KEPRIN 100 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antipsixotik preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,51 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KEPRİN 100 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Kvetiapin fumarat
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq kvetiapinə ekvivalent 115,13 mq kvetiapin fumarat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monihidrat (inək südü), povidon K30, kalsium hidrofosfat dihidrat, natrium nişastaqlikolyatı, maqnezium stearat, HPMC 2910/ HPMC 15cP, titanium dioksid, talk, makroqol/PEG 6000, sarı dəmir oksidi.
Təsviri
Sarı rəngli, oval, qabarıq formalı üzərində “Q100” yazılmış örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antipsixotik preparat. ATC kodu: N05AH04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Kvetiapin – atipik antipsixotik preparatdır. Kvetiapin və insan plazmasındakı aktiv metaboliti sayılan norkvetiapin geniş şəkildə neyromediator reseptorları ilə qarşılıqlı təsirə girir. Kvetiapin və norkvetiapin baş beyində serotonin (5HT ) və dofamin D – və D -reseptorlarına təsir edir. Hesab edilir ki, kvetiapinin2 1 2 5HT reseptorlarına D -reseptorlara nisbətən daha seçici təsiri onun antipsixotik təsirinə, tipik2 2 neyroleptiklərlə müqayisədə ekstrapiramid əlavə təsirlərinin daha az yaranmasına səbəb olur. Kvetiapin və norkvetiapin benzodiazepin reseptorlarına nəzərəçarpacaq qədər təsir etmir, lakin histaminergik və α -1 adrenergik reseptorlara güclü, α -adrenergik reseptorlara isə zəif təsir etmək qabiliyyətinə malikdir.2 Kvetiapin muskarin reseptorlarına zəif təsir edir və ya heç təsir etmir, halbuki norkvetiapin muskarin reseptorlarına yüngüldən tutmuş güclü dərəcədə təsir edə bilir və preparatın antixolinergik (muskarin) effekti bununla izah olunur. Norkvetiapinin NET-i (norepinefrin transporterunu) inhibə etməsi və 5HT1A reseptorlarına qismən aqonistik təsiri onun antidepressant müalicəvi effektini izah edir. Farmakodinamik effekti Kvetiapin özünü şərti qaçma kimi antipsixotik aktivliyi təyin edən testlərdə göstərir. O eyni zamanda davranış xüsusiyyətləri və ya elektrofizioloji üsullarla ölçülən dofamin aqonistlərinin təsirini blokada edir, D reseptorlarının neyrokimyəvi blokada indeksi olan dofamin metabolitinin konsentrasiyasını artırır.2 Ekstrapiramid əlavə təsirlərin müəyyən edilməsi ilə bağlı testlərdə kvetiapin tipik neyroleptiklərə bənzəməmiş, özünü atipik neyroleptik kimi göstərmişdir. Kvetiapinin uzun müddət qəbulu D dofamin2 reseptorunun həssaslığının yüksəlməsinə səbəb olmur. Kvetiapin yalnız effektiv dofamin D reseptor2 blokadaedici dozalarda yüngül katalepsiyaya səbəb olur. Kvetiapinin uzun müddət qəbulu zamanı preparat limbik sistemə seçici təsir edir, beləki, mezolimbik sistemdə D dofamin reseptorunun blokada2 edici depolyarizasiyasına səbəb olduğu halda, dofaminə malik niqrostriar neyronlara təsir etmir və yüngül katalepsiyaya səbəb olur. Farmakokinetikası Ümumi xüsusiyyətləri Sorulması Peroral qəbul zamanı kvetiapin mədə-bağırsaq traktından yaxşı sorulur və metabolizmə uğrayır. Qida qəbulu kvetiapinin biomənimsənilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Aktiv metabolit olan norkvetiapinin tarazlıq şəraitində pik molyar konsentrasiyası kvetiapinin eyni konsentrasiyasının 35%-ini təşkil edir. Paylanması Kvetiapinin təxminən 83%-i qan plazmasının zülalları ilə birləşir. Biotransformasiyası Kvetiapin qaraciyərdə aktiv metabolizmə uğrayır. Radioaktiv maddə ilə nişanlanmış kvetiapinin qəbulundan sonra dərmanla əlaqəli ilkin maddənin 5%-i dəyişilməmiş halda sidik və nəcis vasitəsilə xaric olunmuşdur. In vitro şəraitində aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, CYP3A4 kvetiapinin P sitoxrom sistemi vasitəsilə baş verən metabolizminə cavabdeh olan əsas izofermentdir. Norkvetiapin450 başlıca olaraq CYP3A4 izofermenti vasitəsilə formalaşır və orqanizmdən çıxarılır. Radioaktiv maddə ilə nişanlanmış kvetiapinin təxminən 73%-i sidiklə və 21%-i nəcislə xaric olur. Kvetiapin və onun bəzi metabolitlərinin (o cümlədən norkvetiapinin) in vitro şəraitində insanın P 1A2,450 2C9, 2C19, 2D6 və 3A4 sitoxromlarının zəif inhibitorları olduqları müəyyən edilmişdir. In vitro şəraitində CYP-nin inhibə edilməsi yalnız insanlarda gündə 300-800 mq doza intervalında müşahidə olunan konsentrasiyalardan 5-50 dəfə yüksək konsentrasiyalarda müşahidə edilmişdir. In vitro şəraitində aparılmış tədqiqatlardan əldə edilmiş məlumatlara əsasən, kvetiapinin digər dərmanlarla yanaşı istifadəsi zamanı sitoxrom P vasitəsilə metabolizmə uğrayan digər dərmanların klinik cəhətdən əhəmiyyətli450 dərəcədə inhibə edilməsi ehtimalı azdır. Heyvanlar üzərində aparılmış tədqiqatlardan məlum olur ki, kvetiapin sitoxrom P fermentlərini induksiya edə bilər. Lakin xəstələr arasında aparılmış qarşılıqlı450 təsirlər üzrə konkret tədqiqatda kvetiapinin qəbulundan sonra sitoxrom P -nin aktivliyinin yüksəlməsi450 müşahidə edilməmişdir. Xaric olması Kvetiapin və norkvetiapinin yarım xaricolma dövrü müvafiq olaraq, təxminən 7 və 12 saat təşkil edir. Sərbəst kvetiapinin və insan plazmasında onun aktiv metaboliti olan norkvetiapinin fraksiyalarının orta molyar dozası ˂5% təşkil edir və sidiklə xaric olunur. Xəttilik/Qeyri xəttilik Kvetiapinin və norkvetiapinin farmakokinetikası gündə 800 mq-a qədər dozalarda xəttidir və dozaya mütənasibdir.
İstifadəsinə göstərişlər
KEPRİN aşağıdakı hallarda istifadə üçün göstərişdir: şizofreniyanın müalicəsi. Bipolyar pozuntuların müalicəsi: − bipolyar pozuntular zamanı orta və ağır dərəcəli maniakal epizodların müalicəsi üçün. − əvvəllər kvetiapinlə müvəffəqiyyətlə müalicə qəbul etmiş bipolyar pozuntusu olan xəstələrdə maniakal və ya depressiv epizodların profilaktikası üçün. − bipolyar pozuntular zamanı ciddi depressiv epizodların müalicəsi üçün.
Əks göstərişlər
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Sitoxrom P 3A4-ün inhibitorları ilə, məsələn, İİÇV-proteazanın (insan immum çatmazlığı virus –450 proteazanın) inhibitorları, azol qrupundan olan göbələkəleyhinə preparatlarla, eritromisin, klaritromisin və nefazodonla birlikdə istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
KEPRİN preparatının istifadəsi üçün bir neçə göstəriş olduğundan, preparatın təhlükəsizlik profili xəstənin fərdi diaqnozundan və təyin edilən dozadan asılı olaraq nəzərdən keçirilməlidir. 18 yaşdan kiçik uşaq və yeniyetmələrdə kvetiapinin istifadəsini təsdiq edən məlumatlar olmadığından, bu yaş qrupunda kvetiapinin istifadəsi tövsiyə edilmir. Kvetiapinlə aparılmış klinik tədqiqatlar göstərmişdir ki, böyüklərdə aşkar edilmiş məlum təhlükəsizlik profilinə əlavə olaraq, bəzi əlavə təsirlər (iştahanın artması, qan zərdabında prolaktinin səviyyəsinin yüksəlməsi, qusma, rinit və bayılma) böyüklərə nisbətən uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir və ya uşaqlar və yeniyetmələr üçün müxtəlif nəticələrə (ekstrapiramid simptomlar və qıcıqlanma) gətirib çıxara bilərlər, onlardan biri bu vaxtadək böyüklər arasında aparılmış tədqiqatlarda müşahidə edilməmişdir (qan təzyiqinin yüksəlməsi). Qalxanvarı vəzinin funksional sınaqlarında dəyişikliklər də uşaqlarda və yeniyetmələrdə müşahidə edilmişdir. Bundan əlavə, kvetiapinlə müalicənin böyüməyə və yetişkənliyə uzunmüddətli təsirləri 26 həftədən artıq müddətdə öyrənilməmişdir. Koqnitiv və davranış funksiyalarının inkişafına uzun müddətli təsirləri məlum deyildir. Uşaqların və yeniyetmələrin iştirakı ilə aparılan, plasebo ilə nəzarət edilən klinik tədqiqatlarda şizofreniya, bipolyar maniya və bipolyar depressiya üzrə müalicə qəbul edən xəstələrdə plasebo ilə müqayisədə kvetiapinin qəbulu zamanı ekstrapiramid simptomların (EPS) rastgəlmə tezliyinin artması qeydə alınmışdır. İntihar/intihar düşüncələri və ya klinik ağırlaşma Bipolyar pozuntu zamanı intihar düşüncələrinin, özünə zərər vurma və intiharın (intihar ilə bağlı hadisələrin) yüksək əmələ gəlmə riski depressiya ilə əlaqədardır. Bu risk nəzərəçarpan remissiyanın başlanmasınadək saxlanılır. Müalicənin ilk bir neçə həftəsi və ya daha artıq müddət ərzində yaxşılaşmanın baş verməyə biləcəyi nəzərə alınaraq, xəstələr yaxşılaşma baş verənədək ciddi tibbi müşahidə altında olmalıdırlar. Ümumi qəbul olunmuş klinik təcrübənin məlumatlarına əsasən, intihar riski remissiyanın başlanmasının erkən mərhələlərində yüksələ bilər. Bundan əlavə, həkimlər kvetiapinlə müalicənin kəskin dayandırılmasından sonra intiharla bağlı hadisələrin yenidən yaranması ilə bağlı potensial riski nəzərə almalıdırlar. Müalicəsi üçün kvetiapinin təyin edildiyi digər psixotik pozuntular da intiharla bağlı hadisələrin baş vermə riskinin artması ilə əlaqəli ola bilər. Bundan əlavə, bu pozuntular əsas depressiv epizodlarla komorbid ola bilərlər. Əsas depressiv epizodları olan xəstələrin müalicəsində istifadə edilən ehtiyat tədbirlərinə digər psixotik pozuntuları olan xəstələrin müalicəsində də əməl edilməlidir. Anamnezində intiharla bağlı hadisələri olan xəstələr, habelə müalicədən əvvəl intihar barədə fikirlərini açıq-aydın söyləyən xəstələr yüksək riskli intihar niyyəti və ya intihara cəhd qrupuna aiddirlər və müalicə prosesində ciddi müşahidə olunmalıdırlar. Psixi pozuntuları olan böyüklərdə antidepressantların istifadəsi üzrə plasebo ilə nəzarət edilən klinik tədqiqatların meta-analizi 25 yaşa qədər uşaq, yeniyetmə və böyüklərdə plasebo ilə müqayisədə antidepressantların qəbulu zamanı intihar davranışı riskinin daha yüksək olduğunu aşkara çıxarmışdır. Xüsusən müalicənin əvvəlində və doza dəyişikliyi zamanı xəstələr, xüsusilə də yüksək risk qrupunda olan xəstələr dərman müalicəsi ilə yanaşı ciddi müşahidə altında olmalıdırlar. Xəstələr və xəstələrə qulluq edən şəxslər hər hansı klinik pisləşməni, intihar davranışı və ya düşüncələrini və davranışda qeyri-adi dəyişiklikləri izləmək və bu simptomlar mövcud olduqda dərhal tibbi yardım üçün müraciət etmək barədə xəbərdar edilməlidirlər. Metabolik risk Klinik tədqiqatlarda xəstələrin metabolik profilində – bədən çəkisində, qanda şəkərin və lipidlərin konsentrasiyasında dəyişiklikləri nəzərə alınaraq, xəstələrin metabolik parametrləri müalicənin başlanğıcında qiymətləndirilməli və müalicənin gedişində bu parametrlərə müntəzəm olaraq nəzarət edilməlidir. Ekstrapiramid simptomlar Yetkin xəstələrin iştirakı ilə aparılmış klinik tədqiqatlarda bipolyar pozuntularda ciddi depressiv epizodların müalicəsi üçün plasebo ilə müqayisədə kvetiapinin qəbulu zamanı ekstrapiramid simptomların (EPS) rastgəlmə tezliyinin artması qeydə alınmışdır. Gecikmiş diskineziya Gecikmiş diskineziyanın simptomları meydana çıxarsa, preparatın dozasını azaltmaq və ya onun istifadəsini tədricən dayandırmaq tövsiyə edilir. Yuxululuq və başgicəllənmə Kvetiapinlə müalicə zamanı yuxuya meyillilik və onunla bağlı əlamətlər qeyd oluna bilər. Bipolyar depressiyası olan xəstələrin müalicəsi ilə bağlı aparılan klinik tədqiqatlarda yuxululuq bir qayda olaraq, müalicənin ilk 3 günü ərzində inkişaf etmiş, yüngül və orta dərəcəli olmuşdur. Ortostatik hipotenziya Kvetiapinlə müalicə ortostatik hipotenziya və onunla bağlı başgicəllənmə ilə əlaqəli olmuşdur, yuxululuq kimi, ortostatik hipotenziya da, bir qayda olaraq, ilkin dozanın titrlənməsi zamanı meydana çıxır. Bu vəziyyət, xüsusən, yaşlı insanlarda təsadüfi xəsarətlərin (yıxılmaların) baş vermə tezliyini artıra bilər. Yuxuda apnoe sindromu Kvetiapindən istifadə edən xəstələrdə yuxuda apnoe sindromu barədə məlumatlar verilmişdir. Mərkəzi sinir sisteminə tormozlayıcı təsir edən preparatlar qəbul edən xəstələrdə, anamnezində yuxuda apnoesi olan və ya yuxuda apnoenin inkişaf etmə riski olan xəstələrdə, məsələn, artıq çəkisi/piylənməsi olan xəstələrdə və ya kişilərdə kvetiapin ehtiyatla istifadə edilməlidir. Qıcolmalar Nəzarət edilən klinik tədqiqatlarda kvetiapin və ya plasebo ilə müalicə edilən xəstələrdə qıcolmaların inkişaf etmə tezliyi arasında fərq olmamışdır. Anamnezində qıcolmaları olan xəstələrdə kvetiapin qəbulundan sonra qıcolmaların baş vermə tezliyi barədə məlumatlar yoxdur. Bədxassəli neyroleptik sindrom Antipsixotik preparatların, o cümlədən kvetiapinin qəbulu zamanı bədxassəli neyroleptik sindrom meydana çıxa bilər. Sindromun klinik təzahürlərinə hipertermiya, psixi statusun dəyişməsi, əzələ rigidliyi, vegetativ sinir sisteminin qeyri-sabitliyi və kreatin fosfokinazanın aktivliyinin artması aiddir. Bu halda, kvetiapinlə müalicə dayandırılmalı və müvafiq dərman müalicəsi təyin edilməlidir. Ağır dərəcəli neytropeniya və aqranulositoz Kvetiapinlə aparılmış klinik tədqiqatlarda ağır dərəcəli neytropeniya (neytrofillərin sayı <0,5 x 10 /l) barədə məlumat verilmişdir. Ağır dərəcəli neytropeniyanın əksər halları kvetiapinlə müalicənin başlamasından sonra bir neçə ay ərzində əmələ gəlmişdir. Dozadan asılı effekt aşkar olunmamışdır. Postmarketinq təcrübəsi zamanı bəzi hallar ölümlə nəticələnmişdir. Neytropeniyanın əmələ gəlməsi üçün mümkün risk amili leykositlərin sayının öncədən azalması və anamnezdə dərmanlarla induksiya olunmuş neytropeniya halları hesab edilir. Buna baxmayaraq, neytropeniyanın bəzi halları risk amilləri mövcud olmayan xəstələrdə baş vermişdir. Neytrofillərin sayı <1,0 х 10 /l olan xəstələrdə kvetiapinin qəbulunu dayandırmaq lazımdır. İnfeksiyanın mümkün simptomlarını aşkar etmək üçün xəstələr müşahidə olunmalı və neytrofillərin sayı yoxlanmalıdır (1,5 х 10 /l səviyyəsinə yüksələnədək). Antixolinergik (muskarinəbənzər) təsirlər Kvetiapinin fəal metaboliti olan norkvetiapin muskarin reseptorlarının bəzi yarımtiplərinə qarşı orta və ya güclü affinliyə malikdir. Bu fakt kvetiapinin tövsiyə olunan dozalarda istifadəsi, antixolinergik təsirə malik olan digər dərmanlarla yanaşı istifadəsi və doza həddinin aşılması zamanı antixolinergik təsirləri əks etdirən əlavə reaksiyaların meydana çıxmasına səbəb olur. Kvetiapin antixolinergik (muskarinəbənzər) təsirlərə malik olan dərman preparatları qəbul edən xəstələrdə ehtiyatla istifadə edilməlidir. Kvetiapin hazırda və ya anamnezində sidik ləngiməsi, prostat vəzinin klinik cəhətdən əhəmiyyətli hipertrofiyası, bağırsaq keçməzliyi və ya əlaqəli xəstəlikləri, gözdaxili təzyiqin yüksəlməsi və ya qapalı bucaqlı qlaukoması olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Çəki Kvetiapinlə müalicə edilən xəstələrdə çəki artımı barədə məlumat verilmişdir və bu vəziyyət tətbiq edilən antipsixotik təlimatlara uyğun olaraq və klinik təcrübəyə əsasən nəzarət və müalicə edilməlidir. Hiperqlikemiya Bəzən ketoasidoz və ya koma ilə əlaqəli olan hiperqlikemiya və/və ya şəkərli diabetin kəskinləşməsi barədə nadir hallarda məlumat verilmişdir. Bədən çəkisinin artması barədə məlumat verilmişdir. Tətbiq edilən antipsixotik təlimatlara uyğun olaraq müvafiq klinik nəzarət tövsiyə edilir. Lipidlər Kvetiapinlə aparılmış klinik tədqiqatlarda triqliseridlərin, ASLP və ümumi xolesterinin yüksəlməsi və YSLP-nin azalması müşahidə edilmişdir. Lipid profilində dəyişikliklərə klinik təcrübəyə uyğun olaraq nəzarət edilməlidir. QT intervalının uzanması Klinik tədqiqatlarda və istifadə təlimatına uyğun olaraq istifadə edildikdə kvetiapin mütləq QT intervallarının davamlı artması ilə əlaqəli olmamışdır. Postmarketinq tədqiqatlarda kvetiapinin müalicəvi dozalarının qəbulu və doza həddinin aşılması zamanı QT intervalının uzanması barədə məlumatlar verilmişdir. Kardiomiopatiya və miokardit Klinik tədqiqatlar və postmarketinq təcrübəsi ərzində kardiomiopatiya və miokardit halları barədə məlumat verilmişdir, lakin onların kvetiapinlə səbəb-nəticə əlaqəsi təyin edilməmişdir. Preparatın qəbulunun ləğv edilməsi Kvetiapinin qəbulunun qəfil dayandırılmasından sonra kəskin reaksiyalar, məsələn, yuxusuzluq, ürəkbulanma, baş ağrısı, ishal, qusma, başgicəllənmə və qıcıqlanma müşahidə edilmişdir. Ən azı bir-iki həftə ərzində dərmanın qəbulunun dayandırılması tövsiyə edilir. Demensiya ilə əlaqəli psixozu olan yaşlı xəstələr Kvetiapin demensiya ilə əlaqəli psixozların müalicəsi üçün göstəriş deyildir. Demensiyalı populyasiya arasında bəzi atipik antipsixotik preparatlarla aparılmış randomizə edilmiş, plasebo ilə nəzarət edilən tədqiqatlarda serebrovaskulyar əlavə təsirlərin təxminən 3 dəfə artdığı nümayiş etdirilmişdir. Bu riskin yüksəlməsinin mexanizmi məlum deyildir. Disfagiya Kvetipainlə müalicə zamanı disfagiya barədə məlumat verilmişdir. Aspirasion pnevmoniya riski olan xəstəlrdə kvetiapin ehtiyatla istifadə edilməlidir. Qəbizlik və bağırsaq keçməzliyi Qəbizlik bağırsaq keçməzliyinin inkişafı üçün risk amilidir. Kvetiapinlə müalicə zamanı qəbizlik barədə məlumat verilmişdir. Venoz tromboemboliya (VTE) Antipsixotik preparatların qəbulu zamanı venoz tromboemboliya (VTE) halları barədə məlumat verilmişdir. Antipsixotik preparatlarla müalicə edilən xəstələrdə çox zaman venoz tromboemboliyanın risk amilləri mövcud olduğundan, kvetiapinlə müalicədən əvvəl və müalicə müddəti ərzində mümkün olan bütün risk amilləri müəyyən edilməli və profilaktik tədbirlər görülməlidir. Pankreatit Klinik tədqiqatlarda və postmarketinq təcrübəsində pankreatit halları barədə məlumat verilmişdir. Postmarketinq hesabatlarına əsasən, baş verən halların heç də hamısı risk amilləri ilə əlaqədar olmasa da, bir çox xəstələrdə triqliseridlərin səviyyəsinin yüksəlməsi, öd daşları və alkoqoldan istifadə kimi pankreatitlə əlaqədar olduğu məlum olan bir çox amillər mövcud olmuşdur. Laktoza KEPRİN preparatının hər bir tabletin tərkibində inək südü mənşəli laktoza monohidrat vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozulması kimi nadir irsi problemləri olan pasiyentlər bu dərmanı qəbul etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kvetiapinin əsasən mərkəzi sinir sisteminə təsir göstərdiyini nəzərə alaraq, kvetiapin mərkəzi təsirli digər dərman vasitələri və alkoqolla birlikdə ehtiyatla istifadə edilməlidir. Antixolinergik (muskarinəbənzər) təsirlərə malik olan digər dərman preparatlarını qəbul edən xəstələrin müalicəsi zamanı da ehtiyatlı olmaq lazımdır. Sitoxrom P (CYP) 3A4 kvetiapinin P sitoxrom sistemi vasitəsilə baş verən metabolizminə cavabdeh450 450 olan əsas fermentdir. Sağlam könüllülərin iştirakı ilə aparılmış qarşılıqlı təsirlər üzrə tədqiqatda kvetiapinin (25 mq dozada) CYP3A4 izofermentinin inhibitoru olan ketokonazolla birlikdə istifadəsi kvetiapinin əyri altındakı sahə (AUC – Area Under the Curve) göstəricisinin 5-8 dəfə artması ilə nəticələnmişdir. Bu faktı nəzərə alaraq, kvetiapinlə CYP3A4 izofermentinin inhibitorlarının birlikdə istifadəsi əks-göstərişdir. Həmçinin, kvetiapinlə müalicə zamanı qreypfrut şirəsi qəbul etməmək tövsiyə olunur. Xəstələrdə karbamazepinlə müalicədən əvvəl və müalicə müddəti ərzində qəbul edilən kvetiapinin farmakokinetikasının qiymətləndirilməsi məqsədilə aparılan çoxsaylı dozalar üzrə tədqiqatda karbamazepinlə eyni zamanda istifadə zamanı kvetiapinin klirensi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Klirensin bu cür yüksəlməsi kvetiapinin sistemli təsirini (əyri altındakı sahə (AUC – Area Under the Curve) göstəricisi üzrə ölçülür) kvetiapinin ayrılıqda qəbulu ilə müqayisədə orta hesabla 13% azaldır; halbuki bəzi xəstələrdə daha böyük təsir müşahidə edilmişdir. Bu qarşılıqlı təsir nəticəsində plazmada kvetiapinin konsentrasiyasının azalması baş verə bilər ki, bu da kvetiapinlə müalicənin effektivliyinə təsir edə bilər. Kvetiapinlə fenitoinin (mikrosomal fermentlərin digər induktoru) yanaşı istifadəsi kvetiapinin klirensinin daha böyük, təxminən 450% yüksəlməsinə səbəb olmuşdur. Qaraciyər enzimlərinin induktoru olan preparatları qəbul edən xəstələrdə kvetiapinlə müalicəyə yalnız o zaman başlamaq lazımdır ki, həkim kvetiapinin qəbulundan əldə ediləcək faydanın qaraciyər enzimi induktorunun qəbulunun dayandırılmasından yaranacaq riskdən üstün olduğuna qərar versin. Qaraciyər enzimlərinin induktoru olan preparatın dozası tədricən dəyişdirilməli, ehtiyac olarsa, qeyri-induktor preparatla (məsələn, natrium valproat) əvəz edilməlidir. İmipramin (CYP2D6 izofermentinin məlum inhibitoru) və ya fluoksetin (CYP3A4 və CYP2D6 izofermentlərinin məlum inhibitoru) kimi antidepressantlarla eyni zamanda qəbul edildiyi zaman kvetiapinin farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişmir. Risperidon və ya haloperidol kimi antipsixotik preparatlarla eyni zamanda qəbul edildiyi zaman kvetiapinin farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişmir. Kvetiapinin tioridazinlə yanaşı istifadəsi kvetiapinin klirensinin təxminən 70% yüksəlməsinə səbəb olmuşdur. Simetidinlə birlikdə istifadə edildikdən sonra kvetiapinin farmakokinetikası dəyişməmişdir. Kvetiapinlə birlikdə istifadə edildikdən sonra litiumun farmakokinetikası dəyişməmişdir. Natrium valproat və kvetiapin birlikdə istifadə edildikləri zaman onların farmakokinetikasında klinik cəhətdən əhəmiyyətli dəyişiklik olmamışdır. Valproat, kvetiapin və ya bunların hər ikisini qəbul edən uşaq və yeniyetmələrin iştirakı ilə keçirilmiş retrospektiv tədqiqatda monoterapiyanın aparıldığı qruplarla müqayisədə kombinə edilmiş müalicənin aparıldığı qruplarda leykopeniya və neytropeniya hallarının tezliyi daha yüksək olmuşdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ümumi tövsiyyələr Hamiləlik kateqoriyası: C Dölvermə qabiliyyətinə malik olan qadınlar/Kontrasepsiya Hamiləlik dövründə istifadəsi ilə bağlı məlumatlar yoxdur. Heyvanlar üzərində klinik çalışmalar preparation reproduktiv toksiki olduğunu göstərir. Bu insanlara birbaşa şamil olunmur. Hamiləlik Birinci üç ay Az sayda dərc olunmuş məlumatlara əsasən (təqibən 300-1000 hamilə üzərində) aparılmış müşahidələr müalicə ilə əlaqədar inkişaf qüsurlarının yaranmadığını göstərmişdir. Lakin əldə olunan bu məlumatlara tam fikir söyləmək olmaz. Beləliklə, kvetiapin üstünlükləri potensial riskdən yüksək olduqda hamiləlik dövründə istifadə etmək olar. Axrıncı üç ay ərzində Hamiləliyin axırıncı üç ayı ərzində kvetiapin qəbul edən yenidoğulmuşlarda bir-birindən ağırlıq dərəcəsi və müddətinə görə fərqlənən ekstrapiramid və/və ya abstinent əlamətlərə rast gəlinə bilər. Eyni zamanda oyanıqlıq, hipertoniya, hipotoniya, tremor, yuxululuq, tənəffüs pozuntusu və ya qidalanma pozuntusu müşahidə oluna bilər. Beləliklə, yenidoğulmuşa diqqətlə nəzarət olunmalıdır. Döşlə əmizdirmə Yetərli qədər məlumat olmadığına görə, yenidoğulmuşun döşlə qidalanmasının əhəmiyyətini nəzərə alaraq, KEPRİN qəbulunu dayandırmaq lazımdır. Dölvermə qabiliyyətinə təsiri İnsanlar üzərində kvetiapinin dölvermə qabiliyyətinə təsiri öyrənilməmişdir. Prolaktinin səviyyəsinin yüksəlməsi siçanlarda rast gəlinmişdir, halbuki bunların insanlara aidiyyatı olmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kvetiapinin mərkəzi sinir sisteminə birincili təsirini nəzərə alaraq hesab edilir ki, kvetiapin əqli aktivliyi tələb edən fəaliyyətə mane ola bilər. Bu baxımdan xəstələrə preparatın fərdi təsiri öyrənilmədən maşın idarəsi, mexanizmlərdən istifadə tövsiyyə olunmur.
İstifadə qaydası və dozası
Hər göstəriş üçün müxtəlif dozlanma ilə bağlı cədvəl mövcuddur. Bu baxımdan xəstələrin vəziyyətlərinə uyğun şəkildə dərman qəbulu ilə əlaqədar məlumat alması önəmlidir. KEPRİN preparatını qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Böyüklərdə Şizofreniyanın müalicəsi Şizofreniyanın müalicəsi zamanı KEPRİN preparatı gündə iki dəfə qəbul olunmalıdır. İlk 4 gün ərzində müalicəvi doza müvafiq olaraq 50 mq (1-ci gün), 100 mq (2-ci gün), 200 mq (3-cü gün) və 300 mq (4-cü gün) təyin oluna bilər. 4-cü gündən etibarən gün ərzində effektiv dozalara qədər (300-450 mq) titrlənməsi mümkündür. Klinik cavabdan asılı olaraq doza 150 mq- dan 750 mq-a qədər artırıla bilər. Bipolyar pozuntular zamanı yüngül və ağır maniakal epizodların müalicəsi Bipolyar pozuntu ilə əlaqədar manikal epizodların qarşısının alınması məqsədilə KEPRİN preparatını gündə iki dəfə olmaqla təyin edilir. İlk dörd gün ərzində orta günlük doza 100 mq (1-ci gün), 200 mq (2- ci gün), 300 mq (3-cü gün), 400 mq (4-cü gün) olmalıdır. Növbəti 800 mq-a qədər preparatın dozalanması üçün preparatın dozası 200 mq/günə artırılmaqla dərman qəbulunun 6-cı günündə uyğun dozanı alımaq mümkündür. Doza klinik cavabdan asılı olaraq 200 mq-dan 800 mq-a qədər olmaqla dəyişə bilər. Effektiv doza 400-800 mq arası dəyişə bilər. Bipolyar pozuntular zamanı böyük depressiv pozuntunun müalicəsi KEPRİN preparatını gün ərzində bir dəfə yatmazdan öncə qəbul etmək lazımdır. İlk 4 gün ərzində müalicəvi doza müvafiq olaraq 50 mq (1-ci gün), 100 mq (2-ci gün), 200 mq (3-cü gün) və 300 mq (4-cü gün) təyin olunur. Tövsiyyə olunan gündəlik doza 300 mq-dır. Klinik çalışmalar zamanı 600 mq qəbul edən qrupla 300 mq qəbul edən qrup arasında heç bir fərq olmamışdır. Bəzi xəstələrə preparatın yalnız 600 mq dozada qəbulu müalicəvi təsir edə bilir. Bipolyar pozuntuların müalicəsi ilə bağlı təcrübəyə malik olan həkimlər tərəfindən preparat 300 mq-dan yuxarı dozada təyin edilə bilər. Müəyyən xəstələr üzərində aparılmış klinik çalışmalar göstərir ki, dərman vasitəsinin əlavə təsirləri ilə bağlı problemlər yarandıqda doza minimuma, 200 mq-a endirilə bilər. Bipolyar pozuntu residivlərinin qarşısının alnması Bipolyar pozuntu zamanı maniakal, qarışıq və ya depressiv epizodların qarşısının alınması məqsədilə kvetiapinlə müalicə gündə 300-800 mq olmaqla, eyni dozada davam etdirilməlidir. Davamedici müalicə üçün ən kiçik effektiv doza istifadə olunmalıdır. KEPRİN preparatı tək və ya qida ilə birgə qəbul oluna bilər. Bu zaman tablet bütöv şəkildə su ilə bərabər qəbul olunmalıdır.
Əlavə təsirləri
Kvetiapinin ən tez-tez rast gəlinən əlavə təsirləri (≥10%) aşağıdakılardır: Yuxululuq, başgicəllənmə, baş ağrısı, ağızda quruluq, kəsilmə əlamətləri, qan zərdabında triqliseridlərin, ümumi xolesterinin (xüsusilə ASLP xolesterinlərinin), YSLP xolesterininin azalması, çəki artımı, hemoqlobin səviyyəsinin azalması ekstrapiramid əlamətlər. Əlavə təsirlərin yaranma tezliyi: Çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10000, <1/1000), çox nadir hallarda (<1/10 000) və naməlumdur (məlumatlara əsasən təyin etmək mümkün deyildir). Qan və limfa sistemi ilə bağlı pozuntular Çox tez-tez: hemoqlobinin azalması Tez-tez: leykopeniya, neytrofillərin sayının azalması, eozinofillərin artması Bəzən: trombositopeniya, anemiya, neytropeniya Nadir hallarda: aqranulositoz İmmun sistemi pozuntuları Bəzən: hiperhəssaslıq (allergik dəri reaksiyaları) Nadir hallarda: anafilaktik reaksiyalar Endokrin pozuntular Tez-tez: hiperprolaktinemiya, ümumi T4 səviyyəsinin azalması, sərbəst T4 səviyyəsinin azalması, ümumi T3 səviyyəsinin azalması, TSH səviyyəsinin artması Nadir hallarda: sərbəst T3 səviyyəsinin azalması, hipotireodizm Çox nadir hallarda: qeyri-adekvat antidiuretik hormon sekresiyası Metabolizm və qidalanma pozuntuları Çox tez-tez: zərdab triqliseridlərinin səviyyəsinin artması, ümumi xolesterin (ASLP xolesterinin) səviyyəsinin artması, YSLP xolesterinin səviyyəsinin azalması, çəki artımı Tez-tez: iştahanın artması, qanda şəkərin hiperqlikemiya səviyyəsinə qədər artması Bəzən: hiponatriemiya, şəkərli diabet Nadir hallarda: metabolik sindrom Psixi pozuntular Tez-tez: qeyri-normal yuxular, dəhşətli yuxular, suisidal ideyalar və ya suisidal davranış. Nadir hallarda: yuxululuq, yuxuda danışma kimi hallar Sinir sistemi ilə bağlı pozuntular Çox tez-tez: başgicəllənmə, yuxululuq, baş ağrıları, ekstrapiramid hallar Tez-tez: dizartriya Bəzən: qıcolma, narahat ayaqlar sindromu, gecikmiş diskineziya, bayılma Görmə pozuntuları Tez-tez: Görmənin zəifləməsi Ürək şikayətləri Tez-tez: taxikardiya, ürəkdöyünmə Bəzən: QT intervalının uzanması, bradikardiya Damar pozuntuları Tez-tez: ortostatik hipotenziya Nadir hallarda: vena tromboemboliyası Tənəffüs, döş qəfəsi və mediastinal pozuntular Tez-tez: dispnoe Bəzən: rinit Nadir hallarda: apnoe sindromu Mədə-bağırsaq sistemi pozuntusu Çox tez-tez: quru ağız Tez-tez: qəbizlik, dispepsiya, qusma Nadir hallarda: pankreatit, bağırsaq keçməməzliyi Hepato-biliar pozuntular Tez-tez: zərdab alaninaminotransferaza (ALT) səviyyəsinin yüksəlməsi Bəzən: zərdab aspartataminotransferaza (AST) səviyyəsinin artması Nadir hallarda: sarılıq, hepatit Dəri və dərialtı toxumalarla bağlı pozuntular Nadir hallarda: angioödem, Stivens-Conson sindromu Bilinmir: toksik epidermal nekroliz, eritema Əzələ-skelet və birləşdirici toxuma pozuntuları Nadir hallarda: rabdomioliz Renal və sidik çıxarıcı yollarla bağlı pozuntular Bəzən: sidiyin ləngiməsi Hamiləlik, doğuşdan sonrakı vəziyyət Bilinmir: yenidoğulmuşlarda preparatın kəsilmə sindromu Reproduktiv sistem Bəzən: seksual pozuntular
Doza həddinin aşılması
Simptomları Əsas əlamətlər yuxululuq, taxikardiya, hipotenziya. antixolinergik effektlər ola bilər. Dozanın həddən artıq aşılması QT intervalının artmasına, epileptik statusa, rabdomiolizə, tənəffüsün zəifləməsinə, sidiyin ləngiməsinə, huşun ala-qaranlığına, deliriy və ya oyanıqlığa, koma və ölümə səbəb ola bilər. Qan-damar sistemi xəstəlikləri olan xəstələr daha yüksək riskə məruz qala bilərlər. Müalicəsi Kvetiapinə qarşı xüsusi antidot yoxdur. Ciddi əlamətlər müşahidə olunarsa, xəstənin eyni zamanda bir neçə preparat qəbul etdiyi düşünülə bilər, bu zaman müalicəyə tənəffüs yollarının keçiriciliyinin bərpası, uyğun oksigenasiya, ventilyasiyanın təminatı, qan-damar sisteminə nəzarət təmin olunmalıdır.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Ünvan Santa Farma İlaç Sanayii A.Ş. GEBKİM 41455 Dilovası – KOCAELİ, Türkiyə. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21.
Qeydiyyat vəsiqəsinin sahibi
Santa Farma İlaç San. A.Ş. Okmeydanı, Boruçiçeği Sok. No:16 34382 Şişli – İSTANBUL, Türkiyə. 0212 220 64 00 57 59.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.