon, midazolam, omeprazol, dolayı təsirli antikoaqulyantlar (məsələn, varfarin), xinidin, rifabutin, sildenafil, takrolimus, triazolam və vinblastin. Həmçinin, CYP3A izofermentin aqonistlərinə aşağıda göstərilən preparatlar aiddir və həmin preparatların klaritromisinlə eyni zamanda istifadəsi əks göstərişdir: astemizol, sizaprid, pimozid, terfenadin, lovastatin, simvastatin və çovdar mahmızı alkaloidləri. Sitoxrom P450 sistem çərçivəsində digər izofermentlər vasitəsi ilə oxşar qarşılıqlı təsirə malik preparatlara fenitoin, teofillin və valproy turşusu aiddir. Teofillin, karbamazepin Klaritromisini və teofillini və ya karbamazepini eyni zamanda istifadə etdikdə, sistem qan dövranında göstərilən preparatların konsentrasiyalarının yüksəlməsi müşahidə oluna bilər. Omeprazol Klaritromisin (hər 8 saatdan bir 500 mq dozada) və omeprazol (gündə 40 mq dozada) kombinasiyasının istifadəsi, yetkin yaşlı sağlam könüllülərin iştirakı ilə tədqiq olunmuşdur. Klaritromisini və omeprazolu eyni zamanda istifadə etdikdə, omeprazolun tarazlıq plazma konsentrasiyalarının yüksəlməsi qeyd olunmuşdur (C , AUC və T göstəriciləri,max 0-24 1/2 müvafiq olaraq, 30 %, 89 % və 34 % artmışdır). Mədə pH-nın orta göstəriciləri 24 saat müddətində, omeprazolu sərbəst istifadə etdikdə 5,2 və omeprazolu klaritromisinlə eyni zamanda istifadə etdikdə 5,7 təşkil etmişdir. Sildenafil, tadalafil və vardenafil Fosfodiesteraza fermentinin göstərilən inhibitrolarından hər biri, CYP3A izoferment vasitəsi ilə ən azı qismən metabolizmə məruz qalır. Eyni zamanda, CYP3A izofermenti klaritromisinin iştirakı ilə inhibə oluna bilər. Klaritromisinin sildenafillə, tadalafillə və ya vardenafillə eyni zamanda istifadəsi, preparatın fosfodiesteraza fermentinə inhibəedici təsirinin artmasına gətirib çıxara bilər. Göstərilən preparatları klaritromisinlə birlikdə istifadə etdikdə, sildenafilin, tadalafilin və vardenafilin dozalarının aşağı salınması ehtimalını nəzərdən keçirmək lazımdır. Tolterodin Tolterodinin ilkin metabolizmi P450 sitoxrom sistemin 2D6 izoforması (CYP2D6 izoferment) vasitəsi ilə həyata keçirilir. Lakin, populyasiyanın CYP2D6 izoferment olmayan hissəsində metabolizm CYP3A izoferment vasitəsi ilə həyata keçirilir. Əhalinin bu qrupunda CYP3A izofermentin tormozlanması, qan zərdabında tolterodinin əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalarının meydana çıxmasına səbəb olmuşdur. CYP2D6 izoferment vasitəsi ilə aşağı səviyyəli metabolizm qeyd olunan populyasiyada, CYP3A izofermentin klaritromisin kimi inhibitorları ilə birlikdə istifadə edildikdə, tolterodinin dozasının aşağı salınması tələb oluna bilər. Benzodiazepinlər (məsələn, alprazolam, midazolam, triazolam) Midazolamı və tablet formasında klaritromisini (sutkada 2 dəfə 500 mq dozada) eyni zamanda istifadə etdikdə, midazolamın AUC göstəricisinin artması qeyd olunmuşdur: midazolamı v/d yeritdikdən sonra 2,7 dəfə və peroral yolla istifadə etdikdən sonra 7 dəfə. Midazolamın və klaritromisinin eyni zamanda peroral istifadəsindən çəkinmək vacibdir. Klaritromisini və v/d yeridilən midazolamı birlikdə istifadə etdikdə, dozanın ehtimal edilən korreksiyasını nəzərə alaraq, pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Triazolam və alprazolam daxil olmaqla, CYP3A izoferment vasitəsi ilə metabolizmə məruz qalan digər benzodiazepinlərdən istifadə etdikdə, eyni ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Xaricolması CYP3A izofermentindən asılı olmayan benzodiazepinlər (temazepam, nitrazepam, lorazepam) üçün, klaritromisinlə klinik əhəmiyyət kəsb edən qarşılıqlı təsir ehtimalı azdır. Klaritromisini və triazolamı eyni zamanda istifadə etdikdə, MSS-ə təsir – məsələn, yuxuya meyllilik və şüurun dumanlanması qeyd oluna bilər. Bu səbəbdən, preparatlardan eyni zamanda istifadə etdikdə, MSS-də baş verə biləcək pozğunluq simptomlarının meydana çıxmasına nəzarət etmək tövsiyə olunur. Digər preparatlarla qarşılıqlı təsirləri Kolxisin Kolxisin həm CYP3A izofermentin, həm də P-qlikoprotein (Pgp) daşıyıcı-zülalın substratıdır. Məlumdur ki, klaritromisin və digər makrolidlər CYP3A izofermentin və Pgp-in inhibitorlarıdır. Klaritromisini və kolxisini eyni zamanda istifadə etdikdə, Pgp-nin və/və ya CYP3A izofermentin inhibə olunması, kolxisinin təsirinin güclənməsinə gətirib çıxara bilər. Kolxisinin istifadəsi ilə əlaqəli zəhərlənmənin klinik simptomlarının inkişaf etməsinə nəzarət etmək lazımdır. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, xüsusilə, yaşlı pasiyentlərdə kloxisinlə zəhərlənmə halları barədə postmarketinq məlumatları qeydə alınmışdır. Təsvir olunan vəziyyətlərin bəziləri, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunmuşdur. Bəzi halların ölümlə nəticələnməsi barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və kloxisinin eyni zamanda istifadəsi əks göstərişdir. Diqoksin Ehtimal olunur ki, diqoksin Pgp-nin substratıdır. Məlumdur ki, klaritromisin Pgp-ni inhibitorudur. Klaritromisini və diqoksini eyni zamanda istifadə etdikdə, klaritromisin Pgp-ni inhibə etməklə, diqoksinin təsirinin güclənməsinə gətirib çıxara bilər. Diqoksinin və klaritromisinin eyni zamanda istifadəsi həmçinin, diqoksinin zərdab konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Bəzi pasiyentlərdə, diqoksinin istifadəsi nəticəsində, ölümlə nəticələnən potensial aritmiyalar daxil olmaqla, zəhərlənmənin klinik simptomları qeyd olunmuşdur. Klaritromisini və diqoksini eyni zamanda istifadə etdikdə, qan zərdabında diqoksinin konsentrasiyasına diqqətlə nəzarət etmək lazımdır. Zidovudin İİV-infeksiyasına yoluxmuş yetkin yaşlı pasiyentlər tərəfindən klaritromisin və zidovudin tabletlərinin eyni zamanda istifadəsi, zidovudinin C göstəricisinin aşağı düşməsinə gətiribss çıxara bilər. Peroral istifadə zamanı klaritromisinin zidovudinin sorulmasına təsir göstərməsini nəzərə alaraq, klaritromisini və zidovudini 4 satlıq intervalla istifadə etməklə, qeyd olunan qarşılıqlı təsirin qarşısını almaq mümkündür. İİV-infeksiyasına yoluxmuş uşaqlarda suspenziya şəklində klaritromisini zidovudinlə və ya didezoksiinozinlə eyni zamanda istifadə etdikdə, oxşar qarşılıqlı təsirin meydana çıxması müşahidə olunmamışdır. Yetkin yaşlı pasiyentlərdə eyni zamanda daxilə istifadə edildikdə, klaritromisinin zidovudinin sorulmasına mane olmasını nəzərə alaraq, klaritromisini v/d yeritdikdə, oxşar qarşılıqlı təsirin meydana çıxma ehtimalı demək olar ki, yoxdur. Fenitoin və valproy turşusu CYP3A izoferment inhibitorlarının (klaritromisin daxil olmaqla) və CYP3A izoferment vasitəsi ilə metabolizmə məruz qalmayan preparatlar (fenitoin və valproy turşusu) arasında qarşılıqlı təsirlər barədə məlumatlar mövcuddur. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, göstərilən preparatların zərdab konsentrasiyalarının müəyyən edilməsi tövsiyə olunur; çünki, həmin preparatların konsentrasiyalarının yüksəlməsi barədə məlumatlar mövcuddur. Dərman preparatları ilə ikiistiqamətli qarşılıqlı təsiri Atazanavir Klaritromisin və atazanavir CYP3A izofermentin həm substratları, dəm də inhibitorlarıdırlar. Bu preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin olması barədə məlumatlar mövcuddur. Klaritromisinin (sutkada 2 dəfə 500 mq) və atazanavirin (sutkada 1 dəfə 400 mq) eyni zamanda istifadəsi, klaritromisinin təsirinin 2 dəfə artmasına və 14-OH-klaritromisinin təsirinin 70 % aşağı düşməsinə, eləcədə, atazanavirin AUC göstəricisinin 28 % artmasına gətirib çıxara bilər. Klaritromisinin geniş terapevtik diapazonunu nəzərə alaraq, böyrək finksiyaları normal olan pasiyentlərdə preparatın dozasının aşağı salınması tələb olunmur. Orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK 30-60 ml/dəqiqədə) klaritromisinin dozasını 50 % aşağı salmaq lazımdır. KK 30 ml/dəqiqədən aşağı olan pasiyentlərdə klaritromisinin müvafiq dərman formasından istifadə edərək, klaritromisinin dozasını 75 % aşağı salmaq lazımdır. Proteaza inhibitorları ilə birlikdə istifadə etdikdə, klaritromisini sutkada 1000 mq-dan yüksək dozalarda istifadə etmək olmaz. Ləng kalsium kanallarının blokatorları Arterial hipotenziyanın meydana çıxma riskinin mövcudluğunu nəzərə alaraq, klaritromisini və CYP3A4 izoferment vasitəsi ilə metabolizmə məruz qalan ləng kalsium kanallarının blokatorlarını (məsələn, verapamili, amlodipini, diltiazemi) eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Eyni zamanda istifadə edildikdə, həm klaritromisinin, həm də ləng kalsium kanallarının blokatorlarının plazma konsentrasiyaları yüksələ bilərlər. Klaritromisini və verapamili eyni zamanda istifadə etdikdə, arterial hipotenziya, bradiaritmiya və laktasidoz meydana çıxa bilər. İtrakonazol Klaritromisin və itrakonazol CYP3A izofermentin substratları və inhibitorlarıdır ki, bu da, həmin preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin meydana çıxmasını müəyyən edir. Klaritromisin qan plazmasında itrakonazolun konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər; eyni zamanda, itrakonazol qan plazmasında klaritromisinin konsentrasiyasını yüksəldə bilər. Hər iki preparatın farmakoloji effektlərinin güclənməsi və ya təsir müddətinin uzanması simptomlarının aşkar edilməsi üçün, eyni zamanda itrakonazoldan və klaritromisindən istifadə edən pasiyentləri hərtərəfli müayinə etmək lazımdır. Sakvinavir Klaritromisin və sakvinavir CYP3A izofermentin substratları və inhibitorlarıdır ki, bu da, həmin preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin meydana çıxmasını müəyyən edir. Sakvinavirin sərbəst istifadəsi ilə müqayisədə, klaritromisinin (sutkada 2 dəfə 500 mq) və sakvinavirin (sutkada 3 dəfə 1200 mq, yumşaq jelatin kapsullarda) 12 nəfər sağlam könüllü tərəfindən eyni zamanda istifadəsi, sakvinavirin AUC və C göstəricilərinin, müvafiqmax olaraq, 177 % və 187 % artmasına səbəb olmuşdur. Klaritromisinin monoterapiya şəklində istifadəsi ilə müqayisədə, klaritromisinin AUC və C göstəriciləri, təxminən 40 % artmışdır.max Bu iki preparatı yuxarıda qeyd olunan dozalarda/tərkiblərdə məhdud müddət ərzində eyni zamanda istifadə etdikdə, preparatların dozalarının korreksiyası tələb olunmur. Sakvinavirin yumşaq jelatin kapsullarının istifadəsi ilə aparılan dərman preparatlarının qarşılıqlı təsirinin tədqiqatının nəticələri, sakvinaviri bərk jelatin kapsullarda istifadəsi zamanı müşahidə olunan effektlərlə uyğun gəlməyə bilər. Sakvinavirin monoterapiya şəklində istifadəsi ilə aparılan dərman preparatlarının qarşılıqlı təsirinin tədqiqatının nəticələri, sakvinavir/ritonavir ilə müalicə zamanı müşahidə olunan effektlərlə uyğun gəlməyə bilərlər. Sakvinavi ritonavirlə eyni zamanda istifadə etdikdə, ritonavirin klaritromisinə potensial təsirini nəzərə almaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin kateqoriyası C Hamiləlik zamanı klaritromisindən istifadə edilməməlidir (alternativ müalicə aparmaq mümkün olmayan hallar istisna olmaqla). Əgər hamiləlik preparatla müalicə dövründə baş verərsə döl üçün potensial riskin olması təhlükəsi qadına bildirilməlidir. Hamiləlik zamanı və laktasiya dövründə klaritromisindən istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir. Klaritromisin südə keçir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə əlaqəli tədqiqatlar aparılmayıb. Amma başgicəllənmə, dezoriyentasiya kimi potensial əlavə təsirlərin mümkünlüyündən, diqqət və cəldlik tələb edən fəaliyyətlərlə məşğul olarkən preparatın qəbuluna fərdi yanaşma lazımdır.

İstifadə qaydası və dozası

Böyüklər üçün klaritromisinin məsləhət görülən dozası Böyüklər İnfeksion xəstəliyin növü Hər 12 saatdan bir daxilə Müalicənin müddəti (gün) qəbul edilən doza Yuxarı tənəffüs yollarının 250 mq 6-14 infeksion xəstəlikləri Ciddi infeksiyalar Faringit/tonzillit 500 mq 250 mq Kəskin sinusit Ciddi infeksiyalar 6-14 500 mq Aşağı tənəffüs yollarının 250 mq infeksion xəstəlikləri Ciddi infeksiyalar Xroniki bronxitin kəskin 500 mq bakterial kəskinləşməsi Törədici S. pneumoniae M. cattarhalis H.influenzae 250 mq 7-14 Pnevmoniya 250 mq 7-14 Törədici 500 mq 7-14 S. pneumoniae M. pneumoniae 250 mq 7-14 250 mq 7-14 Dəri və yumşaq toxumaların kəskinləşməmiş infeksiyaları 250 mq 6-14 Mikobakterial infeksiyalar Böyüklər üçün məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 500 mq təşkil edir. 3-4 həftə ərzində klinik və ya laborator yaxşılaşma olmadıqda, dozanı sutakada 2 dəfə 1000 mq-a qədər artırılır. Törədicisi MAC olan disseminəolunmuş infeksiyaların müalicəsi zamanı müalicə, klinik və ya laborator nəticələr əldə edilənə qədər davam etdirilir. Klaritromisin digər antibakterial dərman vasitələrilə kompleksdə istifadə edilə bilər. Qeyri-vərəm mikobakterial infeksiyaların müalicəsi həkim nəzarəti altında aparılmalıdır. MAC-ın profilaktikası Böyüklər üçün məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 500 mq təşkil edir. Onikibarmaq bağırsağın xora xəstəliyi ilə əlaqədar olan pasiyentlərdə H.Pylori-nin eradikasiyası Məsləhət görülən doza, xlorid turşusunun sekresiyasını zəiflədən preparatlarla kompleksdə 7- 14 gün ərzində sutkada 2 dəfə 500 mq təşkil edir. Bu cür təsirə malik dərman vasitələri, məsələn, omeprazol, 40 mq/sutka (20 mq 2 dəfə) və amoksisillin 1000 mq 2 dəfə dozada təyin edilir. İstifadə müddəti və tezliyi 6-14 gün təşkil edən yuxarı tənəffüs yollarının infeksiyasının və dəri və yumşaq toxumaların ağırlaşmayan infeksiyasının müalicə dövrü istisna olmaqla, müalicə müddəti 7-14 gün təşkil edir. İstifadə qaydası Preparat qida qəbulundan asılı olmayaraq, eyni vaxtda daxilə qəbul edilir. Xüsusi qrup pasiyentlər Xroniki böyrək çatışmazlığı (XBÇ) zamanı Kreatininin klirensi (KK) 30 ml/dəqiqədən az olan pasiyentlərə preparatın adi dozasının yarısı təyin edilir və ya preparatın qəbulu arasındakı interval iki dəfə uzadılır. 14 gündən artıq istifadə edilməmlidir. Qaraciyər çatışmazlığı zamanı Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Lakin böyrəklərin normal funksiyasının qorunduğu zaman mülayim və ya ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb edilmir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın azaldılması tələb edilmir. Uşaqlarda istifadəsi və dozası 12 yaşdan kiçik və ya bədən çəkisi 33 kq-dan az olan uşaqlarda preparatın istifadəsi əks göstərişdir. 12 yaşdan yuxarı uşaqlarda preparatın dozası böyüklərdə olduğu kimidir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Həzm sistemində baş verən pozğunluqlar: tez-tez-diareya, qusma, dispepsiya, ürəkbulanma, qarın nahiyəsində ağrı; bəzən-ezofagit, qastroezofageal reflyuks xəstəliyi, qastrit, proktalgiya, stomatit, qlossit, qarında köp, qəbizlik, ağızda quruluq, gəyirmə, meteorizm, qanda bilirubinin konsentrasiyasının artması, ALT, AST, QQT, QF, LDH-ın aktivliyinin artması, xolestaz, hepatit, o cümlədən, xolestatik və hepatosellülyar; məlum deyil-kəskin pankreatit, dilin və dişlərin rənginin dəyişməsi, qaraciyər çatışmazlığı, xolestatik sarılıq. Allergik reaksiyalar: tez-tez-səpgi; bəzən-anafilaktoid reaksiya, hiperhəssaslıq, bullyoz dermatit, qaşınma, övrə, makulo-papulyoz səpgi; məlum deyil-anafilaktik reaksiya, angionevrotik ödem, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomatika ilə dərman səpgisi (DRESS sindromu). Sinir sistemində baş verən pozğunluqlar: tez-tez-başağrı, yuxusuzluq; bəzən-huşun itməsi, diskineziya, başgicəllənmə, yuxululuq, tremor, narahatlıq, yüksək oyanıqlıq; məlum deyil- qıcloma, psixotik pozuntular, şüurun dumanlanması, depersonalizasiya, depressiya, dezoriyentasiya, halüsinasiya, qorxulu yuxular, paresteziya, maniya. Dəri örtüyündə baş verən pozğunluqlar: tez-tez-intensiv tərləmə; məlum deyil-akne, hemorragiya. Duyğu orqanlarında baş verən pozğunluqlar: tez-tez-disgevziya, dadbilmənin təhrif olması; bəzən-vertiqo, eşitmənin pozulması, qulaqlarda küy; məlum deyil-karlıq, agevziya, parosmiya, anosmiya. Ürək-damar sistemində baş verən pozğunluqlar: tez-tez-vazodilatasiya; bəzən-ürəyin dayanması, qulaqcıq fibrilyasiyası, EKQ-də QT intervalının uzanması, ekstrasistoliya, qulaqcığın səyriməsi; məlum deyil-mədəcik taxikardiyası, o cümlədən, “piruet” tipli, qanaxma. Sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: bəzən-kreatininin konsentrasiyasının artması, sidiyin rənginin dəyişməsi; məlum deyil-böyrək çatışmazlığı, interstisial nefrit. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: bəzən-anoreksiya, iştahanın azalması, sidik cövhərinin konsentrasiyasının artması, albumin-qlobulin nisbətinin dəyişməsi. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: bəzən-əzələ spazmı, sümük-əzələ hərəkətsizliyi, mialgiya; məlum deyil-rabdomioliz, miopatiya. Tənəffüs sistemində baş verən pozğunluqlar: bəzən-astma, burun qanaxması, ağciyər arteriyasının tromboemboliyası. Qanyaratma sistemində baş verən pozğunluqlar: bəzən-leykopeniya, neytropeniya, eozinofiliya, trombositemiya; məlum deyil-aqranulositoz, trombositopeniya. Qanın laxtalanmasında baş verən pozğunluqlar: bəzən-BNM-in artması, protrombin vaxtının uzanması. İnfeksion və parazitar xəstəliklər: bəzən-sellülit, kandidoz, qastroenterit, ikincili infeksiya (o cümlədən, vaginal); məlum deyil-psevdomembranoz kolit, qızıl yel. Yerli reaksiyalar: çox tez-tez-inyeksiya nahiyəsində flebit; tez-tez-inyeksiya nahiyəsində ağrı, inyeksiya yerində iltihab. Ümumilikdə orqanizmdə baş verən pozğunluqlar: bəzən-süstlük, hipertermiya, asteniya, döş qəfəsində ağrı, titrətmə, yorğunluq. İmmuniteti zəifləmiş pasiyentlər Mikobakterial infeksiyaların müalicəsi üçün uzun müddət ərzində daha yüksək dozalarda klaritromisin qəbul edən QİDS və digər immun defisitli pasiyentlərdə tez-tez əlavə təsirləri İİV infeksiyasının və ya yanaşı xəstəliklərin simptomlarından ayırmaq çətin olur. Klaritromisinin 1000 mq-a bərabər sutkalıq dozasını qəbul edən pasiyentlərdə ən çox əlavə təsirlər aşağıdakılar olmuşdur: ürəkbulanma, qusma,dadbilmənin təhrif olması, qarın nahiyəsində ağrı, diareya, səpgi, meteorizm, başağrı, qəbizlik, eşitmənin pozulması, AST və ALT-nin qanda konsentrasiyasının artması. Eləcə də, təngnəfəslik, yuxusuzluq və ağızda quruluq kimi kiçik yaranma tezliyilə əlavə təsirlərin təzahürü halları qeyd edilmişdir. İmmuniteti zəifləmiş pasiyentlərdə laborator göstəricilərin onların normativ miqdardan əhəmiyyətli dərəcədə kənara çıxmaları analiz edilərək (kəskin artması və ya azalması) qiymətləndirilməsi aparılmışdır. Bu kriterinin əsasında hər gün 1000 mq dozada klaritromisin qəbul edən 2-3% pasiyentlərdə qanda AST və ALT-nin konsentrasiyasının əhəmiyyətli dərəcədə artması, eləcə də, sidik cövhərinin qalıq azotunun konsentrasiyasının yüksəlməsi qeyd edilmişdir. Laborator göstəricilər Bəzən-kreatininin konsentrasiyasının artması, hipoqlikemiya (o cümlədən, eyni vaxtda hipoqlikemik preparatların istifadəsi), QF-in aktivliyinin yüksəlməsi, bilirubinin miqdarının artması; məlum deyil-BNM-in artması, protrombin vaxtının uzanması. GÖZLƏNİLMƏZ TƏSİRLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT ETMƏK

Doza həddinin aşılması

Doza həddi aşıldıqda mədə-bağırsaq traktında ağırlaşmaların inkişafı mümkündür. Allergik reaksiyalar inkişaf etdikdə dərman preparatının absorbsiya olunmamış hissəsi orqanizmdən mədəni yumaqla çıxarılır və dəstəkləyici müalicə təyin edilir. Hemodializ və ya peritoneal dializ zamanı plazmada klaritromisinin konsentrasiyası dəyişilmir.

Buraxılış forması

7 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Meristat-sanovel 250 mq, 14 örtüklü tablet. Meristat-sanovel MR 500 mq, 7, 14 örtüklü tablet. Meristat-sanovel 125 mq/ 5ml, peroral suspenziya üçün qranulalar, 70 ml. Meristat-sanovel 250 mq/5 ml, peroral suspenziya üçün qranulalar, 50 ml, 100 ml.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Meristat 500 mq N14 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar