Ceroteks 250 4 ml N5 inyeksiya
| Təsiredici maddə | CHOLINE ALFOSCERATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Nootrop maddə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,61 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEROTEKS venadaxili və ya əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Choline alfoscerate
Tərkibi
Köməkçi maddə: 1 ampulda susuz xolin aserofosfata ekvivalent miqdarda 1000 mq xolin alfoserat polihidrat vardır; Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Nootrop maddə. ATC kodu: N07AX02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Nootrop maddədir. Xolin alfoserat neyronal membranlarda asetilxolinin və fosfatidilxolinin sintezini təmin edir, qan dövranını yaxşılaşdırır, mərkəzi sinir sistemində metabolik prosesləri gücləndirir və retikulyar formasiyanı aktivləşdirir. Beynin travmatik zədələnmə nahiyəsində qan dövranının sürətini artırır, beynin spontan bioelektrik aktivliyinin məkan-zaman xarakteristikasını normallaşdırır, ocaqlı nevroloji simptomların azalmasına və huşun bərpa edilməsinə səbəb olur. Baş beynin damar xəstəlikləri olan xəstələrdə (dissirkulyator ensefalopatiyası və beyin qan dövranı pozğunluqlarından sonra qalıq əlamətləri olan xəstələr) dərk etmə qabiliyyətini və davranış reaksiyalarını yaxşılaşdırır. İnvolyusion psixoorqanik sindromun patogenetik faktorlarına profilaktik və korreksiyaedici təsir göstərir, neyron membranlarının plastikliyinin fosfolipid tərkibini dəyişir və xolinergik aktivliyi azaldır. Fosfatidilxolinin sintezində iştirak edərək asetilxolinin fizioloji şəraitdə dozadanasılı ifrazını stimulə edir, sinaptik keçiriciliyi, neyronal membranların plastikliyini, reseptorların funksiyasını yaxşılaşdırır. Reproduktiv siklə heç bir təsir göstərmir və teratogen, mutagen təsirə malik deyil. Farmakokinetikası Hematoensefalik baryerdən rahat keçir, 85%-i karbon qazı şəklində ağciyərlər vasitəsilə, qalan hissəsi (15%) isə böyrəklər və bağırsaq vasitəsilə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
− Beyin qan dövranının işemik (kəskin və bərpa dövrü) və hemorragik tipli (bərpa dövrü) pozğunluqları − Ağır kəllə-beyin travmasının və işemik insultun kəskin və sağalma dövrləri, ocaqlı yarımkürə simptomatikası və ya beyin sütunu disfunksiyalarının əlamətləri ilə müşayiət olunan hemorragik insultun bərpa dövrü; − Beynin degenerativ və involyusion dəyişiklikləri fonunda gedən psixoorqanik sindrom; − Koqnitiv pozğunluqlar (düşünmə qabiliyyətinin pozulması, yaddaş pozğunluğu, motivasiya, konsentrasiya və diqqətin pozğunluqları), o cümlədən demensiyalar və ensefalopatiyalar zamanı müşahidə olunan koqnitiv pozğunluqlar; − Qocalıq psevdomelanxoliyası.
Əks göstərişlər
− Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq; − Hemorragik insult (kəskin dövr); − 18 yaşadək uşaqlar; − Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriayada istifadəsi Hal-hazırda xolin alfosetratın 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumatlar mövcud deyil. Digər preparatlarla qarşılıqlı təsiri Digər dərman maddələri ilə nəzərə çarpacaq qarşılıqlı təsiri aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı və laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Seroteks preparatı ilə müalicə olunan pasiyentlər yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli nəqliyyat vasitələri və mexanizmləri ehtiyatla idarə etməlidirlər.
İstifadə qaydası və dozası
Kəskin hallarda venadaxili (yavaş-yavaş) və ya əzələdaxili dərinə (yavaş-yavaş) 1000 mq (1 ampul) sutkada 1 dəfə istifadə olunur. Müalicə müddəti 10 gündür.
Əlavə təsirləri
Həzm sisteminə: ürəkbulanma (əsasən ikincili dofaminergik aktivləşmə nəticəsində), qarın nahiyəsində ağrı. Sinir sisteminə: qısamüddətli huşun dumanlanması (bu halda preparatın dozasının azaldılması tələb olunur). Preparat adətən, hətta uzunmüddətli istifadə zamanı, yaxşı mənimsənilir.
Doza həddinin aşılması
Simptomları: ürəkbulanma müşahidə oluna bilər. Müalicəsi: simptomatik olaraq aparılır.
Buraxılış forması
Venadaxili və ya əzələdaxili yeridilmə üçün nəzərdə tutulmuş 250 mq/ml-lik məhlul. 4 ml məhlul, qırılma üçün rəngli halqası və ya rəngli nöqtəsi və kəsik xətt olan rəngsiz neytral şüşə (I tip) ampulda. Ampullara əlavə olaraq bir, iki və yaxud üç rəngli halqa və/və ya ikiölçülü ştrixkod, və/və ya hərfi-rəqəmli kodirovka vurulmuşdur və yaxud əlavə rəngli halqa və/və ya ikiölçülü ştrixkod, və/və ya hərfi-rəqəmli kodirovka vurulmur. 3 və ya 5 ədəd ampul, konturlu-yuvalı polivinilxlorid örtüklü və polimer örtüklü və örtüksüz qablaşmada. 1 və yaxud 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqi ilə birgə karton qutuya qablaşdırılmışdır. Saxlanılma şəraiti 25ºC temperaturdan yüksək olmayan, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma qaydası Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Soteks PharmFirma QSC. 141345, Rusiya, Moskva vilayəti, Sergiyevo-Posad munisipal rayonu, Bereznyakovski kənd tipli yaşayış məskəni, Belikovo qəsəbəsi, ev 10, 11, 12.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.