KETOSID 25 + 4 MG N20 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Skelet-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Miorelaksantlar. Mərkəzi təsirli miorelaksantlar. Mərkəzi təsirli digər miorelaksantlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,07 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KETOSİD tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen + Tiocolchicoside
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent 36,90 mq deksketoprofen trometamol, 4 mq və ya 8 mq tiokolxikozid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza РН 101, РН 102, qismən jelatinləşdirilmiş qarğıdalı nişastası, natrium nişastaqlikolyatı, maqnezium stearat.
Təsviri
Yumru, yastı, sarımtıl çəntikli tabletlərdir.
Farmakoterapevtik qrupu
Skelet-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Miorelaksantlar. Mərkəzi təsirli miorelaksantlar. Mərkəzi təsirli digər miorelaksantlar. ATC kodu: M03BX55.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Deksketoprofen trometamol S(+)-2-(3-benzoilfenil) propionik turşunun trometamin duzu, qeyri- steroid iltihabəleyhinə preparatlar (M01A) qrupuna aid olan analgetik, iltihabəleyhinə və antipiretik vasitədir. Qeyri-steroid iltihabəleyhinə preparatların təsir mexanizmi siklooksigenazanı inhibə edərək prostaqlandin sintezinin azaldılmasıyla əlaqələndirilir. Xüsusilə prostaqlandin PGE , PGE , PGF və PGD , həmçinin prostasiklin PGI və1 2 2α 2 2 tromboksanların (TxA və TxB ) siklik endoperoksidlərə, PGG və PGH -yə çevrilməsini inhibə2 2 2 2 edir. Bundan başqa, prostaqlandin sintezinin inhibə olunması, kinin kimi digər iltihab mediatorlarına təsir edərək, birbaşa effektlə yanaşı dolayı effektlərə də səbəb olur. Heyvanlar və insanlar üzərində aparılan təcrübələrdə deksketoprofenin SOG-1 və SOG-2 fəaliyyətinin inhibitoru olduğu göstərilmişdir. Müxtəlif ağrı modelləri üzərində aparılan klinik tədqiqatlar, deksketoprofen trometamolun effektiv bir analgetik təsiri olduğunu göstərmişdir. Bəzi tədqiqatlarda analgetik təsirin başlanğıcı tətbiq olunduqdan sonra 30 dəqiqə ərzində əldə edilmişdir. Analgetik təsiri 4-6 saat davam edir. Tiokolxikozid, payız vaxtsızçiçəyindən alınan təbii qlikozid kolxikozidin yarımsintetik törəməsi olan miorelaksantdır. Tiokolxikozid, QAYT və glisinergik reseptorlarla qarşılıqlı təsir yolu ilə əzələ yığılmalarında və mərkəzi mənşəli spastik vəziyyətlərdə selektiv antaqonist təsir göstərir. Preparat iradi hərəkətlərə təsir etmir, tənəffüs və ürək-damar sistemlərinin fəaliyyətinə təsir etmir. Farmakokinetikası Sorulması İnsan orqanizmində deksketoprofen trometamol ağızdan tətbiq edildikdən sonra 30 dəqiqədə C -a çatır (15-60 dəqiqə aralığı). Yeməklə istifadə edildikdə, AUC (əyri altındakı sahə)max dəyişmir, halbuki deksketoprofen trometamolun C azalır və absorbsiya sürəti yavaşlayır (Tmax max artır). Daxilə qəbul olunduqdan sonra tiokolxikozid qan plazmasında aşkar olunmur. Yalnız iki metaboliti müşahidə olunur: farmakoloji cəhətdən aktiv metabolit SL18.0740 və aktiv olmayan metabolit SL59.0955. Hər iki metabolitin maksimal plazma konsentrasiyası tiokolxikozidin tətbiqindən 1 saat sonra müşahidə olunur. Tiokolxikozidin 8 mq dozada bir dəfəlik oral qəbulundan sonra SL18.0740-ın C və AUC dəyərləri müvafiq olaraq 60 ng/ml və 130 ng/h/mlmax olmuşdur. Bu dəyərlər SL59.0955 üçün çox aşağıdır: C təxminən 13 ng/ml; AUC 15,5 ng/hmax (3 saata qədər) ilə 39,7 ng.h/ml (24 saata qədər) arasındadır. Paylanması Deksketoprofen, qan plazma zülallarına yüksək dərəcədə bağlanma ilə xarakterizə olunur (99%). Orta V dəyəri 0,25 l/kq-dan az, yarımpaylanma ömrü təxminən 0,35 saatdır.d Tiokolxikozidin plazma zülallari ilə bağlanması 13%-dir. Tiokolxikozid albumin ilə birləşir. Metabolizmi və xaric olması Deksketoprofenin metabolizminin əsas yolu onun qlükuron turşusu ilə konyuqasiyası və sonra böyrəklər tərəfindən atılmasıdır. Deksketoprofenin t – 1,65 saatdır.½ Peroral tətbiqdən sonra tiokolxikozid əvvəl aqlikon-3-demetiltiokolxikozinə və ya SL59.0955-ə metabolizə olunur. Bu metabolizm mərhələsi əsasən bağırsaqda baş verir, bu da oral tətbiqdən sonra qan dövranında dəyişilməmiş tiokolxikozidin olmadığını izah edir. Daha sonra SL59.0955, tiokolxikozidə bərabər bir farmakoloji aktivliyə sahib olan SL18.074-ə metabolizə olunur və bu şəkildə oral tətbiqdən sonra tiokolxikozidin farmakoloji aktivliyini qoruyur. Yarımçıxarılma dövrü 2,5-5 saatdır. Qəbul olunan dozanın təqribən 20%-i dəyişməmiş metabolitlər şəklində sidiklə, 75-81%-i nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Preparat aşağıdakı hallarda simptomatik müalicə, ağrı və iltihabın azaldılması məqsədilə istifadə üçün nəzərdə tutulub: Osteoartrit (osteoartroz),; kəskin və ya xroniki revmatizm, o cümlədən revmatoid artrit, oynaqdankənar revmatizm, ankilozlaşan spondilit, lumboişialgiya; travmatik və ya degenerativ xəstəliklər nəticəsində yaranan oynaqların və onurğanın, vətərlərin, bağların və əzələlərin ağrılı iltihabi vəziyyətləri; ağrılı əzələ spazmlarının simptomatik müalicəsi; post-travmatik və əməliyyat sonrası ağrı.
Əks göstərişlər
Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərişdir: • Deksketoprofen, tiokolxikozid, digər QSİƏP-ə və ya preparatın tərkibindəki hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq; • Süst iflic, əzələ hipotoniyası; • Qanaxma, antikoaqulyant preparatların qəbulu; • Mədə-bağırsaq qanaxması və ya digər aktiv qanaxma, qanın laxtalanma pozğunluğu; • Aktiv və ya şübhəli xora xəstəliyi/qanaxması olan xəstələr və ya təkrarlanan xora xəstəliyi/qanaxması olan xəstələr (iki və ya daha çox fərqli isbat olunmuş xora və ya qanaxma epizodu) və ya xroniki dispepsiya; • Anamnezində daha öncə QSİƏP-lə müalicə səbəbindən mədə-bağırsaq qanaxması və ya perforasiyası olan xəstələr; • Kron xəstəliyi və ya xoralı kolit; • Anamnezdə bronxial astma xəstəliyi; • Ağır ürək çatışmazlığı; • Orta və ya ağır böyrək çatışmazlığı; • Qaraciyər funksiyalarının ciddi pozğunluğu; • Hemorragik diatez və ya digər qan laxtalanma pozğunluğu; • Koronar şuntlama (AKŞ) əməliyyatı zamanı perioperativ ağrının müalicəsi; • Hamiləlik və laktasiya dövrü; • 18 yaş və daha kiçik pasiyentlər; • Preparat anamnezində aspirin və ya digər QSİƏP-in tətbiqi səbəbindən astma, məxmərək və ya digər allergik reaksiya olan xəstələrdə istifadə edilməməlidir. Bu xəstələrdə QSİƏP qəbulundan sonra ağır, nadir hallarda ölümcül, anafilaktik reaksiyalar baş vermişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kardiovaskulyar risklər QSİƏP-lər ürək-damar sisteminin trombotik halları, miokard infarktı və insult riskini artıra bilər, bu da bəzən ölüm halları ilə nəticələnə bilər. Bu risk preparatın istifadə müddətinin davamiyyətindən asılı olaraq arta bilər. Risk ürək-damar sistemi xəstəlikləri olan və ya ürək- damar sistemi xəstəliyi risk faktorları olan xəstələrdə daha yüksəkdir. Ketosid preparatının aortokoronar şuntlama əməliyyatı öncəsi ağrının müalicəsi üçün istifadəsi əks göstərişdir. Qastrointenstinal risklər QSİƏP-lər MBT tərəfindən qanaxma, xora, mədə və ya bağırsağın perforasiyası kimi ciddi əlavə təsirlərə səbəb ola bilər. Bu əlavə təsirlər istənilən vaxt və ya hər hansı bir xəbərdaredici simptom olmadan inkişaf edə bilər. Yaşlı xəstələrdə ciddi mədə-bağırsaq ağırlaşmalarının meydana çıxma riski daha yüksəkdir. Deksketoprofen Uşaqlarda və yeniyetmələrdə deksketoprofenin təhlükəsizliyi müəyyən edilməmişdir. Anamnezində allergik xəstəliklər olan xəstələrdə istifadə edərkən diqqətli olun. QSİƏP qəbul edən yaşlı xəstələrdə əlavə təsirlərin rastgəlmə tezliyi daha yüksəkdir. Bu xəstələrdə müalicəyə aşağı dozalarda başlamaq lazımdır. Ketosidin selektiv SOG-2 inhibitorları da daxil olmaqla digər QSİƏP-lərlə birlikdə istifadəsi məsləhət görülmür. Əlavə təsirləri minimal effektiv dozanı mümkün ən qısa müddətdə istifadə etməklə azaltmaq olar. Deksketoprofen daxil olmaqla bütün QSİƏP, mədə, nazik bağırsaq və ya yoğun bağırsaqda iltihab, qanaxma, xora və ya perforasiya kimi ciddi mədə-bağırsaq traktı ağırlaşmalarına səbəb ola bilər. Bu ciddi yan təsirlər QSİƏP qəbul edən xəstələrdə müalicə zamanı hər an xəbərdaredici simptomlarla və ya onsuz başlaya bilər. Xəbərdaredici simptomlar MBT ağırlaşmaları meydana çıxan hər beş pasiyentdən birində görünür. QSİƏP-in qəbulu nəticəsində mədə-bağırsaq traktının üst şöbələrinin xoraları, şiddətli qanaxma və ya perforasiya kimi hallar 3-6 ay ərzində müalicə alan xəstələrin təxminən 1% -də və bir il ərzində müalicə olunan xəstələrin 2%-4% -də baş verir. Bu tendensiyanın davamı, xəstənin müalicəsinin istənilən mərhələsində ciddi mədə-bağırsaq problemlərinin yaranma ehtimalını artırır. Lakin, qısamüddətli müalicə belə, bu kimi risklərlə müşayiət olunur. Anamnezində xora xəstəliyi və MBT qanaxmaları olan xəstələrə QSİƏP-lər ehtiyatla təyin olunmalıdır. Tədqiqatlar anamnezində xora xəstəliyi və MBT qanaxmaları olan xəstələrdə QSİƏP qəbulu zamanı MBT-də meydana çıxan yan təsirlər digər xəstələrlə müqayisədə on dəfə yüksəkdir. Xora anamnezindən başqa MBT qanaxma riskini artıran bir çox vəziyyətlər və ya müalicə halları ola bilər, məsələn: peroral kortikosteroidlərlə, antikoaqulyantlarla (varfarin), antiaqreqantlarla( aspirin), selektiv serotoninin geri udulmasının inhibitorları ilə müalicə halları, QSİƏP-lərlə uzun müddətli müalicə, siqaret və alkoqoldan sui-istifadə, yaşlı xəstələr, ümümi bədən sağlığının zəif olması. MBT ağırlaşmaları səbəbindən fatal nəticə halları daha çox yaşlı və zəifləmiş xəstələrdə göründüyü üçün bu qrup xəstələri müalicə edərkən diqqətli olmaq lazımdır. Əlavə təsirləri minimal effektiv dozanı mümkün ən qısa müddətdə istifadə etməklə azaltmaq olar. Xəstələr və həkimlər xora və ya qanaxma simptomlarına diqqətlə yanaşmalı, ciddi MBT ağırlaşmaları halında dərhal əlavə dəyərləndirmə edib gərəkən müalicə tədbirləri görməlidirlər. Əlavə təsirlər aradan qalxmırsa, QSİƏP-lərlə müalicə dayandırılmalıdır. Yüksək riskli xəstələrdə QSİƏP-lər olmadan alternativ müalicə metodları nəzərdən keçirilməlidir. QSİƏP-lər anamnezində MBT xəstəlikləri olan xəstələrdə (xoralı kolit, Kron xəstəliyi) ehtiyatla təyin olunmalıdır, belə ki, bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Belə xəstələrdə mədə qoruyucularıyla müalicə (mizoprostol və ya PPİ) nəzərdə tutulmalıdır. Bütün qeyri-selektiv QSİƏP-lər trombosit aqreqasiyasını ləngidir və prostaqlandin sintezini inhibə edərək qanaxma müddətini artırır. Buna görə də, varfarin və ya digər kumarinlər, heparin kimi hemostaza təsir edən preparatlarla birlikdə deksketoprofen trometamol istifadə edilməməlidir. Bütün QSİƏP-lər kimi, Ketosid də sidik cövhəri azotunu və plazma kreatinini artıra bilər. Prostaqlandin sintezinin digər inhibitorları kimi, preparat böyrək sistemində qlomerular nefrit, interstisial nefrit, böyrəklərin papilyar nekrozu, nefrotik sindrom və kəskin böyrək çatışmazlığı kimi əlavə təsirlərə səbəb ola bilər. Bundan başqa xəstələrdə böyrək toksikliyi artmış ola bilir, çünki böyrək prostaqlandinləri böyrək perfuziyasının saxlanmasında kompenseedici rol oynayır. Belə xəstələrdə QSİƏP tətbiqi dozadanasılı prostaqlandin səviyyəsinin və ikincili böyrək qan dövranının azalmasına səbəb olur, bu da böyrək dekompensasiyasını sürətləndirir. Ən yüksək risk böyrək funksiya pozğunluqları, ürək çatışmazlığı, qaraciyər disfunksiyası olan xəstələrdə, diuretik və APF inhibitorları qəbul edən xəstələrdə və yaşlı xəstələrdə müşahidə olur. QSİƏP ilə müalicə dayandırıldıqdan sonra xəstələr müalicədən əvvəlki vəziyyətinə dönür. Ketosid ilə müalicə ciddi böyrək xəstəliyi olan xəstələrdə tövsiyə edilmir. Müalicə başlayarsa, xəstənin böyrək funksiyasını yaxından izləmək tövsiyə olunur. 3 il müddətində çoxlu sayda selektiv və qeyri-selektiv SOG inhibitorları ilə aparılan kliniki çalışmalar ciddi kardiovaskulyar və trombotik ağırlaşmalar, miokard infarktı və insult riskinin artdığını göstərmişdir. Ürək-damar xəstəliyi olan və ya ürək-damar xəstəliyi riski olan pasiyentlərdə bu ağırlaşmaların meydana çıxma ehtimalı daha yüksək ola bilər. Bu ağırlaşmaları minimal effektiv dozanı mümkün ən qısa müddətdə istifadə etməklə azaltmaq olar. QSİƏP-lərlə eyni vaxtda aspirinin istifadəsi zamanı kardiovaskulyar və trombotik effektlər riskinin azaldığını göstərən məlumat yoxdur. Əksinə aspirinin eyni vaxtda istifadəsi qastrointenstinal riskləri artırır. İki böyük nəzarət edilən klinik çalışma aortokoronar şuntlama əməliyyatından sonraki ilk 10-14 gündə ağrıkəsici kimi selektiv SOG-2 inhibitorlarının verildiyi zaman miokard infarktı və insult kimi ağırlaşmaların tezliyinin artdığını göstərmişdir. Bütün digər QSİƏP kimi, deksketoprofen trometamol da hipertenziyaya və ya əvvəlcədən mövcud olan hipertenziyanın kəskinləşməsinə səbəb ola bilir və hər iki vəziyyət ürək-damar hadisələri riskini artırır. Deksketoprofen trometamol daxil olmaqla QSİƏP hipertenziv xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Deksketoprofen trometamolla müalicənin əvvəlində və müalicə müddətində qan təzyiqi diqqətlə izlənilməlidir. QSİƏP-lər tiazid qrupu diuretikləri və ya ilgək diuretikləri ilə müalicə alan xəstələrdə diuretiklərin effektini azalda bilər. QSİƏP qəbul edən xəstələrdə mayenin orqanizmdə ləngiməsi və ödem müşahidə edilmişdir. Bu səbəbdən, orqanizmdə maye ləngiməsi olan xəstələrdə və ya ürək çatışmazlığı olan xəstələrdə Ketosid ehtiyatla istifadə edilməlidir. Yaşlı xəstələrdə böyrək, ürək-damar və ya qaraciyər ağırlaşmaları daha çox rast gəlinir. Nəzarət edilə bilməyən arterial hipertoniya, kongestiv ürək çatışmazlığı, diaqnozu qoyulmuş ürəyin işemik xəstəliyi, periferik arterial və / və ya serebrovaskulyar xəstəlikləri olanlarda deksketoprofen trometamolla müalicə xəstə diqqətlə dəyərləndirildikdən sonra təyin edilməlidir. Uzunmüddətli müalicəyə başlamazdan əvvəl ürək -damar risk faktorları olan xəstələrə diqqət yetirilməlidir (məsələn, hipertenziya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə). Qırmızı qurdeşənəyi və qarışıq birləşdirici toxuma xəstəlikləri olan pasiyentlərdə aseptik meningit riski artmış ola bilər. Qanyaranma pozğunluqları və birləşdirici toxuma xəstəliyi olan paisyentlərdə Ketosid ehtiyatla istifadə olunmalıdır. Ketosid qaraciyərin bəzi laborator parametrlərində müvəqqəti cüzi bir artıma və AST və ALT-də əhəmiyyətli dərəcədə artıma səbəb ola bilər. Bu deksketoprofen trometamol da daxil olmaqla, QSİƏP qəbul edən xəstələrin 15% -də rast gəlinir. Bu parametrlər preparatın qəbulu ilə əlaqədar artarsa, müalicə dayandırılmalıdır. Bundan əlavə olaraq, nadir hallarda sarılıq, ölümcül nəticəli fulminant hepatit, qaraciyər nekrozu və qaraciyər çatışmazlığı kimi ağırlaşma halları bildirilmişdir. Deksketoprofen trometamol ilə uzunmüddətli müalicə zamanı, ehtiyat tədbiri olaraq, qaraciyər funksiyalarının müntəzəm monitorinqi tələb olunur. Əgər Ketosidlə müalicə zamanı qaraciyər funksiyası testlərində anormallıq davam edərsə və ya qaraciyər xəstəliklərinə uyğun klinik əlamətlər inkişaf edərsə (eozinofiliya, dəri səpgiləri və s.), preparatın tətbiqi dayandırılmalıdır. Nadir hallarda, digər QSİƏP-lərdə olduğu kimi, deksketoprofen trometamol qəbulu ilə əlaqədar anafilaktik / anafilaktoid reaksiyalar da daxil olmaqla allergik reaksiyalar baş verə bilər. Ketosid aspirin triadası olan xəstələrə verilməməlidir. Anafilaktoid reaksiya baş verəndə xəstəyə təcili yardım göstərilməlidir. Deksketoprofen, digər QSİƏP-lər kimi, yoluxucu xəstəliklərin əlamətlərini maskalaya bilər. QSİƏP-lər istifadəsi zamanı nadir eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz də daxil olmaqla ciddi dəri reaksiyaları kimi ağırlaşmalar bildirilmişdir. Digər QSİƏP-lər kimi, deksketoprofen trometamol da hamiləliyin son aylarında istifadə edilə bilməz, belə ki, bu ductus arteriosus-un erkən bağlanmasına səbəb olur. Digər QSİƏP-lər kimi, deksketoprofen trometamol reproduktivliyə təsir göstərə bilər və hamilə qalmağa çalışan qadınlar üçün istifadəsi tövsiyə olunmur. Deksketoprofen hamiləliyin birinci və ikinci trimestrində, ciddi ehtiyac olmadığı təqdirdə istifadə olunmamalıdır. Deksketoprofen trometamol kortikosteroidləri əvəz etmir. Kortikosteroidlərlə müalicənin qəfil dayandırılması xəstəliyin şiddətlənməsinə səbəb ola bilər.Uzunmüddətli kortikosteroid müalicəsi alan xəstələrdə kortikosteroid müalicəsinin dayandırılmasına qərar verildikdə doza yavaş-yavaş azaldılmalıdır. Digər QSİƏP-lərdə olduğu kimi, deksketoprofen trometamol qəbulu zamanı bəzən anemiya müşahidə olunur. Bu orqanizmdə mayenin ləngiməsi, MBT-dən qan itkisi və ya eritropoez pozğunluqları ilə əlaqədar ola bilər. Ketosid ilə uzunmüddətli müalicə alan xəstələrdə mütəmadi olaraq hemoqlobin və hematokrit səviyyələri yoxlanmalıdır. QSİƏP -lərin qanaxma müddətini uzatdığı və bəzi xəstələrdə trombosit aqreqasiyasını inhibə etdiyi göstərilmişdir. Aspirindən fərqli olaraq bu təsir daha zəif, qısa və geridönəndir. Əvvəllər laxtalanma pozğunluğu olan və ya antikoaqulyant istifadə edən xəstələr Ketosidlə müalicə müddəti ərzində diqqətlə izlənilməlidir. Bronxial astmalı xəstələrdə aspirinə həssas astma görünə bilər. Aspirinə həssas astmalı xəstələrdə aspirin istifadəsi ölümlə sonlana bilən şiddətli bronxospazmla müşayiət oluna bilər. Aspirin və digər QSİƏP-lər arasında çarpaz reaksiya səbəbindən, aspirin həssaslığı olan bu cür xəstələrdə Ketosid istifadə olunmamalıdır. Uzunmüddətli QSİƏP müalicəsi alan xəstələrin ümumi və biyokimyəvi qan analizi vaxtaşırı yoxlanılmalıdır. Qaraciyər və ya böyrək xəstəliyinə uyğun klinik əlamətlər, sistem xəstəlik simptomları inkişaf edərsə (məsələn, eozinofiliya, səpgilər və s.) və ya qaraciyər testinin nəticələrində anormaliyalar müşahidə olunarsa və ya pisləşərsə, Ketosidlə müalicə dayandırılmalıdır. Tiokolxikozid Klinikaya qədər aparılan tədqiqatlarda tiokolxikozidin gündə iki dəfə 8 mq dozada qəbulu zamanı onun metabolitlərindən birinin (SL59,0955), aneuploidiyaya (yəni bölünən hüceyrələrdə qeyri-bərabər sayda xromosom) səbəb olduğunu göstərmişdir. Aneuploidiyanın teratogenliyi, embrional fetotoksiklik/spontan abort və kişilərdə reproduktiv funksiyanın azalması, həmçinin xərçəngin yaranması üçün potensial risk faktorudur. Terapevtik məqsədlər üçün dərmanın uzunmüddətli istifadəsindən, həmçinin tövsiyə olunandan yüksək dozada qəbulundan çəkinmək lazımdır. Post -marketinq təcrübə tiokolxikozid istifadəsi ilə eyni zamanda sitolitik və xolestatik hepatit hallarını təsvir etmişdir. QSİƏP və ya parasetamol qəbul edən xəstələrdə ağır hallar (məsələn, fulminant hepatit) bildirilmişdir. Xəstələr qaraciyər toksikliyi ilə əlaqəli olan simptomları dərhal bildirməsi barədə xəbərdar edilməlidir. Uşaqlarda tiokolxikozidin istifadəsi məsləhət görülmür. Tiokolxikozid, xüsusilə epilepsiya xəstələrində və ya qıcolmaya meylli xəstələrdə qıcolma riskini artıra bilər. Xəstələr potensial hamiləlik riski və təqib edilməli olan effektiv kontraseptiv tədbirlər barədə diqqətlə məlumatlandırılmalıdır. Ağızdan tətbiq edildikdən sonra ishal olarsa, tiokolxikozidlə müalicə dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Deksketoprofen İki və ya daha çox QSİƏP-in (asetilsalisil turşusu daxil olmaqla) eyni vaxtda istifadəsindən çəkinmək lazımdır, çünki bu mənfi halların yaranma riskini artıra bilər. Aspirin: deksketoprofen aspirin ilə birlikde verildikdə, sərbəst deksketoprofenin klirensi dəyişməsə də, proteinlərlə bağlanma sürəti azalır. Bu qarşılıqlı əlaqənin klinik əhəmiyyəti, digər QSİƏP-də olduğu kimi bilinməsə də, əlavə təsir ehtimalını artırdığı üçün deksketoprofen və aspirinin eyni vaxtda istifadəsi tövsiyə edilmir. Antikoaqulyantlar: QSİƏP, deksketoprofenin plazma zülallarına yüksək dərəcədə bağlanması, trombosit funksiyasının inhibisiyası və qastroduodenal zonanın selikli qişasının zədələnməsi səbəbindən varfarin kimi antikoagulyantların təsirini artıra bilər. Bu kombinasiyanın istifadəsi zəruridirsə, yaxından klinik və laborator müşahidə aparılmalıdır. Varfarin: varfarin və QSİƏP-in mədə-bağırsaq qanaxmalarına sinergist təsir göstərir; yəni bu iki dərman vasitəsini birlikdə qəbul edən xəstələrin şiddətli mədə-bağırsaq qanaxması riski bu dərmanları ayrı-ayrı qəbul edən xəstələrə nisbətən daha yüksəkdir. Heparinlər: hemorragiya riski artır. Əgər bu kombinasiyanın istifadəsi zəruridirsə, yaxın klinik nəzarət edilməli və laboratoriya göstəriciləri izlənilməlidir. Kortikosteroidlər: yüksək mədə-bağırsaq xorası və ya qanaxma riski. Litium preparatları: QSİƏP plazma litium səviyyələrində artım və böyrək litium klirensində azalmaya səbəb olur. Litiumun orta minimal konsentrasiyası 15% artmış və böyrək klirensi təxminən 20% azalmışdır. Bu təsirlər böyrəkdə prostaqlandin sintezinin QSİƏP tərəfindən inhibə edilməsi ilə izah olunur. Buna görə, QSİƏP və litiumun eyni vaxtda istifadəsi zamanı xəstəni litiumun toksikliyinə görə diqqətlə müşahidə etmək lazımdır. Metotreksat 15 mq/həftə və ya daha yüksək dozalarda: ümumiyyətlə, iltihabəleyhinə preparatlarla istifadə edildikdə, metotreksatın böyrək klirensində azalma səbəbindən hematoloji toksikliyin artması müşahidə olunur. QSİƏP-in dovşanın böyrək hissələrində metotreksatın toplanmasını rəqabətlə inhibə etdiyi bildirilmişdir. Bu, QSİƏP-in metotreksatın toksikliyini artıra biləcəyini göstərir. Buna görə, Ketosid metotreksatla eyni vaxtda tətbiq edildikdə, diqqətli olmaq lazımdır. Hidantoinlər və sulfanilamidlər: bu birləşmələrin toksik təsiri arta bilər. Diqqət tələb edən kombinasiyalar: Diuretiklər, AÇF inhibitorları və angiotenzin II reseptor antaqonistləri: deksketoprofen diuretiklərin və antihipertenziv dərmanların təsirini azalda bilər. Mövcud məlumatlar QSİƏP-in AÇF inhibitorlarının antihipertenziv təsirini azalda biləcəyini göstərir. AÇF inhibitorları ilə QSİƏP alan xəstələrdə bu qarşılıqlı təsir nəzərə alınmalıdır. Böyrək funksiyası pozulmuş bəzi xəstələrdə siklooksigenaza inhibitorları və AÇF inhibitorları və ya angiotenzin II reseptor antaqonistlərinin eyni vaxtda istifadəsi (məsələn, susuzlaşmış xəstələr və ya böyrək funksiyası pozulmuş yaşlı xəstələr) böyrək funksiyasının daha çox pozulmasına səbəb ola bilər, əksər hallarda bu geri dönən dəyişiklikdir. Deksketoprofen və diuretikin birlikdə təyin edildiyi hallarda, diuretiklər QSİƏP nefrotoksikliyi riskini artıra bilər. Müalicənin əvvəlində xəstələrin kifayət qədər hidratasiyası və böyrək funksiyasına nəzarət təmin edilməlidir. Furosemid: Klinik tədqiqatlar və marketinqdən sonrakı müşahidələr göstərir ki, deksketoprofenin istifadəsi bəzi xəstələrdə furosemid və tiazidlərin natriuretik təsirini azalda bilər. Bu reaksiya böyrək prostaqlandin sintezinin inhibə edilməsi ilə izah olunur. QSİƏP-in eyni vaxtda istifadəsi zamanı xəstəni böyrək çatışmazlığı əlamətləri üzrə diqqətlə izləmək lazımdır. Metotreksatın 15 mq/həftə və ya daha aşağı dozalarda istifadəsi: ümumiyyətlə, iltihabəleyhinə preparatlarla istifadə edildikdə, metotreksatın böyrək klirensində azalma səbəbindən hematoloji toksikliyin artması müşahidə olunur. Bu kombinasiyanın istifadəsinin ilk həftələrində qan göstəriciləri həftəlik olaraq izlənilməlidir. Böyrək funksiyasının aşağı dərəcəli zədələnmələrində və eyni zamanda yaşlılarda nəzarət gücləndirilməlidir. Pentoksifillin: qanaxma riskini artırır. Klinik monitorinqin gücləndirilməsi lazımdır. Zidovudin: şiddətli anemiya və bunun retikulositlərə təsiri səbəbindən qırmızı qan hüceyrələri ilə zəhərlənmə riski QSİƏP-in qəbulunun başlamasından bir həftə sonra baş verir. Ümumi qan analizi və retikulosit sayı QSİƏP-in qəbulunun başlamasından 1-2 həftə sonra yoxlanılmalıdır. Sulfonil sidik cövhəri preparatları: QSİƏP, sulfanil sidik cövhərinin plazma zülalları ilə bağlanma yerlərindən çıxararaq öz hipoqlikemik təsirlərini artıra bilər. β-Blokatorlar: QSİƏP-lə müalicə prostaqlandin sintezini ləngidərək hipertenziv təsiri azalda bilər. Siklosporin və takrolimus: QSİƏP böyrəklərdə prostaqlandin sintezini inhibə etməsi ilə əlaqədar olaraq nefrotoksiklik arta bilər. Kombinasiyalı terapiya zamanı böyrək funksiyası nəzarətə alınmalıdır. Trombolitiklər: qanaxma riskini artırır. Antiaqreqantlar və selektiv serotonin geri udulma inhibitorları (SSRI): mədə-bağırsaq qanaxması riskini artırır. Probenesid: plazmada deksketoprofenin konsentrasiyası arta bilər; bu qarşılıqlı təsir böyrək kanalcıq sekresiya bölgəsində qlükuronidin inhibisiyası və konyuqasiya mexanizmi ilə əlaqəli ola bilər və deksketoprofenin dozasının tənzimlənməsini tələb edir. Ürək qlikozidləri: QSİƏP ürək çatışmazlığını pisləşdirə bilər, yumaqcıq filtrasiya dərəcəsini (YFS) azalda bilər və plazmada qlikozid səviyyəsini artıra bilər. Mifepriston: QSİƏP mifepriston qəbul etdikdən sonra 8-12 gün ərzində istifadə edilməməlidir, çünki prostaqlandin sintetaza inhibitorları mifepristonun effektivliyini nəzəri olaraq azalda bilər. Xinolon antibiotikləri: heyvanlar üzərində tədqiqatlar, yüksək dozada xinolonun QSİƏP ilə qəbulu qıcolma riskini artıra biləcəyini göstərir. Tiokolxikozid Son klinik təcrübələrə istinadən, tiokolxikozid, QSİƏP, fenilbutazon, analgetiklər və nevritin müalicəsində istifadə olunan preparatlar anabolik steroidlər, sedativlər, barbituratlar və suksinilxolin ilə effektiv və təhlükəsiz şəkildə kombinə edilə bilər. Tiokolxikozidin skelet-əzələ sisteminə miorelaksant təsiri olan digər preparatlarla qəbulu tövsiyə edilmir, çünki bir-birinin təsirini artıra bilərlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir, çünki tərkibindəki tiokolxikozid embriotoksik və fetotoksik təsir göstərir. QSİƏP qrupunun nümayəndəsi olan deksketoprofen, həmçinin hamiləlik və laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ketosid preparatının istifadəsi zamanı başgicəllənmə, yuxululuq, halsızlıq və görmə pozğunluqlarının meydana çıxması səbəbindən xəstələrdə konsentrasiya qabiliyyəti və psixomotor reaksiyaların sürəti, xüsusən də istifadədən sonrakı ilk saatda azala bilər. Ketosid preparatının istifadəsi zamanı bu hallar baş verərsə, nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda və yeniyetmələrdə effektivlik və təhlükəsizlik tədqiqatları aparılmamışdır. Buna görə preparat 18 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
İstifadə qaydası və dozası
Preparatın tövsiyə olunan maksimal dozası hər 12 saatdan bir 25 mq deksketoprofen/8 mq tiokolxikoziddir (gündə 2 dəfə). Yəni, maksimal doza gündə 2 tabletdən (25 mg/8 mg) və ya 3 tabletdən (25 mg/4 mg) çox deyil. Preparat uzunmüddətli terapiya üçün nəzərdə tutulmayıb, müalicə kursu 5-7 gündən çox olmamalıdır. Müalicənin ümumi davametmə müddəti 7 gündən çox olmamalıdır. Ketosid yemək zamanı və ya yeməkdən sonra bir stəkan su ilə istifadə olunmalıdır (150 ml).
Əlavə təsirləri
Deksketoprofen trometamol və tiokolxikozidin ayrı istifadəsi zamanı bildirilən əlavə təsirlər aşağıda verilmişdir: çox tez-tez (1/10); tez-tez (1/100, <1/10); bəzən (1/1000, <1/100); nadir (1/10000<1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (mövcud məlumatlar əsasında dəyərləndirmək mümkün deyil). Deksketoprofen Qanyaranma və limfa sisteminə Çox nadir: neytropeniya, trombositopeniya. Ürək-damar sisteminə Bəzən: palpitasiya Nadir: arterial hipertenziya Çox nadir: taxikardiya, hipotenziya İmmun sistemə Nadir: qırtlaq ödemi Çox nadir: anafilaktik şok daxil olmaqla anafilaktik reaksiyalar Maddələr mübadiləsnə və qidalanmaya Nadir: anoreksiya Mərkəzi sinir sisteminə Bəzən: yuxusuzluq, narahatlıq hissi, baş ağrısı, başgicəllənmə, yuxululuq Nadir: paresteziya, huşun itirilməsi Eşitmə orqanlarına Bəzən: vertiqo. Çox nadir: qulaqlarda küy. Görmə orqanlarına Çox nadir: bulanıq görmə Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına Nadir: bradipnoe Çox nadir: bronxospazm, təngnəfəslik Həzm sisteminə və ödçıxarıcı yollara Tez-tez: ürəkbulanma və/və ya qusma, qarın ağrısı, ishal, dispepsiya. Bəzən: qastrit, qəbizlik, ağızda quruluq, meteorizm. Nadir: mədə xorası, mədə xorasının qanaxması və ya perforasiyası. Çox nadir: pankreatit, hepatosellülyar zədələnmə Dəriyə və dərialtı toxumaya Bəzən: dəri səpgiləri. Nadir: övrə, sızanaqlar, tərləmənin artması. Çox nadir: Stivens-Conson sindromu, toksik epidermal nekroliz (Layell sindromu), angionevrotik ödem, üz ödemi, işığa həssaslıq reaksiyaları, qaşınma. Skelet-əzələ sisteminə və birləşdirici toxumaya Nadir: bel ağrısı. Böyrəklərə və sidikçıxarıcı yollara Nadir: poliuriya, kəskin böyrək çatışmazlığı. Çox nadir: nefrit və ya nefrotik sindrom. Reproduktiv sistemə Nadir: menstruasiya pozğunluqları, prostat vəzin funksiya pozğunluqları. Ümumi pozğunluqlar Bəzən: yorğunluq, ağrı, asteniya, titrətmə, halsızlıq. Nadir: periferik ödem. Tiokolxikozid İmmun sistemə Bəzən: qaşınma. Nadir: övrə Tezliyi məlum deyil: angionevrotik ödem, əzələdaxili yeridildikdən sonra anafilaktik şok. Mərkəzi sinir sisteminə Tez-tez: yuxululuq. Tezliyi məlum deyil: vazovagal huşun itirilməsi (adətən əzələdaxili yeridilmədən bir neçə dəqiqə sonra baş verir), keçici huşun dumanlanması və həyəcan, qıcolma. Ürək-damar sisteminə Nadir: hipotenziya. Həzm sisteminə Tez-tez: ishal, qastralgiya. Bəzən: ürəkbulanma, qusma. Qaraciyərə və öd yollarına Tezliyi məlum deyil: sitolitik və xolestatik hepatit. Dəriyə və dərialtı toxumaya Bəzən: allergik dəri reaksiyaları.
Doza həddinin aşılması
Deksketoprofen trometamolun doza həddinin aşılması simptomları məlum deyil. QSİƏP-lə əlaqədar aşağıdakı simptomlar müşahidə edilmişdir: baş ağrısı, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, mədə-bağırsaq qanaxması; nadir hallarda – ishal, dezoriyentasiya, həyəcan, koma, başgicəllənmə, stupor, qulaqlarda küy, huşun itməsi, epizodik qıcolmalar. Şiddətli zəhərlənmə zamanı kəskin böyrək çatışmazlığı və qaraciyər zədələnməsi mümkündür. Müalicəsi Təsadüfi udulma və ya həddindən artıq istifadə zamanı, xəstənin klinik vəziyyətindən asılı olaraq dərhal simptomatik müalicə tətbiq olunmalıdır. Deksketoprofen trometamolu bir böyük və ya uşaq 5 mq/kq-dan çox dozada qəbul edərsə, aktivləşdirilmiş kömürün istifadəsi qəbuldan sonra ilk saat ərzində nəzərdə tutulmalıdır. Alternativ olaraq, böyüklərdə, potensial həyati təhlükəsi olan bir dozanın alınması halında bir saat içində mədə yuyulması nəzərə alınmalıdır. Xəstənin sidiyəgetməsi təmin edilməlidir. Böyrək və qaraciyər funksiyaları diqqətlə izlənilməlidir. Xəstələr potensial toksik doza qəbul etdikdən sonra ən azı dörd saat ərzində izlənilməlidir. Tez- tez və ya uzun müddətli qıcolmaları venadaxili diazepamla müalicə etmək lazımdır. Xəstənin klinik vəziyyətindən asılı olaraq digər tədbirlər tələb oluna bilər. Deksketoprofen trometamol bədəndən dializ yolu ilə çıxarıla bilər. Tiokolxikozidin doza həddinin aşılması halları bu günə qədər bildirilməyib. Həddindən artıq dozanın qəbulu nəticəsində əsas simptomların mədə-bağırsaq traktı tərəfindən toksik effektlər ola biləcəyi güman edilir. Müalicə: simptomatik. Xüsusi antidot yoxdur.
Buraxılış forması
Ketosid 25 mq/4 mq: 10 tablet, PVC/PVDC və ya alüminium blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Ketosid 25 mq/8 mq: 14 tablet, PVC/PVDC və ya alüminium blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru və işıqdan uzaq və usaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Drogsan İlaçları San. ve Tic. A.Ş. Esenboğa Merkez Mah. Çubuk Cad. No: 31, 06760 Çubuk / Ankara – Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Drogsan İlaçları San. ve Tic. A.Ş. Oğuzlar Mah. 1370. Sok. No: 7/3 06520 Balgat / Ankara – Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.