Ecofucin 100 mq N6 vaginal şam

Təsiredici maddə: NATAMYCIN
Təsiredici maddəNATAMYCIN
Dərman formasıVaginal şam
Farmakoloji təsirKortikosteroidlərlə kombinasiyalar istisna olunmaqla, antimikrob və antiseptik vasitələr. Antibiotiklər.
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EKOFUSİN vaginal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Natamycin

Tərkibi

Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 100 mq natamisin vardır. Köməkçi maddələr: laktuloza, makroqol qliserilhidroksistearat, kolloidal silisium dioksid, bərk piy.

Təsviri

Ağ rəngdən açıq qəhvəyi rəngə qədər torpedo şəklində vaginal şamlardır. Qıfşəkilli dərinliyin olmasına yol verilir.

Farmakoterapevtik qrupu

Kortikosteroidlərlə kombinasiyalar istisna olunmaqla, antimikrob və antiseptik vasitələr. Antibiotiklər. АТC kodu: G01АА02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Makrolidlər qrupundan olan göbələkəleyhinə polien antibiotikidir. Geniş təsir spektrinə malikdir. Funqisid təsir göstərir. Natamisin hüceyrə membranlarının sterolları ilə geridönməz şəkildə birləşərək, onların tamlığını və funksiyalarını pozur və bu, mikroorqanizmlərin məhvinə gətirib çıxarır. Əksər patogen maya göbələkləri, xüsusilə Candida albicans, həmçinin Torulopsis, Rhodotorula, Aspergillus, Penicillium və dermatofitlər (Trichophyton, Microsporum, Epidermophyton) natamisinə qarşı həssasdır. Klinik təcrübədə natamisinə qarşı rezistentlik rast gəlinmir. İn vitro qrammüsbət və qrammənfi bakteriyalara təsir göstərmir. Farmakokinetikası Natamisin sistem təsir göstərmir, belə ki, praktiki olaraq selikli qişa səthindən sorulmur.

İstifadəsinə göstərişlər

Candida albicans göbələkləri tərəfindən törədilən vaginitlər, vulvitlər, vulvovaginitlər.

Əks göstərişlər

Preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın istifadəsi zamanı xüsusi ehtiyat tədbirləri tələb olunmur. Vaginal şamlar bədən temperaturunun təsiri altında sürətlə əriyərək köpüklənən kütlə əmələ gətirir ki, bu da təsiredici maddənin bərabər paylanmasına səbəb olur. Xroniki və ya residivləşmiş infeksiyalarda yerli müalicə natamisin preparatının tablet və krem dərman formalarında təyin etməklə tamamlana bilər. Şamlardan istifadə zamanı cinsi əlaqədən imtina etməyə ehtiyac yoxdur. Lakin, cinsi tərəfdaşların müayinə edilməsi və kandidoz zədələnmə aşkar edildiyi halda natamisin preparatı ilə müalicə kursu aparılması tövsiyə edilir. Həmçinin, müalicə müddətində baryer kontraseptivlərin istifadə edilməsini nəzərdən keçirmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Natamisin digər dərman vasitələri ilə qarşılıqlı təsiri qeyd edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ekofusin vaginal suppozitoriyaların hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

İstifadə qaydası və dozası

Vaginitlərdə, vulvitlərdə, vulvovaginitlərdə 3-6 gün müddətində 1 vaginal suppozitoriya hər gecə yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Xəstəliyin simptomları itdikdən sonra müalicəni daha bir neçə gün davam etdirmək tövsiyə edilir. Müalicə kursunun müddəti fərdi olaraq müəyyən edilir. Vaginal suppozitoriyanın tətbiqindən əvvəl əllərinizi yuyun və qurudun. Suppozitoriyanı konturlu yuvalı qablaşmasından azad edin. Uzanıq vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın. Suppozitoriyanı uşaqlıq yoluna mümkün qədər dərinə yeridin. Yarım saat ərzində uzanıq vəziyyətdə qalmağa çalışın. İstifadədən sonra əllərinizi bir daha yuyun. Vaginal suppozitoriyaların effektivliyinin mümkün azalmasından və ya yeridilmə ilə bağlı çətinliklərindən menstruasiya dövründə istifadəsi tövsiyə edilmir. Candida albicans tərəfindən törədilən vaginitlərin davamlı gedişi zamanı bağırsaqda kandidoz infeksiyasının sanasiyası üçün əlavə olaraq, natamisin daxilə qəbul üçün tablet formasında (10-20 gün müddətində gündə 4 dəfə 1 tablet) təyin edilir. Cinsi tərəfdaşın cinsiyyət orqanlarının kandidoz zədələnməsinin müalicəsi üçün natamisin krem şəklində istifadə edilir. Pediatrik xəstələr 14 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/qaraciyər funksiyası pozulmuş xəstələr Ekofusin yerli istifadə olunur. Preparatın aktiv maddəsi praktiki olaraq selikli qişa səthindən sorulmur və sistem təsir göstərmir, buna görə də, böyrək və/və ya qaraciyər funksiyası pozulmuş xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur. Yaşlı xəstələr Cavan xəstələrdə olduğu kimi eyni dozalarda istifadə edilir. Bakirələrdə istifadə olunmur. Daxilə və başqa üsullarla istifadə olunmamalıdır.

Əlavə təsirləri

Natamisin vaginal suppozitoriyalar istifadə zamanı çox nadir (<1/10000) hallarda yerli reaksiyalar (uşaqlıq yolunda yüngül qıcıqlanma və göynəmə hissi) müşahidə oluna bilər. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

Buraxılış forması

Vaginal suppozitoriyalar, 100 mq. 3 və ya 6 suppozitoriya, polivinilxlorid/polietilendən hazırlanmış konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, orijinal qablaşmasında (qutuda) və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

AVVA RUS JSC, Russia. 53А, Luganskaya Street, Kirov, Kirov region, Russia.

Qeydiyyat vəsiqəsinin sahibi

AVVA RUS JSC, Russia. Krylatskie Kholmy Str., 30 bldg 9, Moscow, 121614, Russia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ecofucin 100 mq N6 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar