Helmizol 200 mq N6 tablet
| Təsiredici maddə | ALBENDAZOLE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Antihelmint preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,25 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HELMİZOL 200 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq albendazol vardır. ™ Köməkçi maddələr: sellaktoza 80 , natrium nişasta qlükolyat,(A tipi), qarğıdalı nişastası, povidon K30 (E1201), natrium laurilsulfat, natrium saxarin (E954), maqnesium stearat (E572), polivinil spirti (E1203), titan dioksid (E171), talk (E553b), lesitin soya (E322), ksantan qətranı (E415).
Təsviri
Ağ rəngli, girdə, hər iki tərəfi qabarıq örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antihelmint preparat. ATC kodu: P02CA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Albendazol benzimidazol qrupuna aid olan geniş təsir spektrinə malik antihelmint və antiprotozoy preparatdır. Müxtəlif növ nematodlar və bəzi sestodların törətdiyi helmintozlar zamanı effektivdir. Orqanizmdə yumurtadan yeni çıxmış helmint sürfələrinin inkişafının və çoxalmasının qarşısını alır. Albendazol əzələ toxumasında, bağırsaqda və digər orqanlarda parazitlik edən helmintlərin yetkin formalarına, sürfə və yumurtalarına məhvedici təsir göstərir. Geniş təsir spektri, qəbulunun xüsusi pəhriz tələb etməməsi, qida qəbulundan asılı olmaması, minimal əlavə təsirləri onu epidemik zonalarda bağırsaq helmintozlarında kütləvi surətdə tətbiq etməyə imkan verir. Uzunmüddətli qəbul zamanı albendazol Echinococcus granulosus-un sürfə və kista formalarına təsiri effektivdir. Albendazol helmintlərin ona həssas hüceyrə tubulininə birləşir və mikrotubulinin sintezinə mane olur. Bunun nəticəsində sitoplazmatik dəyişikliklər gedir, qlükozanın mənimsənilməsi azalır, qlikogen ehtiyatı tükənir, ATF sintezi azalır. Bu da helmintin metabolizminin pozulmasına və məhvinə səbəb olur. Farmakokinetikası Albendazol daxilə qəbul zamanı zəif sorulur (yağlı qida qəbulu absorbsiyanı 5 dəfəyə qədər artırır). Qaraciyərdə aktiv metabolit olan albendazol sulfata çevrilir. Albendazol sulfat 2-5 saat ərzində qanda maksimal konsentrasiyasını toplayır. Plazma zülalları ilə birləşməsi 70%-dir. Yarımxaricolma müddəti 8,5 saat təşkil edir. Albendazol sulfat və digər metabolitləri əsasən ödlə, az bir hissəsi sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər. Nematodozlar − Askaridoz (Ascaris lumbricoides) − Enterobioz (Oxyuris (enterobius) vermicularis) − Ankilostomoz (Ancylostoma duodenale) − Nekatoroz (Necator americanus) − Trixinellyoz (Trichuris trichiura) − Strongiloidoz (Strongyloides stercoralis) − Trixostrongilyoz (Trichostrongylus) − Kapilyarioz (Capillaria philipensis) − Toksokaroz (Toxocara canis) Sestodozlar − Tenioz (Taenia saginata) − Teniarinxoz (Taenia solium) − Himenolepidoz (Hymenolepis nana) Qarışıq helmintozlar − Lyamblioz − Exinokokkoz (Echinococcus granulosus) Exinokokkozun müalicəsi, əsasən, cərrahi yolladır. Lakin cərrahi müdaxiləyə əks göstərişlər olduqda, xəstə əməliyyatdan imtina etdikdə, əməliyyatdan sonra təkrar yoluxma olduqda və ya əməliyyat zamanı kista dağıldıqda Helmizol təyin olunmalıdır. HELMİZOL donuz soliteri və öküz soliteri kimi parazit növlərinin invaziyalarında, itlərdə parazitlik edən lentvari qurdların törətdiyi bir çox infeksiyaların müalicəsində istifadə edilir. HELMİZOL bu istifadə təlimatında qeyd edilməmiş digər məqsədlər üçün də istifadə edilə bilər.
Əks göstərişlər
Əgər sizdə albendazola və ya mebendazol kimi buna bənzər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərmanın tərkibində laktoza vardır. Əgər əvvəllər həkiminiz sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bu dərman vasitəsinin tərkibində 1 mmol-dan (23 mq) artıq miqdarda natrium vardır. Əgər Siz nəzarətli natrium pəhrizi saxlayırsınızsa, bu barədə həkiminizi məlumatlandırın. Əgər Sizdə qaraciyər problemi varsa və ya qaraciyərin funksional sınaqları norma daxilində deyilsə. HELMİZOL orqanizmin infeksiya törədicilərinə qarşı mübarizəsinə yardım edən hüceyrələrin qandakı səviyyələrini azalda bilər. Bu, istənilən xəsarət səbəbindən sizdə qanaxmaların baş verməsinə və ya ətrafınızdakı xəstə insanlardan xəstəliyə yoluxmağınıza səbəb ola bilər. Bu səbəbdən də, sözügedən hüceyrələrin qandakı səviyyələri çox aşağıdırsa, HELMİZOL-u olduqca ehtiyatla qəbul edin. Bu xəbərdarlıqlar hətta keçmişdə hər hansı bir dövrdə sizə aid olmuşdursa, lütfən, həkiminizlə məsləhətləşin. Xüsusi hallar Böyrək çatışmazlığı Əgər sizdə böyrək çatışmazlığı varsa, dozanın tənzimlənməsi üçün bu barədə həkiminizi məlumatlandırın. Qaraciyər çatışmazlığı Əgər sizdə qaraciyər çatışmazlığı vardırsa, dozanın tənzimlənməsi üçün bu barədə həkiminizi məlumatlandırın. HELMİZOL-un təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
HELMİZOL-un aşağıdakı dərmanlarla birlikdə qəbulu arzuolunmazdır. • Simetidin • Deksametazon • Prazikvantel • Teofillin Başqa dərmanlar da HELMİZOL ilə qarşılıqlı təsirdə ola bilər. Vitaminlər, minerallar və bitki tərkibli məhsullar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, həkiminizlə məsləhətləşmədən yeni bir dərman vasitəsi qəbul etməyə başlamayın. Əgər hazırda reseptli və ya reseptsiz hər hansı bir dərman maddəsini qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə, bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminiz və əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, HELMİZOL istifadə etməyin. HELMİZOLla müalicə müddətində və müalicədən sonra bir ay müddətində effektiv kontraseptiv vasitələrdən istifadə edin. Əgər müalicə kursu ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminiz və ya əczaçı ilə məsləhətləşin. HELMİZOLun ana südü ilə xaric olub-olmaması haqqında heç bir məlumat yoxdur. Buna baxmayaraq, bir çox dərman vasitələrinin ana südü ilə xaric olmasını nəzərə alaraq, laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdırlar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
HELMİZOL yalnız peroral istifadə üçündür. Tabletləri tox qarına, ən azı bir stəkan (təxminən 120 ml) su ilə birlikdə qəbul edin. Bəzi şəxslər, xüsusən də uşaqlar, tableti bütövlükdə udmaqda çətinlik çəkə bilərlər. Bu halda, tabletləri əzdikdən və ya çeynədikdən sonra udmaq lazımdır. Tabletləri hər zaman həkiminizin tövsiyə etdiyi qaydada və həkiminizin tövsiyə etdiyi müddət bitənədək qəbul edin. Müalicə müddəti bitmədən xəstəliyinizin simptomları keçib gedə bilər, bu halda müalicəni dayandırmayın. Ümumi dozalanma rejimi aşağıdakı kimidir: Exinokokk sisti xəstəliyi • Bədən kütləsi 60 kq və daha artıq olan şəxslərdə 400 mq (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir. • Bədən kütləsi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir. Neyrosistoserkoz • Bədən kütləsi 60 kq və daha artıq olan şəxslərdə 400 mq (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. • Bədən kütləsi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. Digər helmint infeksiyaları zamanı: Böyüklər üçün dozalanma sxemi Askaridoz, Enterobioz (Oksiuroz), Ankilostomoz (N. Americanus, A. Duodenale), Trixosefalyoz, Trixostrongiloidoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza olaraq bir dəfə qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. Tenioz (T.sainata, T.solium) və Strongiloidoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 1 dəfə ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. Kapillyarioz: • 200 mq albendazol (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə 10 gün qəbul edilir. Trixinellyoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə 15 gün qəbul edilir. Klonorxoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə bir və ya iki dəfə 7 gün və 10 mq/kq albendazol gündə 2 dəfə 7 gün qəbul edilir. Lyamblioz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə bir dəfə 3 gün qəbul edilir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 6 yaşdan kiçik uşaqlarda istifadəsinə dair məlumatlar məhduddur. Neyrosistoserkoz və exinokokk sisti xəstəliklərində böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Askaridozun, Enterobiozun (Oksiurozun), Ankilostomozun (N.americanus, A.duodenale) Trixosefalyozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. • 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Teniozun və Strongiloidozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. • 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Kapillyariozun müalicəsində: • 200 mq (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə qəbul edilir. Trixostrongiloidozun müalicəsində: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Yaşlılarda istifadəsi Böyüklər üçün nəzərdə tutulmuş eyni dozalar qəbul edilə bilər.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, HELMİZOL-un tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər. Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, HELMİZOL-dan istifadə etməyi dayandırın və DƏRHAL həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin − Övrə (ümumi qaşınma ilə müşayiət edilən dəri xəstəliyi). − Tənəffüsün çətinləşməsi. − Üzün, dodaqların, dilin və boğazın şişməsi. Bütün bunlar çox ciddi əlavə təsirlərdir. Əgər sizdə bu əlavə təsirlərdən hər hansı biri vardırsa, bu sizdə HELMİZOL-a qarşı allergiyanın olduğundan xəbər verir. Təcili tibbi müdaxilə və ya xəstəxanaya yerləşdirilməyiniz tələb oluna bilər. Yuxarıda sadalanan çox ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir. Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin − Asanlıqla qanaxmaların və qançırların baş verməsi, adət edilməmiş zəiflik. − Qızdırma, boğaz ağrısı, güclü baş ağrısı, dəridə qabıqlanma və qırmızı səpgilər. − Titrətmə ilə birlikdə qızdırma, bədəndə ağrılar və qripin simptomları. Bütün bunlar ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə tələb oluna bilər. Bu ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir. Aşağıdakı əlavə təsirlərdən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, həkiminizi bu barədə məlumatlandırın − Mədə ağrısı. − Ürəkbulanma, qusma. − Baş ağrısı, başgicəllənmə. − Müvəqqəti saç tökülməsi. Bunlar HELMİZOL-un yüngül əlavə təsirləridir. Bu əlavə təsirlərin rastgəlmə tezliyi məlum deyil və mövcud məlumatlar əsasında dəyərləndirilməsi mümkün deyildir. Bu İstifadə Təlimatında qeyd edilməmiş hər hansı əlavə təsiri müşahidə etdiyiniz halda, bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Əgər Siz lazım olduğundan artıq dozada HELMİZOL qəbul etmisinizsə, həkim və ya əczaçı ilə əlaqə saxlayın. Dəstəkləyici və ya simptomatik müalicə istifadə oluna bilər.
Buraxılış forması
6 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 tablet blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
BİOFARMA İLAÇ SAN. ve TİC. A.Ş. Akpınar Mah. Osmangazi Cad. No: 156. Sancaktepe / İSTANBUL.
Qeydiyyat vəsiqəsinin sahibi
BİOFARMA İLAÇ SAN. ve TİC. A.Ş. Akpınar Mah. Osmangazi Cad. No: 156. Sancaktepe / İSTANBUL.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.