Dibazol 1 % 1 ml N10 inyeksiya Darnitsa
| Təsiredici maddə | BENDAZOL |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Periferik vazodilatatorlar. |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,68 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİBAZOL–DАRNİTSA inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Bendazol
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq bendazol hidroxlorid vardır. Köməkçi maddələr: 96%-li etanol, qliserin, xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya azacıq sarımtıl və ya yaşılımtıl çalarlı mayedir.
Farmakoterapevtik qrupu
Periferik vazodilatatorlar. АТС kodu: C04AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Damargenişləndirici və spazmolitik vasitə. Hipotenziv, damargenişləndirici təsirlərə malikdir, onurğa beyninin funksiyalarını stimullaşdırır, mülayim immunostimullaşdırıcı aktivliyə malikdir. Qan damarlarının və daxili orqanların saya əzələlərinə birbaşa spazmolitik təsir göstərir. Preparat qısamüddətli (2-3 saat) və mülayim hipotenziv effekt törədir, yaxşı mənimsənilir. Beyin qan dövranının yerli pozğunluğu nəticəsində yaranan xroniki hipoksiya zamanı (serebral arteriyaların sklerozu) beyin damarlarının qısamüddətli genişlənməsinə səbəb olur. Оnurğa beynində sinaptik ötürməni asanlaşdırır. İmmunomodullaşdırıcı aktivliyə malikdir. sQMF və sАMF-in konsentra- siya nisbətlərini tənzimləməklə immun hüceyrələrdə sQMF-in miqdarını yüksəldir ki, bu da ye- tişmiş sensibilizəolunmuş T- və B-limfositlərin proliferasiyasına, onların qarşılıqlı tənzimləmə faktorları ifraz etmələrinə, kooperativ reaksiyaya və hüceyrələrin son effektor funksiyasının ak- tivləşməsinə səbəb olur. Preparat anticisimlərin yaranmasını stimullaşdırır, leykositlərin, makro- faqların faqositar aktivliyini gücləndirir, interferonun sintezini yaxşılaşdırır, lakin immunomo- dullaşdırıcı effekt tədricən inkişaf edir. Farmakokinetikası Əzələdaxili yeridilmə zamanı preparat sürətlə ümumi qan dövranına daxil olur. Qanda maksimal konsentrasiyası yeridildikdən 15-30 dəqiqədən sonra müşahidə edilir. Təsir müddəti 2-3 saat davam edir. Qaraciyərdə metabolizmə uğrayır. Dibazolun biotransformasiya məhsulları dibazolun imidazol həlqəsinin iminoqrupunun metilləşməsi və karboetoksilləşməsi nəticəsində əmələ gələn iki konyuqatdan ibarətdir: 1-metil- 2-benzilbenzimidazol və 1-кarboetoksi-2- benzilbenzimidazol. Metabolizm məhsulları əsasən sidiklə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
Qan damarlarının (hipertonik xəstəliyin kəskinləşməsi, hipertonik krizlər) və daxili orqanların saya əzələlərinin spazmları (mədənin pilorik hissəsinin, bağırsağın spazmı) zamanı; sinir xəstəliklərinin müalicəsi zamanı (başlıca olaraq, poliomielitin, üz sinirinin periferik iflicinin, polinevritin qalıq təsirlərinin).
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Əzələ tonusunun aşağı düşməsi, qıcolma sindromu, ağır ürək çatışmazlığı ilə gedən xəstəliklər. Hipotenziya. Ödemlərlə və böyrəklərin azotifrazedici funksi- yasının pozulması ilə müşayiət olunan xroniki nefrit. Mədənin və onikibarmaq bağırsağın qan- axma ilə müşayiət olunan xorası. Şəkərli diabet.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Dibazol inyeksiya formasında digər hipotenziv vasitələrə həssaslıq şəraitində arterial hipertenziya zamanı köməkçi vasitə kimi istifadə olunur. Arterial hipertenziyanın müalicəsi zamanı digər hipotenziv preparatlarla birlikdə istifadə edilməsi məsləhət görülür. EKQ göstəricilərinin pisləşməsi, ürək atmasının azalması mümkünlüyündən Dibazol-Darnitsanın yaşlı pasiyentlərdə antihipertenziv vasitə kimi uzunmüddətli istifadəsi məqsədəuyğun deyildir. Xüsusilə yaşlı pasiyentlərdə arterial hipertenziyanın uzunmüddətli müalicəsi üçün istifadə edilməsi məsləhət görülmür. Preparatın tərkibində az miqdarda, 100 mq/dozadan az etanol (alkoqol) vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent hər hansı digər dərman vasitəsi qəbul etdikdə, preparatın istifadə olunma mümkünlüyü barədə həkimlə məsləhətləşməlidir. Papaverin hidroxloridin, teobrominin, salsolinin dibazolla kombinəolunmuş istifadəsi zamanı papaverin hidroxloridin, teobrominin, salsolinin farmakoloji təsir spektri genişlənir. Barbituratlarla dibazolu eyni vaxtda istifadə etdikdə, uzunmüddətli təsirə malik barbituratların, xüsusilə fenobarbitalın effektivliyi yüksəlir. Fentolamin, hipotenziv preparatlar (renin-angiotenzin sisteminə təsir göstərən vasitələr), saluretiklər dibazolla eyni vaxtda istifadə edildikdə, dibazolun hipotensiv effekt güclənir. β-blokatorlarla dibazolu eyni vaxtda istifadə etdikdə, axırıncının hipotenziv təsiri dəyişmir, lakin uzunmüddətli istifadə zamanı dibazol β-blokatorların törətdiyi ümumi periferik müqavimətin yüksəlməsinin qarşısını alır. Uyuşmazlıq Dibazol salisilatlarla və benzoatlarla uyuşmur, belə ki, dibazol salisilat və ya dibazol benzoat duzlarının çökməsi baş verir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi Preparatı 12 yaşa qədər uşaqlara təyin etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində nəqliyyat vasitələrini idarə edərkən və mürəkkəb mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır, başgicəllənmə baş verdiyi təqdirdə isə yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan imtina etmək lazımdır.
İstifadə qaydası və dozası
Вöyüklərə və 12 yaşdan yuxarı uşaqlara Dibazol-Darnitsa venadaxili, əzələdaxili və ya dərialtı təyin edilir. Hipertonik krizləri tormozlamaq üçün 3-5 ml 1%-li məhlulu (30-50 mq) vena daxilinə və ya əzələ daxilinə yeridilir. Arterial təzyiqin əhəmiyyətli dərəcədə yüksəldiyi zaman sutkada 2-3 dəfə 2-3 ml 1%-li məhlulun (20-30 ml) əzələdaxili yeridilməsi göstərişdir. Müalicə kursu həkim tərəfindən fərdi təyin edilir, orta hesabla 8-14 gün təşkil edir.
Əlavə təsirləri
Sinir sistemində baş verən pozğunluqlar:başgicəllənmə, başağrısı. Kardial pozğunluqlar:ürəkdöyünmə hissi, ürək nahiyəsində ağrı, uzunmüddətli istifadə zamanı ürək atmasının azalması nəticəsində EKQ göstəricilərinin pisləşməsi; arterial təzyiqin enməsi. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar:quru öskürək, zökəm, tənəffüsün çətinləşməsi. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar:ürəkbulanma, boğazda yandırıcı hiss. İmmun sistemdə baş verən pozğunluqlar:qaşınma, hiperemiya, səpgi, övrə. Ümumi pozğunluqlar:istilik hissi, yüksək tərləmə, üzün qızarması. Yeridilmə nahiyəsində reaksiyalar:lokal ağrı, yeridilmə nahiyəsində dəyişiklik.
Doza həddinin aşılması
Simptomları Hipotenziya, tərləmə, istilik hissi, başgicəllənmə, ürəkbulanma, yüngül başağrısı, bütün bunlar preparatın istifadəsi dayandırıldıqdan sonra tez bir zamanda aradan qalxır. Müalicəsi Preparatın istifadəsini dayandırmaq. Aydın ifadə olunmuş hipotenziya zamanı AT-ə nəzarət altında transfuzion terapiya, damardaraldıcı vasitələr, ürək qlikozidləri təyin edilir. Sonrakı müalicə simptomatikdir.
Buraxılış forması
1 ml və ya 5 ml məhlul, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 1 ml məhlul, ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yuxarı olmayan temperaturda,orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz. Yararlılıq müddəti. 4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Darnitsa” Əczaçılıq Şirkəti” ÖSC, Ukrayna. Ünvan Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.