Furasilin 0,2 % 25 q məlhəm Borisov
| Təsiredici maddə | NITROFURAL (FURACILIN) |
|---|---|
| Dərman forması | Məlhəm |
| Farmakoloji təsir | Antiseptiklər və dezinfeksiyaedici dərman vasitələri. Nitrofural törəmələri |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,00 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FURASİLIN 2 mq/q xaricə istifadə üçün məlhəm FURACILIN Beynəlxalq patentləşdirilməmiş adı: Nitrofural
Tərkibi
Təsiredici maddə: 25 q məlhəmin tərkibində 0,05 q nitrofural (nitrofurazon) vardır. Köməkçi maddələr:ağ yumşaq parafin.
Təsviri
Sarı rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Antiseptiklər və dezinfeksiyaedici dərman vasitələri. Nitrofural törəmələri. ATC kodu: D08AF01.
İstifadəsinə göstərişlər
İrinli yaralar, yataq yaraları, xoralar, II və III dərəcəli yanıqlar, II-III dərəcəli donvurma, dərinin kiçik zədələnmələri (o cümlədən, sıyrıntı, cızılmalar, çatlar, kəsiklər).
Əks göstərişlər
Allergik dermatozlar, qanaxma, nitrofurala və nitrofuranın digər törəmələrinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamilə qadınlara, laktasiya dövründə və uşaqlara təyin edərkən, mümkün fayda/risk nisbətini qiymətləndirmək məsləhət görülür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə neqativ qarşılıqlı təsiri qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməyib. Pediatriyada istifadəsi Uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Dərman vasitəsini körpələrdə və azyaşlı uşaqlarda istifadə etmək məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müşahidə edilməyib.
İstifadə qaydası və dozası
II-III dərəcəli yanıqlar və donvurmaların müalicəsi zamanı məlhəm 2-3 gün ərzində dərinin üzərinə nazik təbəqə ilə gündə 1-3 dəfə sürtülür. Tənzif sarğı altında istifadəsi mümkündür. Antibakterial preparatların istifadəsi və təyinatı üzrə rəsmi tövsiyələri nəzərə almaq vacibdir.
Əlavə təsirləri
Yerli allergik reaksiyalar, dermatitlər mümkündür. Allergik reaksiyaların (qızartı, qaşınma, dermatit) simptomları yarandıqda, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Aşkar edilməyib.
Buraxılış forması
25 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.