Serulin 5 mq 2 ml N5 inyeksiya

Təsiredici maddə: METOCLOPRAMIDE
Təsiredici maddəMETOCLOPRAMIDE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirMədə-bağırsaq traktının hərəkətliliyini tənzimləyən vasitələr
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SERULİN 5 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Меtoclopramide hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq metoklopramid hidroxlorid vardır. Köməkçi maddələr: pirosulfit natrium (Е223), natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Mədə-bağırsaq traktının hərəkətliliyini tənzimləyən vasitələr. ATC kodu: A03FA01.

Farmakoloji xüsusiyyətləri

Metoklopramid dofamin reseptorlarının antaqonistidir. Həmçinin 5-НТ reseptorlara münasibətdə3 antaqonist təsir göstərir və qanqlionlara zəif oyadıcı təsir göstərir. Presinaptik dofamin reseptorlarını blokadaya alır və bağırsaq divarında asetilxolinin xolinergik motoneyronlardan azad olmasına səbəb olur. Bunun hesabına metoklopramid neyronlardan asetilxolinin azad olmasını yüksəldir və azad olmuş asetilxolin həzm traktının saya əzələ hüceyrələrində М –muskarin reseptorlarını qıcıqlandırmaqla spazm törədir. Xolinergik neyronlarda2 fizioloji keçiriciliyi yüksəltməklə, metoklopramid koordinəolunmuş şəkildə propulsiv aktivliyi gücləndirir. Preparat saya əzələlərin tonusunu, propulsiv peristaltikanı yüksəldir və mədənin boşalmasını sürətləndirir. Bundan başqa, mədə çıxacağının funksiyası ilə onikibarmaq bağırsağın proksimal şöbəsinin hərəki fəaliyyəti arasında qastroduodenal koordinasiya yaxşılaşır. Preparat həmçinin mədə-bağırsaq traktının yuxarı şöbəsinin hərəki fəaliyyətini stimullaşdırır. Mədə şirəsinin, ödün və pankreatik fermentlərin sekresiyasına təsir göstərmir. Aşağı ezofaqeal sfinkterin statik tonusunu yüksəldir. Çənbərbağırsağın və öd kisəsinin hərəki fəaliyyətinə demək olar ki, təsir göstərmir. Metoklopramid hematoensefalik baryerdən keçir, MSS-ə dofamin reseptorlarının blokatorları üçün tipik təsir göstərir. Sedativ və qusmaəleyhinə təsir göstərir, ürəkbulanmanı aradan qaldırır.

İstifadəsinə göstərişlər

Вöyük pasiyentlər Metoklopramidin inyeksiya üçün məhlulu böyük pasiyentlərdə aşağıdakı göstərişlər üzrə istifadə üçün təyin edilir: • Cərrahi əməliyyatdan sonrakı dövrdə ürəkbulanmanın və qusmanın profilaktikası. • Ürəkbulanmanın və qusmanın, o cümlədən kəskin miqren nəticəsində törənən ürəkbulanma və qusmanın simptomatik müalicəsi. • Şüa müalicəsi nəticəsində törənən ürəkbulanmanın və qusmanın profilaktikası. Uşaqlarda istifadəsi Metoklopramidin inyeksiya üçün məhlulu uşaqlarda (1 yaşdan 18 yaşa qədər) aşağıdakı göstərişlərdə istifadə olunur: • Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası – ikinci xətt müalicə variantı kimi. • Əməliyyatdan sonra müəyyən edilmiş ürəkbulanmanın və qusmanın müalicəsi – ikinci xətt müalicə variantı kimi.

Əks göstərişlər

• Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Mədə-bağırsaq qanaxması, MBT-nin mexaniki obstruksiyası və ya perforasiyası (mədə-bağırsaq traktının hərəki fəaliyyətinin stimullaşması risk yarada bilər). • Təsdiq olunmuş və ya şübhəli feoxromositoma, hipertenziyanın ağır epizodlarının başvermə riski ilə əlaqədar olaraq. • Neyroleptiklər və ya metoklopramid tərəfindən törədilən gecikmiş diskineziya. • Epilepsiya (tutmaların tezliyinin və intensivliyinin artması). • Parkinson xəstəliyi. • Levodopa ilə və ya dofaminergik reseptorların antaqonistləri ilə kombinasiya (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). • Metoklopramiddən istifadə zamanı methemoqlobinemiya və ya NADH-asılı sitoxrom b5 reduktazanın çatışmazlığı. • Ekstrapiramid pozğunluqların yüksək inkişaf riski ilə əlaqədar olaraq 1 yaşdan aşağı uşaqlarda istifadə (bax: “Xüsusi göstərişlər”).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nevroloji pozğunluqlar Xüsusilə uşaqlarda və cavan pasiyentlərdə və/və ya yüksək dozalarda istifadə zamanı ekstrapiramid pozğunluqlar baş verə bilər. Bu reaksiyalar adətən müalicənin əvvəlində baş verir və birdəfəlik qəbuldan sonra da baş verə bilər. Ekstrapiramid simptomlar baş verərsə, metoklopramidlə müalicəni dərhal dayandırmaq lazımdır. Bu təsirlər adətən preparatın istifadəsinin dayandırılmasından sonra tam geridönəndir, lakin simptomatik müalicə tələb oluna bilər (uşaqlarda benzodiazepinlər və/və ya böyük pasiyentlərdə antixolinergik parkinsonəleyhinə preparatlar). Hətta qusma zamanı və dozanın absorbsiya olunmadığı zaman doza həddinin aşılmasından qaçmaq üçün metoklopramidin hər yeridilməsi arasında 6-saatlıq minimal interval saxlamaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsində göstərildiyi kimi). Metoklopramidlə uzunmüddətli müalicə, xüsusilə ahıl yaşlı pasiyentlərdə potensial geriyə-dönməz gecikmiş diskineziyaya gətirib çıxara bilər (bax: “Mümkün əlavə təsirləri”). Müalicə müddəti 5 gündən artıq olmamalıdır. Metoklopramidlə neyroleptiklərin birlikdə istifadəsi, həmçinin metoklopramidlə monoterapiya zamanı bədxassəli neyroleptik sindrom halları müşahidə edilmişdir (bax: “Mümkün əlavə təsirləri”). Bədxassəli neyroleptik sindromun əlamətləri meydana çıxarsa, metoklopramidin istifadəsini dərhal dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Nevroloji xəstəlikləri olan pasiyentlərdə və mərkəzi təsirli digər preparatlar alan pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır (bax: “Əks göstərişlər”). Metoklopramiddən istifadə zamanı parkinson xəstəliyinin simptomları da güclənə bilər. Меthemoqlobinemiya NADH-asılı sitoxrom b5 reduktazanın çatışmazlığı ilə bağlı ola bilən methemoqlobinemiya müşahidə edilmişdir. Вelə hallarda metoklopramidlə müalicə dərhal və birdəfəlik dayandırılmalı və müvafiq tədbirlər görülməlidir (məsələn, metilen abısı ilə müalicə). Ürəkdə baş verən pozğunluqlar Metoklopramidin inyeksiya yolu ilə yeridilməsindən sonra, xüsusilə venadaxili yeridilmə zamanı damar kollapsı, ifadə olunmuş bradikardiya, ürəyin dayanması və QT-intervalının uzanması daxil olmaqla, ürək-damar sisteminə ciddi arzuolunmaz təsirlər barədə məlumatlar qeyd edilmişdir (bax: “Mümkün əlavə təsirləri”). Ahıl yaşlı pasiyentlərdə, ürək keçiriciliyi pozulmuş pasiyentlərdə QT-intervalının uzanması daxil olmaqla), elektrolitlərin korrektə olunmamış disbalansı, bradikardiyası olan pasiyentlərdə və QT- intervalını uzadan digər preparatlar qəbul edən pasiyentlərdə metoklopramidi xüsusilə venadaxili yolla istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Arzuolunmaz təsirlərin (məsələn, hipotenziya, akatiziya) baş vermə riskini azaltmaq üçün venadaxili inyeksiya bolyus üsulu ilə tədricən yeridilir (minimum 3 dəqiqə ərzində). Böyrəklərin və qaraciyərin funksional pozğunluğu olan pasiyentlər Preparatın böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə və qaraciyərin ağır funksional pozğunluğu olan pasiyentlərdə istifadəsi zamanı dozanın azaldılması tövsiyə olunur (bax: “İstifadə qaydası və dozası”). Hipokaliemiya Böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə metoklopramidlə müalicə zamanı hipokaliemiya müşahidə edilə bilər, çünki, dərman vasitəsi plazmada aldosteronun konsentrasiyasını artırır və natriumun xaric olmasını azaldır. Depressiya Anamnezində xüsusilə intihara meyilliliklə müşayiət olunan orta və ya ağır dərəcəli depressiya olan pasiyentlərdə metoklopramidlə müalicə zamanı xəstəliyin residiv verməsi mümkündür. Müalicəyə başlamazdan əvvəl müalicədən əldə edilə biləcək fayda ilə mümkün riskin nisbətini ciddi qiymətləndirmək lazımdır. Endokrin sistemdə baş verən pozğunluqlar Metoklopramid plazmada aldosteronun səviyyəsinin tranzitor yüksəlməsinə səbəb olur. Bu, xüsusilə qaraciyərin sirrozu və ya durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə orqanizmdə mayenin ləngiməsinə gətirib çıxara bilər. In vitro tədqiqatlarda göstərilmişdir ki, süd vəzisinin yenitörəmələrinin 1/3-nə qədəri prolaktinin miqdarından asılıdır. Metoklopramid prolaktinin səviyyəsini yüksəldir, ona görə də dərman vasitəsi süd vəzisinin prolaktindən-asılı şişləri olan pasiyentlərə əks göstərişdir. Köməkçi maddələr Natrium pirosulfit nadir hallarda ciddi yüksək həssaslıq reaksiyaları və bronxospazm törədə bilər. Bu preparatın 1 dozasının tərkibində 1 mmol-dan (23 mq) az natrium vardır ki, bu da faktiki olaraq “tərkibində natrium olmayan preparat” kimi qəbul edilə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan preparatlar da daxil olmaqla, son zamanlar istifadə olunmuş bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır. Əks göstəriş olan kombinasiyalar Levodopa və ya dofaminergik reseptorların aqonistləri və metoklopramid qarşılıqlı antaqonizmə malikdir (bax: “Əks göstərişlər”). İstifadəsindən qaçmaq lazım gələn kombinasiyalar Аlkoqol metoklopramidin sedativ təsirini gücləndirir. Nəzərə alınması lazım gələn kombinasiyalar metoklopramidin prokinetik təsiri ilə əlaqədar olaraq bəzi dərman vasitələrinin absorbsiyası dəyişə bilər. Аntixolinergik preparatlar və morfin törəmələri Аntixolinergik preparatlar və morfin törəmələri mədə-bağırsaq traktının hərəki fəaliyyətinə təsir zamanı metoklopramidlə antaqonizmə girə bilərlər. Mərkəzi sinir sisteminin funksiyasına tormozlayıcı təsir göstərən preparatlar (morfin törəmələri, trankvilizatorlar, sedativ təsirli antihistamin (H ) preparatlar, sedativ təsirli antidepressantlar,1 barbituratlar, klofelin və oxşaq preparatlar) Mərkəzi sinir sisteminin funksiyasına tormozlayıcı təsir göstərən preparatlarla metoklopramidin birlikdə istifadəsi zamanı sedativ təsir güclənir. Neyroleptiklər Metoklopramidlə digər neyroleptiklərin birlikdə istifadəsi zamanı ekstrapiramid pozğunluqların başvermə tezliyi arta bilər. Serotoninergik dərman vasitələri Metoklopramidin SGTSİ (serotoninin geriyə tutulmasının selektiv inhibitorları) kimi serotoninergik preparatlarla birlikdə istifadəsi serotonin sindromunun yaranma riskini yüksəldə bilər. Diqoksin Metoklopramid diqoksinin biomənimsənilməsini azalda bilər. Plazmada diqoksinin diqqətlə monitorinqini aparmaq tövsiyə olunur. Siklosporin Metoklopramid siklosporinin biomənimsənilməsini yüksəldir (C –u 46% ekspozisiyanı 22%).max Plazmada siklosporinin diqqətlə monitorinqini aparmaq tələb olunur. Bu təsirin klinik əhəmiyyəti məlum deyil. Мivakurium və suksametonium Metoklopramidin yeridilməsi zamanı sinir-əzələ blokadasının davametmə müddəti uzana bilər (plazmada xolinesterazanın inhibə olunması hesabına). CYP2D6-nın güclü inhibitorları Metoklopramidin ekspozisiyasının səviyyəsi CYP2D6-nın fluoksetin və paroksetin kimi güclü inhibitorları ilə birlikdə yeridilmə zamanı yüksəlir. Klinik əhəmiyyətinin qeyri-müəyyən olmasına baxmayaraq, arzuolunmaz reaksiyalara görə pasiyentləri müşahidə altında saxlamaq lazımdır. МАО-nun inhibitorları МАО-nun (monoaminooksidaza) inhibitorları ilə müalicə olunan hipertenziyalı pasiyentlərdə metoklopramid MAO inhibitorlarının təsirini gücləndirir. Farmasevtik