Finazil 10 mq 15 q krem
| Təsiredici maddə | TERBINAFINE |
|---|---|
| Dərman forması | Krem |
| Farmakoloji təsir | Göbələkəleyhinə dərman vasitəsi. Dəri xəstəliklərinin müalicəsində istifadə olunan antibakterial preparat |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmandan istifadə etməzdən əvvəl aşağıdakı təlimatı diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxumanız lazım gələ bilər. Hər hansı əlavə sual yaranarsa, öz həkiminizdən və ya əczaçıdan soruşa bilərsiniz. Bu dərman vasitəsi sizə təyin olunmuşdur. O, başqa insanlara verilməməlidir, belə ki, hətta onlarda olan əlamətlər sizdəki ilə eyni olsa belə, bu dərman onlara zərərli ola bilər. Hər hansı əlavə təsir ağırlaşarsa və ya bu içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsir meydana çıxarsa, məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. FİNAZİL 10 mq/q krem Beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq terbinafin (terbinafin hidroxloridi şəklində) vardır. Köməkçi maddələr: stearet-21, stearet-2, poliksipropilen-(15)-stearil efiri (Arlamol E), izoheksadekan, dimetikon, selostearil spirt, ağ mum, benzil spirti, propilenqlikol, 50%-li natrium laktat məhlulu, triklosan, stearin turşusu, təmizlənmiş su.
Təsviri
Makroskopik homogen, ağ rəngli, qoxusuz kremdir.
Farmakoterapevtik qrupu
Göbələkəleyhinə dərman vasitəsi. Dəri xəstəliklərinin müalicəsində istifadə olunan antibakterial preparat. ATC kodu: D01AE15. Farmakoloji xüsusiyyətlər Trebinafin Trichophyton (məsələn T rubrum, T. mentagrophytes, T.verrucosum, T.violaceum), Microsporum canis və Epidermophyton floccosum kimi dermatofitlər də daxil olmaqla, dəridəki göbələk patogenlərinə qarşı geniş təsir spektrinə malik allilamindir. Aşağı konsentrasiyada terbinafin, dermatofitlər və göbələk tellərinə qarşı funqisid təsir göstərir. Terbinafin, maya göbələyinin növündən asılı olaraq maya göbələklərinə qarşı funqisid (məsələn, Pityrosporum orbiculare və ya Malassezia furfur) və ya funqistatik təsir göstərir.
İstifadəsinə göstərişlər
Dırnaq göbələyi (Onixomikoz). Dərinin Trichophyton (məsələn T.rubrum, T.mentagrophytes, T.verrucosum, T.violaceum), Microsporum canis və Epidermophyton floccosum kimi) dermatofitlər tərəfindən törədilən parazit göbələk infeksiyalarının müalicəsi. Maya göbələklərinin törətdiyi dəri infeksiyaları, xüsusilə Candida (məsələn, Candida albicans) ilə törədilən infeksiyaların müalicəsi. Pityrosporum arbiculare (həmçinin Malassezia furfur kimi adlanan) ilə törədilən əlvan dəmrovun müalicəsi.
Əks göstərişlər
Terbinafinə və ya preparatın digər komponentlərinə qarşı allergik reaksiya (yüksək həssaslıq) olduqda Finazil kremi istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Finazil kremi yalnız xaricə istifadə üçün nəzərdə tutulur. Bu krem təsadüfən gözə düşərsə, gözü axar su ilə yaxşı yumaq lazıdır. Tərkibində olan selostearil spirtinə görə açıq iltihab prosesi kimi qıcıqlanma törənə bilən yerlərdə və ya sifət kimi həssas sahələrdə zədə olduqda Finazil kremi ehtiyatla istifadə olunmalıdır. Finazil kreminin tərkibində olan bəzi maddələri barədə mühüm məlumat Finazil kreminin tərkibində köməkçi maddə kimi setostearil spirti və propilenqlikol vardır. Setostearil spirti yerli dəri reaksiyalarına (məsələn, toxunma dermatitinə), propilenqlikol isə dəri qıcıqlanmasına səbəb ola bilər. Finazil kreminin tərkibində köməkçi maddə kimi propilenqlikol vardır. Bu maddə dərinin qıcıqlanmasına səbəb ola bilər. Yaşlı xəstələrdə istifadəsi Finazil kremi yaşlı xəstələrdə cavan xəstələrin istifadə etdiyi dozada istifadə olunmalıdır. Yaşlı və cavan xəstələrdə istifadə zamanı eyni arzuedilməz əlavə təsirlər müşahidə olunur. Xüsusi patologiyası olan xəstələrdə istifadəsi İstifadə edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Finazil kreminin digər dərman vasitələri ilə hər hansı qarşılıqlı təsiri barədə məlumat alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Heyvanlar üzərində aparılmış tədqiqat zamanı Terbanifin heç bir teratogen və ya embriofetotoksik təsiri müşahidə olunmamışdır. Bu vaxta qədər Terbanifin ilə bağlı insanın inkişaf qüsuru halları barədə məlumat alınmamışdır. Lakin, hamilə qadınlar üzərində bu preparatla aparılmış klinik təcrübələrin məhdud olmasına görə Finazil 10 mq/q kremi hamiləlik müddəti ərzində yalnız ciddi göstəriş olduqda istifadə edilməlidir. Terbinafin ana südünə nüfuz edir, ona görə də qadınlar əmizdirən zamanı Finazil kremindən istifadə etməməlidir. Uşaqların döş daxil olmaqla bu kremin sürtüldüyü hər hansı dəri sahəsinə toxunmasına yol verilməməlidir. Pediatriyada istifadəsi Bu xəstə qrupu üzərində aparılmış məhdud klinik təcrübələrinə görə kreminin uşaqlarda istifadə edilməsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensila təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Finazil kreminin xaricə istifadə edildiyi üçün nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Finazil kremi həkimin göstərdiyi qaydada istifadə olunmalıdır. Əmin olmadıqda və ya bu dərman vasitəsinin təsirinin artıq dərəcədə güclü və ya zəif olduğunu hiss etdikdə, həkiminizə və ya əczaçıya müraciət edin. Müalicə müddəti göstərişdən və infeksiyanın mürəkkəbliyindən asılıdır və lazım gəldikdə, habelə həkim nəzarəti altında müalicə müddəti uzadıla bilər. Terbinafin kremi gündə bir və ya iki dəfə istifadə olunmalıdır. Finazil kreminin sürtülməsindən əvvəl zədələnmiş sahə yaxşıca yuyulmalı və qurudulmalıdır. Zədələnmiş dəri və ətraf sahələr üzərinə nazik lay yaxılaraq ehtiyatla sürtülür. Bişməcə nəticəsində infeksiyalar (yəni retromammar qatları, barmaqlararası sahələr və yan- və qasıqarası sahə) zamanı zədələnmiş sahə tənzif parçası ilə, xüsusilə bütün gecə ərzində örtülə bilər. İnfeksiya törədicisinə müvafiq olaraq təxmini müalicə müddəti aşağıdakı kimidir: Tinea aorporis, cruris 1 həftə Tinea pedis 1 həftə Dəri kandidozu 2 həftə Pityriasis versicolor 2 həftə Klinik əlamətlərin aradan qalxması adətən bir neçə gün ərzində müşahidə olunur. Qeyri-müntəzəm istifadə və ya müalicənin vaxtından əvvəl dayandırılması xəstəliyin təkrar baş verməsinə səbəb ola bilər. İki həftə ərzində heç bir yaxşılaşma olmadıqda diaqnoza yenidən baxılmalıdır. Finazil 10 mq/q kreminin istifadəsi yaddan çıxarsa Müalicə adi qaydada davam etdirilməlidir.
Əlavə təsirləri
İstifadə edildiyi nahiyədə eritema, piqmentasiya, yanma hissi, ağrı, quru dəri, qaşınma və ya qıcıqlanma baş verə bilər, lakin müalicənin dayandırılması nadir hallarda tələb oluna bilər. Belə təhlükəsiz əlamətlər nadir hallarda baş verən, amma müalicənin dayandırılmasını tələb edən qaşınma, ekzantema (dəri səpgisi), qabarlı səpgi və övrə xəstəliyi kimi allergik reaksiyalardan fərqləndirilməlidir.
Doza həddinin aşılması
Finazil 10 mq/q kremi lazım olduğundan artıq dozada istifadə edildiyi halda, bu barədə həkimə və ya əczaçıya məlumat verilməlidir. Səthə sürtülmüş terbanifinin sistem absorbsiyasının çox aşağı olması, onun doza həddinin aşılması imkanının demək olar ki, sıfra endirir. Terbanifin kreminin artıq dozada istifadə edilməsi nəticəsində hər hansı əlavə təsirin baş verməsi barədə məlumat alınmamışdır. Lakin, Finazil kreminin təsadüfi udulması baş verərsə, Terbanifin tabletlərinin artıq dozada qəbul edilməsi zamanı müşahidə olunan arzuedilməz əlavə təsirlərin (məsələn, baş ağrısı, ürəkbulanma, qarınüstü nahiyədə ağrı və başgicəllənmə) başvermə ehtimalı vardır. Məsləhət görülən müalicə əsasən aktivləşdirilmiş ağac kömüründən istifadə etməklə dərmanın orqanizmdən xaric edilməsindən ibarətdir. Lazım gələrsə, simptomatik müalicə aparıla bilər.
Buraxılış forması
15 q krem, deşilən qapaqla kip bağlanmış, iç örtüyünə malik alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Finazil 10 mq/q kreminin qabaşdırmasında aydın zədələmə əlamətləri aşkar edilərsə, istifadə edilməməlidir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Laboratorios Basi – İndustria Farmaceutica, S.A. Parque Industrial Manuel Lourenço Ferreira, Lote 8 15 16, Mortagua 3450-232, Portugal.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.