Duspaverin 135 mq N30 tablet
| Təsiredici maddə | MEBEVERINE HCL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Spazmolitik |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. Əgər Sizdə əlavə suallar yaranarsa, həkiminizdən soruşun. Bu dərman şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Onlardakı simptomların Sizdəki ilə eyni olmasına baxmayaraq, o, onlara zərər verə bilər. Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, lütfən bu barədə həkiminizə məlumat verin. DUSPAVERİN 135 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Mebeverine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 135 mq mebeverin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokrisstalik sellüloza (101 tipli), buğda nişastası, povidon K 25, maqnezium stearat, talk, ağ opadri II85F18422 (zəif hidrolizə olunmuş polivinil spirti), titan dioksid (E171), makroqol 3350, talk).
Təsviri
Yumru, hər iki tərəfə qabarıq, ağ örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Spazmolitik. ATC kodu: A03AA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Mebeverin miotrop təsirli spazmolitik olaraq mədə-bağırsaq traktının saya əzələlərinə seçici təsir göstərir. Bağırsağın normal peristaltikasına təsir etmədən sfinkterdə olan spazmı aradan qaldırır. Antixolinergik təsirə malik deyil. Fosfodiesterazanı inhibə edir, siklik adenozinmonofosfatın səviyyəsini stabilləşdirir. Terapevtik dozada Mebeverin saya əzələlərin hüceyrələrinin natrium + kanallarını blokada etməklə Na ionlarının hüceyrəyə daxil olmasının və daxili orqanların spazmının qarşısını alır. Beləliklə, Mebeverin bağırsağın hərəkət fəaliyyətini normallaşdıran ikili təsir mexanizminə malikdir. Farmakokinetikası Mebeverin daxilə qəbul edildikdən sonra orqanizmdə sürətlə və tamamilə sorulur. Orqanizmdə tam şəkildə metabolizmə uğrayır, hidrolizə uğrayır və qan plazmasında aşkar edilmir. Mebeverin metabolizmə uğrayaraq 3,4-dimetoksibenzoy turşusu və mebeverin spirti əmələ gətirir. 3,4- dimetoksibenzoy turşusu orqanizmdən sidiklə, mebeverin spirti də karboksil və dimetilkarboksil turşuları şəklində böyrəklərlə eliminasiya olunur. Öddə az miqdarlarda müəyyən edilir. 24 saat ərzində tam şəkildə orqanizmdən xaric olunur.
İstifadəsinə göstərişlər
Mebeverin spazmolitikdir. Mebeverin mədə və bağırsağın saya əzələlərinə təsir etməklə spazmı, diskomfortu və agrını aradan qaldırır. Duspaverin simptomatik müalicədə: qarın ağrıları, spazmlar, yoğun bağırsağın funksional pozulmaları və bağırsaq diskomfortunda (qarında köp, ishal və qəbizliyin növbələşməsi), qıcıqlanmış bağırsaq sindromunda istifadə olunur. Üzvü mənşəli xəstəliklərdə baş verən mədə-bağırsaq spazmlarında istifadə oluna bilər.
Əks göstərişlər
Duspaverinin təsiredici maddəsi olan mebeverinə və ya köməkçi maddələrə qarşı allergiya; kəskin porfiriya, mukovissidoz və ya paralitik ileus olarsa preparat istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək xəstəlikləri (ürək ritminin pozğunluğu, ürəyin işemik xəstəliyinin ağır forması), ağır qaraciyər və böyrək xəstəlikləri zamanı dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Dərman vasitəsinin tərkibində laktoza və buğda nişastası var. Bu və ya digər maddəyə qarşı allergiya olduqda, preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İstifadəsi mümkündür. Təyin edilmiş dozalarda istifadə olunduqda Duspaverin tabletlər nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Tablet yeməkdən 20 dəqiqə əvvəl daxilə qəbul edilir. Tableti çeynəmək olmaz! Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: həkimin təyinatı olmadan: simptomatik müalicədə qarın ağrıları, spazmlar, yoğun bağırsağın funksional pozulmaları və bağırsaq diskomfortunda (qarında köp, ishal və qəbizliyin növbələşməsi), qıcıqlanmış bağırsaq sindromunda gündə 3 dəfə 1 tablet qəbul olunur. Həkimin təyinatı ilə: üzvü mənşəli xəstəliklərdə baş verən mədə-bağırsaq spazmlarında gündə 3 dəfə 1 tablet qəbul olunur. Bir neçə həftədən sonra istənilən terapevtik nəticə əldə olunarsa, qəbul dozasını bir qədər azaltmaq olar. Preparatın qəbulu unudulubsa Əgər Duspaverini qəbul etmək yaddan çıxıbsa, həmin doza əvəzinə 2 tableti birdən qəbul etmək lazım deyil.
Əlavə təsirləri
Preparat orqanizm tərəfindən yaxşı qəbul olunur. Çox nadir hallarda hiperhəssaslıq, üzdə şişkinlik, angionevrotik ödem, səpgi, ekzantema və ya məxmərək; depressiya baş verə bilər. Nadir hallarda baş ağrısı və başgicəllənmə; ürəkbulanma, ishal, qəbizlik müşahidə olunur. Əgər hər hansı əlavə təsir daha ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd olunmayan hər hansı bir əlavə təsir müşahidə edilərsə, həkimə və ya əczaçıya bu barədə məlumat verilməlidir.
Doza həddinin aşılması
Preparat artıq dozada qəbul edilərsə, həkimə və yaxud yaxınlıqda olan xəstəxanaya müraciət etmək lazımdır.
Buraxılış forması
10 örtüklü tablet, şəffaf PVX plyonka/alüminium folqa blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
o 25 С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini kanalizasiyaya və ya məişət tullantıları üçün konteynerlərə tullamaq olmaz. Sizə lazım olmayan dərman vasitələrinin məhv edilməsi barədə əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Sopharma AD, Bulgaria. 16, Iliensko shosse Str., 1220 Sofia, Bulgaria.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.