uyuşmazlıq Preparat sefalotinin natrium duzunun, xloramfenikolun natrium duzunun və natrium-karbonatın məhlulları ilə qarışdırılmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Dərmanın hamilə qadınlarda istifadəsi ilə bağlı çoxlu məlumat (1000-dən çox istifadə halı) döldə malformasiyaların və zəhərli təsirlərin olmadığını göstərir. Metoklopramid hamiləlik dövründə klinik ehtiyac olduqda istifadə edilə bilər. Dərmanın farmakoloji xüsusiyyətlərini (neyroleptiklər üçün olduğu kimi) nəzərə alaraq, gec hamiləlikdə metoklopramid istifadə edərkən, yenidoğulmuşlarda ekstrapiramidal simptomları istisna etmək olmaz. Metoklopramid gec hamiləlikdə istifadə edilməməlidir. Metoklopramid istifadə edərkən yeni doğulmuş körpələrə nəzarət edilməlidir. Laktasiya dövrü Metoklopramid aşağı konsentrasiyalarda ana südü ilə ayrılır. Ana südü ilə qidalanan südəmər uşaqda arzuolunmaz təsirlərin meydana çıxmasını istisna etmək olmaz. Ona görə də laktasiya dövründə metoklopramidin istifadəsi tövsiyə olunmur. Südəmər uşağı olan analarda metoklopramidlə müalicənin dayandırılmasını nəzərdən keçirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Metoklopramid yuxululuq, başgicəllənmə, diskineziya və distoniya törədə bilər ki, bu da görməyə, həmçinin, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Məhlul venadaxili və ya əzələdaxili yeridilə bilər. Venadaxili dozaları venadaxili bolyus üsulu ilə tədricən (minimum 3 dəqiqə ərzində) yeritmək lazımdır. Doza Вütün göstərişlər (böyük pasiyentlər) Cərrahi əməliyyatdan sonrakı dövrdə ürəkbulanmanın və qusmanın profilaktikası üçün 10 mq birdəfəlik dozanın yeridilməsi tövsiyə olunur. Ürəkbulanmanın və qusmanın, o cümlədən kəskin miqren nəticəsində törənən ürəkbulanma və qusmanın simptomatik müalicəsi üçün, həmçinin şüa müalicəsi nəticəsində törənən ürəkbulanmanın və qusmanın profilaktikası üçün tövsiyə olunan birdəfəlik doza 10 mq təşkil edir. Bu doza gündə 3 dəfəyə qədər təkrar yeridilir. Tövsiyə olunan maksimal gündəlik doza 30 mq və ya bədən çəkisinin hər kq-a 0,5 mq (0,5 mq/kq) təşkil edir. İnyeksion yeridilmə müddəti maksimum qısamüddətli olmalıdır; mümkün qədər tez peroral qəbula və ya rektal yeridilməyə keçmək lazımdır. Bütün göstərişlər (1 yaşdan 18 yaşa qədər uşaqlar) Tövsiyə olunan doza gündə 3 dəfə venadaxili təkrar yeridilmə ilə bədən çəkisinin hər kq-a 0,1-0,15 mq (0,1-0,15 mq/kq) təşkil edir. Maksimal gündəlik doza 0,5 mq/kq bədən çəkisinə təşkil edir. Dozaların göstərilməsi ilə cədvəl Yaş Bədən çəkisi Doza Yeridilmə tezliyi 1-3 yaş 10-14 kq 1 mq gündə 3 dəfəyə qədər 3-5 yaş 15-19 kq 2 mq gündə 3 dəfəyə qədər 5-9 yaş 20-29 kq 2,5 mq gündə 3 dəfəyə qədər 9-18 yaş 30-60 kq 5 mq gündə 3 dəfəyə qədər 15-18 yaş 60 kq-dan çox 10 mq gündə 3 dəfəyə qədər Əməliyyatdan sonrakı dövrdə müəyyən olunmuş ürəkbulanma və qusma zamanı maksimal müalicə müddəti 48 saat təşkil edir. Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası üçün maksimal istifadə müddəti 5 gün təşkil edir. Xüsusi pasiyent qrupları Ahıl yaşlı pasiyentlər: Ahıl yaşlı pasiyentlərdə böyrək və qaraciyər funksiyalarını və ümumi zəifliyi nəzərə alaraq dozanın azaldılmasını nəzərdən keçirmək lazımdır. Böyrək funksiyasının pozulması Böyrək xəstəliyinin terminal mərhələsində olan pasiyentlərdə (kreatinin klirensi ≤15 ml/dəq) gündəlik doza 75% azaldılmalıdır. Böyrək funksiyasının mötədil və ya ağır pozulması olan pasiyentlərdə (kreatinin klirensi 15-60 ml/dəq) doza 50% azaldılmalıdır. Qaraciyərin funksional pozğunluğu Qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə doza 50% azaldılmalıdır. Uşaqlarda istifadəsi 1 yaşa qədər uşaqlarda Metoklopramidin istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”). İstifadə qaydası Hətta qusma baş verdiyi halda və ya dozanın absorbsiya olunmadığı zaman iki yeridilmə arasında 6- saatlıq minimal interval saxlamaq lazımdır (bax: “Xüsusi göstərişlər”). Serulin preparatının dozasının istifadəsi unudularsa Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.

Əlavə təsirləri

Hər bir preparat kimi, Serulin də əlavə təsirlər törədə bilər. Əlavə təsirlər aşağıdakı ifadələrdən istifadə etməklə başvermə tezliklərinə görə sadalanır: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1000, <1/100); nadir (≥1/10000, <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil). Qanda və limfa sistemində baş verən pozğunluqlar Çox nadir: neytropeniya, leykopeniya, aqranulositoz. Bunların metoklopramidin istifadə olunması ilə bağlılığı müəyyən edilməmişdir. Tezliyi məlum deyil: xüsusilə yenidoğulmuşlarda NADH-asılı sitoxrom b5 reduktazanın çatışmazlığı ilə əlaqədar ola bilən methemoqlobinemiya (bax: “Xüsusi göstərişlər”), əsasən kükürd tərkibli dərman vasitələrinin yüksək dozalarının yanaşı istifadəsi zamanı sulfhemoqlobinemiya. İmmun sistemdə baş verən pozğunluqlar Bəzən: yüksək həssaslıq. Tezliyi məlum deyil: anafilaktik reaksiya (o cümlədən anafilaktik şok, xüsusilə venadaxili yeridilmə üçün dərman formasının istifadəsi zamanı). Endokrin sistemdə baş verən pozğunluqlar* Bəzən: аmenoreya, hiperprolaktinemiya. Nadir: qalaktoreya. Tezliyi məlum deyil: ginekomastiya, impotensiya. * Uzunmüddətli istifadə zamanı hiperprolaktinemiya ilə bağlı endokrin pozğunluqlar (amenoreya, qalaktoreya, ginekomastiya). Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar Tezliyi məlum deyil: porfiriya. Psixi pozğunluqlar Tez-tez: depressiya. Bəzən: hallüsinasiyalar. Nadir: şüurun qarışması, yuxusuzluq. Sinir sistemində baş verən pozğunluqlar Çox tez-tez: yuxululuq. Tez-tez: ekstrapiramid pozğunluqlar, xüsusilə uşaqlarda və cavan pasiyentlərdə və/və ya tövsiyə olunan dozanın aşılması zamanı, hətta preparatın bir dozasının yeridilməsindən sonra (bax: “Xüsusi göstərişlər”), parkinsonizm, akatiziya, narahatlıq, yorğunluq. Bəzən: distoniya (görmə pozuntusu və okulogir kriz daxil olmaqla), diskineziya, şüurun tormozlanması. Nadir: qıcolmalar, xüsusilə epilepsiyalı pasiyentlərdə, başağrıları və başgicəllənmə. Tezliyi məlum deyil: müalicə zamanı və ya uzunmüddətli müalicədən sonra, xüsusilə ahıl yaşlı pasiyentlərdə davamlı ola bilən gecikmiş diskineziya (bax: “Xüsusi göstərişlər”), bədxassəli neyroleptik sindrom (bax: “Xüsusi göstərişlər”). Görmə orqanında baş verən pozğunluqlar Nadir: görmənin pozulması. Ürəkdə baş verən pozğunluqlar Bəzən: bradikardiya, xüsusilə venadaxili yeridilmə üçün dərman formasının istifadəsi zamanı. Tezliyi məlum deyil: inyeksiyanın yeridilməsindən dərhal sonra ürəyin dayanması, hansı ki, ondan əvvəl bradikardiya baş verə bilər (bax: “Xüsusi göstərişlər”), аtrioventrikulyar blokada, sinus düyününün fəaliyyətinin dayanması, xüsusilə venadaxili yeridilmə üçün dərman formasının istifadəsi zamanı, elektrokardioqramda QT-intervalının uzanması, piruet taxikardiya, taxikardiya. Damar pozğunluqları Tez-tez: hipotenziya, xüsusilə venadaxili yeridilmə üçün dərman formasının istifadəsi zamanı. Tezliyi məlum deyil: metoklopramidin inyeksiya yolu ilə yeridilməsindən sonra şok, bayılma, feoxromositomalı pasiyentlərdə kəskin hipertenziya baş verə bilər (bax: “Əks göstərişlər”), arterial təzyiqin keçici yüksəlməsi. Tənəffüs sistemində döş qəfəsində və ortadivarda baş verən pozğunluqlar Nadir: dilin və ya qırtlağın ödemi. Çox nadir: bronxospazm, xüsusilə anamnezində astma olan pasiyentlərdə. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Tez-tez: diareya. Tezliyi məlum deyil: ürəkbulanma. Qaraciyərdə və öd yollarında baş verən pozğunluqlar Nadir: metoklopramidin qaraciyərə toksik təsiri. Belə təsir metoklopramidin hepatotoksik təsirə malik digər dərman vasitələri ilə yanaşı istifadəsi zamanı mümkündür. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Çox nadir: səpgi və ya övrə. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar Tezliyi məlum deyil: sidiyi saxlaya bilməmək və ya tez-tez sidiyəgetmə. Ümumi pozğunluqlar və yeridilmə yerində reaksiyalar Tez-tez: аsteniya. Aşağıdakı reaksiyalar daha çox preparatın yüksək dozalarda istifadəsi zamanı baş verir: • Ekstrapiramid simptomlar, kəskin distoniya və diskineziya, parkinsonik sindrom, akatiziya hətta preparatın bir dozasının yeridilməsindən sonra baş verə bilər, xüsusilə uşaqlarda və cavan pasiyentlərdə (bax: “Xüsusi göstərişlər”). • Yuxululuq, şüurun tormozlanması, şüurun qarışması, hallüsinasiyalar. Bəzi pasiyentlərdə Serulin preparatı ilə müalicə müddətində digər əlavə təsirlər meydana çıxa bilər. Yuxarıda sadalanan əlavə təsirlərdən hər hansı biri və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları Ekstrapiramid pozğunluqlar, yuxululuq, şüurun tormozlanması, şüurun qarışması, hallüsinasiyalar, tənəffüsün və ürək fəaliyyətinin dayanması. Müalicəsi Doza həddinin aşılması ilə bağlı olan və ya olmayan ekstrapiramid pozğunluqlar meydana çıxarsa, yalnız simptomatik müalicə tələb olunur (uşaqlarda benzodiazepinlər və/və ya böyük pasiyentlərdə antixolinergik parkinson əleyhinə preparatlar). Klinik vəziyyətə uyğun olaraq, simptomatik müalicə və ürək-damar sisteminin və tənəffüs funksiyasının daimi monitorinqi həyata keçirilməlidir.

Buraxılış forması

2 ml tutumlu 5 və ya 10 ədəd rəngsiz şüşə ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25C-dən yüksək olmayan temperaturda, işıqdan qorumaq üçün orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Əczaçılıq zavodu «POLFARMA» SC. Pelplinsk küç. 19 83-200 Staroqard Qdansk, Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Serulin 5 mq 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar