ZYGOSIS 40MG N1 AMP

Təsiredici maddə: PANTOPRAZOLE
Təsiredici maddəPANTOPRAZOLE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirProton pompasının inhibitorları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,19 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ZİQOSİS inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole

Tərkibi

Təsiredici maddə: 1 flakonda pantoprazol natrium sekvihidrat 45,1 mq (40 mq pantoprazola ekvivalent) vardır. Köməkçi maddələr: dinatrium edetat dihidrat, natrium hidroksid

Təsviri

Liofilizə olunmuş ağ və ya ağımtıl rəngdə bircinsli məsaməli kütlədir.

Farmakoterapevtik qrupu

Proton pompasının inhibitorları. ATC kodu: A02BC02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Pantoprazol parietal hüceyrələrin proton pompasını spesifik blokada etmək yolu ilə mədədə xlorid turşusunun sekresiyasını inhibə edir. + + Pantoprazol parietal hüceyrələrdə aktiv formaya keçir və orada H /K -ATF-aza fermentini inhibə edir, yəni mədədə xlorid turşusunun sintezinin son mərhələsini blokadaya alır. Dozadan asılı olaraq, həm bazal, həm də stimullaşmış turşu sekresiyasını inhibə edir. Pasiyentlərin əksəriyyətində simptomlar 2 həftə ərzində aradan qalxır. Proton pompasının digər inhibitorları və H reseptorların2 inhibitorları kimi, pantoprazolla müalicə zamanı da mədədə turşuluq azalır və qastrinin səviyyəsi turşuluğun azalmasına mütənasib şəkildə artır. Qastrinin səviyyəsinin artması geridönəndir. Pantoprazol postreseptor səviyyəsində təsir etdiyinə görə, stimullaşdırıcı maddələrdən (asetilxolin, histamin, qastrin) asılı olmayaraq xlorid turşusunun sekresiyasını inhibə edir. Oral və ya venadaxili istifadə zamanı təsir gücü eynidir. Pantoprazolun təsiri altında acqarına qastrinin səviyyəsi artır. Qısamüddətli istifadə zamanı əksər hallarda qastrinin səviyyəsi normanın yuxarı həddini aşmır. Uzunmüddətli müalicə zamanı isə əksər hallarda qastrinin səviyyəsi ikiqat artır. Qastrinin həddən artıq yüksək səviyyələri nadir hallarda rast gəlir. Nəticədə, preparatla uzun müddətli müalicə zamanı mədədə spesifik endokrin (ECL) hüceyrələrin miqdarının zəif və ya orta səviyyədə artması (adenomatoid hiperplaziya kimi) müşahidə olunur. Hər hansı səbəbdən (proton pompasının inhibitorları da daxil olmaqla) mədə turşuluğunun azalması nəticəsində mədə-bağırsaq traktında mövcud olan bakteriyaların miqdarının artması mümkündür. Proton pompasının inhibitorları ilə müalicə zamanı xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə Salmonella, Campylobacter və həmçinin, Clostridium difficile kimi bakteriyaların səbəb olduğu mədə-bağırsaq infeksiyalarının yaranma riski bir qədər artır. Farmakokinetikası Yanaşı olaraq qida qəbulu maksimum konsentrasiyaya və biomənimsənilməyə təsir göstərmir. Absorbsiyası Preparatın birbaşa qana yeridilməsi səbəbindən sorulma haqda məlumatlar mövcud deyil. Paylanması Paylanma həcmi təxminən 0,15l/kq təşkil edərək, hüceyrəxarici mayedə paylanır. Plazma zülalları ilə birləşmə, əsasən albumin olmaqla, təxminən 98% təşkil edir. Biotransformasiyası Pantoprazol demək olar ki, tam şəkildə qaraciyərdə metabolizmə uğrayır. Metabolizm preparatın qəbul yolundan (peroral və ya venadaxili) asılı deyil. Əsas metabolik yol CYP2C19 vasitəsilə demetilləşmə və ardınca sulfat konyuqasiyası, digər metabolik yol isə CYP3A4 vasitəsilə oksidləşmədən ibarətdir. Eliminasiyası Əsasən böyrək vasitəsilə (təxminən 80%), qalan hissəsi isə nəcislə xaric olunur. Əsas metabolitinin yarımparçalanma müddəti (təxminən 1,5 saat) pantoprazolun yarımparçalanma müddətindən o qədər də uzun deyil.

İstifadəsinə göstərişlər

− Qastroezofaqeal reflüks xəstəliyi (QERX): QERX-in simptomatik müalicəsi; − Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (eləcə də, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu ilə əlaqəli olan); − Mədə və 12-barmaq bağırsaq xoralarından kəskin qanaxmalar zamanı hemostazın qısamüddətli dəstəklənməsi və təkrar qanaxmanın qarşısının alınması məqsədi ilə; − Zollinger-Ellison sindromu və mədənin digər patoloji hipersekretor vəziyyətləri.

Əks göstərişlər

− Pantoprazola, benzimidazollara və ya preparatın digər inqrediyentlərinə qarşı yüksək həssaslıq (allergiya); − Digər proton pompası inhibitorlarına qarşı həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər çatışmazlığı Qaraciyər funksiyasının ağır pozulması olan xəstələrdə qaraciyər fermentlərinin səviyyəsini müntəzəm olaraq tənzimləmək lazımdır. Qaraciyər fermentlərinin fəaliyyətinin artması zamanı Ziqosis preparatının qəbulunu dayandırmaq lazımdır (bax, həmçinin, bölmə “İstifadə qaydası və dozalar”). Mədə xəstəlikləri Təhlükə bildirən simptomlar (məsələn, gözlənilmədən bədən kütləsinin itirilməsi, dövrü qusma, disfagiya, qanlı qusma, anemiya və ya melena) olduğu zaman, eləcə də, mədə xorası olduğu və ya şübhə doğurduğu zaman bədxassəli şişin mümkünlüyünü istisna etmək lazımdır. Adekvat müalicəyə baxmayaraq simptomlar qalarsa, əlavə müayinə aparmaq lazımdır. Çünki pantoprazol simptomlarını gizlədə və diaqnostikanı ləngidə bilər. HİV proteaza inhibitorları ilə birlikdə qəbul Atazanavir kimi sorulma turş mədədaxili pH-dən asılı olan HİV proteaza inhibitorlarının biomənimsənilməsinin əhəmiyyətli dərəcədə azalması səbəbi ilə, pantoprazolun onlarla birlikdə qəbulu tövsiyə olunmur. Sümük qırılmaları Proton pompasının inhibitorlarının yüksək dozaları ilə uzunmüddətli müalicə (1 ildən çox), əksərən, yaşlı şəxlərdə və ya digər risk amilləri olan zaman omba, bilək və onurğanın sınma riskini əhəmiyyətsiz dərəcədə artıra bilər. Günlük doza həddinin aşılması və PPİ ilə üzünmüddətli (bir il və ya daha çox) müalicə alan xəstələrdə qırıq riski artmışdır. Xəstələr diaqnoza uyğun olaraq ən aşağı doza və ən qısa müddətli PPİ ilə müalicə almalıdırlar. Müşahidə tədqiqatları güman etməyə imkan verir ki, PPİ ümumi sınma riskini 10-40% artıra bilər. Onlardan bəziləri digər risk amilləri ilə şərtlənə bilər. Osteoporozun inkişaf riski olan xəstələr qüvvədə olan klinik tövsiyələrə əsasən müalicə qəbul etməli və kifayət miqdarda D vitamini və kalsium qəbul etməlidir. Hipomaqneziemiya 3 aydan az olmayan müddət ərzində və əksər hallarda bir il ərzində pantoprazol kimi PPİ qəbul etmiş xəstələrdə ağır hipomaqneziemiya halları qeydə alınıb. Yorğunluq, tetanus, sayıqlama, qıcolmalar, başgicəllənmə və mədəcik aritmiyası kimi hipomaqneziemiyanın ciddi təzahürləri hiss olunmadan başlaya bilər və diqqətdən yayına bilər. Əksər hallarda maqnezium ilə əvəzedici müalicədən sonra və PPİ müalicəsini dayandırdırmaqla xəstələrin vəziyyəti yaxşılaşır. Uzun müalicə tələb edən, yaxud diqoksin və ya hipomaqneziemiya yarada bilən preparatlarla (məsələn, sidikqovucular) kombinasiyada PPİ qəbul etmiş xəstələrdə PPİ ilə müalicəyə başlamazdan əvvəl və müntəzəm olaraq müalicə zamanı qan plazmasında maqneziumun tərkibini müəyyən etmək lazımdır. Yarım-kəskin dəri qırmızı qurdeşənəyi PPİ-nın qəbulu çox nadir hallarda yarım-kəskin dəri qırmızı qurdeşənəyini (YDQQ) əmələ gətirə bilər. Dəridə, xüsusilə də, günəş təsirinə məruz qalmağa açıq nahiyələrdə, artralgiya ilə müşayiət olunan zədələnmə ocaqları əmələ gəldiyi zaman, xəstə, yubanmadan tibbi yardım üçün müraciət etməlidir və həkim Ziqosis preparatının qəbulunun ləğvi haqqında məsələni nəzərdən keçirməlidir. Daha öncə bir PPİ müalicəsi zamanı YDQQ yaranmış olması, sonradan digər proton pompası inhibitoru ilə müalicə nəticəsində YDQQ-nin inkişaf riskini artıra bilər. Laboratoriya tədqiqatları ilə müdaxilə A (CgA) xromoqraninin artmış yüksəlməsi neyroendokrin şişlərinin tədqiqatlarına maneə törədə bilər. Bu maneədən yayınmaq üçün CgA-nın ölçülməsindən əvvəl 5 gündən az olmayan vaxt ərzində Ziqosis ilə müalicəni dayandırmaq lazımdır. Əgər CgA-nın və qastrinin səviyyələri ilkin ölçmədən sonra nəzarət diapazonuna qayıtmazsa, proton pompasının inhibitoru ilə müalicəni dayandırdıqdan 14 gün sonra ölçməni təkrar etmək lazımdır. Bakteriyaların əmələ gətirdiyi mədə-bağırsaq traktının infeksiyaları Bütün proton pompası inhibitorları kimi pantoprazolun da yuxarı qastrointestinal sistemdə normal olaraq görülən bakteriya sayını artıra bilər. Ziqosis ilə müalicə, Salmonella və Campylobacter və ya C.difficile kimi bakteriyaların əmələ gətirdiyi mədə-bağırsaq infeksiyalarının əmələ gəlmə riskini əhəmiyyətsiz dərəcədə artıra bilər. Uzunmüddətli müalicə Xüsusilə, müalicə müddəti 1 ildən daha çox çəkərsə, xəstələr mütəmadi olaraq müşahidə altında saxlanılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pantoprazolun bəzi dərman vasitələrinin sorulmasına təsiri Mədə şirəsinin sekresiyasının dərin və davamlı ləngiməsinə görə pantoprazol turş mühitdə sorulan preparatların, məsələn, bəzi göbələkəleyhinə azolların (ketokonazol, itrakonazol, pozakonazol) və erlotinib kimi digər dərman vasitələrinin biomənimsənilməsini azalda bilər. HİV preparatları (atazanavir) Pantoprazol, atazanavir kimi turş mühitdə sorulan HİV preparatlarının təsirliliyinə təsir göstərərək, onların biomənimsənilməsini azalda bilər (bax: Xüsusi göstərişlər). HİV proteaza inhibitorlarının proton nasosunn inhibitoru ilə kombinasiyasının qaçılmaz olduğunu güman etsək, diqqətli klinik monitorinq (məsələn, virus yükü) aparmaq tövsiyə olunur. Pantoprazolun dozası gündə 20 mq-ı keçməməlidir. Ola bilər ki, HİV proteaza inhibitorunun dozalamasını tənzimləmək tələb oluna bilər. Kumarin antikoaqulyantlar (fenprokumon və varfarin) Farmakokinetik tədqiqatlarda fenprokumon və ya varfarinlə birlikdə qəbulu zamanı əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməsə də, postmarketinq dövründə ayrı-ayrı BNN-in (beynəlxalq normallaşdırılmış nisbət) dəyişilməsi halları haqqında bir sıra məlumatlar əldə edilib. Buna görə də, kumarin antikoaqulyantlar qəbul etmiş xəstələrdə pantoprazolla birlikdə müalicə zamanı protrombin vaxtını və ya BNN-i müntəzəm olaraq yoxlamaq tövsiyə olunur. Metotreksat Hesabatlara əsasən, metotreksatın yüksək dozasının (məsələn, 300 mq) və proton pompasının inhibitorlarının birlikdə qəbulu bəzi xəstələrdə metotreksatın səviyyəsinin artmasını törədib. Buna görə də, metotreksatın yüksək dozasının qəbulu şərtlərində, məsələn, onkoloji xəstəlik və psoriaz zamanı, pantoprazolun müvəqqəti çıxarılmasını nəzərə almaq lazımdır. Digər qarşılıqlı təsirlər Pantoprazol sitoxrom P ferment sistemi vasitəsi ilə qaraciyərdə metabolizə olunur. Əsas450 metabolik yol CYP2C19-un demetilləşməsidir, digər metabolik yollara CYP3A4-ün okidləşməsi daxildir. Karbamazepin, diazepam, qlibenklamid, nifedipin, tərkibində levonorgestrel və etinilestradiol olan oral kontraseptivlər kimi, bu yollarla metabolizə olan dərmanlarla qarşılıqlı təsirin tədqiqatları zamanı klinik əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməyib. Pantoprazolun həmin ferment sistemi ilə metabolizə olan digər dərman preparatları ilə qarşılıqlı təsirini istisna etmək olmaz. Qarşılıqlı təsirin bir sıra tədqiqatlarının nəticələri götərir ki, pantoprazol CYP1A2 (kofein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi), CYP2D6 (metoprolol), CYP2E1 (etanol kimi) ilə metabolizə olan təsiredici maddələrin metabolizminə təsir etmir və ya diqoksinin udulması ilə əlaqəli P-qlikoproteindən asılı sorulmasına təsir etmir. Pantoprazolun antasidlərlə birlikdə qəbulu zamanı dərmanların hər hansı qarşılıqlı təsiri qeydə alınmayıb. Pantorpozolun antibiotiklərlə (klaritromisin, metronidazol, amoksisillin) birlikdə qəbulu zamanı dərmanların hər hansı qarşılıqlı təsiri qeydə alınmayıb. CYP2C19-u inhibə edən və ya induksiya edən dərman vasitələri Fluvoksamin kimi CYP2C19 inhibitorları pantoprazolun sistem qarşılıqlı təsirini artıra bilər. Pantoprazolun yüksək dozaları ilə uzunmüddətli dozalar qəbul etmiş və ya qaraciyər çatışmazlığı olan xəstələr üçün dozanın azaldılması nəzərdə tutula bilər. Rifampisin və dazıotu (Hypericum perforatum) kimi CYP2C19 və CYP3A4-ə təsir edən fermentlərin induktorları bu ferment sistemləri vasitəsi ilə metabolizə olan, plazmada proton pompasının inhibitorlarının qatılığını azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlar haqqında orta sayda məlumat (təxminən 300-1000 hamiləlik nəticəsi) Ziqosis preparatının anadangəlmə və ya feto/neonatal toksikliyinin olmamasını göstərir. Heyvanlar üzərində aparılmış tədqiqatlar preparatın reproduktiv toksikliyini sübut edir. Ziqosis hamiləlik zamanı ehtiyyatla qəbul edilməlidir. Laktasiya Preparatla müalicə dövründə əmizdirməni dayandırırlar. Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərdi ki, pantoprazol ana südünə keçir. İnsanlarda pantoprazolun südə keçməsi haqqına məlumat verilib, bununla belə, əldə olan məlumat kifayət deyil. Südlə əmizdirilən yeni doğulmuşlar/körpələr üçün riski istisna etmək olmaz. Buna görə də, ana üçün fayda körpə üçün mümkün riskdən çox olan zaman Ziqosis yalnız güclü göstəricilər üzrə qəbul edilməlidir. Reproduktivlik Laboratoriyada heyvanlar üzərində aparılan tədqiqatlar zamanı preparatın reproduktivliyə təsiri aşkar edilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə və görmənin pozulması hallarının inkişafı mümkün olduğu üçün nəqliyyat vasitələrini və yüksək diqqət tələb edən digər mexanizmləri idarə etməkdən yayınmaq lazımdır.

