Diazolin 100 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün antihistamin vasitələr.
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,85 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİAZOLİN-DАRNİTSА tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq mebhidrolin vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, mikrokristallik sellüloza, povidon, susuz kolloidal silisium dioksid, maqnezium stearat.

Təsviri

Yastısilindrik formalı, kənarları iti və üzərində xətti olan, ağ və ya sarımtıl çalarlı ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antihistamin vasitələr. АТС kodu: R06AX15.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparatın təsireedici maddəsi olan mebhidrolin antihistamin preparatlara aid olub, H -histaminl reseptorlarının blokatorudur. Mebhidrolin bronxların, bağırsağın saya əzələlərinə münasibətdə histaminin spazmogen təsirini zəiflədir, həmçinin damarların keçiriciliyinə təsir göstərir. Farmakokinetikası Mebhidrolin həzm sistemindən sürətlə sorulur. Biomənimsənilməsi 40-60% təşkil edir. Müalicəvi təsiri 15-30 dəqiqədən sonra yaranır, maksimal təsiri 1-2 saatdan sonra qeyd olunur. Preparat praktiki olaraq hematoensefalik baryerdən keçmir. Qaraciyərdə metilləşmə yolu ilə metabolizmə uğrayır. Orqanizmdən böyrəklər vasitəsilə xaric olunur.

İstifadəsinə göstərişlər

Mövsümi və allergik rinitin, pollinozun, övrənin, qida və dərman allergiyalarının, dəri qaşınması ilə (ekzema, neyrodermit) müşayiət olunan dermatozların profilaktikası və müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə fazasında, həzm sisteminin iltihabi xəstəlikləri, pilorostenoz, prostat vəzinin hipertrofiyası, bağlıbucaqlı qlaukoma, epilepsiya, ürək ritminin pozulması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatdan istifadə dövründə alkoqollu içkilərin və tərkibində etanol olan dərmanların istifadəsi məsləhət görülmür. Preparat ağır qaraciyər və/və ya böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə edilməlidir (dozanın və qəbullararası intervalların korreksiyası tələb edilə bilər). Preparatın tərkibində laktoza vardır, bu səbəbə görə qalaktozaya qarşı dözünsüzlüyün, laktaza çatışmazlığının və ya qlükozo-qalaktoza malabsorbsiyasının nadir irsi formaları olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat yuxugətiricilərin, sedativ və mərkəzi sinir sisteminə tormozlayıcı təsir göstərən digər dərmanların, eləcə də, alkoqolun təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Preparat uşaqlara 5 yaşdan etibarən təyin edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatdan istifadə müddətində avtonəqliyyatın idarə olunmasından və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri ilə məşğul olmaqdan imtina etmək məsləhət görülür.

İstifadə qaydası və dozası

Preparat yeməkdən sonra daxilə qəbul edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Sutkada 1-2 dəfə 100-200 mq qəbul edilir. Maksimal birdəfəlik dozası 300 mq, gündəlik 600 mq təşkil edir. 5-12 yaşlı uşaqlar Sutkada 1-3 dəfə 50 mq (½ tablet) təyin edilir. Müalicə kursunun müddəti xəstəliyin xarakterindən, əldə edilən terapevtik effektdən və preparata qarşı dözümlülükdən asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Əlavə təsirləri

Sinir sistemi, psixika və hiss orqanları tərəfindən baş verən pozulmalar: başağrısı, başgicəllənmə, paresteziyalar, yüksək yorğunluq, yuxululuq, görmə duyğusunun qeyri-dəqiqliyi, reaksiya sürətinin ləngiməsi, tremor, qıcıqlanma, həyəcan (gecələr). Həzm sistemi tərəfindən baş verən pozulmalar: ağızda quruluq, dispeptik hallar (qıcqırma, ürəkbulanma, epiqastral nahiyədə ağrı), həzm traktının selikli qişasının qıcıqlanması. İmmun sistem, dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar: yüksək həssaslıq reaksiyaları, qaşınma, səpgi, övrə, Kvinke ödemi. Sidikqovucu sistem tərəfindən baş verən pozulmalar: sidiyəgetmənin pozulması. Qan və limfatik sistem tərəfindən baş verən pozulmalar: qranulositopeniya və aqranulositoz. Uşaqlarda bəzən paradoksal reaksiyalar müşahidə edilir: yüksək oyanıqlıq, tremor, yuxunun pozulması.

Doza həddinin aşılması

Simptomları Şüurun dumanlanması, yuxululuq, hərəkət koordinasiyasının pozulması, ağızda quruluq. Müalicəsi Təmiz yuyuntu alınana qədər mədənin yuyulması, daxilə aktivləşdirilmiş kömürün təyini, sürətləndirilmiş diurez. Sonrakı müalicə simptomatikdir.

Buraxılış forması

10 tablet, konturlu-yuvalı qablaşdırmada, 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °С-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC. Ünvan Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Diazolin 100 mq N10 tablet” üçün ilk rəyi siz yazın.