Aspan 40 mq N28 tablet

Təsiredici maddə: PANTOPRAZOLE SODIUM SESQUIHYDRATE
Təsiredici maddəPANTOPRAZOLE SODIUM SESQUIHYDRATE
Dərman formasıTablet
Farmakoloji təsirProton pompasının (nasosunun) inhibitorları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,44 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ASPAN™ enterik örtüklü tabletlər ASPAN™ Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole

Tərkibi

Təsiredici maddə: 1 enterik örtüklü tabletin tərkibində 40 mq pantoprazol (pantoprazol natrium seskvihidrat 45,1 mq şəklində) vardır. Köməkçi maddələr:susuz natrium karbonat, mannitol, krospovidon, povidon K90, xinolin sarısı, susuz kolloidal silisium, kalsium stearat, talk, ağ opadri OY-D-7233, sarı akril- polimetilmetakrilat polimeri (Acryl-Eze 93032417 Yellow).

Təsviri

Sarı rəngli, yumru, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Proton pompasının (nasosunun) inhibitorları. ATC kodu: A02BC02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Pantoprazol əvəz edilmiş benzimidazol olub parietal hüceyrələrin proton pompalarına spesifik təsir göstərərək mədədə xlorid turşusunun sekresiyasını inhibə edir. Pantoprazol parietal hüceyrələrin turş mühitində aktiv formaya keçir və mədədə xlorid turşusu sekresiyasının son mərhələsi olan H+/K+ -ATF-aza fermentini inhibə edir. İnhibə etməsi dozadan asılıdır və xlorid turşusunun həm bazal, həm də stimulə edilən sekresiyasına təsir göstərir. Əksər hallarda simptomların aradan qaldırılması 2 həftə ərzində müşahidə olunur. Proton pompasının digər inhibitorları və H2-histamin reseptorlarının antaqonistləri kimi pantoprazol da mədə turşuluğunu azaldır. Turşuluğun azalması qastrinin sekresiyasını mütənasib olaraq artırır. Qastrinin artması geriyədönəndir. Pantoprazol hüceyrə reseptoruna görə distal olaraq yerləşən fermentlə birləşdiyindən, xlorid turşusu sekresiyasını asetilxolin, histamin, qastrin kimi digər maddələrin stimulyasiyasından asılı olmayaraq inhibə edə bilər. Peroral və venadaxili istifadə zamanı eyni təsir müşahidə olunur.

Farmakokinetikası

Sorulması

Pantoprazol sürətlə sorulur, daxilə birdəfəlik 40 mq dozada qəbulundan sonra plazmada maksimal konsentrasiyasına çatır. Qəbuldan orta hesabla 2,5 saatdan sonra təqribən 2-3 mkq/ml-ə bərabər konsentrasiya əldə edilir və bu səviyyə təkrar istifadədən sonra sabit qalır. Farmakokinetika tək doza və ya təkrarlanan dozalardan sonra fərqlənmir. Mütləq biomənimsənilməsi təqribən 77% təşkil edir. Qida ilə qəbulu AUC, Cmax göstəricilərinə və beləliklə biomənimsənilməsinə təsir göstərmir, sadəcə gecikmə müddətinin dəyişkənliyini artırır.

Paylanması

Təqribən 98% plazma zülalları ilə birləşir. Paylanma həcmi təqribən 0,15 l/kq təşkil edir.

Metabolizmi

Pantoprazol əsasən qaraciyərdə metabolizmə uğrayır. Metabolizmin əsas yolu – CYP2C19 fermenti vasitəsilə demetilləşmə, sonra sulfatla birləşməsidir. CYP3A4 fermenti ilə oksidləşməsi – metabolizmin digər yoludur.

Xaric olması

Pantoprazolun metabolitləri əsasən böyrək vasitəsilə (təqribən 80%-i), qalanı nəcislə xaric olunur. Terminal yarımxaricolma dövrü təqribən 1 saat, klirens təqribən 0,1 l/s/kq təşkil edir.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda

Qastroezofaqeal reflüks xəstəliyinin müalicəsi.

Böyüklərdə

• Onikibarmaq bağırsağın və mədənin Helicobacter pylori (H. pylori) tərəfindən törədilmiş xora xəstəliyi zamanı bu mikroorqanizmin eradikasiyası üçün uyğun antibiotiklərlə kombinasiyada;
• Peptik xora (onikibarmaq bağırsağın və mədənin xora xəstəliyi);
• Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya vəziyyətləri.

Əks göstərişlər

Preparatın tərkibindəki aktiv maddəyə və ya hər hansı inqrediyentə, əvəz edilmiş benzimidazollara və ya kombinasiyada istifadə olunan dərman vasitələrinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər çatışmazlığı

Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə müalicə zamanı, xüsusilə də uzunmüddətli istifadəsində, qaraciyər fermentlərinin səviyyəsinə müntəzəm olaraq nəzarət olunmalıdır. Qaraciyər fermentlərinin səviyyəsi yüksək olduqda preparatın istifadəsi kəsilməlidir.

Kombinəedilmiş müalicə

Kombinəedilmiş müalicə zamanı Aspan™ preparatı ilə birgə istifadə olunan dərman vasitələri haqqında məlumatları nəzərə almaq lazımdır.

Xəbərdaredici simptomların olması

Hər hansı xəbərdaredici simptomlar olduqda (məs., gözlənilməyən bədən çəkisinin artması, təkrarlanan qusma, udmanın çətinləşməsi, burun qanaxması, anemiya və ya melena) və mədə xorası diaqnoza şübhəsi yarandıqda və ya mövcud olduqda bədxassəli törəmə ehtimalı istisna edilməlidir. Belə ki, pantoprazolun istifadəsi həmin simptomları maskalaya bilər və düzgün diaqnozun qoyulmasını gecikdirə bilər. Adekvat müalicənin aparılmasına baxmayaraq simptomlar davam etdikdə müvafiq tədbirlər görülməlidir.

Atazanavir ilə birlikdə istifadəsi

Atazanavir ilə proton pompası inhibitorlarının (PPİ-lər) birgə istifadəsi tövsiyə edilmir. Atazanavirin PPİ-lərlə kombinəedilmiş şəkildə istifadəsinə ehtiyac olduqda, atazanavirin dozası 400 mq-a qədər yüksəldildikdə və müalicəyə 100 mq dozada ritonavir əlavə edildikdə xəstənin ciddi nəzarət altında saxlanılması tövsiyə edilir. Pantoprazolun gündəlik dozası 20 mq-dan yüksək olmamalıdır.

B12 vitaminin sorulmasına təsiri

Zollinger-Ellison sindromu zamanı və uzunmüddətli müalicə tələb edən və patoloji hipersekresiya ilə müşayiət edilən digər vəziyyətlərdə pantoprazol, digər turşuluq sekresiyası blokatorları kimi, hipo- və ya axlorhidriya ilə bağlı B12 vitaminin (sianokobalamin) sorulmasını azalda bilər. Bu orqanizmdə B12 vitamininin miqdarı azalmış və ya sorulmasının azalması ehtimalı olan uzunmüddətli müalicə alan və ya müvafiq klinik simptomlar müşahidə olunan xəstələrdə nəzərə alınmalıdır.

Uzunmüddətli müalicə

Xüsusilə də 1 ildən çox davam edən uzunmüddətli müalicə zamanı xəstələr müntəzəm olaraq müşahidə olunmalıdır.

Sümüklərin sınıqları

Təkrarlanan və yüksək gündəlik dozada PPİ-lərlə üzunmüddətli müalicə (bir il ərzində və ya daha uzun müddətdə) alan xəstələrdə sınıqların yaranma ehtimalı artır. Xəstələr PPİ-lərlə müalicəni ən aşağı effektiv dozada və ən qısa müddətdə alınmalıdırlar.

Hipomaqneziemiya

PPİ-lərlə ən azı 3 ay ərzində müalicə edilən xəstələrdə əksər hallarda bir ildən sonra simptomatik və asimptomatik hipomaqneziemiya halları haqqında bildirilmişdir. PPİ-lərlə uzunmüddətli müalicəyə ehtiyacı olan xəstələrdə və ya PPİ-lərlə birlikdə diqoksin kimi preparatlar yaxud hipomaqneziemiyaya səbəb olan preparatlar (məs., duiretiklər) istifadə edən xəstələrdə müalicəyə başlamazdan əvvəl və daha sonra müntəzəm olaraq maqnezium səviyyələri təyin olunmalıdır.

Neyroendokrin şişlərlə qarşılıqlı təsiri

Preparatların istifadəsi ilə bağlı mədə turşusunun səviyyəsinin azalması zərdab xromoqram A (CgA) səviyyəsinin artmasına səbəb olur. Artmış CgA səviyyəsi neyroendokrin şişlərə görə aparılan diaqnostik müayinələrdə yanlış müsbət nəticəyə səbəb ola bilər. CgA səviyyəsinin təyin edilməsindən əvvəl PPİ-lərdən istifadəsi müvəqqəti olaraq dayandırılmalıdır və CgA səviyyəsi yüksək olduqda test təkrar aparılmalıdır.

Qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) birlikdə istifadəsi

Qeyri-selektiv QSİƏP-lərin istifadəsi ilə bağlı qastroduodenal xorasının yaranmasının qarşısının alınması üçün Aspan™ preparatının istifadəsi QSİƏP-lərlə davamlı müalicəyə ehtiyacı olan və qastroduodenal ağırlaşmaların yaranma ehtimalı yüksək olan xəstələrdə məhdudlaşdırılmalıdır. 65 yaşdan yuxarı olan yaş, anamnezdə qastrik və ya duodenal xora və ya mədə-bağırsaq traktının yuxarı şöbəsində qanaxma kimi fərdi risk amillərinə görə yüksək risk qiymətləndirilməlidir.

Bakteriyalar tərəfindən törətdilən qastrointestinal infeksiyalar

Digər PPİ-lər kimi, pantoprazol da mədə-bağırsaq traktının yuxarı şöbəsində normada mövcud olan bakteriyaların artmasına səbəb ola bilər. Preparatla müalicə Salmonella və Campylobacter kimi bakteriyaların törətdiyi mədə-bağırsaq infeksiyalarının yaranma ehtimalının cüzi artmasına səbəb ola bilər.

Natrium

Aspan™ preparatının hər tabletində1 mmol-dan (23 mq) az natrium var; yəni demək olar ki, “tərkibində natrium yoxdur”.

Mannitol

Aspan™ preparatının hər tabletində 10 q-dan (71,47 mq) az mannitol var; bu səbəbdən işlədici təsir gözlənilmir.

Yarımkəskin dəri qırmızı qurdeşənəyi (YDQQ)

Çox nadir hallarda PPİ-lər yarımkəskin dəri qırmızı qurdeşənəyinin yaranma halları ilə əlaqələndirilmişdir. Xüsusilə dərinin günəşə məruz qalan sahələrində zədələnmə müşahidə olunduqda və artralgiya ilə müşayiət olunduqda xəstə həkimə müraciət etməlidir və həkim preparatla müalicənin dayandırlmasını düşünməlidir. Əvvəllər PPİ-lərlə müalicə zamanı müşahidə olunan yarımkəskin dəri qırmızı qurdeşənəyi (YDQQ) PPİ-lərdən sonrakı istifadə zamanı YDQQ-nın yaranma ehtimalını artıra bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pantoprazolun digər preparatların sorulmasına təsiri

Mədə turşusu sekresiyasını şiddətli və uzunmüddətli inhibə etməsinə görə pantoprazol biomənimsənilməsi pH ilə bağlı dərman vasitələrinin (ketokonazol, itrakonazol, posakonazol kimi bəzi azol göbələkəleyhinə preparatlar və erlotinib kimi digər preparatlar) sorulmasını azaldıla bilər.

İİV preparatları (atazanavir)

Atazanavir İİV preparatlarının və biomənimsənilməsi pH ilə bağlı digər İİV preparatlarının PPİ-lər ilə eyni zamanda istifadəsi İİV preparatlarının biomənimsənilməsini əhəmiyyətli dərəcədə azaldaraq bu preparatların təsirini azalda bilər. Bu səbəbdən pantoprazol daxil olmaqla, PPİ-lərin atazanavirlə birlikdə istifadəsi tövsiyə edilmir.

Kumarin antikoaqulyantları (fenprokumon və varfarin)

Kumarin antikoaqulyantları (fenprokumon və varfarin) ilə müalicə edilən xəstələrdə pantoprazolla müalicənin başlanmasından və bitməsindən sonra və ya pantoprazoldan qeyri-müntəzəm istifadə zamanı protrombin vaxtı / Beynəlxalq Normallaşdırılmış Nisbəti (BNN) göstəricilərinin nəzarət altında saxlanılması tövsiyə edilir.

Qarşılıqlı təsirə dair digər tədqiqatlar

Pantoprazol sitoxrom P450 ferment sistemi vasitəsilə əsasən qaraciyərdə metabolizmə uğrayır. Eyni ferment sistemi ilə metabolizə olunan karbamazepin, diazepam, glibenklamid, nifedipin, levonorgestrel və etinilestradiol tərkibli peroral kontraseptivlər ilə aparılan qarşılıqlı təsirə dair digər tədqiqatlarda klinik baxımından əhəmiyyətli olan qarşılıqlı təsir qeyd olunmamışdır. Qarşılıqlı təsirə dair digər tədqiqatlar pantoprazolun CYP1A2 (kofein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi), CYP2D6 (metoprolol kimi), CYP2E1 (etanol kimi) ilə metabolizə olunan aktiv maddələrin metabolizminə və ya diqoksinin p-qlikoproteinlə bağlı sorulmasına təsir göstərməməsini nümayiş etdirmişdir. Antasidlərlə birgə istifadə zamanı qarşılıqlı təsir müşahidə olunmamışdır. Klaritromisin, metronidazol və amoksisillin kimi antibiotiklərin pantoprazolla klinik baxımından əhəmiyyətli qarşılıqlı təsiri müşahidə olunmamışdır. Preparatın metotreksat ilə yüksək dozada (300 mq) eyni vaxtda istifadəsi zamanı metotreksatın səviyyəsi artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda pantoprazolun istifadəsinə dair adekvat məlumat mövcud deyil. İnsan üçün potensial risk məlum deyil. Hamiləlik dövründə mütləq göstəriş olduqda istifadə oluna bilər. Hamilə qadınlara ehtiyatla təyin edilməlidir. Pantoprazolun ana südünə keçməsi haqqında məlumat verilmişdir. Laktasiya dövründə Aspan™ tabletlərin təyininə ehtiyac olarsa, ana südü ilə qidalandırmanın uşaq üçün üstünlüyü və Aspan™ tabletlərlə müalicənin ana üçün faydası nəzərə alınmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əlavə təsir kimi – başgicəllənmə, görmənin pozulması hallarının mümkünlüyü səbəbindən potensial təhlükəli mexanizmlərin idarə edilməsi zamanı preparatın qəbulu məsələsinə fərdi yanaşma olmalıdır.

İstifadə qaydası və dozası

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda

Qastroezofaqeal reflüks xəstəliyi zamanı tövsiyə edilən doza gündə 1 dəfə 40 mq (1 tablet) təşkil edir. Xüsusi hallarda doza iki dəfə artırıla bilər (gündə 2 tablet). 4 həftəlik müalicənin sonunda müalicəvi effekt əldə edilmədikdə əlavə 4 həftəlik müalicə düşünülə bilər.

Böyüklərdə

– İki uyğun antibiotiklə kombinasiyada H. pylori-nin eradikasiyası H.pylori-müsbət olan mədə və onikibarmaq bağırsaq xorası zamanı patogenin tam eradikasiyası üçün kombinəedilmiş terapiya istifadə olunmalıdır. H.pylori-nin eradikasiyasında rezistentliyin qarşısını almaq üçün aşağıdakı kombinasiyalar tövsiyə olunur: a) gündə 2 dəfə 1 Aspan™ tableti + gündə 2 dəfə 1000 mq amoksisillin +gündə 2 dəfə 500 mq klaritromisin b) gündə 2 dəfə 1 Aspan™ tableti +gündə 2 dəfə 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) +gündə 2 dəfə 250-500 mq klaritromisin c) gündə 2 dəfə 1 Aspan™ tableti +gündə 2 dəfə 1000 mq amoksisillin +gündə 2 dəfə 400-500 mq metronidazol (və ya 500 mq tinidazol). H.pylori-nin eradikasiyası üçün kombinəedilmiş müalicə zamanı ikinci Aspan™ tableti axşam yeməsindən 1 saat əvvəl qəbul edilməlidir. Adətən kombinəedilmiş müalicə 7 gün davam edir və iki həftəyə qədər uzadıla bilər. Xora xəstəliyi zamanı xoraların sağalması məqsədilə müalicə davam edildikdə onikibarmaq bağırsağın və mədənin xora xəstəliklərində tövsiyə edilən dozalar müzakirəyə qoyulmalıdır. Əgər kombinəedilmiş müalicəyə ehtiyac yoxdursa, məsələn, xəstə H.pylori -mənfidir, Aspan™ monoterapiya kimi aşağıdakı dozalarda istifadə olunur. Mədənin xora xəstəliyi: gündə 1 tablet Aspan™. Xüsusi hallarda, xüsusən də digər müalicə üsullarından nəticə əldə edilmədikdə doza iki dəfə artırıla bilər (gündə 2 tablet Aspan™). Adətən mədənin xora xəstəliyinin müalicəsi 4 həftə davam edir. Ehtiyac olduqda müalicəyə daha 4 həftə əlavə olunur və bu müddətdə yaxşılaşmaya nail olunur. Onikibarmaq bağırsağın xora xəstəliyi: gündə 1 tablet Aspan™. Xüsusi hallarda, xüsusən də digər müalicə üsullarından nəticə əldə edilmədikdə doza iki dəfə artırıla bilər (gündə 2 tablet Aspan™). Adətən onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi 2 həftə davam edir. Ehtiyac olduqda müalicəyə daha 2 həftə əlavə olunur və bu müddətdə yaxşılaşmaya nail olunur. Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya vəziyyətləri: Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya vəziyyətlərinin uzunmüddətli müalicəsində başlanğıc doza 80 mq təşkil edir (2 tablet Aspan™). Sonra doza, mədə turşusu sekresiyasının göstəricilərinə görə tənzimləyə bilər. Gündəlik doza 80 mq-dan çox olduqda 2 dəfəyə bölünərək gəbul edilməlidir. Dozanın müvəqqəti olaraq 160 mq-a qədər yüksəldilməsi mümkündür, ancaq turşuluğa adekvat nəzarəti saxlamaq üçün daha uzun müddət istifadə olunmamalıdır. Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya vəziyyətlərində müalicə müddəti məhdud deyil və klinik vəziyyətinə görə tənzimlənməlidir. Tabletləri bölmək və ya onları çeynəmək olmaz. Yemək qəbulundan 1 saat əvvəl bir qədər su ilə qəbul edilməlidir. Preparatın qəbulu unudulubsa, gecikmiş doza qəbul edilməməlidir. Müalicə sonrakı dozadan dozalanma rejiminə görə davam etdirilməlidir. Aspan™ preparatı ilə müalicənin vaxtından əvvəl kəsilməsi və ya müalicəyə ara verilməsi haqqında həkimlə danışılmalıdır.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək çatışmazlığı olan xəstərlər

Böyrək funksiyasının pozulması olan xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur. Böyrək çatışmazlığı olan xəstərlərdə pantoprazolun kombinəedilmiş müalicədə effektivliyinə və təhlükəsizliyinə dair məlumat olmadığından, bu xəstələrdə H.pylori-nin eradikasiyası üçün Aspan™ kombinəedilmiş müalicədə istifadə edilmir.

Qaraciyər çatışmazlığı olan xəstələr

Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə pantoprazol gündə 20 mq-dan (1 tablet) çox dozada istifadə edilməməlidir. Orta və ağır qaraciyər çatışmazlığı olan xəstələrdə pantoprazolun kombinəedilmiş müalicədə effektivliyinə və təhlükəsizliyinə dair məlumat olmadığından, bu xəstələrdə H.pylori-nin eradikasiyası üçün kombinəedilmiş müalicədə Aspan™-dan istifadə edilmir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə müalicə zamanı, xüsusilə də uzunmüddətli istifadə zamanı qaraciyər fermentlərinin səviyyəsi müntəzəm olaraq təyin olunmalıdır.

Pediatrik xəstələr

12 yaşdan kiçik uşaqlarda effektivlik və təhlükəsizliyə dair kifayət qədər məlumat yoxdur.

Yaşlı xəstələr

Yaşlılarda doza tənzimlənməsinə ehtiyac yoxdur.

Əlavə təsirləri

Müşahidə olunan əlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).

Qanyaradıcı və limfa sisteminə

Nadir: aqranulositoz; Çox nadir: trombositopeniya, leykopeniya, pansitopeniya.

İmmun sisteminə

Nadir: hiperhəssaslıq (anafilaktik reaksiyalar və anafilaktik şok daxil olmaqla).

Maddələr mübadiləsinə və qidalanmaya

Nadir: hiperlipidemiya və lipidlər (triqliseridlər, xolesterol) səviyyəsinin yüksəlməsi, bədən çəkisinin dəyişməsi; Məlum olmayan tezlikdə: hiponatriyemiya, hipomaqneziemiya.

Psixi pozulmalar

Bəzən: yuxu pozulmaları; Nadir: depressiya; Çox nadir: dezoriyentasiya; Məlum olmayan tezlikdə: hallüsinasiya, şüurun dolaşıqlığı.

Sinir sisteminə

Bəzən: baş ağrısı, başgicəllənmə; Nadir: dadbilmə hissiyyatının pozulması.

Görmə orqanına

Nadir: görmənin pozulması (bulanıq görmə)

Həzm sisteminə

Tez-tez: mədənin dibi vəzinin polipləri (xoşxassəli); Bəzən: diareya, ürəkbulanma / qusma, qarnın gərilməsi və köpməsi, qəbizlik, ağızda quruluq, qarında ağrı və diskomfort.

Qaraciyərə və ödçıxarıcı yollarına

Bəzən: qaraciyər fermentləri (transaminazalar, QQT) səviyyəsinin artması; Nadir: bilirubin səviyyəsinin artması; Məlum olmayan tezlikdə: hepatosellülyar zədələnməsi, sarılıq, hepatosellülyar çatışmazlığı.

Dəri və dərialtı piy toxumasına

Bəzən: səpgi / ekzantema, qaşınma; Nadir: övrə, angioödem; Məlum olmayan tezlikdə: Stivens-Conson sindromu, Layell sindromu, multiform eritema, fotosensibilizasiya, yarımkəskin dəri eritematoz qurdeşənəyi.

Sümük-əzələ sisteminə, birləşdirici toxumaya

Bəzən: bud, bilək və onurğa sınığı; Nadir: artralgiya, mialgiya.

Böyrəklərə və sidikçıxarıcı yollarına

Məlum olmayan tezlikdə: interstisial nefrit.

Reproduktiv sisteminə və süd vəzilərinə

Nadir: ginekomastiya.

Ümumi pozulmalar və yerli reaksiyalar

Bəzən: halsızlıq, yorğunluq; Nadir: bədən hərarətin yüksəlməsi, periferik ödem.

Şübhəli əlavə reaksiyalar haqqında məlumat

Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında əldə olunan məlumat vacibdir. O, dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam edilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması

İnsanlarda doza həddinin aşılması halları məlum deyil. Pantoprazol zülallarla yüksək dərəcədə bağlandığı üçün dializ yolu ilə orqanizmdən xaric edilmir. Doza həddinin aşılması ilə əlaqəli zəhərlənmə simptomları meydana çıxdıqda simptomatik və dəstəkləyici müalicədən başqa hər hansı bir spesifik müalicə tövsiyələri mövcud deyil.

Buraxılış forması

Aspan™ 40 mq enterik örtüklü tabletlər, blisterlərdə. 1 blister (14 enterik örtüklü tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Aspan™ 40 mq enterik örtüklü tabletlər, blisterlərdə. 2 blister (28 enterik örtüklü tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Drogsan İlaçları San. ve Tic. A.Ş. 06760 Çubuk, Ankara, Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Aspan 40 mq N28 tablet” üçün ilk rəyi siz yazın.