Asiklovir 5 % 5 q məlhəm Akos
| Təsiredici maddə | ACICLOVIR |
|---|---|
| Dərman forması | Məlhəm |
| Farmakoloji təsir | Virusəleyhinə preparat |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,97 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ASİKLOVİR xaricə istifadə üçün məlhəm ACYCLOVIR Beynəlxalq patentləşdirilməmiş adı: Acyclovir
Tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 0,05 q asiklovir vardır. Köməkçi maddələr: toyuq yağı (toyuq piyinin lipid komponenti, Lipokomp-S), emulqator № 1, makroqol 400 (polietilenoksid-400, polietilenqlikol-400), propilenqlikol, metilparahidroksibenzoat (nipagin, metilparaben), propilparahidroksibenzoat (nipazol, propilparaben), təmizlənmiş su.
Təsviri
Ağ rəngli və ya sarımtıl çalarlı ağ rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Virusəleyhinə preparat. ATC kodu: D06BB03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Asiklovir – timidin nukleozidinin sintetik analoqu olub, xaricə istifadə üçün nəzərdə tutulmuş virus əleyhinə (herpes əleyhinə) preparatdır. İçərisində virus timidinkinaza fermenti olan infeksiyaya yoluxmuş hüceyrələrdə fosforilləşmə və asiklovir monofosfata çevrilmə qeyd olunur. Quanilatsiklaza fermentinin təsiri altında asiklovir monofosfat difosfata çevrilir və bir neçə hüceyrə fermentinin təsiri altında – trifosfata çevrilir. Təsirinin yüksək seçiciliyi və insan üçün aşağı toksikliyi makroorqanizmin intakt hüceyrələrində asiklovir trifosfatın formalaşması üçün tələb olunan fermentin olmaması ilə əlaqəlidir. Asiklovir trifosfat virus tərəfindən sintez edilən DNT zəncirinə “qoşularaq”, virusun çoxalmasını blokada edir. Bundan əlavə, preparatın təsirinin spesifikliyi və yüksək selektivliyi onun, əsasən, herpes virusu ilə zədələnmiş hüceyrələrdə toplanması ilə əlaqəlidir. Preparat 1-ci və 2-ci tip sadə herpes (Herpes simplex) virusuna qarşı yüksək aktivlik nümayiş etdirir.
Farmakokinetikası
Tədqiqatlarda göstərilmişdir ki, məlhəmin xaricə istifadəsi zamanı asiklovirin sistem absorbsiyası minimaldır.
İstifadəsinə göstərişlər
Herpes simplex virusunun törətdikləri dodaq və üz nahiyəsi dərisinin (residivləşən dodaq herpesi) virus infeksiyalarının müalicəsi.
Əks göstərişlər
Asiklovirə və ya valasiklovirə və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Asiklovir məlhəminin istifadəsi dodaq herpesinin residivlərinin profilaktikası üçün effektivdir. Müalicə nə qədər tez (infeksiyanın ilk əlamətləri meydana çıxdıqda) başlanılarsa, onun effektivliyi bir o qədər yüksək olacaqdır. Məlhəmin selikli qişalara (xüsusilə, ağızın və burnun selikli qişalarına) çəkilməsindən və eləcə də, gözlərə düşməsindən qaçınmaq lazımdır. Oftalmologiyada istifadə üçün asiklovirin digər dərman forması mövcuddur. Preparatın istifadəsindən dərhal sonra yuyunmaq və ya çimmək olmaz. Asiklovirin müalicəvi effektinin reallaşdırılması üçün orqanizmin immun sisteminin vəziyyəti əhəmiyyətlidir. Ağır dərəcəli və residivləşən gedişli herpetik infeksiya zamanı olduğu kimi, aşağı immunitetə malik olan pasiyentlərdə (İİV/QİÇS qeyd olunduqda və ya sümük iliyinin transplantasiyasından sonra) asiklovir məlhəminin yerli istifadəsi fonunda preparatın sistem yeridilməsi də təyin edilməlidir. Hər 25 kv. sm zədələnmiş dəri üzərinə 1,25 sm uzunluqda məlhəm xətti çəkilməlidir. Dərinin digər nahiyələrinə autoinokulyasiyanın (özünü yoluxdurmanın) qarşısını almaq məqsədi ilə barmaqlıqların və ya rezin əlcəklərin istifadəsi tələb olunur. Asiklovir herpesin cinsi yolla ötürülməsinin qarşısını almır və bu səbəbdən, müalicə müddətində, hətta xəstəliyin heç bir klinik təzahürləri olmadığı halda belə, cinsi kontaktlardan çəkinmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İmmunostimulyatorların eyni zamanda istifadəsi, asiklovirin effektinin güclənməsinə səbəb olur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyinin öyrənilməsi istiqamətində adekvat və ciddi nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır.
Hamiləlik dövrü
Asiklovirin istifadəsi yalnız, preparatın ana üçün ehtimal edilən faydası döl və uşaq üçün potensial riskdən üstün olduğu hallarda göstərişdir. Asiklovirin istifadəsinin qeydiyyatdan sonrakı təcrübəsi dövründə, asikloviri istənilən dərman formasında istifadə edən qadınlarda hamiləliklərin nəticələrinə dair məlumatlar öyrənilmişdir. Ümumi populyasiya ilə müqayisədə, hamiləlik dövründə asiklovirin istifadəsi ilə müalicə qəbul edən pasiyentlər arasında anadangəlmə qüsurların və ya istənilən digər çatışmazlıqların sayının artması müşahidə olunmamışdır. Qadın hamilə olduqda, hamilə olduğunu ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda və eləcə də, laktasiya dövründə preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
Laktasiya dövrü
Preparatın laktasiya dövründə istifadəsi barədə məhdud məlumatlar mövcuddur. Müntəzəm istifadə edildikdə, asiklovir ana südünə nüfuz edir, bununla belə, ana südü ilə qidalanan südəmər körpənin qəbul edə biləcək dozası əhəmiyyətsizdir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat pasiyentlərin nəqliyyat vasitəsini idarə etmək və ya yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparat xaricə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Məlhəm, bərabər zaman intervalları ilə zədələnmiş dəri nahiyələrinə (infeksiya qeyd olunduqdan sonra mümkün qədər tez) sutkada 5-6 dəfə istifadə edilməlidir. Residivləşən infeksiyanın müalicəsini prodromal mərhələ müddətində və ya infeksiya təzahürlərinin ən əvvəlində başlamaq lazımdır. Müalicə, qovuqcuqların üzərində qartmaq əmələ gələnə qədər və ya qovuqcuqlar tam sağalana qədər davam etdirilməlidir. Müalicənin davametmə müddəti 5 gündən az olmamalıdır və maksimum 10 gün təşkil etməlidir.
Əlavə təsirləri
Əlavə effektlərin inkişaf etmə tezliyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq aşağıda göstərildiyi kimi təsnif edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən, ˂1/10-ə qədər), bəzən (≥1/1000-dən, ˂1/100-ə qədər), nadir hallarda (≥1/10000-dən, ˂1/1000-ə qədər), çox nadir hallarda (˂ 1/10000, ayrı-ayrı məlumatlar da daxil olmaqla), məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda – angionevrotik ödem və övrə də daxil olmaqla, anafilaktik reaksiyalar. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən – preparatın istifadə nahiyəsində qısamüddətli yanğı və sancma hissi, dəridə quruluq, dərinin qabıqlanması, qaşınma; nadir hallarda – preparatın istifadə nahiyəsində eritema, kontakt dermatit. İçlik vərəqədə göstərilən istənilən əlavə effektlərin ağırlaşması və ya bu içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə effektlərin meydana çıxması halları barədə dərhal həkimə məlumat vermək lazımdır.
Buraxılış forması
Xaricə istifadə etmək üçün 5%-li məlhəm. 5 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı/İradları qəbul edən təşkilat
“Sintez” Tibbi preparatların və ləvazimatların Kurqan Açıq Səhmdar Cəmiyyəti” Açıq Səhmdar Cəmiyyəti (“Sintez” ASC).
Ünvan
Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan şəh., Konstitusiya prospekti, ev 7. Telefon/faks: + 7 (495) 646-28-68. E-mail: [email protected]
Azərbaycan Respublikasının ərazisində istehlakçılardan iradları qəbul edən şirkət
“Pharmexpert” MMC. Ünvan: AZ1009, Azərbaycan Respublikası, Bakı şəh., N. Nərimanov prospekti, 205/26. Tel.: 8-800-777-86-04; +7(495)799-21-86. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.