TERFALIN 250 MG 14 TAB

Təsiredici maddə: TERBINAFINE HCL
Təsiredici maddəTERBINAFINE HCL
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün göbələkəleyhinə vasitə
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,71 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TERFALİN 250 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq terbinafinə ekvivalent olan 281,25 mq terbinafin hidroxlorid vardır. Köməkçi maddələr: hipromelloza (Metosel E15-LV), natrium kroskarmelloza (Ac-di-sol), mikrokristallik sellüloza PH 101, mikrokristallik sellüloza PH 102, kolloidal susuz silisium dioksid (Aerosil 200), maqnezium stearat.

Təsviri

Ağ rəngli, dairəvi, bir tərəfi bölgülü tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün göbələkəleyhinə vasitə. ATC kodu: D01BA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Terbinafin göbələk əleyhinə geniş təsir spektrinə malik allilamindir. Terbinafin aşağı konsentrasiyalarda dermatofitlər, kif və müəyyən dimorfik göbələklərə qarşı funqisid təsirə malikdir. Kif göbələklərinin növündən asılı olaraq funqisid və ya funqistatik təsir göstərir. Terbinafin spesifik olaraq göbələk sterinlərinin biosintezini ilkin mərhələdə pozur. Bu erqosterol çatışmazlığına və hüceyrə daxilində skvalenin toplanmasına gətirib çıxarır, bu isə göbələk hüceyrələrinin məhvi ilə nəticələnir. Terbinafin göbələk hüceyrə membranında skvalen epoksidazanı inhibə etməklə təsir göstərir. Skvalen epoksidaza fermenti sitoxrom P450 sistemi ilə metabolizə olunmur. Peroral qəbul zamanı preparat dəridə yüksək konsentrasiyalarda toplanaraq funqisid təsir göstərir. Farmakokinetikası Absorbsiyası Peroral qəbuldan sonra terbinafin yaxşı sorulur (> 70 %) və terbinafinin tablet şəklində qəbulundan zamanı ilkin metabolizmdən sonra mütləq biomənimsənilməsi təxminən 50 %-dir. Terbinafinin μg/ml maksimal plazmabirdəfəlik 250 mq peroral qəbulu zamanı 1,5 saat ərzində 1,30 konsentrasiyasına çatır. Sabit konsentrasiya vəziyyətində, birdəfəlik doza ilə müqayisədə, terbinafinin maksimal konsentrasiyası ortalama 25 %, plazmada AUC göstəricisi isə 2,3 vahid daha yüksək olur. AUC göstəricisinin plazmada artması ilə təsiredici yarımparçalanma dövrü təxminən 30 saata qədər çata bilər. Terbinafinin biomənimsənilməsi qida qəbulundan asılıdır (AUC göstəricisinin artması 20 %-dən aşağıdır), lakin doza korreksiyasına ehtiyac yoxdur. Paylanması Terbinafin plazma zülalları ilə bağlantısı yüksəkdir. O, sürətlə derma vasitəsilə yayılır və lipofil buynuz qatda toplanır. Terbinafin həmçinin piy vəzilərinə sirayət edir, bununlada dəridə, saç follikullarında, saçda və piy vəziləri ilə zəngin dəridə yüksək konsentrasiyada toplanır. Həmçinin terbinafin ilə müalicə başlandıqdan bir neçə həftə ərzində dırnaq plastinlərinə paylanılması haqqında sübutlar mövcuddur. Biotransformasiya və eliminasiyası Terbinafin ən azı yeddi CYP izofermentləri olan CYP2C9, CYP1A2, CYP3A4, CYP2C8 və CYP2C19 vasitəsi ilə sürətli və intensiv şəkildə metabolizə olunur. Biotransformasiya nəticəsində göbələk əleyhinə təsiri olmayan metabolitlər, əsasən, sidiklə xaric olunurlar. Müxtəlif qrup pasiyentlərdə farmakokinetik xüsusiyyətləri Klinik cəhətdən yaş həddindən asılı olaraq farmakokinetik xüsusiyyətlərdə dəyişikliklər müşahidə edilmir, lakin böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə eliminasiya sürəti azala bilər, bu isə, öz növbəsində qanda terbinafinin miqdarının yüksəlməsinə gətirib çıxarır. Böyrək çatışmazlığı (kreatinin klirensi < 50 ml/dəq) və ya qaraciyər çatışmazlığı olan pasiyentlərin iştirakı ilə aparılmış tədqiqatlarda terbinafin klirensinin 50 %-ə qədər azala biləcəyi müəyyən edilmişdir.

İstifadəsinə göstərişlər

Dərinin və dırnağın Trichophyton (T. rubrum, T.mentagrophytes, T. verrucosum, T. violaceum), Microsporum canis və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyaları. 1. Terfalin lokalizasiyasına, ağırlığına və infeksiyanın yayılmasına görə peroral müalicə məqsədəuyğun hesab edilən göbələk xəstəliklərinin (bədən, qasıq və pəncə dermatomikozlarınun) müalicəsində göstərişdir. 2. Terfalin onixomikozun müalicəsi zamanı istifadəyə göstərişdir. Əks göstərişləri -in hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq.Təsiredici maddəyə və ya Terfalin Xroniki və ya aktiv qaraciyər xəstəliyi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər funksiyası xroniki və ya kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərə əks göstərişdir.Terfalin Terfalin təyin olunmamışdan əvvəl qaraciyərin funksiya testi həyata keçirilməli və qaraciyərin hər hansı bir yanaşı, mövcud olan xəstəliyi qiymətləndirilməlidir. Qaraciyər çatışmazlığının olub-olmamasından asılı olmayaraq pasiyentlərdə hepatotoksiklik yarana bilər, buna görə, qaraciyərin müntəzəm monitorinqinin aparılması (müalicədən 4-6 həftə sonra) -in qəbulu qaraciyər funksiyasının test göstəricilərində yüksəlmə olduğuməsləhət olunur. Terfalin halda dərhal dayandırılmalıdır. Nadir hallarda terbinafin tabletləri ilə müalicə olunan pasiyentlərdə ciddi qaraciyər çatışmazlığı (bəziləri ölümlə nəticələnmiş və ya qaraciyər transplantasiyası tələb olunmuşdur) qeydə alınmışdır. Qaraciyər çatışmazlığı olan əksər pasiyentlərdə ciddi sistem pozuntular qeyd olınmasına baxmayaraq, bu halların terbinafin tabletlərinin qəbulu ilə əlaqəsi qeyri-müəyyəndir (“Əlavə təsirləri” bölməsinə baxın). təyin olunmuş pasiyentlər, qaşınma, səbəbi məlum olmayan ürəkbulanma, iştahanınTerfalin pozulması, anoreksiya, sarılıq, qusma, yorğunluq, abdominal nahiyənin sağ üst hissəsində ağrı, tünd rəngli sidik və ya nəcisin solğunlaşması kimi qaraciyər funksiyasının pozuntusuna dəlalət edən əlamətlər və simptomlar haqqında dərhal xəbər vermələri barədə təlimatlandırılmalıdırlar. Bu simptomlar izlənilən pasiyentlərdə terbinafinin peroral qəbulu dayandırılmalı və pasiyentin qaraciyər funksiyası dərhal qiymətləndirilməlidir. Dermatoloji təsirlər Ciddi dəri reaksiyaları (məsələn, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomlar ilə əlaqəli dərman səpgiləri) terbinafin tabletləri qəbul edən pasiyentlərdə çox nadir hallarda qeyd olunmuşdur. Proqressivləşən dəri səpgisi yarandıqda, Terfalin ilə müalicə dayandırılmalıdır. Psoriaz mövcud olan pasiyentlərdə Terfalin ehtiyatla istifadə edilməlidir, çünki çox nadir hallarda psoriazın kəskinləşməsi qeyd olunmuşdur. Hematoloji təsirlər Terbinafin tabletləri qəbul edən pasiyentlərdə qanın patoloji dəyişiklikləri (neytropeniya, aqranulositoz, trombositopeniya, pansitopeniya) nadir hallarda qeydə alınmışdır. Terfalin ilə müalicə olan pasiyentlərdə baş verən hər hansı qan diskraziyasının etiologiyası qiymətləndirilməli və müalicə rejimində dəyişikliklər, o cümlədən, Terfalin ilə müalicənin dayandırılması nəzərdən keçirilməlidir. Böyrək funksiyası Böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 50 ml/dəq-dən az və ya plazma kreatinin 300 mikromol/l-dən çox) terbinafin tabletinin istifadəsi kifayət qədər öyrənilməmişdir və ona görə istifadəsi tövsiyə olunmur (Farmakokinetik xüsusiyyətlər bölməsinə baxın). Digər Terfalin -i qırmızı qurd eşənəyi xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir lazımdır, çünki çox nadir hallarda qırmızı qurd eşənəyi xəstəliyi qeyd olunmuşdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrinin terbinafinə təsiri Terbinafinin plazma klirensi metabolizmi induksiya edən preparatlarla sürətlənə və P450 sitoxromu inhibə edən preparatlarla inhibə edilə bilər. Bu vasitələr ilə birgə təyin olunduqda Terfalin dozasını müvafiq olaraq dəyişmək lazımdır. Aşağıdakı dərman vasitələri terbinafinin təsiri və ya plazmada konsentrasiyasını artıra bilər: Simetidin terbinafinin klirensini 30 % azaldır. Flukonazol CYP2C9 və CYP3A4 fermentlərini inhibə etdiyindən, terbinafinin C və AUCmax göstəricilərini müvafiq olaraq 52 % və 69 % artırır. Göstəricilərin bənzər artımı həm CYP2C9 və CYP3A4-u inhibə edən ketokonazol və amiodaron kimi digər preparatlarla terbinafinin birgə qəbulu zamanı baş verə bilər. Aşağıdakı dərman vasitələri terbinafinin təsirini və ya plazmada konsentrasiyasını azalda bilər: Rifampisin terbinafinin klirensini 100 % artırır. Digər dərman vasitələrinə terbinafinin təsiri In vitro və sağlam könüllülərin iştirakı ilə aparılmış tədqiqatlar göstərir ki, terbinafin sitoxrom P450 sisteminin digər fermentləri (məsələn, tolbutamin, terfenadin, triazolam, oral kontraseptivlər) tərəfindən metabolizə olunan əksər dərman vasitələrinin klirensinin inhibəsinə və induksiyasına, CYP2D6 vasitəsilə metabolizə olunanlar istisna olmaqla (aşağı bax), cüzi təsir göstərir. Terbinafin antipirin və ya diqoksinin klirensinə təsir göstərmir. Flukonazolun farmakokinetikasına terbinafinin heç bir təsiri yoxdur. Bundan əlavə, terbinafin və kotrimaksozol tərkibli digər dərman vasitələrinin (trimetoprim və sulfametoksazol) zidovudin və ya teofillin arasında klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsiri yoxdur. ilə peroral kontraseptivlərin birgə təyini zamanı pasiyentlərdə bəzi menstrual pozuntularTerfalin (güclü qanaxma və menstrual tsiklin pozulması) halları bu pozuntuların rast gəlmə tezliyinin oral kontraseptivləri təkli qəbul edən pasiyentlərdə də rast gəlməsinə baxmayaraq qeydə alınmışdır. Terbinafin aşağıdakı dərman vasitələrinin təsirini və ya plazma konsentrasiyasını artıra bilər: Kofein – terbinafin damardaxili yeridilən kofeinin klirensini 21 % azaldır. Əsasən CYP2D6 ilə metabolizə olunan təsiredici maddələr – In vitro və in vivo tədqiqatlarda terbinafinin CYP2D6-vasitəsilə metabolizmi inhibə etdiyini göstərir. Bu məlumata əsasən CYP2D6 tərəfindən metabolizə olunan maddələri qəbul edən pasiyentlər üçün klinik əhəmiyyət kəsb edə bilər, məsələn aşağıdakı preparat siniflərinin bəziləri, trisiklik antidepresantlar (TSA-x), β-blokatorlar, serotoninin geri tutulmasının selektiv inhibitorları, antiaritmik (1A, 1B və 1C sinifləri daxil olmaqla) və B tipli monoaminoksidazanın inhibə edənləri (MAO inhibitorları), xüsusilə dar terapevtik pəncərəyə malik olanlar ilə (Xəbərdarlıqlar/ Ehtiyat tədbirləri bölümünə baxın). Terbinafin dezipraminin klirensini 82 % azaldır. Sağlam insanların iştirakı ilə aparılan tədqiqatlarda, dekstrometorfanı güclü metabolizə edən xəstə (öskürək əleyhinə dərman və CYP2D6 substratı) kimi xarakterizə edilmiş xəstələrdə, terbinafin sidikdəki dekstrometorfan/dekstrorfan metabolik nisbətini orta hesabla 16-dan 97-dək artırmışdır. Beləliklə, terbinafin, güclü CYP2D6 metabolizə edən xəstəni zəif metabolizə edənən çevirə bilər. Terbinafin aşağıdakı dərman vasitələrinin təsiri və ya plazma konsentrasiyasını azalda bilər: Terbinafin siklosporinin klirensini 15 % artırır. Nadir hallarda (İNR)BNN-də dəyişiliklər və/və ya protrombin vaxtında dəyişikliklər terbinafinin varfarinlə birgə qəbul edən pasiyentlərdə qeyd olunmuşdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılmış fetal toksiklik və reproduktiv qabiliyyətə təsirinə aid tədqiqatlarında terbinafinin heç bir əlavə təsiri qeydə alınmamışdır. Hamilə qadınlarda klinik təcrübə çox məhdud olduğundan, qadının klinik vəziyyəti peroral terbinafinlə müalicəni tələb etdikdə, terbinafin tabletlərinin hamiləlik zamanı istifadəsi, ana üçün potensial faydanın döl üçün potensial riski üstələyən hallardan başqa, məsləhət görülmür. Terbinafin ana südünə keçir, buna görə, analar uşaqlarına süd verən dövrdə Terfalin ilə müalicə qəbul etməməlidirlər. Fertillik Heyvanlar üzərində embrional toksiklik və fertillik tədqiqatları heç bir əlavə təsirin olmamasını deməyə əsas verir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Terbinafinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Başgicəllənmə kimi əlavə təsir rastgələn pasiyentlər nəqliyyat vasitələrini idarə və ya digər mexanizmlərdən istifadə etməkdən çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Dozalanma Yetkin insanlar Gündə bir dəfə 250 mq. Müalicə müddəti göstərişdən və infeksiyanın ağırlığından asılıdır. Dəri infeksiyaları Ehtimal edilən müalicə müddətləri aşağıdakı kimidir: Tinea pedis (barmaqlararası, pəncə dermatomikozu): 2-dən 6 həftəyədək. Tinea corporis (gövdə dermatomikozu): 4 həftə Tinea cruris (qasıq dermatomikozu): 2-dən 4 həftəyədək Onixomikoz Əksər xəstələr üçün müalicə müddəti 6 həftədən 3 ayadək təşkil edir. 3 aydan az müalicə müddəti, əl dırnaqlarının infeksiyası, eləcə də baş barmaq istisna olmaqla digər ayağ barmaqlardakı dırnaq infeksiyaları olan və daha cavan pasiyentlərdə nəzərdə tutulub. Ayaq barmağında dırnaq infeksiyalarının müalicəsində, adətən 3 ay kifayət edir, amma müəyyən pasiyentlər üçün 6 ay və ya daha uzun müddətli müalicə tələb oluna bilər. Müalicənin ilk həftələrində dırnağın vəziyyətində yaxşılaşmanın zəif olması, daha uzun müddətli müalicəyə ehtiyac olacağını bildirən pasiyentləri müəyyən edən faktorlardandır. İnfeksiyanın əlamətlərinin və simptomlarının tam itməsi mikoloji müalicədən bir neçə həftə keçmədən əvvəl əldə edilə bilməz. Müxtəlif qrup pasiyentlər ilə əlaqəli əlavə məlumat Qaraciyər çatışmazlığı Terfalin xroniki və ya kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərə məsləhət görülmür. Böyrək çatışmazlığı Terbinafin tabletlərinin istifadəsi böyrək çatışmazlığı olan pasiyentlərdə kifayət qədər öyrənilmədiyindən istifadəsi məsləhət görülmür (XƏBƏRDARLIQLAR/ EHTİYAT TƏDBİRLƏRİ VƏ FARMAKOKİNETİK XÜSUSİYYƏTLƏR bölməsinə baxın). Uşaqlar Böyük Britaniyada aparılmış terbinafinin postmarketinq müşahidə tədqiqatında iştirak edən 314 uşaq pasiyentin peroral terbinafinlə müalicə zamanı təhlükəsizlik nəticələrinin nəzərdən keçirilməsi nəticəsində uşaqlardakı əlavə təsirlər yetkin insanlardakı kimi olduğu müəyyən edilmişdir. Yetkin insanlarda qeyd olunan əlavə təsirlər əlavə hər hansı yeni, qeyri-adi və ya daha ağır reaksiyaların olmasına aid heç bir sübut qeyd edilməmişdir. Lakin, əldə olan məlumatların sayının məhdud olduğu səbəbindən, uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlılar Yaşlı pasiyentlərdə gənc pasiyentlərlə müqayisədə doza dəyişikliyinə ehtiyac olduğu və fərqli təsirlərin olması barədə heç bir sübut mövcud deyil. Mümkün qaraciyər və ya böyrək funksiyalarının pozuntu ehtimalının olması bu yaş qrupunda diqqətdə saxlanılmalıdır.

Əlavə təsirləri

Əlavə təsirlər ümumilikdə yüngüldən orta ağırlığa kimi olur və keçicidir. Klinik və ya post-marketing tədqiqatlar zamanı aşağıdakı əlavə reaksiyalar müşahidə edilmişdir. Əlavə reaksiyaların rast gəlmə tezliklərini qiymətləndirmək üçün istifadə olunan məlumatlar: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100, < 1/10), bəzən (≥ 1/1000, < 1/100), nadir (≥ 1/10000, < 1/1000), çox nadir (< 1/10000), məlum deyil (rast gəlmə tezliyinə aid mövcud məlumatlar əsasında təyin oluna bilməz) təcrid olunmuş qeydlər daxil olmaqla. Qan və limfa sistemi Çox nadir: neytropeniya, aqranulositoz, trombositopeniya. Məlum deyil: anemiya, pansitopeniya. İmmun sistem Çox nadir: anafilaktoid reaksiyalar (angioödem daxil olmaqla), dəri və sistem qırmızı qurd eşənəyi xəstəliyi. Məlum deyil: anafilaktik reaksiya, zərdab xəstəliyinə oxşar reaksiyası. Maddələr mübadiləsi və qidalanma Çox tez-tez: iştahanın azalması Psixiatrik pozuntular Məlum deyil: həyəcan və depressiv simptomlarının ikincili əlaməti olan orta dadbilmə pozuntuları Sinir sistemi Tez-tez: baş ağrısı Bəzən: preparatın qəbulu dayandırıldıqdan adətən bir neçə həftə sonra bərpa olunan dadbilmə pozuntuları, o cümlədən, dad bilmənin itirilməsi. Uzunmüddətli dad itməsi nəticəsində qida qəbulunun azalması və çəkinin nəzərə çarpacaq dərəcədə azalması halları da qeyd olunmuşdur. Nadir: paresteziya, hipoesteziya, başgicəllənmə. Məlum deyil: qalıcı anosmiya daxil olmaqla, anosmiya, hiposmiya. Görmə orqanı Məlum deyil-görmə pozuntuları, dumanlı görmə, görmə itiliyinin azalması. Qulaq və labirint sistemi Çox nadir: başgicəllənmə Məlum deyil: eşitmə qabiliyyətinin zəifləməsi (hipoakus), eşitmə qabiliyyətinin pozuntusu, qulaqlarda küy (tinnitus) Damar pozuntuları Məlum deyil: vaskulit Mədə-bağırsaq sistemi Çox geniş yayılmış: mədə-bağırsaq simptomları (doyma hissi, qarında şişkinliyi, dispepsiya, ürəkbulanma, qarın ağrısı, ishal). Məlum deyil: pankreatit Hepatobiliar sistem Nadir: qaraciyər çatışmazlığı, qaraciyər fermentlərinin artması, sarılıq, xolestaz və hepatit daxil olmaqla ciddi qaraciyər disfunksiyası halları. Əgər qaraciyər disfunksiyası inkişaf edirsə, Terfalin ilə müalicə dayandırılmalıdır. Ciddi qaraciyər çatışmazlığı halları barəsində (ölümlə nəticələnmə və ya qaraciyərin transplantasiyası tələb olunan) nadirən rast gəlinir. Bir çox qaraciyər çatışmazlığı hallarında xəstələrdə yaranmış ciddi sistem funksiyalarının pozuntularına terbinafinin təsiri müəyyən olunmamışdır. Dəri və dərialtı toxumalar Çox tez-tez: ciddi olmayan dəri reaksiyalarının müxtəlif formaları (səpgi, övrə). Çox nadir: ciddi dəri reaksiyaları (məsələn, multiformalı eritema), Stivens-Conson sindromu, toksik epidermal nekroliz, toksiki dəri səpgisi, eksfoliativ dermatit, bullyoz dermatit, Fotohəssaslıq (məsələn, fotodermatoz, fotohəssaslıqlı allergik reaksiya və polimorfik işıq səpgisi). Alopesiya. Proqressivləşən dəri səpgiləri yaranarsa, Terfalin -lə müalicə dayandırılmalıdır. Məlum deyil: psoriatik səpgi və ya psoriazın kəskinləşməsi. Ciddi dəri reaksiyaları (məsələn, kəskin ümumiləşdirilmiş ekzantematoz pustulyoz (KÜEP)), eozinofiliya və sistem simptomlarla dərman səpgisi. Dayaq-hərəkət sistemi və birləşdirici toxuma Çox tez-tez: dayaq-hərəkət aparatının reaksiyaları (artralgiyalar, əzələ ağrısı). Məlum deyil: rabdomioliz Ümumi pozuntular və təyinatla bağlı olan pozuntular Nadir: narahatlıq Məlum deyil: halsızlıq. Qrip kimi xəstəliklər, qızdırma. Laborator müayinələr Məlum deyil: qanda kreatin fosfokinazanın artması ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN.

Doza həddinin aşılması

Başağrısı, ürəkbulanma, qarının yuxarı nahiyəsində ağrı və başgicəllənmə ilə müşayiət olunan doza həddinin aşılmasına dair (5 q-a qədər) bir neçə hallar qeydə alınmışdır. Doza həddinin aşılmasının tövsiyə edilən müalicəsi dərmanın orqanizmdən xaric edilməsi, ilk növbədə aktivləşdirilmiş kömürün verilməsi ilə və lazım gələrsə, dəstəkləyici simptomatik terapiyanın həyata keçirilməsindən ibarətdir.

Buraxılış forması

Terfalin 250 mq tabletlər. 14 tablet, blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış forması 1 % sprey 30 ml YSPE qapaqlı və sprey pompalı, ağ qeyri-şəffaf YSPE flakonda içlik vərəqəTerfalin ilə birlikdə karton qutuya qablaşdırılır. Terfalin 1 % krem, 15 q krem, tübda. 1 tüb içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TERFALIN 250 MG 14 TAB” üçün ilk rəyi siz yazın.