İstifadə qaydası və dozası

Preparatın vena daxilinə yeridilməsi tibbi işçi heyəti tərəfindən həyata keçirilməlidir. Ziqosis preparatının vena daxilinə qəbulu, yalnız peroral qəbul mümkün olmayan zaman və 7 gündən çox olmayan müddətə tövsiyə olunur. Xəstədə daxilə qəbul imkanı yarandığı zaman vena daxilinə yeridilməni dayandırıb, 40 mq pantoprazol tabletlərinin qəbulu ilə əvəz etmək lazımdır. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (eləcə də, QSİƏP-ın qəbulu ilə əlaqəli olan) və qastroezofaqeal reflüks xəstəliyi Tövsiyə olunan gündəlik doza 40 mq (1 flakon) təşkil edir. Kəskin qanaxmalı mədə və onikibarmaq bağırsağın xora xəstəliyi Kəskin qanaxmalı mədə və onikibarmaq bağırsağın xora xəstəliyi olan xəstələrdə 80 mq, 2-15 dəqiqə müddətində bolyus infuziya şəklində tətbiq edilməli və ardından 3 gün (72 saat) ərzində 8 mq/saat olmaqla davamlı venadaxili infuziya şəklində tətbiq edilməlidir. Zollinger-Elllison sindromu və digər patoloji hipersekretor hallar Zollinger-Ellison sindromunun və digər patoloji hipersekretor halların uzunmüddətli müalicəsi zamanı müalicənin əvvəlində tövsiyə olunan gündəlik doza vena daxilinə 80 mq Ziqosis preparatı təşkil edir. Daha sonra mədə turşusu sekresiyası miqdarı nəzərə alınmaqla dozanı artırmaq və ya azaltmaq olar. Ziqosis preparatının 80 mq-dan çox gündəlik dozada qəbulu zamanı dozanı bölmək və gündə 2 dəfə yeritmək lazımdır. Gündəlik dozanı 160 mq-a qədər müvəqqəti artırmaq mümkündür, amma turşululuğa adekvat nəzarət üçün gərəkəndən çox olmamalıdır. Turşuluğun təcili yoxlanması lazım olan zaman gündə 2 dəfə 80 mq olmaqla ilkin doza xəstələrin əksəriyyətində 1 saat ərzində 10 mEkv/saat-dan az dizapazonda turşu atmasının azalması üçün kifayət edir. Böyrəklərin funksiyasının pozulması, yaşlı xəstələr Dozaya düzəliş tələb olunmur, bununla belə, pantoprazolun gündəlik dozası 40 mq-dan çox olmamalıdır. Qaraciyər funksiyasının pozulması Qaraciyərin funksiyası ağır dərəcədə pozulmuş xəstələrdə pantoprazolun gündəlik dozası 20 mq- dan çox olmamalıdır (flakonun yarısı). Həmçinin, müalicə müddəti ərzində qaraciyər fermentləri nəzarət altında saxlanılmalıdır. Qaraciyər fermentlərində yüksəlmə müşahidə olunarsa, preparatın qəbulu dayandırılmalıdır. Pediatrik xəstələrdə Uşaqlarda müalicə ilə bağlı lazımi klinik göstəricilər mövcud deyil. Bu səbəbdən, göstəricilər olmadığı müddətcə, 18 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. Vena daxilinə yeridilmə üçün preparatın hazırlanması Vena daxilinə yeridilmə üçün tətbiqə hazır məhlulun hazırlanması məqsədi ilə içərisində liofilizat olan flakona 10 ml 0,9% natirum xlorid məhlulu yeridilir. Hazır məhlul 10 ml həcmdə yeridilə bilər, yaxud 100 ml 0,9 natirum xlorid məhlulu və ya 5% qlükoza məhlulu ilə həll edilərək yeridilə bilər. Digər həlledicilərdən istifadə etmək olmaz! Preparat 2-15 dəqiqə ərzində vena daxilinə yeridilir. Hazırlanmış məhlul hazırlandıqdan sonra 12 saat ərzində sabit qalır. Bununla belə, mikrob kontaminasiyasından yayınmaq üçün məhlulu hazırladıqdan dərhal sonra istifadə etmək lazımdır.

Əlavə təsirləri

Pantoprazolu, vena daxilinə yeridilmək üçün məhlulu hazırlamaq məqsədi ilə, liofilizatı təlimatlara əsasən və tövsiyə olunan dozalarda tətbiq edən zaman yan təsirlər çox nadir hallarda yaranır. Daha tez-tez rast gəlinən arzuolunmaz əlavə reaksiya preparatın yeridilmə yerində tromboflebitdir. İshal və baş ağrısı təxminən 1% xəstələrdə müşahidə olunur. Aşağıda əmələgəlmə tezliyindən asılı olaraq arzuolunmaz əlavə reaksiyalar haqqında məlumatlar verilib: Ümumdünya səhiyyə təşkilatının (ÜST) əlavə təsirlərin əmələ gəlmə tezliyinin təsnifatı: çox tez-tez ≥1/10, tez-tez ≥1/100-dən <1/10-a qədər, bəzən ≥1/1000-dən <1/100-ə qədər, nadir hallarda ≥1/10000-dən <1/1000-ə qədər, çox nadir hallarda ≥1/10000, məlum deyil – mövcud məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil. Qan və limfa sistemində baş verən pozğunluqlar nadir hallarda: aqranulositoz; çox nadir hallarda: trombositopeniya, leykopeniya, pansitopeniya. İmmun sistemində baş verən pozğunluqlar: nadir hallarda: həssaslığın artması (eləcə də, anafilaktik ödem də daxil olmaqla, anafilaktik reaksiyalar). Maddələr mübadiləsində və qidalanmada pozulma: nadir hallarda: hiperlipidemiya və qan plazmasında lipidlərin qatılığının pozulması (triqliseridlər, xolesterollar), bədən kütləsinin dəyişilməsi; məlum deyil: hiponatriemiya, hipomaqniemiya və hipokalsiemiya ilə birlikdə hipokaliemiya. Psixikanın pozulması: bəzən: yuxunun pozulması; nadir hallarda: depresiya (mövcud narahatlıqların kəskinləşməsi də daxil olmaqla); çox nadir hallarda: dezorientasiya (mövcud narahatlıqların kəskinləşməsi də daxil olmaqla); məlum deyil: qarabasmalar, şüurun dumanlanması (xüsusilə də, buna meyilli xəstələrdə), eləcə də, müalicənin əvvəlində olan simptomların kəskinləşməsi. Sinir sistemində baş verən pozğunluqlar: bəzən: baş ağrısı, başgicəllənmə; nadir hallarda: disqevziya (dadbilmənin pozulması); məlum deyil: paresteziya. Görmə orqanında baş verən pozğunluqlar: nadir hallarda: görmənin pozulması (dumanlanma). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez: mədənin xoşxassəli polipləri; bəzən: ishal, ürəkbulanma/qusma, qarının şişməsi və meteroizm, qəbzlik, ağız boşluğunun selikli qişasının quruması, qarında narahatlıq və ağrı. məlum deyil: mikroskopik kolit Qaraciyər və öd yollarında baş verən pozğunluqlar: bəzən: “qaraciyər” fermentlərinin fəaliyyətinin artması (qan plazmasında aspartataminotransferaza (AST), qamma-qlutamiltransferaza (QQT)); nadir hallarda: qan plazmasında bilirubinin qatılığının artması; məlum deyil: hepatosellülar zədələnmələr, sarılıq, hepatosellülyar çatışmazlıq. Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən: ekzantema/dəridə səpgi, dəridə qaşınma; nadir hallarda: övrə, angionevrotik ödem; məlum deyil: bədxassəli eksudativ eritema (Stivens-Conson sindromu), ekssudativ çoxformalı eritema, toksik epidermal nekroliz (Layella sindromu), işığa qarşı həssaslıq, sub-kəskin dəri qırmızı qurdeşənəyi. Skelet-əzələ və birləşdirici toxumada baş verən pozğunluqlar: bəzən: omba, bilək və ya onurğada sınma; nadir hallarda: artralgiya, mialgiya; məlum deyil: elektrolit balansının pozulması nəticəsində əzələ spazmaları. Böyrəklər və sidik yollarında baş verən pozğunluqlar: məlum deyil: interstisial nefrit (mümkün proqres edən böyrək çatışmazlığı). Cinsiyyət orqanlarında və süd vəzisində baş verən pozğunluqlar: nadir hallarda: ginekomastiya. Ümumi pozğunluqlar və yeridilmə yerində vəziyyət: tez-tez: yeridilmə yerində tromboflebit; bəzən: zəiflik, yorğunluğun artması və nasazlıq; nadir hallarda: bədən hərarətinin artması, periferik ödem.

Doza həddinin aşılması

Ziqosis preparatının qəbulu nəticəsində doza həddinin aşılması halları qeydə alınmayıb. 240 mq-a qədər pantoprazol dozaları 2 dəqiqə ərzində vena daxilinə yeridilib və yaxşı dözümlülük müəyyən edilib. Pantoprazol zülallara yüksək səviyyədə bağlandığı üçün, asanlıqla dializ edilə bilməz. Doza həddinin aşılması nəticəsində klinik intoksikasiya əlamətləri olduqda, simptomatik və dəstəkləyici müalicədən başqa, heç bir xüsusi terapevtik tövsiyələr verilə bilməz.

Buraxılış forması

İnyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz, 40 mq. 40 mq preparat xlorbutildən hazırlanmış rəngli tıxaca malik və ilk açılmaya nəzarət olunan alüminium qapaqlı rəngsiz şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorumaq üçün original qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Hazırlanmış məhlulun saxlanma müddəti 12 saatdan çox olmamalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi, No:22/1 Kat:2 Ergene/ TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 10 06 Fax: 0282 675 14 05. Vakıflar OSB Mahallesi, Sanayi Caddesi No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyə.

Qeydiyyat vəsiqəsinin sahibi

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 14 04. Faks: 0282 675 14 05.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ZYGOSIS 40MG N1 AMP” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar