KETAP 100 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antipsixotik preparat (neyroleptik) |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,51 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KETAP örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Quetiapine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq kvetiapinə ekvivalent 28,78 mq kvetiapin fumarat, 50 mq kvetiapinə ekvivalent 57,56 mq kvetiapin fumarat, 100 mq kvetiapinə ekvivalent 115,12 mq kvetiapin fumarat, 200 mq kvetiapinə ekvivalent 230,24 mq kvetiapin fumarat, 300 mq kvetiapinə ekvivalent 345,36 mq kvetiapin fumarat vardır. Köməkçi maddələr: laktoza monohidrat, kalsium fosfat dihidrat, mikrokristallik sellüloza (Avicel ph 101), mikrokristallik sellüloza (Avicel ph 102), natrium nişasta qlikolatı, polivinilpirrolidon (PVP K30), maqnezium stearat. Örtük Ketap 25 mq: hidroksipropilmetilselluloza, polietilenqlikol, titanium dioksid, qırmızı dəmir oksidi, sarı dəmir oksidi. Ketap 50 mq: hidroksipropilmetil sellüloza, polietilenqlikol, titan dioksid, qırmızı dəmir oksidi, sarı dəmir oksidi. Ketap 100 mq: hidroksipropilmetil sellüloza, polietilenqlikol, titan dioksid, sarı dəmir oksidi. Ketap 200 mq, 300 mq: hidroksipropilmetil sellüloza, polietilenqlikol, titan dioksid.
Təsviri
Ketap 25 mq: qırmızımtıl-sarı rəngli, dairəvi, iki üzü qabarıq örtüklü tabletlərdir. Ketap 50 mq: qırmızımtıl-sarı rəngli, dairəvi, iki üzü qabarıq örtüklü tabletlərdir. Ketap 100 mq: açıq sarı rəngli, dairəvi, qabarıq örtüklü tabletlərdir. Ketap 200 mq: ağ rəngli, qabarıq örtüklü tabletlərdir. Ketap 300 mq: ağ rəngli, uzunsov, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antipsixotik preparat (neyroleptik). ATC kodu: N05AH04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Antipsixotik preparatdır (neyroleptik). Baş beyində 5HT2- serotonin reseptorları ilə yüksək birləşmə qabiliyyətinə ( D1 və D2 dofamin reseptorları ilə müqayisədə) malikdir. Həmçinin histamin və α adrenoreseptorlara qarşı yüksək aktivlik göstərir. α adrenoreseptorlara qarşı1- 2- zəif aktivliyə malikdir. M-xolinoreseptor və benzodiazepin reseptorlarına qarşı fəallığa malik deyil. Standart testlər zamanı antipsixotik aktivlik göstərir. Heyvanlarda ekstrapramid pozğunluqların öyrənilməsi nəticəsində məlum olmuşdur ki, kvetiapin D2-reseptorların effektli blokadası nəticəsində yalnız zəif katalepsiya törədir. Kvetiapin mezolimbik A10-dofaminergik neyronlarının aktivliyini motor funksiyalara nəzarət edən A9-niqrostrial neyronlara nisbətən seçici olaraq daha çox azaldır. Klinik tədqiqatlar zamanı (kvetiapin 75-750 mq/gün dozada istifadə olunmaqla) kvetiapin və plasebo arasında ekstrapiramid pozğunluqların başvermə tezliyinə görə fərq müəyyən olunmamışdır. Kvetiapin, prolaktin səviyyəsinin qan plazmasında uzunmüddətli yüksəlməsinə səbəb olmur. Sabitlənmiş doza ilə aparılmış çoxsaylı tədqiqatlar nəticəsində kvetiapin və ya plasebo istifadəsi zamanı prolaktin səviyyəsi arasında fərq müəyyən olunmamışdır. Klinik tədqiqatlar zamanı kvetiapin şizofreniyanın müsbət və mənfi simptomlarının müalicəsində yüksək effekt göstərmişdir. Kvetiapinin 5HT2 və D2- reseptorlarla qarşılıqlı təsiri preparatın qəbulundan sonra 12 saat davam edir. Farmakokinetikası Sorulması Peroral istifadə olunduqda kvetiapin MBT-dən yaxşı mənimsənilir. Qida qəbulu kvetiapinin biomənimsənilməsinə təsir göstərmir. Paylanması Kvetiapin təxminən 83% plazma zülalları ilə birləşir. Kvetiapinin farmakokinetikası xətti xarakter daşıyır, kişilərdə və qadınlar arasında fərq müşahidə olunmur. Metabolizmi Qaraciyərdə aktiv metabolizmə uğrayır. Kvetiapin metabolizminin əsas fermenti CYP3A4 izofermentidir. Əsas plazma metabolitləri nəzərəçarpan farmakoloji aktivliyə malik deyil. Xaric olması T təxminən 7 saatdır. Kvetiapinin 5%-den az hissəsi metabolizmə uğramır və dəyişilməmiş1/2 şəkildə böyrəklər və ya nəcis vasitəsilə xaric olur. Kvetiapinin 73%-i böyrəklər, 21%-i nəcislə xaric olunur. Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası Yaşlı xəstələrdə kvetiapinin klirensi 18-65 yaşlı xəstələrə nisbətən 30-50% aşağıdır. Böyrəklərin ağır funksional pozğunluğu (kreatinin klirensi 30 ml/dəq/1.73 m2) və qaraciyərin ağır zədələnməsi ( dekompensasiya mərhələsində olan alkohol sirrozu) olan xəstələrdə kvetiapin klirensi 25% aşağı göstəriciyə malikdir. Kvetiapin və onun bəzi metabolitləri normal effektli doza ( 300- 450 mq/gün) qəbulu nəticəsində əldə olunan qatılıqdan 10-50 dəfə yüksək qatılıqlarda CYP1А2, CYP2С9, CYP2С19, CYP2D6 və CYP3А4 izofermentlərinə qarşı zəif inhibəedici təsir göstərir.
İstifadəsinə göstərişlər
– Şizofreniya da daxil olmaqla, kəskin və xroniki psixozların müalicəsi; – bipolyar pozğunluqlar fonunda baş verən maniakal epizodların müalicəsi; – bipolyar pozğunluqlar fonunda baş verən orta ve ağır dərəcəli depressiv epizodların müalicəsi (8 həftə müddətində). – Əvvəllər kvetiapinlə müalicə olunmuş bipolyar pozğunluğu olan xəstələrdə maniakal ve depressiv epizodların təkrarlanmasının qarşısını almaq üçün
Əks göstərişlər
– Sitoxrom P450 inhibitorları ilə müştərək istifadə (azol qrupuna aid olan göbələkəleyhinə preparatlar, eritromisin, klaritromisin, nefazodon, proteazanın inhibitorları); – preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-damar, serebrovaskulyar və ya arterial hipotenziyaya zəmin yaradan digər xəstəliklər zamanı, həmçinin yaşlı xəstələrdə, böyrək çatışmazlığı olan və anamnezində qıcolma tutmaları olan xəstələrdə kvetiapin ehtiyatla istifadə olunmalıdır. Kvetiapin, xüsusən müalicənin başlanğıc dövründə ortostatik hipotenziyaya səbəb ola bilər ( yaşlı xəstələrdə cavan xəstələrə nisbətən daha çox rast gəlinir). Antipsixotik preparatların yüksək dozalarının qəbulunu birdən dayandırdıqda ürəkbulanma, qusma, hadir hallarda yuxusuzluq kimi kəskin reaksiyalar meydana çıxa bilər (kəsilmə sindromu). Psixotik əlamətlərin kəskinləşməsi və qeyri-iradi hərəki pozğunluqların (akatiziya, distoniya, diskineziya) inkişaf halları haqqında məlumatlar mövcuddur. Bununla əlaqədar olaraq, preparatın qəbulunun dayandırılması tədricən həyata keçirilməlidir. Bədxassəli neyroleptik sindromun inkişafı aparılan antipsixotik müalicə ilə əlaqədar ola bilər. Sindromun klinik olaraq hipertermiya, mental vəziyyətin dəyişməsi, əzələ rigidliyi, vegetativ sinir sisteminin qeyri-sabitliyi, KFK-nın səviyyəsinin yüksəlməsi ilə təzahür edir. Belə hallarda kvetiapin qəbulu dayandırılmalıdır və uyğun müalicə aparılmalıdır. Qıcolmaların inkişaf tezliyinə görə kvetiapin ve plasebo arasında fərq müəyyən edilməmişdir. Buna baxmayaraq, anamnezində qıcolma tutmaları olan xəstələrə təyini zamanı ehtiyatlı olmaq tələb olunur. Kvetiapin qəbulu ilə QT , intervalının uzanması arasında qarşılıqlı əlaqə müəyyənc olunmamışdır. Buna baxmayaraq, xüsusilə yaşlı xəstələrdə kvetiapinin QT intervalınınc uzanmasına səbəb olan preparatlarla müştərək istifadəsi zamanı ehtiyatlılıq tələb olunur. Kvetiapinin əsasən MSS-ə təsirini nəzərə alaraq, MSS-ə ləngidici təsir göstərən preparatlar və alkoholla yanaşı ehtiyatla təyin olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
CYP3A4 izofermentinin güclü inhibitorları ( azol qrupuna aid göbələk əleyhinə preparatlar və makrolid qrupuna aid antibiotiklər) ilə eyni zamanda istifadə olunduqda, plazmada kvetiapinin qatılığı yüksələ bilər. Belə hallarda kvetiapinin nisbətən aşağı dozalarda istifadə etmək məsləhət görülür. Yaşlı və zəifləmiş xəstələrə qarşı xüsusilə diqqətli olmaq tələb olunur. Hər bir xəstə üçün risk və fayda nisbətini fərdi şəkildə dəyərləndirmək lazımdır. Kvetiapini qaraciyərin ferment sistemini induksiyalan preparatlarla ( karbamazepin) müştərək təyini zamanı kvetiapinin plazmada qatılığı azaldığından, klinik effektdən asılı olaraq dozanın artırılması tələb oluna bilər. Müxtəlif dozalarda kvetiapinin farmakokinetikasının öyrənilməsi zamanı, preparatın karbamazepin qəbuluna qədər və ya karbamazepinlə müştərək istifadə dövründə kvetiapinin klirensinin yüksəlməsi müşahidə olunmuşdur.Kvetiapin klirensinin belə yüksəlməsi, karbamazepin daxil edilmədən aparılan sınaq hallarına nisbətən AUC göstəricisinin 13% azalmasına səbəb olmuşdur. Kvetiapinin digər qaraciyər mikrosomal ferment inhibitorları (fenitoin) ilə birgə istifadəsi kvetiapinin klirensinin artmasına səbəb ola bilər. Kvetiapinin fenitoinlə ( ve ya barbituratlar, rifampisin kimi digər qaraciyər fermentlərinin induktorları ilə) müştərək istifadəsi zamanı kvetiapinin dozasının yüksəldilməsi tələb oluna bilər.Müştərək istifadə zamanı fenitoin, barbituratlar, rifampisin kimi qaraciyər mikrosomal fermentlərini induksiyalayan preparatların qəbulunun dayandırılması və ya qaraciyər mikrosomal fermentlərini induksiyalamayan preparatlarla ( natrium valproat) əvəz olunması həyata keçirildikdə, kvetiapinin dozası azaldılmalıdır. Kvetiapinlə birgə istifadə olunduqda litium preparatlarının farmakokinetikası dəyişmir. Natrium divalproeks (natrium valproat və valproy turşusunun 1:1 molyar nisbəti) və kvetiapinin müştərək istifadəsi zamanı preparatların farmakokinetikasında nəzərəçarpan dəyişiklik müəyyən edilməmişdir. Kvetiapin antipirin metabolizmində iştirak edən qaraciyər fermentlərini induksiyalamır. Risperidon ve haloperidol kimi antipsixotik preparatlarla yanaşı verildikdə kvetiapinin farmakokinetikasında dəyişiklik izlənmir. Kvetiapin və tioridazinin müştərək istifadəsi zamanı kvetiapinin klirensinin yüksəlməsi müşahidə olunur. CYP3A4 izofermenti kvetiapinin metabolizmində iştirak edən əsas sitoxrom P450 sistemi fermentidir. Sitoxrom P450 sisteminin əsas inhibitorlarından olan simetidinlə birgə istifadə olunduqda kvetiapinin farmakokinetik göstəriciləri dəyişmir. İmipramin (CYP2D6 inhibitoru) və fluoksetinlə (CYP3A4 və CYP2D6 inhibitoru) yanaşı istifadə olunduqda kvetiapinin farmakokinetikası dəyişmir. Eyni zamanda kvetiapini sistem istifadə olunan CYP3A4 izofermentinin güclü inhibitorları ( azol qrupundan olan göbələk əleyhinə preparatlar və makrolid antibiotiklər) ilə birgə istifadə etdikdə ehtiyatlılıq tələb olunur. MSS-i ləngidən preparatlar və etil spirti kvetiapinin əlavə təsirlərinin inkişaf riskini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Kvetiapinin hamilə qadınlarda effektlilik və təhlükəsizliyi müəyyən olunmamışdır. Buna görə də, hamiləlik dövründə yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna bilər. Kvetiapinin ana südü ilə xaric olması naməlum olduğundan, preparatla müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Qaraciyər