Gatisin 0,3 % 5 ml göz damcısı

Təsiredici maddə: GATIFLOXACIN
Təsiredici maddəGATIFLOXACIN
Dərman formasıDamcı
Farmakoloji təsir4-cü nəsil xinolon qrupu antibakterial dərman preparatı
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,73 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Bu içlik vərəqədə dərman barədə qısa məlumat verilmişdir. Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən, əczaçıdan və ya tibb bacısından soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onların xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. QATİSİN 3 mq/ml göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Gatifloxacin

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq qatifloksasin vardır. Köməkçi maddələr: benzalkonium xlorid (konservant), dinatrium edetat, inyeksiya üçün su, hidroksipropilmetilsellüloza, natrium-xlorid. Preparatın tərkibində pH-ın (məhlulun turşuluğunun və qələviliyinin ölçüsü) səviyyəsini tənzimləmək üçün xlorid turşusu və/və ya natrium-hidroksid ola bilər.

Təsviri

QATİSİN plastik flakonda, şəffaf, açıq-sarı rəngli məhluldur.

Farmakoterapevtik qrupu

4-cü nəsil xinolon qrupu antibakterial dərman preparatı.

İstifadəsinə göstərişlər

Preparatın təsirinə həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Dərman preparatının təsiredici maddəsinə, digər xinolon qrupu antibakterial maddələrə və ya preparatın köməkçi maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Səpgi və ya allergik reaksiyanın digər ilk əlaməti meydana çıxan kimi, preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. – Preparatın uzun müddət istifadə edilməsi gözün ikincili infeksiyasının yaranma ehtima- lını artıra bilər. – Əgər Sizdə bakterial konyunktivitin əlamətləri və simptomları varsa, Siz kontakt linza taxmamalısınız. – Dərman preparatının tərkibində olan benzalkonium xlorid yumşaq kontakt linzalar tərə- findən absorbsiya oluna bilər. Kontakt linzalar taxdığınız zaman bu dərman preparatından istifadə etməyin. Katikseli istifadə etməyə başlamazdan əvvəl kontakt linzaları çıxarın və onları yalnız dərmanı gözə damızdırdıqdan 15 dəqiqə sonra təkrar taxın. – Qatikselin istifadəsindən 15 dəqiqə əvvəl və ya sonra digər antibiotik göz damcısından istifadə etməyin. – Dərman 1 yaşa qədər uşaqlarda istifadə edilməməlidir, belə ki, bu yaş qrupunda dərmanın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. – Əgər Siz reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, digər dərman prepa- ratları və ya qida əlavələri istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisiniz- sə və ya istifadə edə bilərsinizsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, bu dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Əgər dərmanı istifadə etdikdən sonra hiss etsəniz ki, görməniz dumanlanıb, Sizin görmə qabi- liyyətiniz normallaşana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.

İstifadə qaydası və dozası

Bu dərmanı həmişə həkiminizin və ya əczaçının Sizə dediyinə dəqiq əməl edərək istifadə edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Doza və müalicə rejimi yalnız həkim tərəfindən təyin edilməlidir. Standart doza aşağıdakı kimidir: – 1-ci və 2-ci gün: hər 2 saatdan bir zədələnmiş göz(lər)ə gündə 8 dəfəyə qədər 1 damcı damızdırılır. – 3-cü -7-ci günlər: gündə 4 dəfəyə qədər bir damcı damızdırılır. Tövsiyə olunan dozanı aşmayın. Lütfən, qeyd edin: udmaq olmaz. İstifadə qaydası 1.Bakterial çirklənməyə yol verməmək üçün flakonun ucunu hər hansı səthə (gözün özü daxil olmaqla) toxundurmayın. 2.Damcı flakonu dolu olmaya bilər. Bu, damızdırma sürətinə yaxşı nəzarət emək üçündür. 3.İstifadə üçün təlimatlar • Preparatın damızdırılmasından əvvəl əllərinizi yuyun., sonra damcıladıcının ucunu deşmək üçün qapağı saat əqrəbi istiqamətində döndərin (Şəkil 1). •. Sonra qapağı çıxarmaq üçün onu digər tərəfə (saat əqrəbinin əks istiqamətinə) döndərin (Şək.2) • Başınızı arxaya əyin (Şək.3). • Şəhadət barmağınızla aşağı göz qapağını aşağı çəkin və digər əlinizlə flakonu tutub elə sıxın ki, gözünüzə yalnız bir damcı düşsün (Şək.4). • Gözünüzü bağlayın və damcının burun-gözyaşı axacağı vasitəsilə boğazınıza sızmasının qarşısını almaq üçün gözlə burun arasındakı bucağı 1-2 dəqiqə ərzində sıxın (Şək.5). • Xüsusi vəziyyətdə 3-5-ci addımları digər göz üçün təkrar edə bilərsiniz. • İstifadə etdikdən sonra, flakonun qapağını bağlayın. 4.Dərmanı istifadə etdikdən sonra dərmanın qalığını yumaq üçün əllərinizi hərtərəfli yuyun. 5.İnfeksiyanın ötürülməsinin qarşısını almaq üçün eyni qablaşdırmada olan dərman yalnız bir şəxs üçün istifadə edilməlidir. Əgər dərmanın istifadəsini unutmusunuzsa Əgər Siz dərmanı vaxtında istifadə etməyi unutmusunuzsa, onu əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Növbəti dozanı rejimə uyğun olaraq, vaxtında istifadə edin və həkimlə məsləhətləşin. Müalicəni həkimin tövsiyələrinə müvafiq olaraq davam etdirin. Əgər Siz preparatın istifadəsini dayandırırsınızsa Əgər Siz, hətta özünüzü yaxşı hiss edirsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşmədən dərmanın istifadəsini dayandırmayın. Əgər bu dərman preparatının istifadəsinə dair Sizin əlavə suallarınız varsa, həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın. Dərmanı qaranlıqda istifadə etməyin. Hər dəfə dərmanı istifadə edərkən, etiketi və dozanı yoxlayın. Əgər ehtiyacınız varsa, eynək taxın.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, bu dərman da bəzi istifadəçilərdə əlavə təsirlər törədə bilər. Əlavə təsirlərin siyahısına görə narahat olmayın. Onlardan bəziləri Sizdə baş verməyə bilər. Klinik tədqiqatlarda rast gələn əlavə təsirlər Qatisinin klinik tədqiqatlarının aparılması dövründə aşağıdakı əlavə təsirlər qeyd edilmişdir: Tez-tez – 100 istifadəçidən 1-10-da meydana çıxan əlavə təsirlər: Gözün qıcıqlanması, gözlərin sulanması, gözlərin iltihablaşması, gözün konyunktivasının ödemi, gözə qansızma, gözdə quruluq, gözdən ifrazatın axması, gözdə ağrı, göz qapaqlarının ödemi, başağrısı, gözün qızarması, görmə itiliyinin azalması və dadbilmənin pozulması. Bundan başqa, qatifloksasinin oftalmoloji məhlulunun digər klinik tədqiqatlarında konyunktivi- tin (gözün iltihabı) ağırlaşması daxil olmaqla, digər əlavə təsirlər barədə məlumat verilmişdir. Postmarketinq təcrübə Başvermə tezliyi qeyri-məlum olan (mövcud məlumatlar başvermə tezliyinin müəyyən edilmə- sinə imkan vermir) əlavə təsirlər allergik reaksiya və dəri altında şişkinlik (üz, ağız və ya boğaz nahiyələri kimi nahiyələrdə), göz qapaqlarının iltihabı, tənəffüsün çətinləşməsi, gözlərdə qaşın- ma, gözlərdə şişkinlik, yüksək həssaslıq, ürəkbulanma, qaşınma (generalizəolunmuş qaşınma daxil olmaqla) baş verə bilər. Əgər allergik reaksiya baş verərsə, müalicəni dayandırmaq və dərhal həkimlə əlaqə saxlamaq lazımdır. Əgər əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, Siz həkimlə məsləhətləşməlisiniz.

Doza həddinin aşılması

Əgər Siz preparatı lazım olduğundan artıq dozada istifadə etmisinizsə və ya əgər uşaq təsadüfən dərmanı udmuşdursa, dərhal həkimə müraciət edin və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Bu zaman dərmanın qablaşdırmasını da özünüzlə götürün. Həkim tərəfindən açıq-aydın təlimat olmazsa, qusma törətməyin.

Buraxılış forması

5 ml məhlul, damcıladıcıya malik plastik polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Zəhərlənmədən qorunmaq lazımdır. 25°C-dən yüksək olmayan temperaturda və zəhərlənməyə yol verməmək üçün uşaqların əli çatmayan, təhlükəsiz yerdə saxlamaq lazımdır. Flakonun ilk açılışından sonra dərmanı bir aydan artıq istifadə etməyin. Hətta öz orijinal qablaşdırmasında və tövsiyə olunduğu kimi saxlandıqda belə, dərman yalnız məhdud dövr ərzində saxlanıla bilər. Lütfən, preparatın yararlılıq müddətini qeyd edin. Şübhəniz olarsa, əczaçı ilə məsləhətləşin. Müxtəlif dərmanları eyni qablaşdırmada saxlamayın.

Yararlılıq müddəti

Yararlılıq müddəti flakonun və karton qutunun üzərində EXP-dən sonra qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Orchidia Pharmaceutical Industries. Industrial Zone – Al-Obour City, Egypt (Misir). www.orchidiapharma.com Bu dərmandır – Dərman elə bir məhsuldur ki, o, Sizin sağlamlığınıza təsir göstərir və onun təlimatda göstəri- lənin əksinə istifadə olunması Sizin üçün təhlükəlidir. – Həkimin reseptinə, dərmanı buraxan əczaçının dərmanın istifadə qaydasına dair tövsiyələrinə və təlimatlarına dəqiq əməl edin. – Həkim və əczaçı – dərman vasitələri, onların üstünlükləri və riskləri sahəsində ekspertdirlər. – Sizə təyin edilmiş müalicə müddətini özbaşına dayandırmayın. – Həkimlə məsləhətləşmədən eyni reseptdən təkrar istifadə etməyin. – Bütün dərmanları uşaqların əli çatmayan yerdə saxlayın.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Gatisin 0,3 % 5 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar