Eqitromb 75 mq N28 tablet
| Təsiredici maddə | CLOPIDOGREL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Antitrombotik vasitələr. Trombositlərin aqreqasiyasının inhibitorları (heparin istisna olmaqla) |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,97 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman vasitəsini qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun, belə ki, burada Sizə vacib olan məlumat vardır. – İçlik vərəqəni saxlayın. Onun yenidən lazım olması mümkündür. – Əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət edin. – Bu dərman vasitəsi, yalnız Sizə təyin edilir. Onu başqalarına verməyin. Bu, onlara ziyan vura bilər, hətta onlarda Sizdə olan xəstəliyin simptomları olsa belə. – İstənilən əlavə təsir aşkar etdikdə və ya içlik vərəqədə qeyd edilməyən effektlər yarandıqda, lütfən, həkimə və ya əczaçıya müraciət edin. EGİTROMB 75 mq örtüklü tabletlər EGITROMB Beynəlxalq patentləşdirilməmiş adı: Clopidogrel
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel (klopidoqrel hidrosulfat şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, aşağı dərəcəli əvəzolunan hidroksipropilsellüloza, hidrogenləşdirilmiş gənəgərçək yağı. Örtük: ağ opadri Y-1-7000 (hipromelloza E464, titan dioksid E171, makroqol 400).
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli, hər iki tərəfi qabarıq, hamar və bircins səthə malik, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində «E 181» yazısı olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antitrombotik vasitələr. Trombositlərin aqreqasiyasının inhibitorları (heparin istisna olmaqla). ATC kodu: B01AC04.
Farmakoloji xüsusiyyətləri
Egitromb preparatı tabletlərinin tərkibində təsiredici maddə şəklində antitrombositar preparatlar adlandırılan dərman vasitələri qrupuna daxil olan klopidoqrel vardır. Trombositlər – qanın laxtalanması baş verdiyi halda, bir birinə yapışma qabiliyyətinə malik olan, qanın çox kiçik struktur tərkib hissəsidir. Antitrombositar dərman preparatları qeyd olunan yapışmanın qarşısını alaraq, qan laxtalarının əmələ gəlməsi (həmin proses tromboz adlanır) ehtimalını aşağı salırlar. Egitromb preparatı sərt divarlara malik qan damarlarında (arteriyalarda) qan laxtalarının (trombların) əmələ gəlməsinin (bu proses aterotromboz adlandırılır və aterotrombotik pozğunluqların meydana çıxmasına (məsələn, insulta, infarkta və ya ölümün baş verməsinə) səbəb ola bilər) qarşısını almaq məqsədi ilə istifadə olunur.
İstifadəsinə göstərişlər
Aterotrombotik pozğunluqların 2-cili profilaktikası Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) keçirən və ya periferik arteriyaların xəstəliklərindən əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası. Kəskin koronar çatışmazlıq sindromu qeyd olunan yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası: – asetilsalisil turşusu (AST) ilə kombinasiyada perkutan koronar müdaxilənin gedişində stentləşməyə məruz qalan pasiyentlər daxil olmaqla, ST seqmentinin yüksəlməsi qeyd olunmayan kəskin koronar çatışmazlığı sindromu (qeyri-stabil stenokardiya və ya Q dalğası olmayan miokard infarktı); – AST ilə kombinasiyada trombolitik müalicənin aparılması üçün müvafiq medikamentoz müalicə qəbul edən pasiyentlərdə ST seqmentinin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı. – pasiyentdə, qulaqcıqların fibrillyasiyası adlandırılan qeyri-müntəzəm ürək ritmi müşahidə olunduqda və pasiyent yeni trombların əmələ gəlməsinin və artıq mövcud trombların inkişaf etməsinin qarşısının alınması üçün iatifadə olunan “oral antikoaqulyantlar” adlandırılan preparatlardan (yəni, K vitaminin antaqonistlərindən) istifadə edə bilmədiyi halda. Pasiyentə izah etmək lazımdır ki, belə vəziyyətlərdə asetilsalisil turşusunun və ya asetilsalisil turşusunun Egitromb preparatı ilə kombinasiyasının istifadəsi ilə müqayisədə, “oral antikoaqulyantlar” daha effektivdir. Pasiyent “oral antikoaqulyantlardan” istifadə edə bilmədikdə və pasiyentdə ağır qanaxmanın inkişaf etmə riski qeyd olunmadığı halda, həkim pasiyentə Egitromb preparatı tabletlərini və asetilsalisil turşusunu təyin etməlidir.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda Egitromb preparatını istifadə etmək olmaz – pasiyentdə klopidoqrelə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya qeyd olunduqda; – pasiyentdə hazırda qanaxmanın baş verməsinə səbəb olan xəstəlik, məsələn, mədə xorası və ya baş beyinə qansızma qeyd olunduğu halda; – pasiyentdə ağır qaraciyər xəstəliyi qeyd olunduğu halda. Yuxarıda göstərilən vəziyyətlərdən hər hansı birinin mövcudluğu ehtimal edildiyi halda, eləsə də, hər hansı digər şübhə meydana çıxdıqda, Egitromb preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Egitromb preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Pasiyentdə aşağıda qeyd olunan vəziyyətlərdən hər hansı biri qeyd olunduğu halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək mütləqdir: – pasiyentdə qanaxma riskinin yüksəlməsi müşahidə olunduğu halda – daxili qanaxma riski ilə müşayiət olunan xəstəlik (məsələn, mədə xorası) olduğu halda; daxili qanaxmaya (məsələn, orqanizmin istənilən toxumalarına, orqanlarına və ya oynaqlarına) səbəb ola bilən qan dəyişikliyi qeyd olunduqda; az müddət əvvəl keçirilmiş ağır travma; az müddət əvvəl keçirilmiş cərrahi əməliyyat (o cümlədən, stomatoloji); növbəti 7 gün müddətində əməliyyat (o cümlədən, stomatoloji) planlaşdırıldığı halda; – pasiyentdə son 7 gün müddətində baş beyin arteriyalarının trombozu (işemik insult) qeyd olunduğu halda; – pasiyentdə xəstəliyin müalicəsi üçün istifadə edilən preparatlardan hər hansı birinə qarşı allergiya qeyd olunduğu halda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – pasiyent böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkdiyi halda. Egitromb preparatından istifadə edilən müddət ərzində pasiyent aşağıda göstərilənlərə əməl etməlidir. Cərrahi əməliyyatın (o cümlədən, stomatoloji) planlaşdırılması barədə həkimi məlumatlandırmaq lazımdır. Həmçinin, qızdırma və dəri altına qırmızı rəngli kiçik nöqtə şəkilli qansızmalar ilə müşayiət olunan (trombotik trombositopenik purpura, TTP adlandırılan) vəziyyətin inkişaf etməsi barədə pasiyent həkimi dərhal məlumatlandırmalıdır; həmin vəziyyət səbəbi olmayan yorğunluq, şüurun dumanlanması, dəri rənginin və ya gözlərin saralması (sarılıq) ilə müşayiət oluna bilər və ya bu əlamətlər qeyd olunmaya bilər (“Əlavə təsirləri” bölməsinə bax). Bədənin hər hansı bir hissəsi kəsildikdə və ya yaralandığı halda, qanaxmanın dayandırılması üçün, adətən olduğundan, daha uzun müddət tələb oluna bilər. Həmin vəziyyət, pasiyent tərəfindən qan laxtalarının əmələ gəlməsinin qarşısının alınması üçün istifadə olunan preparatın təsir mexanizmi ilə əlaqəlidir. Bu, məsələn, təraş zamanı kiçik kəsiklər və ya zədələr qeyd olunduqda, adətən təhlükəli deyildir. Lakin, qanaxma pasiyenti narahat etdiyi halda, dərhal həkimə müraciət etmək lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). Həkim qan analizinin aparılmasını təyin edə bilər. Qazanılmış hemofiliya Məlumdur ki, klopidoqrelin istifadəsi qazanılmış hemofiliyanın inkişafına gətirib çıxarır. Qazanılmış hemofiliyanın inkişaf etməsinin mümkünlüyünü, qanaxma ilə müşayiət olunan və ya qanaxmasız qismən aktivləşdirilmiş tromboplastin müddətinin (QATM) təsdiq edilmiş təcrid olunmuş uzanması ilə nəzərdən keçirmək lazımdır. Qazanılmış hemofiliya diaqnozu təsdiq olunmuş pasiyentlərin müalicəsini və onların vəziyyətlərinə nəzarətin aparılmasını mütəxəssislər həyata keçirməlidirlər və bu zaman, klopidoqrelin istifadəsi dayandırılmalıdır. Tienopiridinlər arasında çarpaz reaksiyalar Tienopiridinlər arasında çarpaz reaktivliyin inkişaf etməsi barədə məlumatların daxil olmasını nəzərə alaraq, anamnezlərində tienopiridinlərə (məsələn, klopidoqrelə, tiklopidinə, prazuqrelə) qarşı yüksək həssaslığın mövcudluğunu aşkar etmək məqsədi ilə, pasiyentləri müayinə etmək vacibdir. Egitromb preparatının tərkibində hidrogenləşdirilmiş gənəgərçək yağı vardır ki, bu da, mədə pozuntusuna və ya diareyaya səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda və ya yaxınlarda istifadə olunan və ya istifadəsi planlaşdırılan istənilən dərman vasitəsi barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Bəzi dərman vasitələri Egitromb preparatının, bu dərman vasitəsi isə digər preparatların effektinə təsir edə bilər. Aşağıdakı preparatları qəbul edən zaman həkimə məlumat vermək xüsusilə vacibdir: • qanaxma riskini yüksəldə bilən preparatlar, eləcə də: – daxilə qəbul edilən antikoaqulyantlar (qanın laxtalanmasını azaldan preparatlar); – Iıb/IIIa qlikoproteinin inhibitorları; – adətən əzələlərdə və ya oynaqlarda ağrılı və/və ya iltihabi proseslərin müalicəsi üçün istifadə edilən qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP); – qanın laxtalanmasınıazaltmaq məqsədilə heparin və ya digər inyeksiya üçün vasitələr; – tiklopidin-digər trombositarəleyhinə preparat; – serotoninin geriyə tutulmasının selektiv inhibitorları (nəsələn, fluoksetin, fluvoksamin və s.)-depressiyanın müalicəsi üçün preparatlar; • omeprazol və ya ezomeprazol-mədənin müəyyən pozuntularının müalicəsi üçün preparatlar; • flukonazol, vorikonazol-göbələk infeksiyalarının müalicəsi üçün preparatlar; • efavrienz-İİV infeksiyasının müalicəsi üçün preparat; • karbamazepin-epilepsiyanın bəzi formalarının müalicəsi üçün preparat; • moklobemid-depressiyanın müalicəsi üçün preparat; • gücləndirilmiş antiretrovirus müalicə; • repaqlinid-şəkərli diabetin müalicəsi üçün preparat; • paklitaksel-xərçəngin müalicəsi üçün preparat; • opioidlər: opioidləri (kəskin ağrının müalicəsi üçün) təyin etməzdən əvvəl pasiyent həkimə klopidoqrel qəbul etdiyi barədə məlumat verməlidir. Pasiyentin sinəsində güclü ağrı olduqda (qeyri-stabil stenokardiya və ya miokard infarktı (ürək tutması)), ona, bir çox ağrıkəsici və qızdırmasalıcı preparatların tərkibində olan asetilsalisil turşusu ilə yanaşı Egitromb preparatı təyin edilə bilər. Asetilsalisil turşusunun bir dəfəlik qəbulu (istənilən 24 saatlıq müddət ərzində 1000 mq-dan artıq olmamaqla) adətən pozuntuya səbəb olmur, lakin digər şəraitdə uzun müddətli qəbulu həkimlə müzakirə etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Yaxşı olar ki, hamiləlik və laktasiya dövründə Egitromb preparatından istifadə edilməsin. Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, preparatı qəbul etməzdən əvvəl bu barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Egitromb preparatının istifadəsi zamanı hamiləlik baş verdikdə, dərhal həkimlə məsləhətləşmək lazımdır, belə ki, hamiləlik dövründə klopidoqrelin istifadəsindən çəkinmək məsləhət görülür. Laktasiya dövrü Bu preparatın qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Ana südü ilə qidalandırdıqda və bunu planlaşdırdıqda, preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Egitromb preparatı uşaqların və yeniyetmələrin müalicəsi üçün nəzərədə tutulmayib. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Egitromb preparatının nəqliyyat idarə etmək və ya mexanizmlərlə iş qabiliyyətinə təsir etməsi az ehtimal edilir.
İstifadə qaydası və dozası
Preparatı hər zaman həkim təyinatına ciddi riayət edərək qəbul etmək lazımdır. Hər hansı şübhə meydana çıxdığı halda, mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Böyüklər və yaşlılar Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) və ya periferik arteriyaların xəstəliyi zamanı: preparat sutkada 1 dəfə 75 mq dozada təyin olunur. ST seqmentinin qalxmaması ilə kəskin koronar sindrom (KKS) (qeyri-stabil stenokardiya və ya Q dişciksiz miokard infarktı): müalicə birdəfəlik 300mq dozada Egitromb preparatı başlanılmalıdır. Sonra 75 mq/sut dozada 75-100 mq/sut dozada asetilsalisil turşusu ilə birlikdə davam etdirilməlidir. Asetilsalisil turşusunun dozasının artırılması qanaxmanın yaranma riskini artırdığı üçün 100 mq-dan artıq qəbul edilməməlidir. ST seqmentinin qalxması ilə kəskin koronar sindrom (KKS): müalicə birdəfəlik 300mq dozada Egitromb və asetilsalisil turşusu və trombolitiklərlə və ya tombolitiklərsiz başlanılmalıdır. Sonra 75 mq/sut dozada 75-100 mq/sut dozada davam etdirilməlidir. 75 yaşdan yuxarı xəstələrin Egitromb ilə müalicəsini yükləmə dozası olmadan başlamaq lazımdır. Qarışıq terapiyaya simptomlar yarandıqdan sonra mümkün qədər tez başlanılır və ən azı 4 həftə ərzində davam etdirilir. Bu göstəriş zamanı klopidoqrel və asetilsalisil turşusunun birgə qəbulunun effektivliyi öyrənilməyib. Qulaqcıqların fibrilyasiyası (səyirici aritmiya) Klopidoqrel gündə bir dəfə 75mq dozada qəbul etmək lazımdır. Klopidoqrel ilə kombinasiyada asetilsalisil turşusunun qəbuluna başlamaq və sonra davam etdirmək lazımdır (75-100mq/gün). Böyrək funksiyalarının pozulması Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə müalicə təcrübəsi məhduddur. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyalarının orta dərəcəli pozulmasından əziyyət çəkən hemorragik diatezin inkişaf etməsi ehtimal olunan pasiyentlərdə preparatın istifadə təcrübəsi məhduddur. Tabletlər daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Tabletləri qida qəbulundan asılı olmayaraq, hər gün sutkanın eyni vaxtında qəbul etmək olar. Egitromb preparatını həkim tərəfindən təyin edilən müddət ərzində qəbul etmək lazımdır. Egitromb preparatının qida və içkilərlə qəbulu Egitromb preparatını qida qəbulundan asılı olmayaraq, qəbul etmək olar. Egitromb tabletlərinin qəbulu unudulduqda Egitromb preparatının qəbulu ötürüldukdə, lakin preparatın adi qəbul vaxtından 12 saat keçdiyi halda, tableti dərhal, daha sonra növbəti dozanı adi qəbul vaxtında qəbul etmək lazımdır. 12 saatdan artıq vaxt keçdikdə, növbəti doza adi vaxtda istifadə edilir. Ötürülən dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. Egitromb tabletlərinin qəbulu dayandırıldıqda Həkimin müvafiq göstərişi olmadan müalicəni dayandırmaq olmaz. Preparatın qəbulunu dayandırmazdan əvvəl həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu preparatın istifadəsinə dair əlavə sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün digər dərman preparatları kimi, göstərilən preparat da əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin həmin reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Aşağıda göstərilən simptomlar meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır: – qızdırma, infeksiya əlamətləri və ya həddindən artıq yorğunluq. Bu əlamətlər, bəzi qan hüceyrələrinin miqdarının, nadir hallarda aşağı düşməsinin nəticəsi ola bilər; – qaraciyər funksiyalarının pozğunluq əlamətləri, məsələn, dəri altına qansızmaların (qırmızı rəngli kiçik nöqtələr şəklində) və/və ya şüurun dumanlanmasının olub-olmamasından asılı olmayaraq, dərinin və/və ya göz skleralarının saralması (sarılıq) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – ağız boşluğu selikli qişasının ödemi, dəri dəyişiklikləri, məsələn, səpgilər və qaşınma, dəri üzərində qovuqcuqların əmələ gəlməsi – bu, allergik reaksiya əlamətləri ola bilər. Egitromb preparatının istifadəsi nəticəsində ən tez-tez müşahidə olunan əlavə effekt qanaxmadır. Qanaxma mədədən və ya bağırsaqdan qanın axması, qançırların, hematomaların (dəri altında qeyri-adi qansızmalar və ya qançırlar) əmələ gəlməsi, burun qanaxması, sidikdə qanın aşkar olunması şəklində meydana çıxa bilər. Nadir hallarda gözlərə qansızmalar, kəllədaxili qansızmalar, ağciyər və ya oynaqdaxili qanaxmalar təsvir olunmuşdur. Egitromb preparatının istifadəsi zamanı pasiyentdə uzunmüddətli qanaxma meydana çıxdıqda Bədənin hər hansı bir hissəsi kəsildikdə və ya yaralandığı halda, qanaxmanın dayandırılması üçün adətən olduğundan, daha uzun müddət tələb oluna bilər. Həmin vəziyyət, pasiyent tərəfindən qan laxtalanmasının qarşısının alınması üçün istifadə olunan preparatın təsir mexanizmi ilə əlaqəlidir. Bu, məsələn, təraş zamanı kiçik kəsiklər və ya zədələr qeyd olunduqda, adətən təhlükəli deyildir. Lakin, qanaxma pasiyenti narahat etdiyi halda, dərhal həkimə müraciət etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Egitromb preparatının istifadəsi ilə əlaqəli digər mümkün əlavə effektlər aşağıda göstərilmişdir. Tez-tez qeyd olunan əlavə təsirlər (100 pasiyentdən 1-10-da müşahidə edilir): mədə-bağırsaq qanaxması, diareya, qarın nahiyəsində ağrı, həzm pozğunluğu, qıcqırma, hematoma, burun qanaxması, qançır. Bəzən qeyd olunan əlavə təsirlər (1000 pasiyentdən 1-10-da müşahidə edilir): trombositopeniya, leykopeniya, eozinofiliya; başağrı, mədə və onikibarmaq xorası, qastrit, qusma, ürəkbulanma, qəbizlik, mədə və bağırsaq daxilində qazların toplanması, səpgilər, qaşınma, dəridə qansıama (purpura), hematuriya, başgicəllənmə, sancma və ya keyləşmə hissi, kəllədaxili qanaxmalar (ölümlə nəticələnən tək-tək halları haqqında bildirilmişdir), göz daxili qansızmalar (konyunktival, окulyar, retinal), qanaxma müddətinin uzanması, neytrofil və trombositlər miqdarının azalması. Nadir hallarda qeyd olunan əlavə təsirlər (10000 pasiyentdən 1-10-da müşahidə edilir): : neytropeniya, ağır dərəcəli neytropeniya daxil olmaqla, hərlənmə hissi ilə müşayiət olunan sistem başgicəllənmə (vertiqo), retroperitoneal qansızmalar, ginekomastiya. Çox nadir hallarda qeyd olunan əlavə təsirlər (10000 pasiyentdən 1-dən azında müşahidə edilir): trombotik trombositopenik purpura (TTP), aplastik anemiya, pansitopeniya, aqranulositoz, ağır dərəcəli trombositopeniya, qranulositopeniya, anemiya, sarılıq, bel nahiyəsində ağrı ilə müşayiət olunan və ya ağrısız qarın nahiyəsində şiddətli ağrı, qızdırma, bəzən oskürəklə müşayiət olunan tənəffüsün çətinləşməsi, anafilaktoid reaksiyalar, zərdab xəstəliyi, ümumi allergik reaksiyalar (məsələn, şüurun itməsinə qədər inkişaf edən qəflətən meydana çıxan ümumi narahatlıqla müşayiət olunan istilik hissi), tənəffüs yollarından qanaxma (qanqusma, ağciyərlərdən qanaxma), bronxospazm, interstisial pnevmonit, eozinofil pnevmoniyası, ağız boşluğu selikli qişasının ödemi, dəri üzərində qovuqcuqların əmələ gəlməsi, dəri allergiyası, makulo-papulyoz eritematoz və ya eksfoliativ səpgisi, məxmərək, qaşınma, angioödem, bullyoz dermatit (Stivens-Jonson sindromu, kəskin qeneralizəolunmuş ekzantematoz pustulyoz, toksik epidermal nekroliz), dərmanla induksiya olunmuş hiperhəssaslıq sindromu, eozinofiliya ilə və sistem simptomlarla müşayiət olunan dərman səpgisi (DRESS-sindrom), ekzema, qırmızı yastı dəmrov, ölümlə nəticələnə bilən qastrointestinal və retroperitoneal qanaxmalar, pankreatit, kolit (xoralı və limfositar kolit daxil olmaqla), ağız boşluğu selikli qişasının iltihabı (stomatit), hepatit, kəskin qaraciyər çatışmazlığı, qaraciyər funksiyasının normal göstəricilərinin dəyişilməsi, ciddi qansızmalar, əməliyyat yaralarından qanaxma, vaskulit, arterial təzyiqin aşağı düşməsi, şüurun dumanlanması, hallyusinasiyalar, sümük-əzələ qansızmalar (hemartrozlar), oynaq ağrıları, əzələ ağrıları, dadbilmə qabiliyyətinin pozulması, dadbilmə qabiliyyətinin itməsi, qlomerulonefrit, qanda kreatinin səviyyəsinin artması. Tezlik məlum deyil (mövcud məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): döş nahiyəsində və ya qarın nahiyəsində ağrı ilə müşayiət olunan hiperhəssaslıq reaksiyası, qazanılmış hemofiliya A, tienopiridinlərə (tiklopidin, prazuqrel kimi) qarşı çarpaz-reaktiv hiperhəssaslıq reaksiyaları, autoimmun insulin sindromu. Bundan əlavə, həkim qan və ya sidik analizlərinin nəticələrində dəyişikliklər, qanda şəkərin miqdarının daimi yüksəlməsini aşkar edə bilər. Ehtimal edilən əlavə effektlər barədə məlumatlar İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Göstərilən tövsiyə ehtimal edilən bütün arzuolunmayan reaksiyalara, o cümlədən, bu içlik vərəqədə qeyd olunmayan reaksiyalara aiddir. Dərman preparatlarının qeyri-effektivliyi barədə məlumatlar daxil olmaqla, arzuolunmayan reaksiyalar barədə həmçinin, dərman preparatlarının arzuolunmayan reaksiyaları (təsirləri) üzrə məlumatlar bazasına bildirmək mümkündür. Arzuolunmayan reaksiyalar barədə məlumat verməklə, preparatın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmək olar.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı yüksək qanaxma riskilə əlaqədar həkimə və ya yaxınlıqdakı təcili yardıma müraciət etmək lazımdır.
Buraxılış forması
7 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsini məişət tullantılarına və axar sulara atmaq olmaz. Preparatın istifadə edilməyən qalığını atmaq lazım olduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına yardım edə bilər.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son yararlılıq müddəti qeyd edilən ayın axırıncı gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“EGİS əczaçılıq zavodu” QSC. 1165 Budapeşt, Bökenföldi k., 118-120, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.