Suprastin 20 mq 1 ml N5 inyeksiya
| Təsiredici maddə | CHLOROPYRAMINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Sistem təsirli antihistamin preparatlar. Əvəzolunan etilendiaminlər |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SUPRASTİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Chloropyramine
Tərkibi
Təsiredici maddə: 1 mı məhlulun tərkibində 20 mq xloropiramin hidroxlorid vardır. Köməkçi maddələr:inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz, zəif xarakterik qoxulu sulu məhluldur.
Farmakoterapevtik qrupu
Sistem təsirli antihistamin preparatlar. Əvəzolunan etilendiaminlər. ATC kodu: R06AC03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Xloropiramin etilendiamin antihistamin preparatlar qrupuna aid olan birinci nəsil antihistamin preparatdır, tripelenaminin (piribenzamin) xlorlaşdırılmış analoqudur. Xloropiraminin təsiri H1 reseptorlarının blokadasına əsaslanır. Farmakodinamik təsiri Klinikayaqədərki və klinik tədqiqatların nəticələri göstərir ki, xloropiramin də tripelamin kimi ot qızdırması və digər allergik xəstəliklərin müalicəsində effektiv şəkildə istifadə edilə bilər. Dəniz donuzcuqlarında, histaminin letal dozasından 120 dəfə yüksək dozalarda yeridilməsi zamanı preparatın aşağı dozalarda istifadəsi effektiv olmuşdur. Preparat həmçinin saya əzələlərə, kapilyar keçiriciliyinə və mərkəzi sinir sisteminə təsir göstərir. Peroral qəbul edildikdə, effekt 15-30 dəqiqədən sonra əldə olunur. Maksimal effekti 1 saat ərzində inkişaf edir və təxminən 3-6 saat davam edir. Farmakokinetikası Sorulması Peroral qəbul edildikdə, xloropiramin mədə-bağırsaq traktından sürətlə sorulur və təsiri qəbulundan sonra 15-30 dəqiqə ərzində əldə olunur. Biotransformasiyası Xloropiramin qaraciyərdə metabolizmə uğrayır. Xaric olması Əsasən böyrəklər vasitəsilə metabolitlər şəklində xaric olunur. Uşaqlar və yeniyetmələr Uşaqlarda preparatın xaric olması böyük pasiyentlərə nisbətən daha sürətli olur. Xüsusi pasiyentlər qrupları Qaraciyər funksiyasının pozğunluğu Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə xloropiraminin metabolizmi azalır, bu səbəbdən dozanın azaldılması tələb oluna bilər. Böyrək funksiyasının pozğunluğu Böyrək çatışmazlığı zamanı təsiredici maddənin xaric olması azalır, bu səbəbdən dozanın azaldılması tələb oluna bilər. Klinikayaqədərki təhlükəsizlik tədqiqatları Siçanlarda Suprastin preparatının dərialtı istifadəsi eksperimental şişlərin böyüməsini stimullaşdırmamışdır. Mutagenlik testində (Drosophila melanogaster) xloropiramin mutagen təsir göstərməmişdir. Klinikaya qədər digər təhlükəsizlik məlumatları mövcud deyil.
İstifadəsinə göstərişlər
Allergik reaksiyalar, o cümlədən övrə, müvsümi allergik rinit, allergik konyunktivit, kontakt dermatit, dermatoqrafizm, qida və dərman allergiyası, həşərat sancmasına qarşı allergik reaksiyalar, qaşınma. Sistem anafilaktik reaksiyaların və angionevrotik ödemin adyuvant terapiyası. Bi dərman vasitəsini təyin edərkən sedativ əlavə təsirlərin inkişafını nəzərə almaq lazımdır.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Kəskin bronxial astma tutuması. Yenidoğulmuşlar və yarımçıq doğulmuş körpələr. Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antixolinergik və sedativ təsirlərin olması səbəbindən Suprastin yaşlı pasiyentlərdə, həmçinin qaraciyər funksiyasının pozğunluğu, ürək-damar sisteminin pozğunluqları, qapalıbucaqlı qlaukoma, sidiyin saxlanılması, prostat vəzinin hipertrofiyası zamanı ehtiyatla istifadə edilməlidir. Preparatın axşam saatlarında istifadəsi qastroezofaqeal reflyuks xəstəliyinin simptomlarını artıra bilər. Ototoksik preparatlarla kombinasiyada, Suprastin preparatı ototoksikliyin erkən əlamətlərini gizlədə bilər. Suprastin preparatının uzunmüddətli istifadəsi nadir hallarda qanyaradıcı sistemin pozğunluqlarına (leykopeniya, aqranulositoz, trombositopeniya, hemolitik anemiya) səbəb ola bilər. Preparatın uzunmüddətli istifadəsi zamanı, mənşəyi məlum olmayan qızdırma, laringit, ağız boşluğunun selikli qişasının xoraları, solğunluq, sarılıq, qanaxma, qeyri-adi və ya çətin dayandırılan qanaxma halında qan hüceyrələrinin sayı təyin edilməlidir, qanyaradıcı sisteminin pozğunlulqarı aşkar edildikdə isə preparatın istifadəsi dayandırılmalıdır. Alkoqol antihistamin preparatların mərkəzi sinir sisteminə sedativ təsirini gücləndirir, bu səbəbdən Suprastin preparatı ilə müalicə zamanı alkoqollu içkilərin istifadəsi qadağandır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Monoaminooksidaza (MAO) inhibitorları Suprastin preparatının antixolinergik təsirini gücləndirir və uzadır. Barbituratlar, yuxugətiricilər, anksiolitik sedativlər, trankvilizatorlar, opioid analgetiklər, trisiklik antidepressantlar, atropin, muskarinergik parasimpatolitiklər ilə birlikdə Suprastin inyeksiyasının istifadəsi zamanı xüsusi ehtiyatlı olmaq tələb olunur (Suprastin və bu preparatlardan hər hansı biri bir-birinin təsirini artıra bilər). Ototoksik preparatlarla kombinasiyada, Suprastin preparatı ototoksikliyin erkən əlamətlərini gizlədə bilər. Antihistamin preparatlar dərinin allergik sınaqları zamanı dəri reaksiyalarını gizlədə bilər, ona görə də, bu cür dəri sınaqlarının həyata keçirilməsinə bir neçə gün qalmış Suprastin preparatının istifadəsi dayandırılmalıdır. Alkoqol, Suprastin inyeksiya məhlulunun mərkəzi sinir sisteminə tormozlayıcı təsirini gücləndirir, bu səbəbdən müalicə zamanı alkoqollu içkilərin istifadəsi qadağandır. Uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Klinikayaqədərki məlumatlar Bu preparat üzrə eksperimantal məlumat yoxdur. İnsanda istifadəsi Hamiləlik Hamiləlik dövründə bu preparatın istifadəsi üzrə nəzarət edilən klinik tədqiqat məlumatları yoxdur. Lakin hamiləliyin son aylarında anaları antihistamin preparat qəbul edən yenidoğulmuşlarda retrolental fibroplaziyanın inkişafı halları qeyd edilmişdir. Bunun əsasında preparatı hamiləlik dövründə istifadə etmək olamz. Laktasiya dövrü Adekvat, nəzarət edilən məlumatlar olmadıqda, bu preparatı laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, xüsusilə müalicənin başlanğıc dövründə yuxululuğa və psixomotor funksiyanın pozulmasına səbəb ola bilər. Suprastin preparatının fərdi müəyyən edilən başlanğıc dövründə istifadəsi zamanı nəqliyyat vasitələrini idarə etmək və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olmaq qadağandır. Sonrakı müalicə prosesində məhdudiyyətin səviyyəsi preparatın pasiyent tərəfindən necə keçirildiyindən asılı olaraq, fərdi müəyyən edilir.
İstifadə qaydası və dozası
Dozalanma rejimi Böyüklər Tövsiyə olunan gündəlik doza: 20-40 mq (1-2 ampula) əzələdaxili. Uşaqlar Yaş Tövsiyə edilən başlanğıc dozalar 1 – 12 ay 5 mq (¼ ampul) əzələdaxili 1 – 6 yaş 10 mq (½ ampul) əzələdaxili 6 – 14 yaş 10-20 mq (½-1 ampul) əzələdaxili Doza pasiyentin reaksiyasından və müşahidə olunan əlavə təsirlərdən asılı olaraq ehtiyatla artırıla bilər. Bununla belə, doza heç vaxt 2 mq/kq bədən çəkisindən çox olmamalıdır. Anafilaktik şok və ya kəskin ağır allergik reaksiya zamanı müalicəyə Suprastin preparatının ehtiyatlı yavaş venadaxili yeridilməsi ilə başlamaq, sonra əzələdaxili inyeksiya ilə davam etmək, daha sonra isə preparatın peroral qəbuluna keçmək tövsiyə olunur. Xüsusi pasiyentlər qrupları Yaşlı və zəifləmiş pasiyentlər Suprastin preparatının istifadəsi xüsusi ehtiyat tələb edir, çünki bu pasiyentlərdə antihistamin preparatlar daha tez-tez əlavə təsirlərə səbəb olur (başgicəllənmə, yuxululuq, qan təzyiqinin azalması) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Qaraciyər funksiyasının pozğunluğu Qaraciyər xəstəliklərində preparatın təsiredici maddəsinin metabolizminin azalması səbəbindən dozanın azaldılması tələb oluna bilər. Böyrək funksiyasının pozğunluğu Təsiredici maddənin əsasən böyrəklər tərəfindən xaric olması səbəbindən preparatın qəbul rejimini dəyişdirmək və dozasını azaltmaq tələb oluna bilər. İstifadə qaydası Əzələdaxili yeridilmə üçün nəzərdə tutulub. İstisna hallarda, göstərişlərə uyğun olaraq, venadaxili yeridilmə üçün ehtiyatla istifadə edilə bilər! Müalicə müddəti Müalicə müddəti simptomların xüsusiyyətindən, və onların təzahür vaxtından asılıdır. Ampulların açılması (sağ əllilər üçün): ampulu sol əlinizdə, baş barmaq və əyilmiş şəhadət barmaq arasında tutun. Qırılma nöqtəsi yuxarıda olmalıdır (şəkil 1). Ampulun başını sağ əlin baş barmağı və əyilmiş şəhadət barmağı arasında saxlayın ki, baş barmaq qırılma nöqtəsinin üzərində olsun (şək. 2). Sol əlin şəhadət barmağına söykənərək, ampulanı sağ əlin baş barmağı ilə sıxın və beləliklə, orta gücdə sabit bir təzyiq göstərin. Əllərinizi yaxınlaşdırmayın və ya bir-birindən ayırmayın (şək. 3). Ampulun boynu basıldıqdan sonra istənilən vaxt çatlaya bilər, siz bunu hiss etməyə bilərsiniz (şək. 4).
Əlavə təsirləri
İnyeksiya üçün Suprastin preparatı üçün əlavə təsirlərin yaranmasının tezliyini müasir klinik tədqiqatların əsasında müəyyən edən məlumat yoxdur. İnyeksiya üçün Suprastin preparatının istifadəsi zamanı aşağıdakı əlavə təsirlər inkişaf edə bilər. Qan və limfa sistemində baş verən pozuntular: nadir hallarda-leykopeniya, aqranulositoz, hemolitik anemiya, qan sistemində baş verən digər diskraziyalar. İmmun sistemdə baş verən pozuntular: allergik reaksiyalar. Sinir sistemində baş verən pozuntular: sedativ effekt, yorğunluq, başgicəllənmə, ataksiya, tremor, sinir oyanıqlığı, qıcolma, başağrı, eyforiya, ensefalopatiya. Görmə orqanında baş verən pozuntular: gözdaxili təzyiqin yüksəlməsi, qlaukoma tutması, görmə itiliyinin pozulması. Ürəkdə baş verən pozuntular: arterial hipotenziya, taxikardiya, artimiya. Mədə-bağırsaq sistemində baş verən pozuntular: epiqastral nahiyədə diskomfort hissiyyatı, ağrı, ağızda quruluq, ürəkbulanma, qusma, diareya, qəbizlik, iştahanın itməsi və ya artması, epiqastral nahiyədə ağrı. Dəridə və dərialtı toxumada baş verən pozuntular: işığa qarşı həssəslıq. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: miopatiya. Böyrəklərdə və sidik yollarında baş verən pozuntular: sidiyə getmənin çətinləşməsi, sidiyin ləngiməsi. Əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin şübhəli əlavə təsirləri barədə məlumatın verilməsi çox vacib məqamdır, bu, preparatın risk/fayda nisbətinin fasiləsiz monitorinqinin aparılmasına imkan verir. Tibb işçiləri istənilən şübhəli əlavə təsir barədə milli sistem vasitəsilə məlumat verməlidirlər.
Doza həddinin aşılması
Antihistamin preparatlarla, o cümlədən Suprastin preparatı ilə doza həddinin aşılması, xüsusilə yenidoğulmuşlarda və uşaqlarda ölümə səbəb ola bilər. Simptomları İnyeksiya üçün Suprastin preparatı ilə doza həddinin aşılması zamanı yaranan simptomlar atropinlə zəhərlənmənin simptomlarına oxşardır: halüsinasiya, narahatlıq, ataksiya, hərəkət koordinasiyasının pozulması, atetoz, qıcolma. Kiçik yaşlı uşaqlarda oyanıqlıq üstünlük təşkil edir. Bundan başqa ağızda quruluq, bəbəklərin fiksəolunmuş genişlənməsi, üz dərisinin hiperemiyası, sinus taxikardiyası, sidiyin ləngiməsi, qızdırma yarana bilər. Böyeklərdə qızdırma və üz dərisinin hiperemiyası olmaya bilər; oyanıqlıq dövründən sonra 2-18 saat ərzində pasiyentin ölümünə səbəb ola bilən mümkün komanın və kardio-respirator çatışmazlığın inkişafı ilə qıcolma və qıcolmadan sonrakı depressiya yaranır. Müalicəsi Tənəffüs və ürək-damar sisteminin göstəricilərinin monitorinqi, simptomatik terapiya məsləhət görülür. Spesifik antidotu məlum deyil.
Buraxılış forması
1 ml məhlul ampulda. 5 ampul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaq məqsədilə orijinal qutusuda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utulizasiyası zamanı ehtiyat tədbirləri Preparatın istifadə ediləməyən və ya qalığının istənilən miqdarının utilizasiyası yerli tələblərə uygun yerinə yetirilməlidir.
Yararlılıq müddəti
5 il. Son yararlılıq müddəti qeyd edilən ayın son gününə şamil edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Egis əczaçılıq zavodu” 1165 Budapeşt, Bekenfeld k., 118-120, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“Egis əczaçılıq zavodu”. 1106 Budapeşt, Keresturi k., 30-38, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.