Meteospazmil N30 kapsul
| Təsiredici maddə | ALVERINE CITRATE + SIMETHICONE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Muskulotrop antispazmolitik |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,90 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun, belə ki, burada Sizin üçün vacib məlumat vardır. Dərman vasitəsini təlimata uyğun və ya həkim və ya əczaçının təyinatına müvafiq qəbul edin. İçlik vərəqəni saxlayın, onu yenidən oxumağınız lazım gələ bilər. Əlavə məlumat və ya məsləhət lazım olarsa, əczaçıya müraciət edin. Hər hansı eləcə də, təlimatda qeyd edilməyən, əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət edin. METEOSPAZMİL yumşaq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Alverine citrate + Simeticone
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 60 mq alverin sitrat, 300 mq simetikon vardır. Köməkçi maddələr: jelatin, qliserin, titan dioksid.
Təsviri
Parıltılı, qeyri-şəffaf, uzunsov kapsullardır. Kapsulun möhtəviyyatı qatı ağımtıl suspenziyadan ibarətdir.
Farmakoterapevtik qrupu
Muskulotrop antispazmolitik. ATC kodu: A03AX58.
İstifadəsinə göstərişlər
Pəhrizin dəyişilməsi və ya digər dərman vasitələrinin istifadəsi nəticəsində yaranan köpmə ilə həzm sistemində baş verən ağrıların müalicəsi.
Əks göstərişlər
Aşağıdakı hallarda preparatı qəbul etmək olmaz: – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – preparatın qəbulundan sonra xoşagəlməz reaksiya yarandıqda; – uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
– Simptomlar aradan qalxmadıqda və ya gücləndikdə və ya uzun müddət qəbizlik yarandıqda, həkimə müraciət etmək lazımdır; – Meteospazmil qaraciyər fermentlərinin səviyyəsini yüksəldə bilər. Həkim müalicə dövründə qaraciyərin vəziyyətini öyrənmək məqsədilə qan analizi təyin edə bilər. Qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, həkim tərəfindən müalicənin dayandırılmasına səbəb ola bilər. Hər hansı şübhə yarandıqda, həkimə müraciət etmək lazımdır. Tövsiyələr Simtomların yaranmasının qarşısını almaq məqsədilə aşağıdakı sağlam qidalanma qaydalarına əməl etmək lazımdır: – tərkibində artıq miqdarda yağ olan ağır qida qəbulundan çəkinmək; – köpməyə səbəb olan məhsulların istifadəsindən çəkinmək: həzm edilməyən karbohidratlar (ləpəlilər, kələm, çiy tərəvəz, soğan və s.), qazlı içkilər; – yeməyi asta-asta yemək lazımdır; – alkoqol qəbulunu məhdudlaşdırmaq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əvvəl və hazırda qəbul edilən və ya qəbul ediləcək dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə preparatdan istifadə etmək məsləhət görülmür. Müalicə dövründə hamiləliyin baş verməsi aşkar edildikdə, bu barədə həkimə məlumat vermək lazımdır, belə ki, həkim müalicənin davam etdirilməsi barədə qərar verməlidir. Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Laktasiya dövrü Laktasiya dövründə preparatdan istifadə etmək məsləhət görülmür. Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Meteospazmil preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etməsi ehtimal edilmir. Lakin, preparat başgicəllənməyə səbəb ola bilər və bu, nəqliyyat idarə etməyə və digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmağa təsir edə bilər.
İstifadə qaydası və dozası
Yalnız böyüklərdə istifadə edilir. Gündə 2-3 dəfə 1 kapsul təyin edilir. İstifadə qaydası Yeməkdən əvvəl və ya ağrı zamanı istifadə edilir. Preparatın qəbulu unudulduqda Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın qəbulu dayandırıldıqda Məlumat yoxdur. Dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün digər dərman vasitələrinin istifadəsi zamanı əlavə təsirlər baş verdiyi kimi Meteospazmil preparatının da qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin, bu təsirlər hamıda müşahidə edilmir. Aşağıdakı əlavə təsirlər baş verdikdə, dərhal həkimə müraciət etmək lazımdır: – ağır allergik reaksiyaların əlamətləri, xüsusilə, üzün, dodaqların, tənəffüsün və ya udmanın çətinləşməsinə səbəb ola bilən ağız boşluğunun, dilin və/və ya boğazın ödemi; – dəri səpgisi, qaşınma, sürətli ürəkdöyünmə və yüksək tərləmə ilə güclü başgicəllənmə (ağır allergik reaksiyalar çox nadir hallarda, 10 000 adamdan 1-də baş verir). Qaraciyər disfunksiyasına təsir edən əlamətlər Bu simptomlara dərinin sarılması və ya gözlərin ağarması, sidiyin rənginin tündləşməsi, iştahanın itməsi, ürəkbulanma və ya qusma daxildir (qaraciyərə təsiri çox nadir hallarda, 10 000 adamdan 1-də baş verir). Aşağıdakı əlavə təsirlər məlum olmayan tezlikdə baş vermişdir (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil): – dəri səpgisi; – səpgi; – qaşınma; – başgicəllənmə; – başağrısı; – ürəkbulanma; – qanda qaraciyər fermentlərinin (transaminazaların, qələvi fosfatazanın) və bilirubinin səviyyəsinin artması. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsir yarandıqda, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e- mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək edir.
Doza həddinin aşılması
Preparatın məsləhət görülən dozadan artıq qəbul edilməsindən sonra başgicəllənmə yarandıqda, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Buraxılış forması
10 kapsul, PVX/alüminium PVX/PEİPVDC-alüminium blisterdə. 2, 3 və ya 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Bazardaqablaşdırmanın bütün ölçüləri olmaya bilər.
Saxlanma şəraiti
25ºС-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullatılarının və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Laboratoires GALENIQUES VERNIN. 20, rue Louis-Charles Vernin 77190 DAMMARIE LES LYS – France. CAPSUGEL Ploërmel. ZI de Camagnon, 56800 Ploërmel – France. 6, avenue de l’Europe BP 5- 78400 Chatou Cedex France.
Qeydiyyat vəsiqəsinin sahibi
6, AVENUE DE L’EUROPE BP 51. 78401 CHATOU CEDEX.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.