Kognitel 250 mq 4 ml N5 inyeksiya

Təsiredici maddə: CHOLINE ALFOSCERATE
Təsiredici maddəCHOLINE ALFOSCERATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSinir sisteminə təsir göstərən vasitə. Nootrop maddə
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

26,21 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KOQNİTEL venadaxili və ya əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilmiş adı: Choline alfoscerate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq xolin alfosserat vardır. Köməkçi maddələr: inyeksiya üçün su. Təsfiri Şəffaf rəngsiz mayedir. Farmokaterapevtik qrupu Sinir sisteminə təsir göstərən vasitə.Nootrop maddə. ATC kodu: N07AX02.

Farmakoloji xüsusiyyətləri

Famakodinamikası Nootrop maddə Xolin alfosserat tərkibində 40,5% metabolik qorunmuş xolin olan M-xolinomimetikdir. Metabolik mühafizə xolinin baş beyində ifraz edilməsinə səbəb olur.Neyronal membranlarda asetilxolinin və fosfatidilxolinin sintezini təmin edir ,qan dövranını yaxşılaşdırır və mərkəzi sinir sistemində metabolik prosesləri gücləndirir və retikulyar foramsiyanı aktivləşdirir.Beynin travmatik zədələnmə nahiyəsində qan dövranının sürətini artırır ,beynin spontan bioelektrik aktivliyinin məkan-zaman xarakteristikasını normallaşdırır , ocaqlı nevroloji simptomların azalmasına və huşun bərpa edilməsinə səbəb olur.Baş beynin damar xəstəlikləri olan xəstələrdə (dissirkulyator ensefalopatiyası və beyin qan dövranı pozgunluqlarından sonra qalıq əlamətləri olan xəstələr) dərk etmə qabiliyyətini və davranış reaksiyalarını yaxşılaşdırır.İnvolyusion psixoorqanik sindromun patpgenetik faktorlarına profilaktik və korreksiyaedici təsir göstərir,neyron membranlarının plastikliyinin fosfolipid tərkibini dəyişir və xolinergik aktivliyi azaldır. Fosfadilxolinin sintezində iştirak edərək asetilxolinin fizioloji şəraitdə dozadan aslı ifrazatını stimulə edir,sinaptik keçiriciliyi,neyronal membranların plastikliyini,reseptorların funksiyasını yaxşılaşdırır.Reproduktiv siklə heç bir təsir göstərmir və teratogen,mutagen təsirə malik deyil. Farmakokinetikası Hematoensefalik baryerdən asanlıqla keçir,85%-i karbon qazı şəklində ağciyərlər vasitəsilə,qalan hissəsi (15%) isə böyrəklər və bağırsaq vasitəsilə ekskresiya olunur.

İstifadəsinə göstərişlər

. Ağır kəllə-beyin travmasının və işemik insultun kəskin və sağalma dövrləri,ocaqlı yarım kürə simptomatikası və ya beyin sütunu disfunksiyalarının əlamətləri ilə müşayiət olunan hemorragik insultun bərpa dövrü; . beynin degenerativ və involyusion dəyişiklikləri fonunda gedən psixoorqanik sindrom; . koqnitiv pozğunluqlar (düşünmə qabiliyyətinin pozulması,yaddaş pozğunluğu, motivasiya,konsentrasiya və diqqətin pozğunluqları),o cümlədən demensiyalar və ensefalopatiyalar zamanı müşahidə olunan koqnitiv pozğunluqlar; . qocalıq psevdomelanxoliyası

Əks göstərişlər

. Preparatın tərkibindəki kompanentərdən hər hansı birinə qarşı hiperhəssaslıq . Hamiləlik və laktasiya dövrü . 18 yaşa qədər uşaqlar . Hemorragik insult (kəskin dövr)

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi Xolin alfosseratın bu vaxta qədər uşaqlarda istifadə edilməsinin effektivliyi və təhlükəsizliyi haqqında heç bir məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Koqnitel nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə nəzərə çarpacaq qarşılıqlı təsiri aşkara çıxarılmamışdır. Koqnitel preparatını digər dərman vasitələri ilə qarışdırmaq olmaz.

İstifadə qaydası və dozası

Kəskin hallarda sutkada 1 dəfə venadaxili (yavaş-yavaş) və ya əzələdaxili dərinə (yavaş-yavaş) 1000 mq (1 ampul) istifadə olunur. Müalicə müddəti 15-20 gündür

Əlavə təsirləri

Həzm sisteminə: qəbizlik,diareya, ağız boşluğunun selikli qişasının quruluğu, faringit. Sinir siteminə:baş ağrıları,yuxululuq və ya əksinə yuxusuzluq,aqresivlik,narahatlıq hissi,əsəbilik,baş beynin işemiyası,titrəmələr,başgicəllnmələri. Dəri örtüyünə: səpgilər,məxmərək. Digər: yeridilmə nahiyəsində ağrı hissi,sidik ifrazının tezləşməsi. Allergik reaksiyalar. Ürəkbulanmanın yaranması mümkündür ( əsasən dopaminergik aktivləşmənin nəticəsi kimi ),bu halda preparatın dozası azaldılır.

Doza həddinin aşılması

Ürəkbulanma,yuxusuzluq,narahatçılıq müşahidə oluna bilər. Bu hallarda preparatın dozasını azlatmaq lazimdır. Simptomatik müalicə aparılır

Buraxılış forması

4 ml məhlul, ampulda. 5 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 4 ml məhlul, ampulda. 5 və ya 10 ampul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FARMAK İSC, Ukrayna ,04080,Kiev şəhəri . Frunze küç.74. Qeydiyyat vəsiqəsinin sahibkarı.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kognitel 250 mq 4 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.