Natamiks 100 mq N3 vaginal şam

Təsiredici maddə: NATAMYCIN
Təsiredici maddəNATAMYCIN
Dərman formasıVaginal şam
Farmakoloji təsirGinekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və antimikrob dərman vasitələri. Antibiotiklər
İstehsal ölkəsiMoldova

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NATAMİKS vaginal suppozitoriyalar NATAMIX Beynəlxalq patentləşdirilməmiş adı: Natamycin

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq natamisin vardır. Köməkçi maddələr: setil spirti, sorbitan trioleat, polisorbat 80, natrium hidrokarbonat, adipin turşusu, bərk yağ.

Təsviri

Silindrikkonusvari, sarı rəngdən açıq sarı rəngə qədər və ya bej çalarlı sarı rəngli vaginal suppozitoriyalardır. Suppozitoriya səthinin tutqun və ya parıltılı olmasına və səthində mil şəkilli hava qabarcıqlarının və ya məsamələrin və qıfabənzər dərinləşmənin olmasına yol verilir.

Farmakoterapevtik qrupu

Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və antimikrob dərman vasitələri. Antibiotiklər. ATC kodu: G01AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Makrolidlər qrupundan olan geniş antifunqal (göbələkəleyhinə) təsir spektrinə malik, polien antibiotiki. Funqisid təsir göstərir. Natamisin hüceyrə membranlarının sterolları ilə birləşərək onların tamlığını və funksiyalarını pozur ki, bu da mikroorqanizmlərin məhvinə səbəb olur. Mayayabənzər göbələklərin (xüsusilə, Candida albicans), dermatomisetlərin (Trychophyton, Microsporum, Epidermophyton), maya göbələklərinin (Torulopsus və Rhodotorula), həmçinin digər göbələklərin (Aspergillus, Penicillium, Fusarium, Cephalosporium) əksəriyyətinə və həmçinin bəzi ibtidailərə (trixomonad) qarşı aktivdir. Qrammüsbət və qrammənfi bakteriyalara təsir göstərmir. Klinik təcrübədə Natamisinə qarşı rezistentliyə rast gəlinmir. Farmakokinetikası Ümumi təsir göstərmir, daha doğrusu, praktiki olaraq selikli qişa səthindən sorulmur. Preparatın vaginal şamlarından istifadə zamanı bədən temperaturunun təsirindən köpüklü kütlə əmələ gəlir ki, bu da natamisinin selikli qişaya bərabər paylanmasını təmin edir.

İstifadəsinə göstərişlər

Vulvanın və uşaqlıq yolunun göbələklə zədələnmələri; sitostatiklərlə, qlükokortikoidlərlə və geniş təsir spektrinə malik antibiotiklərlə müalicə zamanı profilaktik məqsədlə.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Menstruasiya vaxtı suppozitoriyalarla müalicə dayandırılır. Suppozitoriyalarla müalicə müddətində cinsi əlaqədən imtina etməyə ehtiyac yoxdur. Lakin, cinsi tərəfdaşın da müayinə edilməsi və əgər cinsi tərəfdaşda kandidoz zədələnmə aşkar edilərsə, onun da müalicə edilməsi tövsiyə olunur. Preparatın tərkibindəki setil spirti və sorbitan trioleat lokal dəri reaksiyalarına (məs., kontakt dermatit) səbəb ola bilər. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Öyrənilməmişdir. Peroksid, yod, hipoxloritlər kimi oksidləşdirici xüsusiyyətə malik vasitələr natamisini təsirsiz hala gətirə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə olan qadınlara diqqətli müayinədən sonra təyin olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Preparat intravaginal istifadə olunur. Mümkün qədər uşaqlıq yolunun dərinliyinə yeridilir (uzanıqlı vəziyyətdə). Böyüklər üçün gündə bir dəfə (gecələr) 100 mq (1 şam) təyin edilir. Müalicə kursu – 3-6 gün. Menstruasiya vaxtı müalicə dayandırılır.

Əlavə təsirləri

Yerli reaksiyalar – selikli qişanın yüngül qıcıqlanması, yanma hissi.

Doza həddinin aşılması

Bu vaxta qədər Natamiksin doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

3 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FARMAPRİM MMC Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası. e-mail: [email protected] www.farmaprim.md

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Natamiks 100 mq N3 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar