Diklofenak 1 % 40 q gel Hemofarma

Dərman formasıGel
Farmakoloji təsirYerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)
İstehsal ölkəsiSerbiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,30 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİKLOFENAK xarici istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq diklofenak natriuma müvafiq (11,60 mq diklofenak dietilamin) vardır. Köməkçi maddələr:izopropanol, karbomer 940, polisorbat 80, benzil spirti, natrium disulfit, sorbitol, trolamin, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, bircins geldir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: M02AA15.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Fenil sirkə turşusunun törəməsi olub, qeyri-steroid iltihabəleyhinə preparatdır, iltihabəleyhinə və analgeziyaedici təsir göstərir. Siklooksigenaza 1 (SOG1) və siklooksigenaza 2-ni (SOG2) qeyri- selektiv şəkildə zəiflədərək, araxidon turşusunun metabolizminə təsir edir, iltihabın inkişafında əsas hesab edilən prostaqlandinlərin (Pg) sintezini azaldır. İltihab proseslərində ağrının aradan qalxmasına və preparatın istifadə edildiyi nahiyədə ödemin azalmasına səbəb olur. Farmakokinetikası Yerli istifadə zamanı dəridən qismən sorulur, biomənimsənilməsi 6%-dir. Plazma zülalları ilə birləşməsi 99,7% təşkil edir. Böyrəklər vasitəsilə xaric olunur. İltihablı oynağa istifadəsi zamanı sinovial mayedə və toxumada konsentrasiyası plazmadakı konsentrasiyasına nisbətən yüksəkdir.

İstifadəsinə göstərişlər

Onurğanın iltihabi və degenerativ xəstəlikləri (radikulit, osteoartroz, lyümbaqo, işiaz) zamanı kürəkdə ağrı; osteoartroz zamanı oynaqlarda ağrı (əl barmaqlarının, dizlərin və s. oynaqları); əzələlərdə ağrı (dartılma, gərginlik, çıxıq, travma nəticəsində); travma nəticəsində və revmatik xəstəliklər (tendovaginit, bursit, periartikulyar toxumaların zədələnməsi, bilək sindromu) zamanı yumşaq toxumaların və oynaqların iltihabı və ödemi.

Əks göstərişlər

Diklodenaka və ya preparatın digər komponentlərinə, asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı yüksək həssaslıq. Burun və birinətrafı boşluqların polipozunu, angionevrotik ödemi və ya övrəni residivləşdirən tam və ya natamam bronxial astma və asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı dözümsüzlük (o cümlədən, anamnezdə). Hamiləlik (III trimestr), laktasiya dövrü, 14 yaşa qədər uşaqlar. İstifadəsi nəzərədə tutulan nahiyədə dəri örtüyünün tamlığının pozulması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gel, yalnız dərinin zədələnməmiş nahiyəsinə çəkilir. Yaxıldıqdan sonra okklyuzion sarğı qoymaq olmaz. Uzun müddət ərzində dərinin geniş səthlərinə çəkilməsi zamanı sistem əlavə təsirlərin inkişaf riski artır. Preparatının gözlərə, selikli qişalara və ya açıq yaralara düşməsindən çəkinmək lazımdır. Yalnız xarici vasitə kimi istifadə edilir. Ehtiyatla Qaraciyər porfiriyası (kəskinləşmə), mədə-bağırsaq sisteminin eroziv-xoralı zədələnmələri (kəskinləşmə fazasında), qaraciyər və böyrək funksiyalarının ağır pozulmaları, xroniki ürək çatışmazlığı, qanın laxtalanmasının pozulması (o cümlədən, hemofiliya, qanaxma vaxtının uzanması, qanaxmalara qarşı meyllik); bronxial astma, yaşlı insanlar, hamiləliyin I və II trimestri. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Diklofenak fotosensibilizasiyaya səbəb olan preparatların təsirini gücləndirə bilər. Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri təsvir edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin III trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin I və II trimestrində istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda həkimlə məsləhətləşdikdən sonra mümkündür. Laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara gündə 3-4 dəfə iltihab ocağının üzərinə nazik qatla sürtülür və yüngülcə hopdurulur. Preparatın zəruri miqdarı ağrılı zonanın ölçüsündən asılıdır. Preparatın bir dəfəlik dozası: 2-4 q (bu, həcminə görə iri albalı ölçüsünə uyğundur). Preparatı sürtdükdən sonra əlləri yumaq vacibdir. Müalicənin müddəti göstərişlərdən və müalicəvi təsirindən asılıdır. Preparatı 2 həftə istifadə etdikdən sonra həkimlə məsləhətləşmək lazımdır. 14 yaş və yuxarı yeniyetmələrdə preparat ağrının aradan qaldırılması üçün 7 gündən çox vaxt tələb edildikdə və ya simptomlar ağırlaşdıqda, həkimə müraciət etmək məsləhət görülür.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000). İnfeksion və parazitar xəstəliklər: çox nadir hallarda-pustulyoz səpgi. İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda-hiperhəssaslıq reaksiyaları (ö cümlədən, övrə), angionevrotik ödem. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: çox nadir hallarda-astma. Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez dermatit (kontakt dermatit daxil olmaqla), səpgi, ekzema, eritema, qaşınma; nadir hallarda-bullyoz dermatit; çox nadir hallarda- fotosensibilizasiya reaksiyaları; məlum deyl-qabıqvermə, dərinin rənginin dəyişməsi. Təlimatda qeyd edilən hər hansı əlavə təsir inkişaf etdikdə və ya içlik vərəqədə qeyd edilməyən digər istənilən əlavə effekt aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları Gelin aplikasiyası zamanı onun aşağı sistem absorbsiyanı nəzərə alaraq, doza həddinin aşılması ehtimalı azdır. Təsadüfən daxilə qəbul zamanı sistem əlavə təsirlərin inkişafı mümkündür. Müalicəsi Mədənin yuyulması, qusma törədilməsi, aktivləşdirilmiş kömür, simptomatik terapiya. Diklofenakın qan plazmasının zülalları ilə yüksək birləşmə səviyyəsilə (99%-ə qədər) əlaqədar gücləndirilmiş diurez və hemodializ effektiv deyil.

Buraxılış forması

Xaricə istifadə üçün 1%-li gel. 40 q gel, plastmas burulan qapaqla bağlanmış alüminium tubda. Tubun ağzı alüminium membran ilə qorunur. Qapaq memrabanın deşilməsi üçün qurğudan ibarət monolit konstruksiyaya malikdir. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qablaşdırıcı Hemofarm A.D. Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya. 15000, Şabas ş., Hayduk Velkov k. bb. Qeydiyyat şəhadətnaməsinin sahibi/Keyfiyyətə nəzarət Hemofarm A.D., Vrşas, Serbiya. 26300 Vrşas ş., Beoqrad yolu bb. İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88, faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Diklofenak 1 % 40 q gel Hemofarma” üçün ilk rəyi siz yazın.