Diklofion 10 mq 60 q gel

Dərman formasıGel
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə dərman preparatıdır
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,65 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİKLOFİON 10 mq/q xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac

Tərkibi

Təsiredici maddə:1 q gelin tərkibində 10 mq diklofenak natrium vardır. Köməkçi maddələr: natrium hidroksid, hidroksietilsellüloza, karbomer, propilenqlükol, orta zəncirli triqliserid, propilhidroksibenzoat (E216), metilhidroksibenzoat (E218), təmizlən- miş su.

Təsviri

Ağ rəngli, hamar, azacıq zarakterik qoxulu geldir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə dərman preparatıdır. ATC kodu: M02AA015.

Farmakoloji xüsusiyyətləri

Diklofenak fenilsirkə turşusunun törəməsidir. Ağrıkəsici, iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir. Təsir mexanizmi prostaqlandinlərin sintezini tormozlaması ilə əlaqədardır. SOG-1 və SOG-2 fermentlərini blokadaya almaqla iltihab ocağında prostaqlandinlərin sintezini tormozlayır. Yerli olaraq istifadə olunduğu üçün dəridən asanlıqla sorulur və iltihab ocağına tez bir zamanda nüfuz edir. Seçici olaraq sümük toxumasında və sinovial mayedə daha çox konsentrasiya toplayır.

İstifadəsinə göstərişlər

Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə) Əzələ, oynaq ağrıları Sinir ağrıları (işialgiya, lümbaqo, radikulit) Artroz, artrit İdmanla məşğul olan zaman kəskin zədələnmələr (bağ və vətərlərin gərilməsi) Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit) Sümük travması və sınıqlardan sonrakı vəziyyət

Əks göstərişlər

Diklofenaka və ya Diklofionun hər hansı digər inqredientlərinə qarşı yüksək həssaslıq; Astma, övrə və ya digər allergik reaksiyalar yarada biləcək asetilsalisil turşusuna və digər qeyri- steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək həssaslıq;

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Diklofenakın yerli isifadəsi zamanı əlavə təsirlərin baş verməsi, diklofenakın oral qəbulu zamanı əlavə təsirlərin yaranma tezliyi ilə müqayisədə daha azdır. Diklofionun dəri vasitəsilə udulması mümkündür, buna görə də sistem təsirin baş verməsi istisna olunmur. Sistem təsirin baş vermə riski digər faktorlarla birlikdə açıq səthdən və tətbiq olunan miqdardan asılıdır. QSİƏP (qeyri-steroid iltiha əleyhinə preparat) qəbulu zamanı dərinin təhlükəsizliyi: Tədqiqatlar göstərir ki, çox nadir hallarda ciddi dəri reaksiyaları baş vermişdir və bunlardan QSİƏP qəbulu ilə əlaqədar yaranan eksfoliativ dermatit, Stivens-Conson sindromu və zəhərli epidermal nekroliz də daxil olmaqla bəziləri ölümcül ola bilər. Aydın görünür ki, bu reaksiyaların başvermə riski müalicənin başlanğıcında daha böyükdür və bir çox hallarda bu reaksiyalar müalicənin ilk ayı ərzində özünü biruzə verir. İlk səpmə, selikli qişanın zədələnməsi və ya digər yüksək həssaslıq hallarında Diklofionun qəbulu dayandırılmalıdır. Diklofion yalnız sağlam dəriyə (açıq yaralara dəyməməlidir) tətbiq edilə bilər. Diklofion birləşdirici toxuma və ya selikli qişaya təmas etməməlidir, udulmamalıdır. Diklofionla müalicə olunan nahiyə gün işığına məruz qalmamalıdır. Diklofion astma və peptik mədə yarası keçirən xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Diklofion böyüklər və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Diklofionun tərkibində allergik reaksiyalara (aradan qaldırması da mümkündür) səbəb ola biləcək propilhidroksibenzoat (E216) və metilhidroksibenzoat (E218) mövcuddur. Eyni zamanda tərkibində dərinin qıcıqlanmasına səbəb olan propilenqlikol da vardırr.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, hər hansı digər preparat qəbul edirsinizsə, həkimə və ya əczaçıya bildirin. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) diuretiklərin və digər antihipertensiv dərman vasitələrinin effektivliyini azalda bilər. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə (məs. susuzluqdan əziyyət çəkən xəstələr və ya kəskin böyrək çatışmazlığı olan böyüklər) AÇF inhibitoru və ya AAII və siklooksigenaza inhibitorları adətən dəyişə bilən kəskin böyrək çatışmazlığının mümkünlüyü də daxil olmaqla, böyrək funksiyasının pisləşməsinin artması halları ilə nəticələnə bilər. Belə qarşılıqlı təsirlərin baş verməsi AÇF inhibitorları və ya AAII ilə əlaqədar olaraq uzun müddət dərinin böyük hissəsində diklofenak istifadə edən xəstələrdə nəzərə alınmalıdır. Nəticə etibarilə, bu dərman vasitələrinin kombinasiyası, xüsusilə yaşlı xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Xəstələr xüsusilə su ilə təmin olunmalı və yanaşı müalicənin başlanğıcından sonra və ondan sonra da dövri olaraq xəstənin böyrək funksiyasını yoxlamaq lazımdır. Diklofionun qida və içkilərlə (alkoqollu içkilər istisna olmaqla) qəbul oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməzdən əvvəl həkimə müraciət edin. Diklofenak yerli istifadə zamanı sorulduğuna görə və hamilə qadınlarda diklofenakın qəbulu haqqında kifayət qədər məlumat olmadığına görə hamiləlik zamanı bu dərman vasitəsinin istifadəsi tövsiyə olunmur. Diklofenak süd verən qadınlarda ana südünə ifraz olunur. Laktasiya dövründə diklofenakın istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri ilə iş qabiliyyətinə, o cümlədən nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri yoxdur

İstifadə qaydası və dozası

Böyüklər Vəziyyətdən asılı olaraq gündə 3-4 dəfə ağrı olan nahiyəyə nazik təbəqə şəklində Diklofion çəkin və ehtiyatla sürtün. Müalicənin davametmə müddəti nəticədən asılıdır. Ümumilikdə müalicənin başladığı andan iki həftə ərzində davam etdirilməsi tövsiyə olunur. Uşaqlar Diklofion 12 yaşdan kiçik uşaqlar üçün tövsiyə olunmur, çünki, bu yaşda olan xəstələrdə təhlükə- sizliyi və effektivliyi tədqiq edilməmişdir. Qaraciyər funksiyası pozulan xəstələr: belə xəstələrdə dozanı tənzimləmək vacib deyil. Böyrək çatışmazlığı olan xəstələr: Diklofion bu qrup xəstələrə əlavə təsir göstərir. Diklofionu istifadə etdikdən sonra əllər yuyulmalıdır.

Əlavə təsirləri

Digər dərmanlar kimi, Diklofion də əlavə təsirlərə malikdir. Çox nadir hallarda qaşınma, qızarma, səpmə kimi əlavə təsirlərə və ya kontakt dermatit (səpmə, vadyanka və ya düyün), bullyoz dermatit, övrə və angionevrotik ödem kimi yerli və ya sistem səpgi halları baş verə bilər. Həmçinin çox nadir hallarda Stivens-Conson və toksik epidermal nekroliz də daxil olmaqla bullyoz reaksiyalar baş verə bilər. Bəzi hallarda işığahəssaslıq aşkar olunmuşdur. Geniş nahiyədə Diklofiondan uzunmüddətli istifadə ürəkbulanma, qusma, ishal və ya epiqastral ağrı kimi əlavə təsirlərə səbəb ola bilər. Əgər hər hansı əlavə təsir ciddiləşərsə və ya Siz bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlərlə rastlaşsanız həkiminizə və ya əczaçıya müraciət edin.

Doza həddinin aşılması

Diklofenak sistem qan dövranına zəif absorbsiya olunur, ona görə də onun yerli istifadəsi zamanı doza həddinin aşılması az ehtimal olunur.

Buraxılış forması

60 q gel, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Laboratorios Basi – İndustria Farmaceutica, S.A. Parque Industrial Manuel Lourenço Ferreira, lotes 8, 15and 16 ,3450-232 Mortagua, Portuqaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Diklofion 10 mq 60 q gel” üçün ilk rəyi siz yazın.