Aldes 5 mq N20 tablet
| Təsiredici maddə | DESLORATADINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Sistem istifadəsi üçün antihistamin preparatlar. Dezloratadin |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,47 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ALDES™ örtüklü tabletlər
ALDES™
Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır
Köməkçi maddələr: mikrokristallik sellüloza, kolloidal silisium dioksid, kalsium hidrofosat, qarğıdalı nişastası, talk, maqnezium stearat, mavi opadri II 31F205006 (laktoza monohidrat, hipromelloza, titan dioksid, propilenqlikol, mavi FD&C).
Təsviri
Açıq mavi rəngli, yumru, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Sistem istifadəsi üçün antihistamin preparatlar. Dezloratadin.
ATC kodu: R06AX27.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Dezloratadin H1-histamin reseptorlarının uzunmüddətli təsirli antaqonistidir. Sedativ effektə malik deyil. Daxilə qəbulundan sonra mərkəzi sinir sisteminə təsir göstərmir.
Farmakokinetikası
Sorulması
Böyüklərdə və yeniyetmələrdə dezloratadinin plazma konsentrasiyası tətbiqindən 30 dəqiqə sonra aşkar oluna bilər. Dezloratadin yaxşı absorbsiya olunur, plazmada maksimal konsentrasiyası təqribən 3 saatdan sonra əldə olunur. Terminal yarımxaricolma dövrü təqribən 27 saatdır.
Paylanması
Plazma proteinləri ilə birləşməsi 83-87% təşkil edir.
Biotransformasiyası
Dezloratadin metabolizminə cavabdeh olan ferment hələ müəyyən olunmamışdır və buna görə də digər dərman vasitələri ilə bəzi qarşılıqlı təsirləri tamamilə istisna etmək olmaz.
Xaric olması
Dezloratadinin 7,5 mq dozada birdəfəlik istifadəsi zamanı yemək qəbulu (yağlı, yüksək kalorili səhər yeməyi) dezloratadinə təsir göstərməmişdir. Həmçinin qreypfrut şirəsi dezloratadinə heç bir təsir göstərməmişdir.
İstifadəsinə göstərişlər
Allergik rinitlərin simptomlarının (burundan selik ifrazı, göyərmə, gicişmə və burun tutulması, gözlərin gicişməsi və qızarması, gözyaşarması, damağın gicişməsi, öskürək) və övrənin simptomlarının (dəri gicişməsi, ödem və qızarması) yüngülləşdirilməsi və ya aradan qaldırılması.
Əks göstərişlər
Preparatın təsiredici maddəsinə, hər hansı bir komponentinə və ya loratadinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır böyrək çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir.
Ürək-damar sistemi problemi olan insanlar diqqətlə müşahidə edilməlidir.
12 yaşdan kiçik uşaqlarda Aldes™ 5 mq örtüklü tabletlərin təhlükəsizliyi və effektivliyi sübut edilməmişdir.
Aldes™ 5 mq örtüklü tabletlərin tərkibində 1,8 mq laktoza monohidrat var; bu da şəkərli diabet olan xəstələrdə nəzərə alınmalıdır.
Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır.
Aldes™ 5 mq örtüklü tabletlərin tərkibində propilenqlikol var; yəni əhəmiyyət kəsb etməyəcək qədər az miqdardadır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klinik tədqiqatlarda dezloratadin tabletlərin eritromisin və ya ketokonazol ilə birgə istifadə zamanı klinik əhəmiyyətli qarşılıqlı təsir müşahidə olunmamışdır.
Alkoqol ilə birgə istifadə zamanı dezloratadin onun mənfi təsirini gücləndirmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə Aldes™ preparatının istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Ehtiyac olmadıqda hamiləlik dövründə istifadə edilmir.
Dezloratadin ana südünə keçdiyinə görə, laktasiya dövründə uşaqların ana südü ilə qidalandırılmasının faydası/ana üçün müalicənin faydası nisbətinin qiymətləndirilməsindən sonra ya qidalandırılma, ya da müalicə dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Aldes™ preparatının nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmamışdır. Buna baxmayaraq çox nadir hallarda müalicə zamanı yuxululuğun yaranma ehtimalı nəzərə alınmalıdır.
İstifadə qaydası və dozası
12 və yuxarı yaşlı yeniyetmələr və böyüklər:
Tövsiyə edilən doza – 1 tablet gündə bir dəfə yeməkdən asılı olmayaraq.
İntermitə edən allergik rinit (simptomların həftədə 4 gün və ya daha az və 4 həftədən az müddətində mövcud olması) xəstənin anamnezinə görə Aldes™ preparatı ilə müalicə olunur. Simptomlar keçdikdə müalicə dayandırılır və simptomlar təkrarlandıqda müalicəyə yenidən başlanılır.
Persistə edən allergik rinit olan xəstələrə (simptomların həftədə 4 gün və ya daha çox və 4 həftədən çox müddətində mövcud olması) allergenlərin aktivləşmə dövründə davamlı müalicə tövsiyə oluna bilər.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək çatışmazlığı olan xəstələr
Ağır böyrək çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir.
Qaraciyər çatışmazlığı olan xəstələr
Qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsi haqqında məlumat yoxdur.
Pediatrik xəstələr
Dezloratadin 5 mq örtüklü tabletlərin 12 yaşdan kiçik uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.
Geriatrik xəstələr
Yaşlı xəstələrdə preparatın istifadəsinə dair spesifik tədqiqat aparılmamışdır.
Əlavə təsirləri
Müşahidə olunan əlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıda göstərilmişdir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
Psixi pozulmalar
Çox nadir: hallüsinasiyalar.
Sinir sisteminə
Tez-tez: baş ağrısı;
Çox nadir: başgicəllənmə, yuxululuq, yuxusuzluq, psixomotor oyanıqlıq, tutmalar.
Ürək-damar sisteminə
Çox nadir: taxikardiya, ürəkdöyünmə hissi;
Məlum deyil: QT intervalının uzanması.
Həzm sisteminə
Tez-tez: ağız boşluğunda quruluq;
Çox nadir: abdominal ağrı, ürəkbulanma, qusma, dispepsiya, diareya.
Hepatobiliar sistemə
Çox nadir: qaraciyər fermentləri və bilirubin səviyyələrinin artması, hepatit.
Məlum deyil: sarılıq.
Dəri və dərialtı piy toxumasına
Məlum deyil: fotohəssaslıq.
Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
Çox nadir: mialgiya.
Ümumi pozulmalar və yerli reaksiyalar
Çox nadir: hiperhəssaslıq reaksiyaları (anafilaksiya, angioödem, təngnəfəslik, qaşınma, səpgi, övrə).
Məlum deyil: asteniya.
Şübhəli əlavə reaksiyalar haqqında məlumat
Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında əldə olunan məlumat vacibdir. O, dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam edilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı orqanizmdən sorulmamış aktiv maddənin xaric olunmasına yönəldilmiş standart tədbirlər aparılmalıdır. Simptomatik və dəstəkləyici müalicənin aparılması tövsiyə olunur. Dezloratadin hemodializ vasitəsi ilə xaric olunmur. Peritoneal dializ vasitəsi ilə onun xaric olub-olmaması məlum deyil.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Pharmactive İlaç San. ve Tic. A.Ş., Turkey.
Karaağaç Mah., Fatih Blv., No:32, Çerkezköy Organize Sanayi Bölgesi, Kapaklı/Tekirdağ/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Pharmactive İlaç San. ve Tic. A.Ş., Turkey.
Mahmutbey Mah., Taşocağı Yolu Cad., Balance Güneşli F Blok No:19/1, Bağcılar, İstanbul, Türkiyə.
Marketinq hüquqları sahibi
Asfarma şirkəti.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.