Helmintoks 125 mq N6 tablet
| Təsiredici maddə | PYRANTEL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Helmintəleyhinə (qurdqovucu ) dərman vasitəsidir |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,91 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HELMİNTOKS 125 mq və 250 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Pyrantel
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində: 125 mq 250 mq Pirantel embonat 360,5 mq 721,0 mq Pirantelə hesablamada 125,0 mq 250,0 mq Köməkçi maddələr: jelatinləşdirilmiş qarğıdalı nişastası, povidon, natrium kroskarmelloza, maqnezium stearat, Örtük: sepifim 002 (hipromelloza, mikrokristallik sellüloza, I tip makroqol 8 stearat),sepispers AP3065 sarı, (propilenqlikol, hipromülloza, titan dioksid, rəngləyici ”günəş qürubu” sarısı (E 110), alüminium lakı, təmizlənmiş su.
Təsviri
Uzunsov formalı sarı-narıncı rəngli,bir üzündə natamam kəsik olan örtüklü tabletlərdir. Tabletin köndələn kəsiyində limonu -sarı rəngli özək müşahidə olunur.
Farmakoterapevtik qrupu
Helmintəleyhinə (qurdqovucu ) dərman vasitəsidir. ATCkodu: P02CC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Helmint əleyhinə preparat olub, ona həssas helmintlərin (qurdların ) sinir-əzələ keçiriciliyini blokadaya alır və zədələnmiş qurdların oyanma və miqrasiya stimullaşması olmadan onların qovulmasını təmin edir. Bağırsaq mənfəzində hər iki cinsdən olan yetkin və yetkin olmayan həssas helmintlərə qarşı effektivdir. Bizquyruqlara (Enterobius vermicularis), askaridlərə(Ascaris lumbricoides) və ankilostomlara (Ankylostoma duodenale və Necator americanus) qarşı daha effektivdir. Farmakokinetikası Mədə-bağırsaq traktından praktiki olaraq sorulmur. Preparatın bir dozasının qəbulundan sonra ( 12,5 mq/kq ) 1-3 saat ərzində plazmada konsentrasiyası 0,05-0,13 mkq/ml olur. Qismən qaraciyərdə N-metil-1,3-propandiaminə qədər metabolizə olunur. 93%-i bağırsaqlarla dəyişil- məmiş şəkildə,7%-i isə böyrəklər vasitəsilə dəyişilməmiş və ya metabolitlər şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
Askaridoz, enterobioz ( bizquyruqlarla yoluxma ), ankilostomidoz.
Əks göstərişlər
Pirantelə və preparatın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq, miasteniya, qara- ciyər çatışmazlığı, laktasiya dövrü, 6 yaşa qədər uşaqlar. Xüsusi göstəriçlər və ehtiyat tədbirləri Helmintoksun istifadəsi zamanı xüsusi hazırlıq və pəhriz tələb olunmur. Qaraciyər xəstəliklərinin olması haqqında həkimi xəbərdar etmək lazımdır. Helmintoksun, eləcə də digər helmintəleyhinə preparatların təyinindən öncə mənzili təmizləmək lazımdır, uşaq oyuncaqları yuyulmalı,yuxudan əvvəl və sonra duş qəbul etmək, alt paltarı dəyişmək lazımdır.Müalicə günlərındə və preparatın qəbulundan bir neçə gün sonra yataq dəstini qaynar ütü ilə ütüləmək lazımdır.Yenidən yoluxma- nın qarşısını almaq məqsədilə gigiyena qaydalarına ciddi əməl edilməlidir: əllər yuyulmalı, dır- naqlar tutulmalı,aralıq nahiyəsinin qaşınmasına yol verilməməli, hər gün alt geyimi və yataq dəsti dəyışdirilməlidir. Bütün ailə üzvlərinin eyni vaxtda müalicəsi tövsiyə olunur.Yoluxma çox vaxt hər hansı əlamətlər olmadan keçə bilər. Müalicə bıtdikdən sonra nəcisdə qurd yumurtaları- nın olub-olmamasını təyin etmək üçün kontrol müayinə aparılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eyni zamanda levamizol və piperazinlə istifadə edilməsi məsləhət görülmür. Qan plazmasında teofillinin konsentrasiyasını artırır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı yalnız göstəriş olduqda istifadə edilə bilər. Hamiləlik dövründə preparat ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduğu halda ehtiyatla istifadə edilə bilər. Preparatın ana südünə nüfuz etməsi barədə heç bır məlumat yoxdur,ona görə də laktasıya dövründə preparatı təyin etdikdə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir.Tabletlər böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün təyin olunmalıdır. Helmintoks günün istənilən vaxtında işlədicilərin ilkin qəbulu olmadan belə (acqarına olmaq mütləq deyil ) istifadə oluna bilər. Bizquyruqlar və askaridlər Enterobioz və askaridoz zamanı preparat birdəfəlik təyin olunur. Adi doza-12,5 mq/kq bədən kütləsinə birdəfəlik,daha doğrusu: 6 yaşdan böyük uşaqlara: birdəfəyə 10 kq çəkiyə 1 tablet (125 mq); bədən kütləsi 75 kq-dan az olan böyüklərə: birdəfəyə 250 mq-lıq 3 tablet; bədən kütləsi 75 kq-dan çox olan böyüklərə: birdəfəyə 250 mq-lıq 4 tablet. Təkrar yoluxmanın profilaktikası məqsədilə preparatı 3 həftə sonra yenidən qəbul etmək məsləhət görülür. Ankilostomlar: Endemiyalar (Necator americanus və Ankylostoma duodenale) zamanı 2-3 gün ərzində preparat 25mq/kq dozada gündə 1-2 dəfə təyın edilir.Uşaqlara 10 kq bədən kütləsinə hər gün 250 mq, bədən kütləsi 75 kq-a qədər olan böyüklərə gündə 1,5 q, 75kq- dan ağır adamlara gündə 2 q təyin edilir. Endemiyalar olmayan zonalarda Ankylostoma duodenale ilə yoluxma yüngül gedişli olduğundan preparat 12,5 mq/kq dozada birdəfəlik təyin olunur.
Əlavə təsirləri
Mədə-bağırsaq traktı tərəfindən bəzən ürəkbulanma,qusma,qarında ağrılar,diareya və iştahanın azalması (bu simptomlar helimintlərin ölümü ilə izah olunur) müşahidə oluna bilər. Allergik reaksiyalar: qaşınma, övrə, ekzantema. “Qaraciyər” transaminazalarının aktivliyinin nəzərəçarpmayacaq şəkildə qısamüddətli yüksəl- məsi. Baş ağrıları,başgicəllənmə,yorğunluq hissi,yuxululuq və ya yuxusuzluq,eşitmənin pozulması, hallüsinasiyalar, şüurun dumanlanması, paresteziyalar ,hipertermiya. Göstərilən əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa, yaxud təlimatda göstərilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimi məlumatlandırmaq lazımdır.
Doza həddinin aşılması
Hətta yüksək dozaların qəbulu ciddi intoksikasiyalara səbəb olmur.Spesifik antidotu yoxdur. Mədəni yumaq və həkimə müraciət etmək məsləhət görülür.
Buraxılış forması
125 mq dozada 6 tablet və ya 250 mq dozada 3 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
İnnotera Şuzi. Ryu Rene Şantero, Şuzi-sür-Sis, Valuar-sür-Sis, 41150, Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.