funksiyalarının pozğunluqları zamanı istifadəsi Qaraciyər çatışmazlığı olan xəstələrdə müalicəyə 25 mq/gün doza ilə başlamaq məsləhət görülür. Sonra doza hər gün 25-50 mq olmaqla effektli dozaya qədər artırılır. Böyrəklərin funksional pozğunluqları zamanı istifadəsi Böyrək çatışmazlığı olan xəstələrdə kvetiapinlə müalicəyə 25 mq/ gün doza ilə başlamaq tövsiyə olunur. Sonra doza hər gün 25-50 mq olmaqla effektli dozaya qədər artırılır. Pediatriyada istifadəsi Uşaqlarda və yeniyetmələrdə kvetiapinin effektliliyi və təhlükəsizliyi öyrənilməmişdir. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə kvetiapinin başlanğıc dozası 25 mq/gün təşkil edir. Sonra doza hər gün 25-50 mq olmaqla cavan xəstələrə nisbətən daha aşağı olan effektli dozaya qədər artırılır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kvetiapin yuxululuğa səbəb olduğundan onunla müalicə dövründə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Kvetiapin gündə 2 dəfə, qida qəbulundan asılı olmadan qəbul edilir. Yaşlılarda şizofreniya da daxil olmaqla kəskin və xroniki psixozların müalicəsi zamanı ilk 4 gün ərzində dozalanma 1-ci gün- 50 mq, 2-ci gün- 100 mq, 3-cü gün- 200 mq, 4-cü gün- 300 mq şəklindədir. Klinik effektdən və xəstənin fərdi həssaslığından asılı olaraq, doza 150 mq- 750 mq/gün intervalında dəyişə bilər. Maksimal gündəlik doza 750 mq təşkil edir. Bipolyar pozğunluqlar fonunda maniakal epizodların müalicəsi üçün kvetiapin monoterapiya və ya əhval-ruhiyyəni sabitləşdirmək üçün adyuvant müalicə şəklində tətbiq edilir. Müalicənin ilk 4 günü ərzində gündəlik dozalanma 1-ci gün- 100 mq, 2-ci gün- 200 mq, 3-cü gün- 300 mq, 4-cü gün- 400 mq şəklindədir. Sonrakı müddət ərzində müalicənin 6-cı günündən etibarən gündəlik doza artırılaraq 800 mq-a çatdırıla bilər. Gündəlik dozanın artırılması 200 mq/gün dozanı keçməməlidir. Klinik effekt və fərdi həssaslıqdan asılı olaraq, doza 200-800 mq/gün intervalında tərəddüd edir. Adətən effektiv doza 400- 800 mq/gün təşkil edir. Maksimal gündəlik doza 800 mq-dır. Bipolyar pozğunluqlar fonunda depressiv epizodların müalicəsi zamanı kvetiapin gündə 1 dəfə axşamlar qəbul olunur. Məsləhət görülən doza 300 mq-dır. Müalicənin ilk 4 günü ərzində gündəlik doza: 1-ci gün- 50 mq, 2-ci gün- 100 mq, 3-cü gün- 200 mq, 4-cü gün- 300 mq təşkil edir. Maksimal gündəlik doza 600 mq-dır. 600-mq-dan yüksək dozalarda klinik yaxşılaşma müəyyən olunmamışdır. Yaşlı xəstələrdə başlanğıc doza 25 mq/gün təşkil edir. Dozanı hər gün 25-50 mq olmaqla effektli doza əldə edənə qədər artırmaq lazımdır. Yaşlılar üçün effektli doza cavan xəstələrə nisbətən daha aşağıdır. Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə kvetiapinlə müalicəyə 25 mq/gün doza ilə başlanması tövsiyə olunur. Dozanı hər gün 25-50 mq olmaqla effektli doza əldə edənə qədər artırmaq tövsiyə olunur. Uşaqlarda və yeniyetmələrdə kvetiapinin effektliliyi və təhlükəsizliyi öyrənilməmişdir.
Əlavə təsirləri
Mərkəzi və periferik sinir sisteminə: tez-tez – yuxululuq (17.5%), başgicəllənmə (10%); nadir – bədxassəli neyroleptik sindrom (hipertermiya, huş pozğunluğu, əzələ rigidliyi, vegetativ damar pozğunluqları, KFK-nın qatılığının yüksəlməsi); çox nadir – qıcolmalar. Kvetiapinin uzunmüddətli istifadələri zamanı gecikmiş diskineziyanın inkişaf riski mövcuddur. Gecikmiş diskineziya əlamətləri meydana çıxdıqda dozanı azaltmaq və ya kvetiapinlə müalicəni dayandırmaq lazımdır. Həzm sisteminə: tez-tez – qəbizlik (9%), həzm pozğunluğu (6%), ağızda quruluq (7%); qan zərdabında qaraciyər fermentlərinin aktivliyinin artması (ALT, AST, QQT) (6%), həmçinin xolesterin və triqliseridlərin qatılığının yüksəlməsi ( kvetiapinlə müalicə fonunda meydana çıxan bu deyişikliklər geri dönəndir). Ürək-damar sisteminə: tez-tez – ortostatik hipotenziya ( başgicəllənmə ilə müşayiət olunan), taxikardiya (7%), bayılma; bu yan təsirlər adətən müalicənin başlanğıcında müşahidə olunur. Qanyaradıcı sistemə: nadir – leykopeniya ve/ ve ya neytropeniya. Kvetiapin qəbul edən xəstələrdə ağır neytropeniya və ya aqranulositoz halları müəyyən olunmamışdır. Kvetiapin istifadəsi zamanı klinik praktikada leykopeniya və/ və ya neytropeniya preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır. Müalicəyə başlamazdan əvvəl leykositlərin sayının azlığı, yaxud anamnezdə dərman qəbulu ilə əlaqədar inkişaf edən leykopeniyanın olması leykopeniya və/ və ya neytropeniyanın mümkün inkişaf riski faktorlarıdır. Endokrin sistemə: kvetiapinlə müalicə zamanı dozadan asılı olaraq qalxanabənzər vəzi hormonlarının (ümumi və sərbəst Т ) səviyyəsinin enməsi müşahidə olunur. Hormonların4 səviyyəsinin maksimal enməsi müalicənin 2-ci və 4-cü həftələrində qeydə alınır və davam edən müalicə fonunda dəyişməz qalır. Sonrakı müddətdə tireotrop hormonun qatılığında klinik nəzərəçarpan dəyişiklik qeyd olunmur. Praktik olaraq bütün hallarda müalicənin müddətindən asılı olmayaraq, kvetiapin qəbulu dayandırıldıqdan sonra ümumi və sərbəst Т4 qatılığı normal səviyyəyə qayıdır. Allergik reaksiyalar: nadir – eozinofiliya, allergik reaksiyalar, angionevrotik ödem. Digər: nadir – periferik ödemlər, yüngül asteniya, rinit, bədən çəkisinin artması (xüsusilə müalicənin ilk həftəsində); çox nadir – priapizm. Kvetiapin QT intervalının uzanmasına səbəb ola bilər, eyni zamanda kvetiapin istifadəsi zamanı QT intervalının daimi uzanması müşahidə olunmamışdır. Həmçinin AT-nin yüksəlməsi, ürəkdöyünmə, dizartriya, faringit, öskürək, anoreksiya, tərləmə kimi tez-tez rastgəlinən (1/100) əlavə təsirlər haqqında məlumat verilmişdir. Qeyd olunan əlavə təsirlərlə kvetiapin qəbulunun əlaqəsi müəyyən olunmamışdır.
Doza həddinin aşılması
Kvetiapinin doza həddinin aşılması ilə əlaqədar məlumatlar məhduddur. Kvetiapinin, fatal nəticəyə səbəb olmayan və tam bərpa oluna bilən, 20 q- dan yüksək dozada qəbul olunması halı təsvir olunmuşdur. Eyni zamanda çox nadir doza artıqlığı hallarında komaya və ölümə səbəb olduğu qeyd olunmuşdur. Simptomları: müşahidə olunan yuxululuq, durğunluq, taxikardiya və arterial təzyiqin enməsi kimi əlamətlər preparatın məlum farmakoloji effektlərinin güclənməsinin nəticəsidir. Müalicəsi: spesifik antidotu yoxdur.Ciddi intoksikasiya hallarında tənəffüs, ürək-damar sisteminin funksiyalarını dəstəkləyici tədbirlər həyata keçirilməli, adekvat oksigenlə təchizat və tənəffüs təmin olunmalıdır. Tibbi nəzarət və müayinə xəstə tam sağalana qədər davam etdirilməlidir.
Buraxılış forması
Örtüklü tabletlər. Hər blisterdə 15 örtüklü tablet olmaq şərti ilə 2 blister (25 mq, 50 mq, 100 mq, 200 mq) və 10 örtüklü tablet olmaq şərti ilə 3 blister (300 mq) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merkez Laboratori İlaç San. və Tic. A.Ş. Taşdelen, Sırrı Çelik Bulvarı, Ayça küç. No:6 Çekmeköy – İstanbul / Türkiyə. Marketinq səlahiyyətinin sahibi Helba İlaç İç ve Dış Sanayi Ticaret Anonim Şirketi Çamlık Mahallesi Pamuk Sk. A Blok Apt. No: 12-16/17 Ümraniye – İstanbul, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.