ZERALGO 100 MG N15
| Təsiredici maddə | FLURBIPROFEN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparatlar. Propion turşusunun törəmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,84 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ ZERALQO örtüklü tabletlər ™ ZERALGO Beynəlxalq patentləşdirilməmiş adı: Flurbiprofen
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq flurbiprofen vardır Köməkçi maddələr: mikrokristallik sellüloz PH 200, maqnezium stearat, talk, laktoza monohidrat (tablettoza), susuz kolloidal silisium dioksid (Aerosil 200), natrium kroskarmelloza (Ac- Di-Sol), Opadry II 85G 34747 çəhrayı.
Təsviri
Çəhrayı rəngli, yumru, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparatlar. Propion turşusunun törəmələri. ATC kodu: M01AE09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Flurbiprofen ağrıkəsici, iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir. Bu təsirlər preparatın prostaqlandin sintezini inhibə etməsi ilə əlaqədardır. Farmakokinetikası Sorulması Daxilə qəbuldan sonra flurbiprofen mədə-bağırsaq traktından tez sorulur və təxminən 2 saat ərzində plazmada maksimal konsentrasiyaya çatır. Qida və ya antasidlərlə birgə istifadəsi zamanı flurbiprofenin sorulmasının sürəti dəyişə bilsə də, sorulma dərəcəsi dəyişmir. Paylanması Həm R-, həm də S-flurbiprofenin faktiki paylanma həcmi təqribən 0,12 l/kq təşkil edir. Hər iki flurbiprofen enantiomerin 99%-dən çox plazma zülalları ilə birləşir (əsasən albuminlə). Biotransformasiya Plazmada və sidikdə flurbiprofenin çox sayda metabolitləri aşkar olunmuşdur. Digər arilpropion turşusunun törəmələrindən (məs., ibuprofen) fərqli olaraq R-flurbiprofenin S-flurbiprofenə metabolizə olunması minimaldır. Flurbiprofen metabolizmi dəyişən fermentləri induksiya etmir. Xaric olunması Daxilə qəbuldan sonra flurbiprofenin 3%-dən azı dəyişmədən sidiklə xaric olunur; sidikdə qəbul edilən dozanın təqribən 70%-i preparat və onun metabolitləri təşkil edir. R- və S-flurbiprofenin orta yarımxaricolma dövrü müvafiq olaraq 4,7 və 5,7 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Revmatoid artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit, periartrit, “donmuş çiyin” sindromu (bazu-kürək periarteriiti), bursit, tendinit, tenosinovit, bel ağrısı, gərilmələr, daralmalar və əzilmələr. Diş ağrısı, postoperativ ağrı, dismenoreya və miqren zamanı yüngül və orta dərəcəli agrılar.
Əks göstərişlər
Flurbiprofenə və ya preparatın tərkibindəki hər hansı inqrediyentə qarşı yüksək həssaslıq. Anamnezdə flurbiprofenə, aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı yüksək həssaslıq reaksiyalar (məs., astma, rinit, angioödem, övrə). Anamnezdə QSİƏP-lərin qəbulu ilə bağlı mədə-bağırsaq qanaxması və ya perforasiyası. Aktiv və ya anamnezdə xoralı kolit, Kron xəstəliyi, residivləşən peptik xora və ya mədə-bağırsaq qanaxması (xoralanmanın və ya qanaxmanın iki və ya çox sübut olunmuş fərqli epizodu). Ağır ürək, qaraciyər və böyrək çatışmazlığı. Hamiləliyin üçüncü trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Zeralqo™ preparatının QSİƏP-lərlə, SOG-2 selektiv inhibitorları daxil olmaqla, birgə istifadəsindən çəkinmək lazımdır. Kardiovaskulyar və serebrovaskulyar təsirlər Klinik tədqiqatlara görə ağır kardiovaskulyar trombotik hallarda bəzi SOG-2 selektiv inhibitorlardan və ya qeyri-selektiv QSİƏP-lərdən isifadəsinin miokard infarktın və ya insultun yaranma riskinin artması ilə əlaqəsi ehtimal olunur. Həmin halların yaranma riski ürək-damar xəstəlikləri olan xəstələrdə daha yüksək ola bilər. Ürək-damar sistemi tərəfindən olan əlavə təsirlərin yaranma riskini azaltmaq üçün xəstə preparatı mümkün qədər ən qısa müddətdə ən aşağı effektiv dozalarda istifadə edilməlidir. Xəstələr ciddi kardiovaskulyar ağırlaşmaların əlamətlərı və/və ya simptomları haqqında və onlar meydana çıxdıqda görülən lazımi tədbirlər haqqında məlumatlandırılmalıdır. Asetilsalisil turşusu ilə birgə istifadəsi mədə- bağırsaq traktı tərəfindən olan ciddi əlavə təsirlərin yaranma riskini yüksəldir. Hipertenziya Flurbiprofen daxil olmaqla, QSİƏP-lər hipertenziyası olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Flurbiprofenlə müalicənin əvvəlində və müalicə zamanı qan təzyiqi nəzarət altında saxlanmalıdır. Qastrointestinal təsirləri – mədə-bağırsaq xoralanması, qanaxması və ya perforasiyası QSİƏP qəbul edən xəstələrdə müalicənin hər hansı bir müddətində mədə-bağırsaq traktında iltihab, qanaxma, xoralanma və ya perforasiya kimi xəbərdaredici simptomlarla/simptomsuz müşayiət olunan ciddi zədələnmələr müşahidə oluna bilər. Xəstələr mədə-bağırsaq traktının ağır zədələnməsinin əlamətlərı və/və ya simptomları və onlar meydana çıxdıqda görülən lazımi tədbirlər haqqında məlumatlandırılmalıdır. Anamnezində xora xəstəliyi və ya mədə-bağırsaq qanaxmaları olan xəstələrə, zəiflənmiş, həmçinin yaşlı xəstələrə QSİƏP-lər xüsusi ehtiyatla təyin olunmalıdır. Mədə-bağırsaq traktı tərəfindən olan əlavə təsirlərin yaranma riskini azaltmaq üçün preparatı mümkün qədər ən qısa müddətdə ən aşağı effektiv dozalarda qəbul etmək lazımdır. Anafilaktoid reaksiyalar ™ qəbul edən xəstələrdə anafilaktoid reaksiyalarDigər QSİƏP-lərdən istifadə zamanı olduğu kimi Zeralqo müşahidə oluna bilər. Anamnezində aspirin triada olan xəstələrə preparat təyin edilmir. Anafilaktoid reaksiyası meydana çıxdıqda təxirəsalınmaz tədbirlər keçirilməlidir. Qaraciyərə təsiri Böyrək funksiyasının pozulmasının əlamətləri və / və ya simptomları və ya qaraciyər fermentlərinin ™ təyin olunduqda vəziyyətinin ağırlaşmasının yaranmadəyişilmiş göstəriciləri olan xəsətələrdə Zeralqo ehtimalı nəzərə alınmalıdır. Qaraciyər xəstəliklərinin klinik simptomları və ya sistem əlamətləri (eozinofiliya, səpgi və s.) müşahidə olunduqda preparatın istifadəsi dayandırılmalıdır. Böyrəyə təsiri ™ Zeralqo daxil olmaqla, QSİƏP-lərin uzunmüddətli istifadəsi papilyar nekrozun və böyrəklərin digər zədələnmələrinə səbəb ola bilər. Belə pozulmaların ən yüksək yaranma riski böyrək, ürək və ya qaraciyər çatışmazlığı olan, diuretikləri və ya AÇF inhibitorları qəbul edən xəstələrdə və həmçinin yaşlılarda müşahidə oluna bilər. QSİƏP-lərin qəbulu dayandırıldıqda xəstələrin vəziyyəti normallaşır. Flurbiprofenin metabolitləri əsasən böyrək vasitəsilə xaric olunur. Orta və ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə 4-hidroksiflurbiprofenin xaric olunmasının azalması müşahidə olunur. Bu səbəbdən böyrək funksiyasının əhəmiyyətli azalması olan xəstələrdə orqanizmdə flurbiprofenin metabolitlərinin toplanmasının qarşısının alınması üçün preparatın dozasının azaldılması tələb oluna bilər. Belə xəstələr ciddi nəzarət altında saxlanmalıdır. Hematoloji reaksiyalar ™ Zeralqo daxil olmaqla, QSİƏP-lər qəbul edən xəstələrdə bəzi hallarda anemiya müşahidə oluna bilər. Buna ™ səbəb mayenin ləngiməsi, mədə-bağırsaq qanaxması və ya eritropoezə naməlum təsiri ola bilər. Zeralqo daxil olmaqla, QSİƏP-ləri uzun müddət qəbul edən xəstələrdə, hətta anemiyanın hər hansı bir ələməti və ya simptomu olmadan hemoqlobin və hematokrit göstəriciləri müntəzəm olaraq yoxlanılmalıdır. QSİƏP-lər trombositlərin aqreqasiyasını inhibə edə bilər və qanaxma müddətini uzada bilər. Aspirinlə müqayisədə trombositlərin funksiyasına təsiri keyfiyyət cəhətdən daha az, daha qısa və geriyə dönəndir. Ümumiyyətlə ™ Zeralqo trombositlərin miqdarına, protrombin müddətinə və ya parsial tromboplastin müddətinə təsir göstərmir. Laxtalanma pozulması olan və ya antikoaqulyantlar istifadə edən və trombositlərin funksiyasının ™ istifadə zamanı nəzarət altında saxlanmalıdır.dəyişməsi ilə bağlı əlavə təsiri olan xəstələr Zeralqo Durğun ürək çatışmazlığı və ödem ™ Prostaqlandinlərin sintezini inhibə edən digər preparatlarda olduğu kimi, Zeralqo daxil olmaqla, bəzi xəstələrdə QSİƏP-lər mayenin ləngiməsinə və ödemə səbəb ola bilər. Bu səbəbdən mayenin ləngiməsi, hipertenziya və ya ürək çatışmazlığı olan xəstələrdə preparat ehtiyatla istifadə edilməlidir. Astma Astma olan xəstələrdə aspirinə həssas astma da ola bilər. Anamnezində aspirinə həssas astma olan xəstələrdə asprinin qəbulu hətta fatal ola bilən ağır dərəcəli bronxospazmın yaranmasına səbəb ola bilər. Aspirinə həssas olan xəstələrdə aspirin və digər QSİƏP-lər, bronxospazm daxil olmaqla, çarpaz ™ istifadə edilməməli vəreaksiyaların yaranması haqqında məlumat olduğuna görə, belə xəstələrdə Zeralqo anamnezində astma olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Görmə qabiliyyətinə təsiri ™ və digər QSİƏP-lərdən istifadə zamanı görmənin bulanması və /və ya zəifləməsi hallarının olduğuZeralqo bildirilmişdir. Gözlə bağlı şikayətləri olan xəstələr göz müayinəsindən keçməlidir. Dəri reaksiyaları Çox nadir hallarda eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi QSİƏP-lərlə bağlı ciddi dəri reaksiyaları haqqında bildirilmişdir. Bu ciddi reaksiyalar xəbərdaredici simptomlar olmadan müşahidə oluna bilər. Xəstələr ciddi dəri reaksiyaların əlamətləri / simptomları haqqında məlumatlandırılmalıdır və dərinin qıcıqlanması və ya digər yüksək həssaslıq reaksiyaların hər hansı bir ilkin əlamətlərində preparatın istifadəsi dayandırılmalıdır. əyi və birləşdirici toxumasının digər xəstəlikləriSistem qurdeşən Sistem eritematoz qurdeşənəyi və birləşdirici toxumanın qarışıq xəstəlikləri olan pasiyentlərdə aseptik meningitin yaranma ehtimalı yüksəlir. Laborator müayinələri Mədə-bağırsaq xoralanmaları və qanaxmaları xəbərdaredici simptomlar olmadan müşahidə oluna biləcəyindən, xəstələr mədə-bağırsaq qanaxmaları əlamətlərinin və ya simptomlarının qarşısını almaq məqsədilə həkimlərin nəzarəti altında saxlanmalıdırlar. QSİƏP-lərlə uzunmüddətli müalicə alan xəstələrdə müntəzəm olaraq qanın ümumi və biokimyəvi analizi aparılmalıdır. Qaraciyər və ya böyrək xəstəliklərinin klinik simptomları və ya sistem əlamətləri (eozinofiliya, səpgi və s.) müşahidə olunduqda preparatın istifadəsi dayandırılmalıdır. Qadınlarda reproduktiv funksiyaya təsiri ™ Zeralqo reproduktiv funksiyanı poza biləcəyi üçün hamiləlik planlaşdıran qadınlarda preparatın istifadəsi tövsiyə olunmur. Yaşlı xəstələr Digər QSİƏP-lər kimi, yaşlı xəstələrdə (65 yaş və yuxarı) ehtiyatla iatifadə olunmalıdır. Mədə-bağırsaq traktı tərəfindən olan əlavə təsirlərin yaranma riskini minimuma endirmək üçün preparatı mümkün qədər ən qısa müddətdə ən aşağı effektiv dozalarda qəbul etmək lazımdır. ™ Zeralqo preparatının 1 tabletində 26 mq laktoza monohidrat vardır. Qalaktozaya qarşı irsi dözümsüzlüyü, Lapp laktaza defisiti və ya qlükoza-qalaktoza kimi irsi xəstəlikləri olan xəstələrə preparat təyin edilmir. ™ Zeralqo preparatın hər tabletində 1 mmol-dan (23 mq) az natrium var; həmin miqdarda natriumla bağlı hər hansı əlavə təsir gözlənilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
AÇF inhibitorları və angiotenzin II reseptorların blokatorları QSİƏP-lər AÇF inhibitorlarının hipotenziv təsirini zəiflədə bilər; göstərilən qrup preparatları birgə istifadə etdikdə bu nəzərə alınmalıdır. Antikoaqulyantlar Varfarin kimi antikoaqulyantlarla eyni zamanda QSİƏP-lərdən istifadə zamanı göstərilən qrup preparatlardan yalnız birinin istifadəsi ilə müqayisədə ciddi qanaxmanın yaranma riski daha yüksəkdir. Bu ™ səbəbdən varfarinlə və ya digər antikoaqulyantlarla eyni zamanda Zeralqo ehtiyatla təyin edilməlidir. Asetilsalisil turşusu Asetilsalisil turşusu ilə eyni zamanda istifadəsi flurbiprofenin plazma konsentrasiyalarının azalmasına səbəb olur. Digər QSİƏP-lərdə olduğu kimi, flurbiprofenin və asetilsalisil turşusunun birgə istifadəsi tövsiyə olunmur. Beta-adrenoblokatorlar Beta-blokatorlarla eyni zamanda flurbiprofen istifadə edən xəstələr beta-blokatorların adekvat hipotenziv effektinin təmin edilməsi məqsədilə nəzarət altında saxlanmalıdır. Diuretiklər Bəzi xəstələrdə QSİƏP-lər furosemidin və tiazidlərin natriyuretik təsirini zəiflədə bilər. Flurbiprofenlə eyni zamanda diuretiklər qəbul edən xəstələr böyrək çatışmazlığının yaranma ehtimalına görə və diuretik effektin əldə edilməsinin təsdiqlənməsi üçün ciddi nəzarət altında saxlanmalıdır. Litium QSİƏP-lər plazmada litiumun konsentrasiyasını artıraraq onun böyrək klirensini azaldır. Litiumun toksik təsirinin yaranma ehtimalına görə xəstələr ciddi nəzarət altında saxlanmalıdır. Metotreksat Metotreksatın toksik effektinin artma ehtimalı olduğuna görə QSİƏP-lərlə eyni zamanda ehtiyatla istifadə edilməlidir. Kortikosteroidlər QSİƏP-lərlə birgə istifadə zamanı mədə-bağırsaq xoralanması və ya qanaxması ehtimalı artır. Antitrombotik vasitələr və serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) QSİƏP-lərlə birgə istifadə zamanı mədə-bağırsaq qanaxmaların yaranma ehtimalı artır. Diqoksin QSİƏP-lər ürək çatışmazlığının daha da ağırlaşmasına, yumaqcıq filtrasiyasının azalmasına və plazmada ürək qlikozidlərinin səviyyəsinin artmasına səbəb ola bilər. Peroral hiupoqlikemik preparatlar Flurbiprofenlə hipoqlikemik preparatların birgə istifadəsi zamanı plazmada qlükozanın konsentrasiyasının cüzi azalmasına baxmayaraq hipoqlikemiyanın hər hansı əlamətləri və simptomları müşahidə edilməmişdir. Xinolonlar Xinolonların QSİƏP-lərlə birgə istifadəsi zamanı qıcolmaların yaranma ehtimalı arta bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) Zidovudin, tiklopidin, takrolimus və siklosporinlə QSİƏP-lər eyni zamanda ehtiyatla istifadə edilməlidir. Takrolimus QSİƏP-lərlə birgə istifadə zamanı nefrotoksikliyin yaranma ehtimalı artır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I və II trimestrlərində mütləq göstəriş olduqda istifadə oluna bilər. QSİƏP-lərin dölün ürək- damar sisteminə təsir göstərə biləcəyindən (arterial (botallov) axacağının bağlanması) hamiləliyin son dövründə (6-cı ayından sonra) QSİƏP-lərin istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövründə preparatın ana üçün fayda / risk nisbəti qiymətləndirilməlidir və ana südü ilə qidalandırma və ya preparatın istifadəsi dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
QSİƏP-lərlə müalicə zamanı başgicəllənmə, yuxululuq, yorğunluq və görmə qabiliyyətinin pozulması kimi arzuolunmaz reaksiyaların yaranması mümkündür. Belə hallarda nəqliyyat vasitələri və digər mexanizmlərin idarə edilməsindən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Daxilə, yeməklə və ya yeməkdən sonra qəbul olunur. Arzuolunmaz əlavə reaksiyaları minimuma endirmək üçün ən aşağı effektiv doza isifadə edilməlidir. Bu səbəbdən müalicənin əvvəlində xəstəni müşahidə edərək dozalanma rejimi xəstənin ehtiyacına görə tənzimləmək olar. Gündəlik doza iki, üç və ya dörd dozaya bölünərək 150-200 mq təşkil edir. Ağır simptomları olan xəstələrdə gündəlik doza bir neçə qəbula bölünərək 300 mq-a qədər artırıla bilər. Revmatoid artrit və ya osteoartrit zamanı tövsiyə edilən gündəlik doza iki, üç və ya dörd dozaya bölünərək 200-300 mq təşkil edir. Adəti ağrılar zamanı qəbulu 100 mq-dan başlamaq, sonra isə hər 4-6 saatdan bir 50-100 mq dozada davam etdirmək olar. Maksimal gündəlik doza 300 mq-dır. Təkrar dozalarda istifadə etdikdə tövsiyə edilən maksimal tək doza 100 mq təşkil edir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Pediatrik xəstələr Uşaqlarda istifadəsinə dair məlumat yoxdur. Yaşlı xəstələr 65 yaşdan yuxarı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Digər QSİƏP-lərdə olduğu kimi, yaşlı xəsətələrdə mədə-bağırsaq xoralanması və qanaxması, meteorizm və abdominal ağrı kimi mədə-bəğırsaq traktı tərəfindən olan əlavə təsirlər cavanlarla müqayisədə yaşlı xəstələrdə daha sıx müşahidə edilir.
Əlavə təsirləri
Müşahidə olunan əlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). Qanyaradıcı və limfa sisteminə Bəzən: aplastik anemiya (aqranulositoz və pansitopeniya daxil olmaqla), hemoqlobin və hematokrit səviyyələrinin azalması, ekximoz / purpura, eozinofiliya, hemolitik anemiya, dəmirdefisitli anemiya, leykopeniya, trombositopeniya. Maddələr mübadiləsinə və qidalanmaya Tez-tez: bədən çəkisinin dəyişməsi; Bəzən: hiperurikemiya; Məlum olmayan tezlikdə: hiperkaliemiya. Sinir sisteminə Tez-tez: başağrısı, əsəbilik və mərkəzi sinir sisteminin oyanmasının digər simptomları (məs., həyəcanlıq, yuxusuzluq, reflekslərin güclənməsi, tremor), mərkəzi sinir sisteminin tormozlama simptomları (məs., amneziya, asteniya, depressiya, zəiflik, yuxululuq), başgicəllənmə / vertigo; Bəzən: ataksiya, serebrovaskulyar işemiya, şüurun dolaşıqlığı, paresteziya, dartılma; Məlum olmayan tezlikdə: qıcolmalar, serebrovaskulyar halları, emosional dyişkənlik, hipertenziya, meningit, miasteniya, subaraxnoidal hemorragiyalar. Görmə orqanına Tez-tez: görmənin pozulması; Bəzən: konyunktivit; Məlum olmayan tezlikdə: buynuz təbəqənin bulanması, qlaukoma, tor qişasında hemorragiyalar, optik nevrit. Eşitmə orqanına və labirint sisteminə Tez-tez: qulaqlarda küy; Bəzən: eşitmənin keçici itirilməsi. Ürək-damar sisteminə Bəzən: durğun ürək çatışmazlığı, hipertenziya, damar xəstəlikləri, vazodilatasiya; Məlum olmayan tezlikdə: stenokardiya, aritmiya, miokard infarktı. Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına Tez-tez: rinit; Bəzən: astma, burun qanaxması, qoxubilmə hissiyyatının pozulması (parosmiya); Məlum olmayan tezlikdə: bronxit, təngnəfəslik, hiperventilyasiya, laringit, ağciyər arteriyasının emboliyası, ağciyərin infarktı. Həzm sisteminə Tez-tez: abdominal ağrı, qəbizlik, diareya, dispepsiya / mədədə ağrılar, qaraciyər fermentləri səviyyəsinin artması, meteorizm, mədə-bağırsaq qanaxması, ürəkbulanma, qusma; Bəzən: qanlı diareya, qida borusunun xəstəlikləri, mədə-bağırsaq traktının selikli qişasının xoralanması, mədə / peptik xoraları, qastrit, sarılıq (xolestatik və qeyri-xolestatik), qanlı qusma, hepatit, stomatit / qlossit; Məlum olmayan tezlikdə: iştahanın dəyişməsi, xolesistit, kolit, ağızda quruluq, bağırsağın iltihabi xəstəliklərinin kəskinləşməsi, peridontal absess, zülalların itirilməsi ilə bağlı iltihab. Dəri və dərialtı piy toxumasına Tez-tez: səpgi; Bəzən: angioödem, ekzema, qoltuqaltı dermatit, fotosensibilizasiya, qaşınma, toksik epidermal nekroliz, övrə; Məlum olmayan tezlikdə: alopesiya, dərinin quruluğu, herpes simplex / zoster, dırnaqların zədələnməsi, tərləmənin artması. Sidik-cinsiyyət sisteminə Tez-tez: sidikçıxarıcı yolları infeksiyalarının simptom və əlamətləri, Bəzən: hematuriya, interstisial nefrit, böyrək çatışmazlığı; Məlum olmayan tezlikdə: menstrual siklin pozulması, prostat vəzinin xəstəliyi, vaginal və uşaqlıq qanaxması, vulvovaginit. Ümumi pozulmalar və yerli reaksiyalar Tez-tez: ödem; Bəzən: anafilaktik reaksiyalar, titrəmə, parosmiya, qızdırma Məlum olmayan tezlikdə: iybilmə hissiyatının dəyişməsi. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Simptomları QSİƏP-lərdə doza həddinin kəskin aşılması zamanı yaranan simptomlar: süstlük, keyləşmə, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrılar. Dəstəkləyici müalicəsindən sonra bu simptomlar keçir. Mədə-bağırsaq qanaxması müşahidə oluna bilər. Daha nadir hallarda hipertenziya, kəskin böyrək çatışmazlığı, tənəffüsün çətinləşməsi və koma. Həmçinin QSİƏP-lərdə doza həddinin aşılması zamanı anafilaktoid reaksiyaların yaranması mümükündür. dəstəkləyici müalicə aparılır. Spesifik antidotuDoza həddinin kəskin aşılması zamanı simptomatik və yoxdur.
Buraxılış forması
™ Zeralgo 100 mq örtüklü tabletlər. 15 tablet, blisterdə. 1 blister (15 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Drogsan İlaçları San. ve Tic. A.Ş. 06760 Çubuk, Ankara, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.