Eutiroks 75 mkq N100 tablet

Təsiredici maddə: LEVOTHYROXINE SODIUM
Təsiredici maddəLEVOTHYROXINE SODIUM
Dərman formasıTablet
Farmakoloji təsirQalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün preparatlar. Qalxanabənzər vəzi hormonları. Levotiroksin natrium
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,16 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EUTİROKS 25 mkq, 50 mkq, 75 mkq, 100 mkq, 125 mkq və ya 150 mkq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Levotiroxin sodium

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25, 50, 75, 100, 125 və ya 150 mkq levotiroksin natrium* vardır. Köməkçi maddələr: mannitol, qarğıdalı nişastası, jelatin, natrium kroskarmelloza, limon turşusu, maqnezium stearat. *stabillik üçün 5% artıq levotiroksin əlavə edilir.

Təsviri

Ağ rəngli, dairəvi formalı, hər iki kənarı əyilmiş yastı tabletlərdir. Tabletlərin hər iki tərəfində bölünmə xətti var, tabletlərin bir tərəfində müvafiq olaraq, “EM 25”, “EM 50”, “EM 75”, “EM 100”, “EM 125”, “EM 150” yazısı vardır.

Farmakoterapevtik qrupu

Qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün preparatlar. Qalxanabənzər vəzi hormonları. Levotiroksin natrium. ATC kodu: H03AA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Eutiroks preparatının tərkibinə daxil olan sintetik levotiroksin təsirinə görə qalxanabənzər vəzidə hasil edilən təbii əsas hormona müvafiqdir. O, periferik orqanlarda T3-ə çevrilir və endogen hormona müvafiq T3 reseptorlara spesifik təsir göstərir. Orqanizm endogen və ekzogen levotiroksini fərqləndirmək qabiliyyətinə malik deyil. Farmakokinetikası Daxilə qəbul edildikdə, levotiroksin əsasən, nazik bağırsağın yuxarı şöbələrində sorulur. Qalan kompozisiyadan asılı olaraq, preparatın 80%-ə qədəri sorulur. T təxminən 5-6 saat təşkil edir.max Preparatı daxilə qəbul etdikdən 3-5 gün sonra, onun təsirinin başlanması müşahidə olunur. Levotiroksinin 99,97%-i xüsusi nəqledici zülallarla birləşir. Həmin birləşmə kovalent deyil və bu səbəbdən, plazma zülalları və sərbəst hormon fraksiyaları ilə əlaqəli hormonların daimi və çox sürətli mübadiləsi mövcuddur. Zülalla birləşməsi sayəsində levotiroksin nə hemodializə, nə də hemoperfuziyaya məruz qalmır. Levotiroksinin yarımxaricolma dövrü 7 gün təşkil edir. Hipertireoz zamanı preparatın yarımxaricolma dövrü 3-4 günə qədər qısalır, hipotireoz zamanı isə 9-10 günə qədər uzanır. Paylanma həcmi təxminən 10-12 litr təşkil edir. Qaraciyərin tərkibində ümumi ekstratireoid levotiroksinin 1/3-i vardır ki, bu da qan zərdabında levotiroksinlə sürətli mübadilə olunur. Tireoid hormonlar əsasən qaraciyərdə, böyrəklərdə, baş beyində və əzələlərdə metabolizmə məruz qalırlar. Preparatın metabolitləri sidiklə və nəcislə xaric olunurlar. Levotiroksinin ümumi metabolik klirensi sutkada təxminən 1,2 litr plazma təşkil edir.

İstifadəsinə göstərişlər

Eutiroks 25-150 mkq – Xoşxassəli eutireoid zobun müalicəsi; – əməliyyatdan sonrakı hormonal statusdan asılı olaraq, cərrahi müalicədən sonrakı eutireoid zobun residivinin profilaktikası; – hipotireoz zamanı əvəzedici terapiya; – qalxanabənzər vəzi xərçənginin supressiv terapiyası. Eutiroks 25-100 mkq – Hipertireozun antitireoid preparatlarla müalicəsi zamanı yanaşı terapiya. Eutiroks 100/150 mkq – Tireoid supressiya testinin aparılması zamanı diaqnostik vasitə qismində istifadəsi.

Əks göstərişlər

– Təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq; – müalicə olunmamış böyrəküstü vəzi çatışmazlığı; – müalicə olunmamış hipofizar çatışmazlıq; – müalicə olunmamış tireotoksikoz; – hipertireoz zamanı hamiləlik dövründə levotiroksinlə və antitireoid vasitələrlə kombinəolunmuş terapiya (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax); – kəskin miokard infarktı, kəskin miokardit və kəskin pankardit zamanı Eutiroks ilə müalicəyə başlamamalısınız.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tireoid hormonların istifadəsi ilə əvəzedici müalicəyə başlamaqdan əvvəl və ya tireoid supressiyası testinin aparılmasına başlamazdan əvvəl aşağıda göstərilən xəstəliklərin və ya patoloji vəziyyətlərin mövcudluğunu istisna etmək və ya onları müalicə etmək vacibdir: koronar çatışmazlıq, stenokardiya, arterioskleroz, hipertenziya, hipofizar çatışmazlıq və ya böyrəküstü vəzilərin çatışmazlığı. Bundan əlavə, qalxanabənzər vəzi hormonlarının istifadəsi ilə müalicəyə başlamazdan əvvəl qalxanabənzər vəzinin funksional avtonomiyasını istisna etmək və ya onun müalicəsini aparmaq lazımdır. Böyrəküstü vəzi çatışmazlığı zamanı levotiroksin ilə müalicə aparılmazdan əvvəl kəskin böyrəküstü vəzi çatışmazlığının qarşısını almaq məqsədilə adekvat əvəzedici müalicə aparılmalıdır (Əks göstərişlər bölməsinə bax). Psixi pozğunluqlar riski qeyd olunan pasiyentlərdə levotiroksinlə müalicənin başlanğıcında, terapiyanı levotiroksinin aşağı dozalarının istifadəsi ilə və müalicənin ilkin mərhələsində dozaların tədricən artırılması ilə başlamaq tövsiyə edilir. Həmin pasiyentlərin vəziyyətlərini müşahidə etmək tövsiyə olunur. Psixi pozğunluqlar meydana çıxdığı halda, dozanın aşağı salınmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Koronar çatışmazlıq, ürək çatışmazlığı və ya taxiaritmiyalar qeyd olunan pasiyentlərdə dərmanın istifadəsi ilə əlaqəli hipertireozun hətta əhəmiyyət kəsb etməyən təzahürlərinin meydana çıxma ehtimalını istisna etmək vacibdir. Bu səbəbdən, belə hallarda tireoid hormonların səviyyəsinin müntəzəm monitorinqinin aparılması tələb olunur. İkincili hipotireoz zamanı tireotrop hormonun çatışmazlığına təcrid olunmuş şəkildə nadir hallarda rast gəlinməsini nəzərə alaraq, əvəzedici müalicənin aparılmasına başlamaqdan əvvəl ikincili hipotireozun meydana çıxmasının səbəbini müəyyən etmək lazımdır. Kombinəolunmuş patologiyanın mövcudluğu təsdiq edildikdə, Eutiroks preparatının istifadəsi ilə müalicəni yalnız, böyrəküstü vəzi çatışmazlığının kompensasiyasından sonra başlamaq olar. Qalxanabənzər vəzinin funksional avtonomiyasının inkişaf etməsi ehtimal edildiyi halda, müalicəyə başlamaqdan əvvəl tireotropin-rilizinq hormonu ilə stimullaşdırıcı testin (TRH-testi) və ya supressiv ssintiqrafiyanın həyata keçirilməsi tövsiyə olunur. Doğularkən bədən çəkisi çox aşağı olan vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda levotiroksin ilə müalicəyə başlayarkən hemodinamik parametrlər nəzarət altında saxlanılmalıdır, çünki böyrəküstü vəzi funksiyası qeyri-yetkin olduğundan, qan dövranının pozulması yarana bilər. Postmenopauza dövründə hipotireoz və osteoporozun inkişaf etməsi riskinin yüksəlməsi qeyd olunan qadınlar, qan zərdabında levotiroksinin fizioloji konsentrasiyasının yüksəlməsindən çəkinməlidirlər. Belə halda, qalxanabənzər vəzi funksiyalarının hərtərəfli monitorinqinin aparılması tövsiyə olunur. Hipertireoid vəziyyətlər qeyd olunduqda, levotiroksindən istifadə etmək tövsiyə olunmur. Bu halda, antitireoid preparatların istifadəsi ilə hipertireozun müalicəsi üçün eyni zamanda aparılan terapiya istisna təşkil edir. Bədən kütləsinin aşağı salınması məqsədi ilə qalxanabənzər vəzi hormonlarından istifadə etmək olmaz. Eutireoid patologiya qeyd olunan pasiyentlərdə levotiroksinin fizioloji dozaları bədən kütləsinin heç bir itkisinə gətirib çıxarmır. Preparatın fizioloji dozalardan əhəmiyyətli dərəcədə yüksək dozaları, ciddi və hətta həyat üçün təhlükəli arzuolunmayan reaksiyaların inkişaf etməsinə gətirib çıxara bilərlər. Levotiroksinin yüksək dozalarını bədən kütləsinin aşağı salınması üçün bəzi preparatlarla, məsələn, simpatomimetiklərlə kombinasiyada istifadə etmək olmaz (“Doza həddinin aşılması” bölməsinə bax). Tərkibində levotiroksin olan digər vasitə ilə müalicəyə keçməsi tələb olunduqda, klinik və bioloji monitorinq daxil olmaqla ciddi monitorinq aparılmalıdır, çünki keçid dövründə qalxanabənzər vəzi funksiyasının pozulmasının potensial riski mövcuddur. Bəzi pasiyentlərdə dozanın tənzimlənməsi tələb oluna bilər. Levotiroksindən və orlistatdan eyni zamanda istifadə etdikdə, hipotireoz meydana çıxa bilər və/və ya hipotireoza nəzarət aşağı düşə bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Levotiroksindən istifadə edən pasiyentlər orlistatın istifadəsi ilə müalicəyə başlamazdan əvvəl, müalicəni dayandırmazdan əvvəl və ya orlistatla aparılan müalicə sxemini dəyişdirməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Orlistatı və levotiroksini müxtəlif vaxtlarda istifadə etmək və zərurət yarandığı halda, levotiroksinin dozasını korreksiya etmək lazımdır. Gələcəkdə, qan zərdabında hormonların səviyyəsinə nəzarət etmək vacibdir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər və antikoaqulyant müalicə qəbul edən pasiyentlər üçün məlumat “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində göstərilmişdir. Bu dərman vasitəsinin 1 tabletinin tərkibində natriumun miqdarı 1 mmol (23 mq) təşkil edir, yəni demək olar ki, tərkibində natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Diabet əleyhinə preparatlar Levotiroksin diabet əleyhinə preparatların effektivliyini aşağı sala bilər. Bu səbəbdən, tireoid hormonların istifadəsi ilə müalicənin əvvəlində qanda qlükozanın səviyyəsini təyin etmək tövsiyə olunur. Zərurət yarandığı halda, diabet əleyhinə preparatların dozalarını korreksiya etmək lazımdır. Kumarin törəmələri Levotiroksin antikoaqulyantları qan plazmasının zülalları ilə birləşmələrdən sıxışdırıb çıxarır və bu səbəbdən, antikoaqulyantların istifadəsi ilə aparılan müalicənin təsirini gücləndirə bilər ki, bu da xüsusilə, yaşlı pasiyentlərdə qanaxmaların, məsələn, MSS-də (mərkəzi sinir sisteminə) qansızmaların və ya mədə-bağırsaq qanaxmalarının inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Bunu nəzərə alaraq, eyni zamanda aparılan müalicənin əvvəlində və gedişində koaqulyasiya parametrləri göstəricilərinin müntəzəm monitorinqinin aparılması tələb olunur. Zərurət yarandığı halda, antikoaqulyantların dozasını aşağı salmaq lazımdır. Proteaza inhibitorları Proteaza inhibitorları, məsələn, ritonavir, indinavir, lopinavir levotiroksinin effektivliyinə təsir göstərə bilər. Tireoid hormonların səviyyəsinin diqqətli monitorinqinin aparılması tövsiyə olunur. Zərurət yarandığı halda, levotiroksinin dozasını korreksiya etmək lazımdır. Fenitoin Fenitoin qan plazmasının züllalarından levotiroksinin sıxışdırılıb çıxarılması yolu ilə preparatın effektivliyinə təsir göstərə bilər ki, bu da sərbəst T4-ün və T3-ün səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Digər tərəfdən, fenitoin qaraciyərdə levotiroksinin metabolizminin intensivliyini yüksəldir. Tireoid hormonların səviyyəsinin diqqətli monitorinqinin aparılması tövsiyə olunur. Xolestiramin, kolestipol İon mübadiləsi qətranlarının, məsələn, xolestiraminin və kolestipolun istifadəsi, levotiroksin natriumun absorbsiyasını inhibə edir. Bu səbəbdən, levotiroksin natriumu göstərilən preparatların istifadəsindən 4-5 saat əvvəl qəbul etmək lazımdır. Alüminium, dəmir və kalsium duzları Müvafiq ədəbiyyatda alüminium tərkibli preparatlar (antasidlər, sukralfat) levotiroksinin effektivliyini potensial aşağı salan vasitələr kimi təsvir edilmişdir. Tərkiblərində levotiroksin olan preparatları alüminium tərkibli preparatların istifadəsindən 2 saatdan tez olmamaqla qəbul etmək lazımdır. Dəmir və kalsium tərkibli dərman preparatlarının istifadəsi zamanı yuxarıda qeyd edilən qaydanı əsas tutmaq lazımdır. Salisilatlar, dikumarol, furosemid, klofibrat Salisilatların, dikumarolun, furosemidin yüksək dozaları (250 mq), klofibrat və digər preparatlar levotiroksin natriumu qan plazmasının zülalları ilə birləşmələrdən sıxışdırıb çıxara bilərlər ki, bu da sərbəst T4 fraksiyası səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Proton nasosu inhibitorları (ing. PPI) PPI ilə paralel olaraq qəbulu, PPI-lərin səbəb olduğu mədədaxili pH səviyyəsinin artması səbəbindən tiroid hormonlarının absorbsiyasının azalmasına gətirib çıxara bilər. Tiroid funksiyasının müntəzəm monitorinqi və tiroid hormonlarının dozasının potensial artırılması ilə klinik monitorinq tövsiyə olunur. Orlistat Levotiroksini və orlistatı birlikdə istifadə etdikdə, hipotireoz meydana çıxa bilər və/və ya hipotireoza nəzarətin aşağı düşməsi müşahidə oluna bilər. Bu vəziyyət, yodlaşdırılmış duzun və/və ya levotiroksinin absorbsiyasının aşağı düşməsi nəticəsində baş verə bilər. Sevelamer Sevelamer levotiroksinin absorbsiyasını aşağı sala bilər. Bu səbəbdən, eyni zamanda aparılan müalicənin əvvəlində və müalicə tamamlandıqda, qalxanabənzər vəzi funksiyalarının dəyişməsinin monitorinqini aparmaq tövsiyə olunur. Zərurət yarandıqda, levotiroksinin dozasını korreksiya etmək lazımdır. Tirozinkinaza fermentinin inhibitorları Tirozinkinaza fermentinin inhibitorları, məsələn, imatinib, sunitinib levotiroksinin effektivliyini aşağı sala bilər. Bu səbəbdən, eyni zamanda aparılan müalicənin əvvəlində və müalicə tamamlandıqda, qalxanabənzər vəzi funksiyalarının dəyişməsinin monitorinqini aparmaq tövsiyə olunur. Zərurət yarandıqda, levotiroksinin dozasını korreksiya etmək lazımdır. Propiltiourasil, qlükokortikoidlər, β-simpatolitiklər, amiodaron və yod tərkibli kontrast preparatlar Göstərilən preparatlar T4-ün T3-ə periferik çevriləməsini inhibə edirlər. Yüksək yod tərkibi sayəsində amiodaron həm hipertireozun, həm də hipotireozun meydana çıxmasına səbəb ola bilər. Ehtimal edilən tanınmayan funksional avtonomiya ilə müşayiət olunan düyünlü zoba xüsusi diqqət yetirmək lazımdır. Sertralin, xloroxin/proquanil Göstərilən preparatlar levotiroksinin effektivliyini aşağı salır və qan zərdabında tireotrop hormonun (TTH) səviyyəsini yüksəldirlər. Ferment-induksiyaedici təsirə malik preparatlar Ferment-induksiyaedici təsirə malik preparatlar, məsələn, barbituratlar və ya karbamazepin levotiroksinin qaraciyərlə əlaqəli klirensini artıra bilərlər. Estrogenlər Estrogen tərkibli kontraseptiv preparatlardan istifadə edən qadınlarda və ya postmenopauza dövründə əvəzedici hormonal müalicə qəbul edən qadınlarda orqanizmin levotiroksinə tələbatı yüksələ bilər. Soya tərkibli məhsullar Soya tərkibli məhsulların istifadəsi, bağırsaqda levotiroksinin sorulmasının aşağı düşməsinə səbəb ola bilər. Bu səbəbdən, xüsusilə, soya tərkibli məhsulların istifadəsinə başladıqda və ya tamamladıqdan sonra, Eutiroks preparatının dozasının aşağı salınması tələb oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə və xüsusilə, laktasiya dövründə levotiroksinin istifadəsini davam etdirmək lazımdır. Hamiləlik dövründə preparatın dozasının artırılması tələb oluna bilər. Hamiləliyin artıq 4-cü həftəsində qan zərdabında TTH səviyyəsinin yüksələ bilməsini nəzərə alaraq, levotiroksindən istifadə edən hamilə qadınlarda qan zərdabında TTH səviyyəsinin göstəricilərinin trimestr-spesifik normal göstəricilər çərçivəsindən kənara çıxmamasına əmin olmaq məqsədi ilə hamiləlik dövrünün hər bir trimestri müddətində TTH səviyyəsinə nəzarət etmək lazımdır. Qan zərdabında TTH-nin yüksək səviyyəsini levotiroksinin dozasının artırılması yolu ilə korreksiya etmək lazımdır. Doğuşdan sonra TTH səviyyəsi hamiləlik baş verməzdən əvvəl qeyd olunan TTH səviyyəsinə müvafiq olmalıdır və bu səbəbdən, doğuşdan dərhal sonra levotiroksinin dozalanması ilkin dozalanma səviyyəsinə qaytarılmalıdır. Doğuşdan 6-8 həftə sonra, qan zərdabında TTH-nin ilkin səviyyəsi əldə olunur. Hamiləlik dövrü Preparatı tövsiyə olunan terapevtik dozalarda istifadə etdikdə, teratogen və fetotoksik effektlərin meydana çıxması barədə heç bir məlumat yoxdur. Hamiləlik dövründə preparatın həddindən artıq yüksək dozalarının istifadəsi, dölə və postnatal inkişafa neqativ təsir göstərə bilər. Levotiroksin natriumun istifadəsi zamanı antitireoid preparatların dozalarının artırılması tələb oluna bilər və bu səbəbdən, hamiləlik dövründə preparatın antitireoid vasitələrlə kombinasiyada istifadəsi əks göstərişdir. Levotiroksin natriumdan fərqli olaraq, antitireoid preparatlar plasentadan keçə bilərlər və nəticədə döldə hipotireoz inkişaf edə bilər. Hamilə qadınlarda radioaktiv maddələrin istifadəsinin əks göstəriş olduğunu nəzərə alaraq, hamiləlik dövründə diaqnostik tireoid supressiya testinin aparılması tövsiyə olunmur. Laktasiya dövrü Laktasiya dövründə levotiroksin ana südünə sekresiya olunur, lakin, tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə Eutiroks preparatının konsentrasiyaları südəmər körpədə hipertireozun inkişaf etməsi üçün və ya TTH-nin sekresiyasının tormozlanması üçün yetərli deyil. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmayıb. Buna baxmayaraq, levotiroksin natrium təbi tireoid hormona identik olduğu üçün nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mənfi təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Dozalanması Pasiyentlərin fərdi tələbatları əsasında müalicənin aparılması üçün miqdarına görə müxtəlif tərkibli levotiroksin natrium tabletləri mövcuddur – 25 mkq-dan 150 mkq-a qədər. Bu səbəbdən, pasiyentlər adətən, sutkada cəmi 1 tablet qəbul etməlidirlər. Preparatın dozalanmasına dair tövsiyələr aşağıda göstərilən cədvəllərdə göstərilmişdir. Preparatın sutkalıq dozası, laborator testlərin və klinik müayinələrin cavabından asılı olaraq, fərdi şəkildə müəyyən edilir. Pasiyentlərin əksəriyyətində T4-ün və FT4-ün yüksək konsentrasiyalarının müşahidə olunmasını nəzərə alaraq, qan zərdabında tireotrop hormonun bazal konsentrasiyası müalicə kursunu müəyyən etmək üçün daha etibarlı əsası təmin edir. Tireoid hormonların istifadəsi ilə müalicəni aşağı dozalardan başlamaq və tam əvəzedici doza əldə edilənə qədər, hər 2-4 həftədən bir dozanı tədricən artırmaq lazımdır. Pediatrik populyasiya Anadangəlmə hipotireoz qeyd olunan yenidoğulmuşlarda və uşaqlarda sürətli əvəzedici müalicənin aparılması tələb olunduğu halda, preparatın başlanğıc tövsiyə olunan dozası ilk 3 ay müddətində sutkada 10-15 mkq/kq bədən kütləsinə təşkil edir. Sonra, preparatın dozasını klinik nəticələrdən, TTH-nin və tireoid hormonların səviyyəsindən asılı olaraq, fərdi qaydada korreksiya etmək lazımdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə və ağır dərəcəli və uzun müddət ərzində mövcud olan hipotireozdan əziyyət çəkən pasiyentlərdə müalicəni preparatın aşağı dozalarının (məsələn, 12,5 mkq/sutkada) istifadəsindən başlamaq və həmin dozaları, tireoid hormonların tez-tez monitorinqini aparmaqla uzunmüddətli fasilələrlə (məsələn, dozanın, iki həftədən bir 12,5 mkq/sutkada tədricən artırılması) tədricən artırmaq lazımdır. Bu səbəbdən, həmin pasiyentlərdə TTH səviyyəsinin tam korreksiyasına gətirib çıxarmayan, tam əvəzedici müalicəni təmin etməyən daha aşağı dozanın təyin edilməsini nəzərdən keçirmək mümkündür. Preparatın istifadə təcrübəsi onu göstərir ki, aşağı bədən kütləsinə malik pasiyentlər və iri ölçülü düyünlü zob qeyd olunan pasiyentlər üçün preparatın daha aşağı dozalanması yetərlidir. İstifadəsinə göstərişlər Tövsiyə olunan doza (mikroqram levotiroksin natrium/sutkada) Eutireoid zobun müalicəsi 75-200 Operativ müdaxilələrdən sonra zobun residivləşməsinin profilaktikası 75 – 200 Böyüklərdə hipotireoz zamanı əvəzedici müalicə: başlanğıc doza 25-50 dəstəkləyici doza 100-200 Uşaqlarda hipotireoz zamanı əvəzedici müalicə: başlanğıc doza 12,5-50 dəstəkləyici doza 100-150 mkq/m bədən səthi Antitireoid preparatların istifadəsi ilə hipertireozun müalicəsi fonunda birlikdə aparılan müalicə 50-100 Qalxanabənzər vəzi xərçənginin supressiv müalicəsi 150-300 Tireoid supressiya testi aparıldıqda, diaqnostik Testdən Testdən 3 Testdən 2 Testdən 1 preparat şəklində 4 həftə həftə həftə əvvəl həftə əvvəl əvvəl əvvəl Eutiroks 2 tablet/ 2 tablet/ 100 mkq sutkada sutkada 100 mkq 100 mkq Eutiroks ½ tablet/ ½ tablet/ 1 tablet/ 1 tablet/ 150 mkq sutkada sutkada sutkada sutkada 150 mkq 150 mkq İstifadə qaydası Preparatın sutkalıq dozalarını birdəfəyə qəbul etmək olar. Preparat aşağıda göstərildiyi qaydada daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur: bir sutkalıq dozanı səhər yeməyindən 30 dəqiqə əvvəl, əsasən acqarına az miqdar (yarım stəkan) su ilə birlikdə qəbul etmək lazımdır. Südəmər körpələrə sutkalıq dozanı birinci səhər qida qəbulundan 30 dəqiqə əvvəl birdəfəyə qəbul etdirmək lazımdır. Tabletlər suda həll edilir və əmələ gəlmiş suspenziya daha bir qədər su ilə birlikdə daxilə qəbul edilir. Hipotireozun əvəzedici müalicəsi aparıldıqda və strumektomiyadan və ya tireoidektomiyadan sonra və eləcə də, eutireozdan əziyyət çəkən pasiyentlərdə zobun residivləşməsinin profilaktikası məqsədi ilə preparatın istifadəsi, bir qayda olaraq, ömrün sonuna qədər davam etdirilir. Eutireoid vəziyyət əldə edildikdən sonra, hipertireozun kombinəolunmuş müalicəsi, antitireoid preparatların təyin edildiyi müddət ərzində göstərişdir. Xoşxassəli eutireoid zob zamanı müalicənin davametmə müddəti 6 aydan 2 ilə qədər təşkil edir. Göstərilən müddət ərzində istənilən müalicəvi effekt əldə olunmadığı halda, cərrahi müdaxilənin və ya zobun radioaktiv yodla müalicəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır.

Əlavə təsirləri

Levotiroksin natriuma qarşı fərdi dözümsüzlük həddinin aşılması və ya doza həddinin aşılması zamanı hipertireoza xarakterik aşağıdakı klinik simptomların təzahürü mümkündür, xüsusilə doza müalicənin əvvəlində sürətlə artırıldıqda: aritmiya (məsələn, səyirici aritmiya və ekstrasistoliya), taxikardiya, ürəkdöyünmə, stenokardiya, sefalgiya, əzələ zəifliyi və qıcolma, hiperemiya, temperaturun yüksəlməsi, qusma, menstruasiyanın pozulması, beyinin psevdoşişi, tremor, narahatlıq, yuxusuzluq, tərləmə, çəkinin itməsi, diareya. Belə hallarda sutkalıq doza azaldılmalı və ya müalicə bir neçə günlük ləğv edilməlidir. Arzuolunmaz reaksiyalar aradan qalxdıqdan sonra terapiya bərpa edilə bilər. Eutiroks dərman vasitəsinin istənilən komponentinə hiperhəssaslıq reaksiyası zamanı xüsusilə dəridə (səpgi, övrə) və tənəffüs yollarında allergik reaksiyaların inkişafı mümkündür. Kvinke ödemi barədə məlumat qeyd edilib. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli arzuolunmayan reaksiyalar barədə məlumatın verilməsi vacibdir. Bu, dərman vasitəsinin fayda və risk nisbətinin fasiləsiz monitorinqini təmin etməyə imkan verə bilər. İçlik vərəqəsində sadalanan və ya qeyd edilməyən əlavə təsirlərin yaranması zamanı pasiyentin həkimə müraciət etməsi məsləhət görülür.

Doza həddinin aşılması

T3-ün səviyyəsinin artması doza həddinin aşılmasının T4 və fT4-ün səviyyəsinin artmasına nisbətən daha dəqiq indikatorudur. Preparatın doza həddinin aşılması zamanı maddələr mübadiləsinin sürətinin əhəmiyyətli dərəcədə artması müşahidə edilir (“Əlavə təsirləri” bölməsinə bax). Doza həddinin aşılmasının səviyyəsindən asılı olaraq, Eutiroks preparatı ilə müalicəni dayandırmaq və laborator müayinə aparmaq məsləhət görülür. Taxikardiya, həyəcan, oyanıqlıq və hiperkineziya kimi ifadəolunmuş β-simpatomimetik effektlərdən ibarət olan simptomlar, β-blokatorların qəbulu ilə aradan qaldırıla bilər. Həddindən artıq yüksək dozaların qəbulu zamanı plazmaferez faydalı ola bilər. Pozuntulara meyilli pasiyentlərdə dözümsüzlüyün fərdi hüdudunun aşılması zamanı ayrı-ayrı hallarda qıcolmanın inkişafı halları qeyd edilmişdir. Levotiroksinlə doza həddinin aşılması hipertireoz simptomları ilə təzahür edə bilər və xüsusilə psixi pozuntu riski olan pasiyentlərdə kəskin psixoza səbəb ola bilər. Levotiroksin natriumun uzun illər ərzində həddindən artıq yüksək dozalarını qəbul edən pasiyentlərdə ürək fəaliyyətinin qəflətən dayanması halları qeyd edilmişdir.

Buraxılış forması

25 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 4 konturlu- yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merck Healthcare KGaA , Germany. Merck Healthcare KGaA Frankfurter Strasse 250, 64293 Darmstadt, Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

Merck LLC, Russian Federation. Merck LLC, Valovaya Str. 35, 115054, Moscow, Russian Federation. Dərman vasitəsinin keyfiyyəti üzrə istehlakçılardan iradları qəbul edən və Azərbaycan Respublikası ərazisində dərman vasitəsinin təhlükəsizliyi üzrə qeydiyyatdan sonrakı müşahidəyə cavabdeh olan təşkilat Azərbaycandakı nümayəndəlik Acino Pharma AG (İsveçrə Konfederasiyası). Bakı ş., Azərbaycan, İzmir k., 1033, HYATT Tower II, 1-ci mərtəbə. Tel.: +994 (12) 504 00 44. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eutiroks 75 mkq N100 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar