Maksitrol 5 ml göz damcısı
| Təsiredici maddə | DEXAMETHASONE + NEOMYCIN SULFATE + POLYMYXIN B SULFATE |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Deksametazon və infeksiya əleyhinə vasitələr |
| İstehsal ölkəsi | Belçika |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,72 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAKSİTROL göz damcısı, steril oftalmoloji suspenziya Beynәlxalq patentlәşdirilmәmiş adı: Dexamethasone+Polymyxin B+Neomycin Tәrkibi Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 1 mq deksametazon, 3500 BV neomisin sulfat, 6000 BV polimiksin B sulfat vardır. Köməkçi maddələr: benzalkonium xlorid, hidroksipropilmetilsellüloza, polisorbat 20, natrium xlorid, xlorid turşusu və/və ya natrium hidroksid, təmizlənmiş su. Tәsviri Ağ və ya rəngsiz- açıq sarı, aqqlomeratlarsız qeyri-şəffaf, steril suspenziyadır.
Farmakoterapevtik qrupu
Deksametazon və infeksiya əleyhinə vasitələr. ATC kodu: S01CA01. Farmakoloji xüsusiyyәtlәri Təsir mexanizmi və farmakodinamikası Deksametazon Deksametazon iltihabəleyhinə güclü təsir mexanizmi məlum deyil. O, çoxsaylı iltihab sitokinlərini inhibə edib, çoxsaylı qlükokortikoid və mineralokortikoid təsirləri yaradır. Polimiksin B Siklik lipopeptid olub, qram-mənfi çöplərin hüceyrə divarına keçir və sitoplazmik membranı destabilizə edir. O, qram-müsbət bakteriyalara qarşı daha az aktivliyə malikdir. Neomisin Aminoqlikozid antibiotik olub, bakterial hüceyrələrə polipeptid yığımı və ribosomda sintezi inhibə etməklə təsir göstərir. Təsir mexanizmi Bakteriyaların polimiksin B-yə rezistentliyi xromosom mənşəlidir və buna arabir hallarda rast gəlinir. Sitoplazma membranındakı fosfolipid modifikasiyasının rolu olduğu qeyd edilir. Neomisinə qarşı rezistentlik bir neçə müxtəlif mexanizmlərlə baş verir. Bunlara (1) bakteriya hüceyrəsi daxilində ribosom subvahidinin dəyişməsi; (2) neomisinin hüceyrə daxilinə transportuna müdaxilə və (3) adenilləşdirici, fosforilləşdirici və asetilləşdirici fermentləri tərəfindən inaktivləşməsi daxildir. İnaktivləşdirici fermentlərin əmələ gəlməsi üçün genetik yaddaş bakteriya xromosomunda və ya plazmidlərdə daşına bilər. Sınma nöqtələri Sınma nöqtələri və in vitro spektr, polimiksin B və ya neomisinin ikili formul aktivliyini hesaba alır. Burada qeyd olunan sınma nöqtələri göz infeksiyaları zamanı müşahidə edilən xüsusi növlərə qarşı rezistentliyə əsaslanıb və bakteriya növündən asılı olaraq MAKSİTROL göz damcısının tərkibindəki polimiksinin neomisinə BV-də nisbəti: rezistent sınma nöqtələri: >5:2.5 – >40:20 kimidir. Həssaslıq Aşağıdakı məlumatlar MAKSİTROL göz damcısına qarşı təxmini həssaslığı əks etdirir. Ümumilikdə həssas olan növlər Aerob qram-müsbət mikroorqanizmlər Bacillus cereus Bacillus megaterium Bacillus pumilus Bacillus simplex Corynebacterium accolens Corynebacterium bovis Corynebacterium macginleyi Corynebacterium propinquum Corynebacterium pseudodiphtheriticum Metisillinə həssas Staphylococcus aureus (methicillin susceptible Staphylococcus aureus – MSSA) Staphylococcus capitis Metisillinə həssas Staphylococcus epidermidis (MSSE) Staphylococcus pasteuri Staphylococcus warneri Streptococcus mutans Aerob qram-mənfi mikroorqanizmlər Haemophilus influenzae Klebsiella pneumoniae Moraxella catarrhalis Moraxella lacunata Pseudomonas aeruginosa Serratia species Qazanılmış rezistentlik problem olan növlər Metisillinə resiztent Staphylococcus epidermidis (methicillin resistant Staphylococcus epidermidis – MRSE) Staphylococcus hominis Staphylococcus lugdunensis Xüsusiyyətcə rezistent olan növlər Aerob qram-müsbət mikroorqanizmlər Enterococcus faecalis Metisillinə rezistent Staphylococcus aureus (methicillin resistant Staphylococcus aureus – MRSA) Streptococcus mitis Streptococcus pneumoniae Anaerob bakteriyalar Propionibacterium acnes. Farmakodinamikası Deksametazon, prednizolon və hidrokortizondan daha güclü iltihabəleyhinə təsirə malik ən güclü kortikosteroidlərdən biridir. Farmakokinetikası Absorbsiyası Deksametazon –deksametazon kimi kortikosteroidlər yerli istifadədən sonra, gözdaxili mayeyə daxil olduğu üçün sistem sorulmanın baş verməsi mümkündür. Lakin yerli oftalmoloji kortikosteroidin dozası sistem şəkildə yeridilən dozadan aşağı olduğu üçün, ümumilikdə sistem absorbsiyanın klinik əlamətlərinə rast gəlinmir. Deksametazonun peroral biomənimsənilməsi sağlam şəxslərdə və xəstələrdə 70-80% aralığındadır. Neomisin-dovşanlar üzərində aparılan tədqiqatlar, neomisinin yerli istifadədən sonra gözdaxili mayeyə yavaş sorulmasını göstərmişdir. Buynuz qişanın yeyilməsi, eroziyası zamanı, absorbsiya artır. Neomisinin peroral absorbsiyası aşağıdır (orta 2.5%). Polimiksin B- konyunktiva kisəsindən sorulmadığı ehtimal edilir. Sistem şəkildə yeridilən polimiksin B gözdaxili mayeyə daxil olmur. Hətta iltihabın mövcud olduğu halda belə. Okulyar yeridilmədən sonra, sistem absorbsiya aşkar edilməmişdir. Paylanması Deksametazon-tarazlıq vəziyyətində deksametazonun venadaxili yerdilməsindən sonra, paylanma həcmi 0.58 l/kq olmuşdur. In vitro, deksametazonun 0.04 – 4 μq/mL konsentrasiyalarda plazma zülalı ilə birləşməsində dəyişiklik müşahidə edilməmişdir və zərdab zülalı ilə birləşmənin orta göstəricisi 77.4% təşkil etmişdir. Neomisin – paylanma həcmi 0.25 L/kq, plazma zülalı ilə birləşməsi aşağı olub 20% təşkil edir. Polimiksin B – ağır xəstələrdə paylanma həcmi aşağıdır (0.07 – 0.2 L/kq). Sağlam şəxslərdə plazma zülalı ilə birləşməsi orta dərəcədədir (56%), lakin ağır xəstələrdə 90%-ə qədər arta bilər. Metabolizmi Peroral dozadan sonra, deksametazonun 60%-i 6β-hidroksideksametazon və 5-10% əlavə metabolit, 6β-hidroksi-20-dihidroksimetazon şəklində bərpa olur. Neomisinin metabolizmi əhəmiyyətsiz dərəcədə baş verir. Plomiksin B-nin metabolizmə məruz qalması məlum deyil. Xaric olması Venadaxili yeridilmədən sonra, deksametazonun sistem klirensi 0.125 l/saat/kq olmuşdur. Yarımxaricolma müddəti 3-4 saat qeyd edilmişdir (kişilərdə bir az daha artıq). Sistem yeridilmədən sonra, 2.6% sidikdə dəyişilməmiş şəkildə aşkar edilmişdir. Sistem sorulan neomisin, dəyişilməmiş şəkildə nəcisdə (97%) və sidikdə (1%) xaric olunur. Polimiksin B-nin ümumi klirensi, ağır xəstələrdə (sepsis) 0.27-0.81 ml/dəq/kq olmuş, venadaxili yeridilən dozanın <1%-i sidikdə dəyişilməmiş şəkildə aşkarlanmış və xaricolmanın böyrəklərlə baş verməməsini və plazmada daha uzun yarımxaricolma müddətinin olduğu qeyd edilmişdir. İstifadәsinә göstәrişlәr Ümumi Bakterial infeksiyanın və ya okulyar bakterial infeksiya riskinin olduğu və kortikosteroidlərin təyin edildiyi, gözlərin steroidlərə həssas iltihabi prosesinin qısa müddətli müalicəsi. İnfeksiya əleyhinə komponent tərkibli kombinəolunmuş preparatın istifadəsi, infeksiya riskinin yüksək olduğu zaman və ya gözlərdə potensial olaraq təhlükəli sayda bakteriyaların ehtimalı olduqda təyin edilir. Preparatın tərkibindəki infeksiya əleyhinə iki vasitə kombinasiya şəklində Staphylococcus aureus, Haemophilius influenzae, Klebsiella/Enterobacter species and Pseudomonas aeruginosa kimi patogenlərə qarşı aktiv vasitələrdir. Bu preparat, streptococci və Streptococcus pneumonia-ya qarşı adekvat təsir göstərmir. Palpebral və bulbar konyunktiva, buynuz qişanın və göz almasının ön seqmentinin iltihabı (ödem və iltihabın azaldılması üçün bəzi infeksiyalı konyunktivitlər zamanı kortikosterid istifadəsinə xas olan risk qəbul edildikdə). Həmçinin xronik ön uveit və buynuz qişanın kimyəvi, radiasiya və ya termal yanğınlardan zədələnməsi və ya yad cismin penetrasiyası zamanı təyin edilir. Əməliyyatdan və zədədən sonra antibiotik təsiri zəruri olduqda və iltihabi reaksiyanın azaldılması tələb olunduqda; Antibakterial müalicə və iltihabəleyhinə qlükokortikoidlərin yanaşı müalicəsini tələb edən göz infeksiyaları. Əks göstәrişlәr Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq Herpes simplex keratiti Adi çiçək, suçiçəyi, eləcə də buynuz qişanın və ya konyunktivanın digər virus xəstəlikləri Göz strukturunun göbələk xəstəlikləri və ya gözün müalicə edilməmiş parazitar infeksiyaları Göz strukturunun mikobakterial infeksiyaları. Xüsusi göstәrişlәr vә ehtiyat tәdbirlәri Neomisin kimi yerli aminoqlikozidlərin istifadəsi zamanı, bəzi xəstələrdə həssaslığın əmələ gəlməsi mümkündür. Hiperhəssaslıq reaksiyalarının ağırlığı, yerli reaksiyalar və eritema, qaşınma, övrə, dəridə səpgi, anafilaksis, anafilaktoid reaksiya və ya bullyoz reaksiya kimi ümumi reaksiyalar arasında dəyişə bilər. Əgər preparatın istifadəsi zamanı yüksək həssaslıq qeydə alınırsa, müalicəni dayandırmaq lazımdır. Bundan əlavə, neomisinin yerli istifadəsi dəri həssaslığına gətirə bilər. Digər aminoqlikozidlərə qarşı çarpaz hiperhəssaslıq yarana bilər və yerli neomisinə qarşı həssas olan xəstələrin digər yerli və/və ya sistem aminoqlikozidlərə qarşı da həssas olması ehtimalı nəzərə alınmalıdır. Neomisinin sistem şəkildə və ya açıq yaralarda və ya zədələnmiş dəridə yerli istifadəsi, neyrotoksiklik, ototoksiklik və nefrotoksiklik də daxil olmaqla, ciddi əlavə təsirlərin yaranmasına səbəb olmuşdur. Nefrotoksiklik və neyrotoksiklik sistem polimiksin B istifadə edən xəstələrdə də qeydə alınmışdır. Bu cür təsirlərin yerli oftalmoloji istifadə zamanı qeydə alınmamasına baxmayaraq, sistem aminoqlikozidlər və ya polimiksin B ilə yanaşı müalicədə ehtiyatlı olmaq məsləhət görülür. Oftalmoloji kortikosteroidlərin uzunmüddətli istifadəsi gözdaxili hipertenziyaya və/və ya göz sinirinin zədələnməsi, görmə itiliyinin zəifləməsi və görmə sahəsinin defektləri ilə müşayiət olunan qlaukomaya və sonrakı subkapsulyar kataraktanın formalaşmasına səbəb ola bilər. Oftalmoloji kortikosteroidləri uzun müddət istifadə edən xəstələrdə gözdaxili təzyiq tez-tez və mütəmadi olaraq yoxlanılmalıdır. Kortikosteroidlərin səbəb olduğu gözdaxili hipertenziya riski uşaqlarda daha ciddi və böyüklərdən daha erkən yarana biləcəyinə görə bu, xüsusi olaraq uşaqlarda mühüm əhəmiyyət kəsb edir. MAKSİTROL suspenziyanın uşaqlarda istifadəsi təsdiq olunmamışdır. Kortikostroidlərin səbəb olduğu gözdaxili təzyiqin yüksəlməsi və/və ya kataraktanın formalaşması riski buna meyliliyi olan (məs: şəkərli diabetli) xəstələrdə daha çoxdur. Uşaqlar və CYP3A4 inhibitorları (ritonavir və kobisistat da daxil olmaqla) müalicə alan xəstələr də daxil olmaqla, meylli xəstələrdə intensiv və ya uzunmüddətli, davamlı müalicədən sonra, oftalmik deksametazonun sistem sorulması ilə əlaqədar Kuşinq sindromu və /və ya böyrəküstü vəzinin supressiyası yarana bilər. Bu halda, müalicə birdən deyil, tədricən azaldılaraq dayandırılmalıdır. Kortikosteroidlər qeyri-həssas bakterial, göbələk və ya virus infeksiyalarına qarşı müqaviməti azaldıb həm də infeksiyanın klinik təzahürlərini gizlədə bilər. Buynuz qişanın davamlı xoralanması olan xəstələrdə göbələk infeksiyasının olma ehtimalı nəzərə alınmalıdır. Göbələk infeksiyası baş verdikdə kortikosteroidlərin istifadəsi dayandırılmalıdır. Digər infeksiyalara qarşı preparatlarla olduğu kimi, neomisin və polimiksin kimi antibiotiklərin uzunmüddətli istifadəsi zamanı göbələklər daxil, qeyri-həssas orqanizmlərin həddən çox artımı mümkündür. Superinfeksiya yarandıqda, preparatın istifadəsi dayandırılmalı və alternativ müalicə tətbiq edilməlidir. Yerli oftalmoloji kosrtikosteroidlər buynuz qişadakı yaraların sağalmasını ləngidə bilər. Həmçinin, yerli QSİƏP-lərin sağalmanı yavaşıtması və ya ləngitməsi məlumdur. Yerli steroid və yerli QSİƏP-lərin yanaşı istifadəsi yaranın sağalması problemlərini artıra bilər. Buynuz qişanın və ya skleranın nazikləşməsinə səbəb olan xəstəliklər zamanı, yerli kortikosteroidlərdən istifadə perforasiyaların əmələ gəlməsinə gətirə bilər. Oftalmoloji iltihab və ya infeksiyaların müalicəsi zamanı kontakt linzaların istifadəsi məsləhət görülmür. MAKSİTROL oftalmoloji suspenziyanın tərkibində göz(lər)də qıcıqlanmaya səbəb ola biləcək və yumşaq kontakt linzaların rəngini dəyişmək xüsusiyyətinə malik benzalkonium xlorid var. Yumşaq kontakt linzaların preparatla təmasına yol verilməməlidir. Xəstələrə kontakt linzaların istifadəsinə icazə verildikdə, onları mütləq MAKSİTROL oftalmoloji suspenziyanın istifadəsindən əvvəl kontakt linzaları çıxarmaları və onları yenidən taxmazdan öncə 15 dəqiqə gözləmələri barədə məlumatlandırmaq lazımdır. Digәr dәrman vasitәlәri ilә qarşılıqlı tәsiri Yerli steroidlər və yerli QSİƏP-lərin yanaşı istifadəsi buynuz qısa yaralarının sağalması problemlərini artıra bilər. Ritonavir və kobisistat da daxil olmaqla, CYP3A4 inhibitorları sistem ekspozisiyanı artıra bilərlər və bu da böyrəküstü vəzinin supressiyası/Kuşinq sindromu ilə nəticələnə bilər. Bu cür kombinasiyanın istifadəsinə yalnız o zaman yol vermək olar ki, preparatın istifadəsi ilə əldə olunan fayda, sistem kortikosteroidlərin yan təsir riskindən üstün olsun. Bu zaman, xəstələr üzərində sistem kortikosteroidlərin təsirinə görə müşahidə aparılmalıdır. Hamilәlik vә laktasiya dövründә istifadәsi Deksametazon, neomisin və ya polimiksin B-nin hamilə qadınlarda istifadəsinə dair məlumat çox azdır və ya ümumiyyətlə yoxdur. Neomisin kimi aminoqlikozid antibiotiklər, hamilə qadınlarda venadaxili yeridilmədən sonra plasentadan keçir. Qeyri-klinik və klinik sistem ekspozisiyanın ototoksiklik və nefrotoksikliyi gücləndirdiyi müşahidə edilmişdir. Bu preparatın aşağı dozada yerli istifadəsi zamanı, neomisinin in utero ekspozisiya ilə ototoksiklik və ya nefrotoksikliyə səbəb olması ehtimal edilmir. Siçovullar üzərində aparılan tədqiqatlarda, neomisinin 25 mq/kq-a (bədən çəkisi/gün) qədər dozada peroral yeridilməsi zamanı, analarda toksiklik, fetotoksiklik və ya teratogenlik əlamətləri müşahidə edilməmişdir. Kortikoidlərin uzadılmış və ya təkrar istifadəsi, bətndaxili inkişaf geriləmələri ilə əlaqələndirilmişdir. Hamiləlik zamanı, kortikosteroidləri əhəmiyyətli dozada qəbul edən anaların körpələri, hipoadrenalizm əlamətlərinə görə diqqətlə müayinə olunmalıdırlar. Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı, deksametazonun sistem və okulyar istifadəsindən sonra reproduktiv toksiklik qeydə alınmışdır. Polimiksin B-nin boğaz heyvanlarda təhlükəsizliyinə dair məlumat yoxdur. MAKSİTROL oftalmoloji suspenziyanın hamiləlik zamanı istifadəsi tövsiyə edilmir. Deksametazon, neomisin və ya polimiksin B-nin insanlarda ana südünə nüfuz edib-etməməsi məlum deyil. Aminoqlikozidlər sistem istifadədən sonra insanlarda südə keçir. Deksametazon və polimiksin B-nin insanlarda südə keçməsi barədə məlumat yoxdur. Lakin deksametazon, neomisin və polimiksin B-nin insanlarda yerli istifadəsindən sonra, ana südündə aşkarlanması və ya klinik təsir göstərməsi ehtimal edilmir. Südəmər körpələr üçün risk istisna edilmir. Ana südü ilə qidalandırmanın və ya müalicənin dayandırılması fərdi fayda/risk nisbətinə nəzərən qərara alınmalıdır. Fertillik Neomisin və ya polimiksinin qadınlar və ya kişilərin reproduktivlik qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur. Deksametazonun kişi və ya qadın fertilliyinə təsirini dəyərləndirəcək klinik məlumatlar məhduddur. Xorionik qonadotropin yeridilmiş siçovul modellərində deksametazonun fertilliyə mənfi təsiri olmamışdır. Nәqliyyat vasitәlәrini vә digәr potensial tәhlükәli mexanizmlәri idarәetmә qabiliyyәtinә tәsiri Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə müvəqqəti təsir edə bilər. Bulanıq görmə baş verdikdə görmə qabiliyyəti bərpa olunmayana qədər xəstələr avtomobil və digər mexanizmləri idarə etməkdən çəkinməlidirlər. İstifadә qaydası vә dozası Preparat yerli istifadə üçündür. Birdən artıq yerli, oftalmoloji dərman vasitəsi təyin edildikdə, dərmanlar ən azı 5 dəqiqə fasilə ilə istifadə edilməlidir. Məlhəm ən sonda istifadə edilir. Böyüklər və yaşlılar Gündə 4-6 dəfə konyunktiva kisəsinə bir və ya iki damcı damızdırılmalıdır. Kəskin xəstəliklər zamanı göz damcısı hər bir saatda damızdırılmalı, iltihab əlamətləri zəiflədikcə isə preparatın dayandırılmasına qədər tədricən azaldılmalıdır. İstifadədən əvvəl, flakonu yaxşı çalxalamaq lazımdır. Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucluğunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. Preparatın istifadəsindən sonra burun-göz yaşı kanalının barmaqla asta basılması və ya göz qapaqlarının yavaş bağlanması tövsiyə edilir. Bu yerli istifadə edilən dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirlərin azalmasına səbəb ola bilər. Uşaqlar MAKSİTROL oftalmoloji suspenziya, göz damcısının təhlükəsizlik və effektivliyi uşaqlarda müəyyən edilməmişdir. Yaşlılar Doza rejimi böyük xəstələrdə olduğu kimidir. Qaraciyər və böyrək funksiyasının pozulması MAKSİTROL oftalmoloji suspenziya bu qrup xəstələrdə öyrənilməmişdir. Belə ki, yerli istifadədən sonra, təsiredici maddələrin aşağı sistem absorbsiyasını nəzərə alaraq, dozaya düzəlişlərin edilməsi tələb olunmur. Əlavә tәsirlәri Klinik tədqiqatlardan əldə edilmiş əlavə təsirlərin cədvəlləşdirilmiş siyahısı Aşağıdakı əlavə təsirlər, MAKSİTROL oftalmoloji suspenziyanın klinik tədqiqatlarda istifadəsi zamanı qeyd edilmiş və başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən <1/10-dək), bəzən (≥1/1 000-dən <1/100-dək), nadir hallarda (≥1/10 000-dən <1/1 000-dək), çox nadir hallarda (<1/10 000). Hər bir tezlik qrupu daxilində əlavə təsirlər ağırlıq dərəcəsinin azalması sırası ilə sadalanır. Orqan sistem sinfi Əlavә tәsirlәr Görmə orqanlarına Bəzən: keratit, gözdaxili təzyiqin yüksəlməsi, gözlərdə qaşınma, göz(lər)də diskomfort, göz(lər)də qıcıqlanma Postmarketinq təcrübədən əldə edilmiş əlavə təsirlərin cədvəlləşdirilmiş siyahısı Postmarketinq təcrübədən əldə edilmiş əlavə təsirlərə aşağıdakılar aiddir. Mövcud məlumatlar əsasında tezliyin müəyyən edilməsi mümkün deyil. Hər bir orqan sistem sinfi daxilində əlavə təsirlər ciddiliyin azalması ilə verilmişdir. Orqan sistem sinfi Əlavә tәsirlәr İmmun sistemə hiperhəsasslıq Sinir sisteminə başağrı Görmə orqanlarına xoralı keratit, bulanıq görmə, fotofobiya, midriaz, göz qapaqlarının ptozu, gözlərdə ağrı, gözlərdə şişkinlik, gözlərdə yad cism hissi, okulyar hiperemiya, göz yaşının artması Dəriyə və dərialtı toxumalara Stivens-Conson sindromu Doza hәddinin aşılması Yerli istifadə üçün nəzərdə tutulmuş bu preparatın xüsusiyyətlərinə əsasən, nə təyin olunmuş dozalarda oftalmoloji istifadə zamanı, nə də təsadüfən 1 flakonun içindəkini daxilə qəbul edən zaman onun toksik təsirinin meydana çıxması gözlənilmir.
Buraxılış forması
5 ml steril suspenziya, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma şәraiti 25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddәti 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Açıldıqdan sonra istifadə müddəti 4 həftədir. Aptekdәn buraxılma şәrti Resept əsasında buraxılır.
İstehsalçı
S.A. Alkon-Kuvre N.V., Rijksveq 14 B-2870 Puurs, Belçika. Qeydiyyat vәsiqәsinin sahibi Novartis Farma, AQ, İsveçrə Lichtstrasse 35, 4056 Bazel, İsveçrə. Azәrbaycan Respublikası әrazisindә dәrman vasitәsi ilә әlaqәdar hәr hansı bir mәlumat almaq üçün yerli filialla vә ya әlavә tәsirlәrә şübhә olduğu zaman [email protected] elektron ünvanına müraciәt edәrәk әlaqә saxlamağınız xahiş olunur Novartis Farma Servises AQ şirkətinin Azərbaycan Respublikasındakı Filialı. AZ1014, Bakı şəhəri, Rəsul Rza küçəsi 75, “Winter Park Plaza”. Telefon: +994 12 505 5822, +994 12 5055833. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.