Mastodynon 50 ml damcı Bionorica
| Təsiredici maddə | VITEX AGNUS-CASTUS + CYCLAMEN + IRIS + … |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini istifadə etməzdən əvvəl bütün təlimatları diqqətlə oxuyun, çünki orada Sizin üçün vacib məlumatlar var. Həmişə bu dərmanı təlimatlarda göstərildiyi kimi və ya müalicə həkiminin tövsiyələrinə uyğun olaraq istifadə edin. • Bu təlimatları saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. • Əlavə məlumat və ya məsləhətə ehtiyacınız olarsa, əczaçıya və ya həkiminizə müraciət edin. • Əgər Sizdə hər hansı əlavə təsirlər yaranarsa, həkiminizlə və ya əczaçı ilə danışın. Bunlara bu təlimatlarda qeyd olunmayan hər hansı mümkün əlavə təsirlər daxildir. “Əlavə təsirlər” bölməsinə baxın. • Üç aydan sonra özünüzü yaxşı hiss etmirsinizsə və ya hələ də pis hiss edirsinizsə, mütləq həkiminizlə danışmalısınız. MASTODİNON daxilə qəbul üçün damcı
Tərkibi
Təsiredici maddələr: 1 ml (0,925 q-a uyğundur) məhlulun tərkibində vardır: Agnus castus D1 (Lilac chaste tree or monk’s pepper tree)185,0 mq; Caulophyllum thalictroides D4 (Blue cohosh) 92,5 mq; Cyclamen D4 (European cyclamen) 92,5 mq; Ignatia D6 (Strychnos Ignatia) 92,5 mq; Iris D2 (Iris versicolor) 185,0 mq; Lilium tigrinum D3 (Tiger lily) 92,5 mq. Köməkçi maddələr: 50,6% (H/H) etanol, 18,5% (H/H) etanol.
Təsviri
Şəffaf, bir az sarımtıl rəngli, aromatik qoxuya malik mayedir. Saxlanma zamanı cüzi flokulyasiya (bulanıqlıq) baş verə bilər.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. ATC kodu: G02CX03.
Farmakoloji xüsusiyyətləri
Ginekoloji terapiyada istifadə üçün nəzərdə tutulmuş homeopatik vasitədir. Preklinik təhlükəsizlik məlumatları Mastodinon preparatının kəskin və xroniki toksikliyi haqqında heç bir məlumat yoxdur. Mastodinonun genotoksikliyinə dair in vitro və in vivo tədqiqatlarda mutagen təsiri aşkar edilməmişdir. Reproduksiya toksikologiyası üzrə müxtəlif tədqiqatlarda heç bir mənfi təsir aşkar edilməmişdir (siçovullar və dovşanlar üzərində aparılmış teratogenlik tədqiqatları, siçovullar üzərində aparılmış fertilliyə dair tədqiqatlar). İstifadəsinə göstərişləri Aşağıdakı halların kompleks terapiyası zamanı simptomatik müalicə üçün: – premenstrual sindrom – siklik mastodiniya – mastopatiya – menstrual sikl pozğunluqları Əks göstərişləri Dərman vasitəsinin hər hansı komponentlərinə qarşı yüksək həssaslıq hallarında preparatın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mastodinon ilə müalicə zamanı simptomlar pisləşərsə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Mastodynon preparatının tətbiqi mövcud şikayətlərin müvəqqəti pisləşməsi ilə nəticələnə bilər (ilkin pisləşmə). Bu halda həkimə müraciət edilməlidir. Estrogenə həssas bədxassəli şişləri olan və ya həmin şişlərdən əziyyət çəkmiş pasiyentlər və anamnezində hipofiz vəzinin pozğunluqları olmuş pasiyentlər bu dərman preparatını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Mastodynon preparatının tərkibində 53% (H/H) etanol var. Hər 30 damcıdakı (sadə doza) 0,39 q alkoqol 10 ml pivə və ya 4 ml şəraba bərabərdir. Etanol alkoqolizmdən əziyyət çəkənlər üçün zərərli ola bilər. Bu, hamiləlik və laktasiya dövründə, uşaqlarda, qaraciyər xəstəliklərindən və ya epilepsiyadan əziyyət çəkən yüksək risk qrupu xəstələrində nəzərə alınmalıdır. Saxlanma zamanı cüzi flokulyasiya (bulanıqlıq) baş verə bilər ki, bu da dərmanın effektivliyinə təsir göstərmir. Məlumdur ki, siqaret çəkmək və içki içmək kimi pis vərdişləri olan pasiyentlər homeopatik müalicə aldıqda, onların zərərli vərdişləri homeopatik dərmanların effektivliyinə mənfi təsir göstərir. Uşaqlar və yeniyetmələr Pediatriyada istifadəsi ilə əlaqəli məlumatların olmaması səbəbindən Mastodinon preparatı 18 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Mastodynon preparatı 12 yaşdan yuxarı yeniyetmələrdə yetkinlik dövründə müntəzəm menstruasiya başlamadan istifadə edilməməlidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri Vitex agnus-castusun (chaste) meyvələrinin mümkün dofaminergik və estrogen təsirlərinə görə, preparatın dofamın aqonistləri, dofamin antaqonistləri, estrogenlər və antiestrogenlərlə qarşılıqlı əlaqələri nəzərə alınmalıdır. Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi, fertilliyə təsiri Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi Hamiləlik zamanı preparatın istifadəsi üçün göstəriş yoxdur. Hamiləlik zamanı preparatın istifadəsi tövsiyə edilmir. Kifayət qədər istifadə təcrübəsi olmadığı üçün, həmçinin, qeyri-klinik tədqiqatların məlumatlarına uyğun olaraq, laktasiyanın azalmasının mümkünlüyü səbəbindən dərman preparatı laktasiya dövründə istifadə edilməməlidir. Fertilliyə təsiri Preparatın menstruasiya siklinin tənzimlənməsinə təsiri səbəbindən hamilə qalma ehtimalı artır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Mastodinon preparatının nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri ilə əlaqəli heç bir araşdırma aparılmamışdır. Dərman vasitəsinin istifadəsi zamanı diqqətin konsentrasiyasının artmasını və psixomotor reaksiyaların sürətini tələb edən potensial təhlükəli fəaliyyətləri (nəqliyyat vasitələrinin sürülməsi, hərəkət edən mexanizmlərlə işləmək, dispetçerin, operatorun işi) yerinə yetirərkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Dozalanma rejimi Tövsiyə olunan doza: gündə iki dəfə 30 damcı (səhər və axşam) və ya müalicə həkiminin təyin etdiyi qaydada istifadə edilir. 30 damcı dərman vasitəsinin 0,9 ml-nə uyğundur. Xüsusi populyasiya qruplarında istifadəsi Uşaqlar və yeniyetmələr Pediatriyada istifadəsi ilə əlaqəli məlumatların olmaması səbəbindən Mastodinon preparatı 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Mastodynon preparatı 12 yaşdan yuxarı yeniyetmələrdə yetkinlik dövründə müntəzəm menstruasiya başlamadan istifadə edilməməlidir. Böyrək və/və ya qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə istifadəsi Böyrək və/və ya qaraciyər çatışmazlığı olan pasiyentlər üçün tövsiyə olunan gündəlik dozanın dəyişdirilməsi üçün heç bir məlumatlar yoxdur. İstifadə qaydası Mastodinon dərmanı daxilə (peroral) qəbul edilir. İstifadə etməzdən əvvəl flakonu yaxşıca çalxalayın! Tələb olunan doza flakonun dozator-damcıladıcı qurğusundan istifadə edilməklə ölçülür. Dərman dozası verilərkən flakon şaquli vəziyyətdə tutulmalıdır. Lazım gələrsə (məsələn, uşaqlar üçün acı dadı yumşaltmaq üçün) dərmanı az miqdarda su (məsələn, bir stəkan su) ilə yumaq olar. Müalicə müddəti Mastodinon preparatı menstruasiya dövrü da daxil olmaqla ən azı 3 ay müddətində istifadə edilməlidir. Ümumiyyətlə yaxşılaşma 6 həftədən sonra başlayır. Hər hansı digər dərmanlar kimi, homeopatik dərmanlar da həkim nəzarəti olmadan uzun müddət ərzində qəbul edilməməlidir.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, Mastodinon preparatı da hamıda rastlaşmasa da, əlavə təsirlərə səbəb ola bilər. İmmun sistemdə baş verən pozğunluqlar Tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlaşma tezliyinin dəyərləndirilməsi mümkün deyil): dərmanın komponentlərinə qarşı sistemli allergik reaksiyalar, məsələn, dəridə səpgilər, övrə, üzün şişkinliyi, nəfəs darlığı (dispnoe), udmanın çətinləşməsi (disfagiya). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlaşma tezliyinin dəyərləndirilməsi mümkün deyil): epiqastral nahiyədə ağrı, ürəkbulanma kimi mədə-bağırsaq pozğunluqları. Digər sistem pozğunluqları Tezliyi məlum deyil (mövcud məlumatlara əsasən rastlaşma tezliyinin dəyərləndirilməsi mümkün deyil): baş ağrısı, başgicəllənmə, akne, menstrual pozğunluqlar. Yüksək həssaslıq/allergik reaksiyaların ilkin əlamətlərinin müşahidə edilməsi hallarında Mastodinon yenidən istifadə edilməməli və dərhal həkimə müraciət edilməlidir. Əgər Sizdə təlimatlarda sadalanan hər hansı əlavə təsirlər inkişaf edərsə və ya əlavə təsirlər daha da pisləşərsə və ya təlimatlarda qeyd olunmayan hər hansı digər əlavə təsirləri müşahidə edirsinizsə, zəhmət olmasa, bu barədə həkimə və ya əczaçıya müraciət edin. Əlavə təsirlər barədə məlumat verməklə Siz bu dərmanın təhlükəsizliyi haqqında daha çox məlumatların toplanmasına köməklik edə bilərsiniz.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməmişdir. Doza həddinin aşılması hallarında, simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
50 ml daxilə qəbul edilən damcı şaquli damcıladıcı və əyilmə halqası olan vintli qapaqlı tünd şüşə flakonda. Şüşə flakon öz-özünə yapışan etiketlə etiketlənmişdir. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. İlk dəfə açıldıqdan sonra yararlılıq müddəti: 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Kerschensteinerstrasse 11-15 92318 Neumarkt, Almaniya. Tel: +49 (0)9181 231-90. Faks: +49 (0)9181 231-265. E-Mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.