Atropin sulfat 0,1 % 1 ml N10 inyeksiya Gncls
| Təsiredici maddə | ATROPINE SULFATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Funksional qastrointestinal pozğunluqların müalicəsi üçün preparatlar. Xanımotu (belladonna) alkaloidləri, üçlü aminlər |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ATROPİN SULFAT inyeksiya üçün məhlul ATROPINE SULFATE Beynəlxalq patentləşdirilməmiş adı: Atropine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq atropin sulfat vardır. Köməkçi maddələr: 0,1 M hidrogenxlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Funksional qastrointestinal pozğunluqların müalicəsi üçün preparatlar. Xanımotu (belladonna) alkaloidləri, üçlü aminlər. ATC kodu: А03В А01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi atropinin M-xolinoreseptorları (daha az dərəcədə N-xolinoreseptorlara təsir göstərir) seçici blokadaya alması ilə əlaqəlidir ki, nəticədə sonuncular postqanqlionar parasimpatik neyronların sonluqları nahiyələrində əmələ gələn asetilxolinə qarşı həssaslığını itirirlər. Atropinin xolinoreseptorlarla birləşmə qabiliyyəti, onun molekulunda endogen liqand molekulu – asetilxolin ilə yaxın olan fraqmentin mövcudluğu ilə izah edilir. Atropin sulfat tüpürcək, bronxial, mədə və tər vəzilərinin sekresiyasını aşağı salır, bronxial şirənin özlülüyünü yüksəldir, bronxların səyriyən epitelisi kirpiciklərinin aktivliyini tormozlayır və bununla mukosiliar nəqli aşağı salır, ürək yığılmalarını sürətləndirir, AV-keçiriciliyi yüksəldir, saya əzələli orqanların tonusunu aşağı salır, mədə şirəsinin miqdarını və ümumi turşuluğunu aşağı salır (xüsusilə, sekresiyanın xolinergik tənzimlənməsi üstünlük təşkil etdikdə), mədə şirəsinin bazal və gecə sekresiyasını aşağı salır, stimulə olunan sekresiyanı bir qədər az dərəcədə aşağı salır, göz bəbəklərini şiddətli genişləndirir (bu zaman gözdaxili təzyiqin yüksəlməsi mümkündür). Atropin hematoensefalik baryerdən keçərək (HEB), terapevtik dozalarda tənəffüs mərkəzinə oyadıcı təsir göstərir. Farmakokinetikası Vena daxilinə yeridildikdən sonra maksimal effekt 2-4 dəqiqədən sonra meydana çıxır. Atropin sulfat yeridildiyi nahiyədən tezliklə qan dövranına rezorbsiya olunur. Orqanizmdə sürətlə paylanır, hematoensefalik və plasentar baryerlərdən keçir və ana südünə nüfuz edir. Qanda atropin sulfatın 50 %-i zülallarla birləşir, onun paylanma həcmi təxminən 3 l/kq təşkil edir. Vena daxilinə yeridildikdən sonra, qan plazmasında atropinin konsentrasiyası iki mərhələli aşağı düşür. Birinci sürətli mərhələ, 2 saata bərabər yarımxaricolma dövrü ilə xarakterizə olunur. Bu müddət ərzində atropinin yeridilən dozasının təxminən 80 %-i xaric olunur. İkinci mərhələ ərzində yarımxaricolma dövrü 13-36 saat təşkil edən preparatın digər hissəsi sidiklə xaric olur. Atropin qaraciyərdə fermentativ hidroliz yolu ilə metabolizmə məruz qalır, dozanın təxminən 50 %-i dəyişilməmiş şəkildə böyrəklər vasitəsi ilə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
Simptomatik vasitə kimi pilorospazmda, kəskin pankreatitdə, öd daşı xəstəliyində, sidik-ifrazat yollarının spazmlarında, bronxial astmada, bradikardiyada, azan sinirin tonusunun yüksəlməsi nəticəsi kimi tüpürcək, mədə, bronxial, bəzən tər vəzilərinin sekresiyasını aşağı salmaq üçün, həzm traktının rentgenoloji müayinəsini aparmaq üçün (orqanların tonusunun və hərəki fəallığının aşağı düşməsi) istifadə olunur. Preparatı həmçinin, narkozdan və əməliyyatdan əvvəl və cərrahi əməliyyat zamanı, bronxo- və larinqospazmları aradan qaldıran vasitə kimi istifadə etmək olar; vəzilərin sekresiyasını aşağı salır, azan sinirin oyanması ilə əlaqəli reflektor reaksiyaları və əlavə effektləri azaldır. Xolinomimetik birləşmələrlə və antixolinesteraz (o cümlədən, fosfor-üzvi) maddələrlə zəhərlənmələr zamanı spesifik antidot kimi istifadə olunur.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Ürək yığılmalarınınm tezliyinin artması arzuolunmayan ola bilən ürək-damar sistemi xəstəlikləri: səyriyyən aritmiya, taxikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, mitral stenoz, ağır dərəcəli arterial hipertenziya; kəskin qanaxmalar; tireotoksikoz; hipertermik sindrom; keçməməzliklə müşayiət olunan həzm traktı xəstəlikləri (qida borusunun axalaziyası, mədə çıxacağının stenozu, bağırsaq atoniyası); qlaukoma; qaraciyər və böyrək çatışmazlığı; miasteniya gravis; sidik ifrazının ləngiməsi və ya ləngiməyə meyllilik; beyinin zədələnməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sidik-ifrazat yollarının obstruksiyası ilə müşayiət olunmayan prostat vəzi hipertrofiyasından, Daun xəstəliyindən əziyyət çəkən pasiyentlərdə, uşaq serebral iflicində, reflyuks-ezofagitdə, reflyuks-ezofagitlə müşayiət olunan diafraqmanın qida borusu dəliyinin yırtığında, qeyri-spesifik xoralı kolitdə, meqakolonda, kserostomiyadan əziyyət çəkən pasiyentlərdə, yaşlı və zəifləmiş pasiyentlərdə, geri dönən obstruksiyası ilə müşayiət olunmayan ağciyərlərin xroniki xəstəliklərində, xüsusilə kiçik yaşlı uşaqlarda və zəifləmiş pasiyentlərdə çətinliklə ayrılan qatı bəlğəmin hasilatının aşağı olması ilə müşayiət olunan ağciyərlərin xroniki xəstəliklərində; vegetativ (avtonom) neyropatiya zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Atropin sulfatı monoaminooksidaza fermenti inhibitorları ilə birlikdə istifadə etdikdə ürək aritmiyaları meydana çıxır, xinidin və novikainamidlə birlikdə istifadə etdikdə isə xolinilitik effektin cəmlənməsi müşahidə olunur. İnciçiçəyi preparatları və taninlə birlikdə daxilə qəbul etdikdə, fiziki-kimyəvi qarşılıqlı təsir müşahidə olunur ki, bu da effektlərin qarşılıqlı zəifləməsinə gətirib çıxarır. Atropin sulfatnarkotik analgetiklərin təsir müddətini və gücünü aşağı salır, opiatların analgetik təsirini zəiflədir. Dimedrol və ya diprazin ilə eyni zamanda istifadə edildikdə, atropinin təsiri güclənir; nitratlarla, haloperidolla, sistem istifadə üçün kortikosteroidlərlə – gözdaxili təzyiqin yüksəlmə ehtimalı artır; setralinlə – hər iki preparatın depressiv təsiri güclənir; spironolakton və minoksidillə – spironolaktonun və minoksidilin effektləri aşağı düşür, penisillinlərlə – hər iki preparatın effekti güclənir; nizatidinlə – nizatidinin təsiri güclənir; ketokonazolla – ketokonazolun sorulması aşağı düşür; askorbin turşusu və atapulgit ilə – atropinin təsiri aşağı düşür; pilokarpinlə – qlaukomanın müalicəsi aparıldıqda, pilokarpinin effektri aşağı düşür; okspenolol ilə – preparatın antihipertenziv effekti aşağı düşür. Oktadinin təsiri altında, M-xolinomimetiklərin və antixolinesteraz preparatların təsirini azaldan atropinin hiposekretor təsirinin zəifləməsi mümkündür. Sulfanilamid preparatlarla eyni zamanda istifadə edildikdə, böyrəklərin zədələnmə riski yüksəlir; tərkibində kalium olan preparatlarla – bağırsaq xoralarının əmələ gəlməsi mümkündür; qeyri-steroid iltihabəleyhinə preparatlarla – mədə xoralarının və qanaxmaların əmələ gəlmə riski yüksəlir. Muskarinəleyhinə digər preparatlarla (M-xolinoblokatorlar, spazmolitiklər, amantadin, bəzi antihistamin preparatlar, butirofenon, fenotiazin, dispiramid, xinidin, trisiklik antidepressantlar, monoaminlərin geri neyronal tutulmasının qeyri-selektiv inhibitorları qruplarından olan preparatlar) eyni zamanda istifadə edildikdə Atropin preparatının təsiri güclənə bilər. Atropinin təsiri altında peristaltikanın tormozlanması, digər dərman preparatlarının sorulmasının dəyişməsinə gətirib çıxara bilər. Uyuşmazlıq Digər dərman preparatları ilə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Uşağa toksik təsirin inkişaf etməsini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatdan istifadə etdikdə, başgicəllənmə, hallyusinasiyalar, akkomodasiyanın pozulması kimi əlavə təsirlərin inkişaf etmə ehtimalını nəzərə alaraq, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Atropin sulfatı dəri altına, əzələ daxilinə və vena daxilinə yeritmək olar. Giriş narkozunda, azan sinir tərəfindən ürək yığılmalarının tezliyinin tormozlanması riskini azaltmaq və tüpürcək və bronxial vəzilərin sekresiyasını aşağı salmaq məqsədi ilə, anesteziyadan 30-60 dəqiqə əvvəl 0,3- 0,6 mq dozada dəri altına və ya əzələ daxilinə yeridilir; morfin (10 mq morfin sulfat) ilə kombinasiyada – aqnesteziyadan 1 saat əvvəl. Antixolinesteraz preparatlarla zəhərlənmə zamanı Atropin sulfat preparatını, dəri üzərində qızarma və quruluq, göz bəbəklərinin genişlənməsi və taxikardiya meydana çıxana qədər və tənəffüs normalaşana qədər, hər 20-30 dəqiqədən bir 2 mq dozada əzələ daxilinə yeritmək lazımdır. Orta və ağır dərəcəli zəhərlənmə zamanı atropini 2 gün müddətində (“atropinlə doza həddinin aşılması” əlamətləri meydana çıxana qədər) yeritmək olar. Yaşdan asılı olaraq, uşaqlar üçün birdəfəlik yüksək doza aşağıda göstərildiyi kimi təyin olunur: – 6 aya qədər – 0,02 mq; – 6 aydan 1 yaşa qədər – 0,05 mq; – 1 yaşdan 2 yaşa qədər – 0,2 mq; – 3 yaşdan 4 yaşa qədər – 0,25 mq; – 5 yaşdan 6 yaşa qədər – 0,3 mq; – 7 yaşdan 9 yaşa qədər – 0,4 mq; – 10 yaşdan 14 yaşa qədər – 0,5 mq. Böyüklər üçün dəri altına təyin olunan yüksək dozalar: birdəfəlik – 1 mq, sutkalıq – 3 mq. Yaşlı pasiyentlərə Atropin sulfat preparatını ehtiyatla təyin etmək lazımdır. Uşaqlar Həyatrlarının ilk 3 ayını yaşayan uşaqlar atropinə qarşı daha həssasdırlar. Uşaqlar üçün preparatı, “İstifadə qaydası və dozası“ bölməsində göstərildiyi kimi istifadə etmək lazımdır.
Əlavə təsirləri
Preparatın əlavə təsirləri əsasən, atropinin M-xolinolitik təsiri ilə əlaqəlidir. Həzm traktında baş verən pozğunluqlar: ağızda quruluq, susuzluq hissi, dadbilmə qabiliyyətinin pozulması, disfagiya, bağırsaq motorikasının, hətta atoniyaya qədər aşağı düşməsi, ödçıxarıcı yolların və öd kisəsinin tonusunun aşağı düşməsi. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: sidik ifrazının çətinləşməsi və ləngiməsi. Ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, ekstrasistoliya daxil olmaqla, aritmiya, miokardın işemiyası, üz nahiyəsinin qızarması, qan axını hissi. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, əsəbilik, yuxusuzluq. Görmə orqanında baş verən pozğunluqlar: göz bəbəklərinin genişlənməsi, fotofobiya, akkomodasiyanın iflici, gözdaxili təzyiqin yüksəlməsi, görmə qabiliyyətinin pozulması. Tənəffüs sistemində baş verən pozğunluqlar: bronxların sekretor aktivliyinin və tonusunun yüksəlməsi baş verə bilər ki, bu da çətin xaric olunan, özlü bəlğəmin əmələ gəlməsinə gətirib çıxarır. Dəridə baş verən pozğunluqlar: dəri üzərində səpgilər, övrə, eksfoliativ dermatit. İmmun sistemdə baş verən pozğunluqlar: anafilaktik reaksiyalar, anafilaktik şok. Digər əlavə təsirlər: tər ifrazının azalması, dəridə quruluq, dizartriya, yeridilmə nahiyəsində dəyişikliklər, hiperhəssaslıq reaksiyaları.
Doza həddinin aşılması
Simptomları: doza həddinin bir qədər aşılmasında – ağızda quruluq, göz bəbəklərinin genişlənməsi, akkomodasiyanın pozulması, taxikardiya, sidik ifrazının çətinləşməsi, bağırsaq atoniyası, başgicəllənmə, istilik tənzimləmə qabiliyyətinin pozulması, tər ifrazının azalması. Zəhərlənmə zamanı – göz bəbəklərinin genişlənməsi, gözdaxili təzyiqin yüksəlməsi, dəridə və selikli qişalarda quruluq, bədən temperaturunun yüksəlməsi, sidik ifrazının ləngiməsi, taxikardiya, baş ağrısı, başgicəllənmə, hallyusinasiyalar, oriyentasiyanın tam itməsi, qəflətən psixomotor oyanıqlıq; şüurun itməsi ilə müşayiət olunan qıcolmalar, arterial təzyiqin aşağı düşməsi, koma vəziyyəti meydana çıxa bilər. Müalicəsi: antidotun – prozerinin (1 ml 0,05 %-li məhlul dəri altına) və ya fizostiqminin (0,5-1 ml 0,1 %-li məhlulu dəri altına) yeridilməsi. Psixomotor oyanıqlıq zamanı – əzələ daxilinə aminazin (2 ml 2,5 %-li məhlul); qıcolmalarda – barbituratlar (5-10 ml 2,5 %-li tiopental natrium məhlulu vena daxilinə və ya 3-4 ml 2,5 %-li heksenal məhlulu vena daxilinə 30 saniyəlik fasilələrlə 10-15 ml-ə qədər); şiddətli hipertermiya zamanı – baş nahiyəsinə, qasıq nahiyəsinə buz qoymaq, nəm sarımalar; taxikardiya zamanı – inderal; sidik ifrazı ləngidikdə – kateterizasiya; şiddətli intoksikasiya baş verdikdə – sürətləndirilmiş diurez, qanın qələviləşdirilməsi. Askorbin turşusu ilə birlikdə qlükozanın vena daxilinə yeridilməsi göstərişdir.
Buraxılış forması
1 ml məhlu, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Zdorovye” Əczaçılıq Şirkəti” MMC. Ərizəçi “GNCLS” Eksperimental Müəssisə” MMC. İstehsalçinın ünvani/ərizəçinin və/və ya ərizəçinin nümayəndəsinin ünvanı Ukrayna, 61013, Xarkov vil., Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22. (“Zdorovye” Əczaçılıq Şirkəti” MMC). Ukrayna, 61057, Xarkov vil., Xarkov şəhəri, Vorobyov küçəsi, ev 8. (“GNCLS” Eksperimental Müəssisə” MMC).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.