ZENTEL 400 MG N1 TAB
| Təsiredici maddə | ALBENDAZOLE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Helmintəleyhinə (qurdqovucu) preparatlar. Benzimidazol törəmələri |
| İstehsal ölkəsi | CAR |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,47 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ZENTEL 400 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır. Köməkçi maddələr: laktoza, mikrokristalik sellüloza, qarğıdalı nişastası, natrium kroskarmelloza, povidon, natrium laurilsulfat, sarı FD&C #6 alüminium lakı 20-24% FDA boya maddəsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), natrium saxarinat, maqnezium stearat, vanil aromatizatoru, marakuya aromatizatoru, portağal aromatizatoru.
Təsviri
Uzunsov, hər iki tərəfi qabarıq. Bir üzərində xətti və digər tərəfində “ALB400” yazısı olan, xarakterik meyvə qoxulu, çilli, açıq narıncı rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Helmintəleyhinə (qurdqovucu) preparatlar. Benzimidazol törəmələri. ATC kodu: P02CA03.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi Albendazol benzimidazol karbamat qrupuna aid olan, bağırsaq və toxuma parazitləri əleyhinə antihelmint və antiprotozoy təsirə malik preparatdır. Albendazol larvisid, ovisid və vermisid aktivlik nümayiş etdirir, o tubulinin polimerləşməsinin qarşısını alaraq antihhelmint təsir göstərir. Bu, helmintin metabolizminin pozulmasına, enerjinin azalmasına və nəticədə, hərəkətsizlik nəticəsində helmintin məhv olmasına səbəb olur. Farmakodinamikası Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyası Albendazol aşağıdakılar daxil olmaqla, bağırsaq parazitlərinə qarşı aktivliyə malikdir. – Nematodlar Ascaris lumbricoides (girdə qurdlar) Trichuris trichiura (çubuqvarı qurd) Enterobius vermicularis (sapvarı qurdlar) Ancylostoma duodenale (qarmaqşəkilli qurdlar) Necator americanus (qarmaqşəkilli qurdlar) Strongyloides stercoralis Qarmaqşəkilli qurdlar dərinin Larva Miqrans infeksiyasının yaranmasına səbəb olur. – Sestodlar Hymenolepsis nana (lentvarı qurd) Taenia solium (donuz lentvarı qurdu) Taenia saginata (mal-qara lentvarı qurdu) – Trematodlar Opisthorchis viverrini və Clonorchis sinensis – Protozoa Giardia lamblia (onikibarmaq bağırsaq və bağırsaq) Sistem helmint infeksiyaları Albendazol Echinococcus granulosus infeksiyasının səbəb olduğu sistik exinokokkoz və Echinococcus multilocularis infeksiyasının səbəb olduğu alveolyar exinokokkoz daxil olmaqla, toxuma parazitlərinin müalicəsində effektiv təsirə malikdir. Albendazol həmçinin, Gnathostoma spinigerum infeksiyasının səbəb olduğu qnatostomoz, Capillaria philippinensis infeksiyasının səbəb olduğu kapillyarioz, Taenia solium lavral infeksiyasının səbəb olduğu neyrosistoserkozun müalicəsində effektiv təsirə malikdir. Klinik tədqiqatlarda albendazolla Echinococcus granulosus sistlərinin müalicəsi xəstələrin 80%-ə qədərində sisti məhv etdiyi və ya ölçüsünün əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunub. Albendazol ilə müalicədən sonra aparılan laborator və heyvanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, sistlərin 90%-i məhv olub, müalicə olunmayan sistlərdə bu göstərici 10% təşkil etmişdir Echinococcus multilocularis infeksiyası nəticəsində yaranan sistlərin müalicəsində (albendazol ilə müalicədən sonra) xəstələrin az bir hissəsi müalicə olunub, əksər hissəsində xəstəliyin stabilləşməsinə nail olunmuşdur. Farmakokinetikası Sorulması İnsanlarda oral şəkildə qəbuldan sonra albendazol çox zəif sorulur (5%-dən daha az). Yağlı qida ilə qəbul olunarsa, albendazolun sistem təsiri artmış olur, bu, onun absorbsiyasını təxminən beş dəfə artırır. Paylanması 400 mq albendazolun bir dozasının oral şəkildə qəbulundan sonra onun farmakoloji aktiv metaboliti olan albendazol sulfoksidin plazma konsentrasiyası səhər yeməyi ilə birlikdə qəbul olunduğu zaman 1,6- dan 6,0 mikromol/l-ə qədər artıb. Metabolizmi Albendazol qaraciyərdə sürətlə və geniş şəkildə ilkin metabolizmə uğrayır və plazmada aşkar olunmur. Albendazol sulfoksid toxuma infeksiyaları əleyhinə effektivlikdə böyük paya malik olan ilkin metabolitdir. Eliminasiyası Albendazol sulfoksidin yarımparçalanma dövrü 8,5 saat təşkil edir. Albendazol sulfoksid və onun metabolitləri əsasən öd vasitəsi ilə, çox kiçik bir hissəsi isə sidik vasitəsi ilə eliminasiya olunur. Yüksək və uzunmüddətli dozaların qəbulundan sonra sistlərdən eliminasiya bir neçə həftə sonra da davam edir. Xüsusi xəstə qrupları Yaşlılar Albendazol sulfoksidin farmakokinetikasına yaşın təsiri ilə bağlı heç bir tədqiqatın aparılmamasına baxmayaraq, exinokokkoz kistanın olduğu 26 xəstədən (79 yaşa qədər) əldə olunan məlumatlar göstərir ki, onun farmakokinetikası gənc sağlam şəxslərdə olduğu kimidir. Digər exinokokkoz və ya neyrosistoserkoz ilə müalicə alan yaşlı xəstələrin sayı çox azdır, lakin yaşlı insanlarla bağlı heç bir problem müşahidə olunmayıb. Böyrək pozğunluğu olan xəstələr Böyrək pozğunluğu olan xəstələrdə albendazolun farmakokinetikası tədqiq olunmayıb. Qaraciyər pozğunluğu olan xəstələr Qaraciyər pozğunluğu olan xəstələrdə albendazolun farmakokinetikası tədqiq olunmayıb. Preklinik tədqiqatlar Siçovul və dovşanlarda aparılan tədqiqatlar albendazolun teratogenik və embriotoksik xüsusiyyətə malik olduğunu göstərib. In vitro və in vivo aparılan sınaqlarda albendazolun mutagenik və genotoksik olmadığı müəyyən olunub. Toksikliklə bağlı siçan və siçovullarla aparılan uzunmüddətli tədqiqatlarda onlara tövsiyə olunan insan dozasından 30 dəfəyə qədər çox gündəlik doza verilib, lakin müalicə ilə bağlı heç bir şişə rast gəlinməyib.
İstifadəsinə göstərişlər
Albendazol benzimidazol karbamat qrupuna aid olan, bağırsaq və toxuma parazitləri əleyhinə antihelmint və antiprotozoy təsirə malik preparatdır. • Bağırsaq infeksiyaları və dərinin Larva migrans infeksiyası Aşağı dozada qısamüddətli müalicə. Albendazol həssas bağırsaq helmintozları/təkhüceyrəlilərin törətdiyi aşağıdakı klinik vəziyyətlərin müalicəsi üçün təyin olunur (Həssas helmintlər və birhüceyrəlilər barədə daha ətraflı məlumat üçün «Farmakodinamika» bölməsinə baxın). – enterobioz – ankilostomiaz və nekatoriaz – himenolepidoz – tenioz – strongiloidoz – askaridoz – trixosefalyoz – klonorxoz və opistorxoz (Opisthorchic viverrini və/və ya Clonorchis sinensis infeksiyaları) – dərinin Larva miqrans infeksiyası – uşaqlarda Lyambliya infeksiyası • Sistem helmint infeksiyaları Daha yüksək dozalarda daha uzunmüddətli müalicə. Albendazol aşağıdakı sistem helmint infeksiyalarının müalicəsi üçün təyin olunur (Həssas helmint növləri ilə bağlı daha ətraflı məlumat üçün «Farmakodinamika» bölməsinə baxın). • Exinokokkoz Albendazol qaraciyər, ağciyər və peritoneal sistlərin müalicəsində böyük təsir göstərir. Sümük sistləri, habelə ürək və mərkəzi sinir sistemi ilə bağlı təcrübə məhduddur. • Exinokokk sistləri (Echinococcus granulosus nəticəsində yaranan) Albendazol sistik exinokokkoz olan xəstələrdə istifadə olunur: – cərrahi müdaxilənin mümkün olmadığı zaman – cərrahi müdaxilədən əvvəl – əvvəlki müalicənin çox qısa olduğu, cərrahiyyə zamanı yoluxma baş verdikdə və ya diri parazitin aşkar olunduğu zaman – diaqnostik və müalicəvi məqsədlə sistlərin perkutan drenajından sonra • Alveolyar Exinokokkoz (Echinococcus multilocularis nəticəsində yaranan) Albendazol alveolyar exinokokkozun olduğu xəstələrdə istifadə olunur: – əməliyyat oluna bilinməyən xəstəlik, xüsusilə yerli və ya periferik metastazın olduğu zaman – palliativ əməliyyatdan sonra – radikal cərrahi əməliyyat və qaraciyər transplantasiyasından sonra • Neyrosistoserkoz (Taenia solium infeksiyası) Albendazol aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur: – beyin parenximasının tək və ya çoxsaylı sistləri və ya qranulomatozu – araxnoidal və ya mədəcikdaxili sistlər – salxımşəkilli sistlər • Kapillarioz (Capillaria philippinensis infeksiyasının nəticəsində yaranan) • Gnatostomioz (Gnathostoma spinigerum və digər əlaqəli növlərin nəticəsində yaranan) • Trixinoz (Trichinella spiralis və T. pseudospiralis nəticəsində yaranan) • Toksokaroz (Toxocara canis və digər əlaqəli növlərin nəticəsində yaranan)
Əks göstərişlər
• Hamiləlik dövrü və hamiləliyin planlaşdırılması. • Albendazola və ya preparatın tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyası olan xəstələrdə istifadəsi (aşağı dozada qısamüddətli müalicə) Hamiləliyin ilk dövrlərində albendazolun istifadəsinin qarşısını almaq üçün qadınlar menstruasiyasının ilk həftəsi ərzində və ya mənfi hamiləlik testindən sonra müalicəyə başlamalıdırlar. Albendazol ilə müalicə əvvəlcədən mövcud olan neyrosistoserkozu, xüsusilə yüksək teniozun olduğu sahələrdə aşkarlaya bilər. Xəstələr beyin daxilində parazit ölümünün səbəb olduğu iltihabın nəticəsi olan nevroloji simptomlarla (məsələn, beyindaxili təzyiqin artması, tutmalar və fokal əlamətlər) üzləşə bilərlər. Simptomlar müalicənin başlanmasından sonra qısa müddət ərzində meydana çıxa bilər, bunun üçün dərhal müvafiq steroid və antikonvulsant müalicə başlanmalıdır. Sistem helmint infeksiyalarında istifadə (daha yüksək dozalarda daha uzunmüddətli müalicə) Albendazol ilə müalicə qaraciyər fermentlərini aşağı və orta dərəcədə artıra bilər. Qaraciyər fermentləri adətən müalicənin dayandırılması ilə normallaşır. Həmçinin hepatit halları da qeydə alınmışdır (bax “Əlavə təsirləri”). Hər bir müalicə kursuna başlamazdan əvvəl və müalicə zamanı ən azı iki həftədən bir qaraciyər funksiyasının testləri aparılmalıdır. Əgər qaraciyər fermentləri əhəmiyyətli dərəcədə artarsa (normal yuxarı həddən iki dəfə yüksək) albendazolun qəbulu dayandırılmalıdır. Qaraciyər fermentləri normal səviyyəyə qayıtdıqdan sonra albendazol ilə müalicə yenidən başlanıla bilər, lakin xəstələrə diqqətlə nəzarət olunmalıdır. Albendazol sümük iliyi supressiyasına təsir göstərir, ona görə də müalicənin başlanğıcında və 28 günlük müalicə ərzində hər iki həftədən bir qan analizi verilməlidir. Qaraciyər exinokokkozu daxil olmaqla, qaraciyər xəstəliyi olan şəxslərdə pansitopeniya, aplastik anemiya, aqranulositoz və leykopeniyaya aparıb çıxaran sümük iliyinin supressiyası ehtimalı daha yüksəkdir, ona görə də, onlarda qan hüceyrələrinin sayı yaxından müşahidə olunmalıdır. Əgər qan hüceyrələrində klinik cəhətdən əhəmiyyətli dərəcədə azalma baş verərsə, albendazol ilə müalicə dayandırılmalıdır (bax: “İstifadə qaydası və dozası” və “Əlavə təsirləri”). Hamiləliyin erkən çağlarında albendazolun qəbulundan çəkinmək üçün aşağıdakı tədbirlər görülməlidir. – Müalicəyə mənfi hamiləlik testindən sonra başlanılmalıdır. Bu testlər növbəti kursa başlamazdan əvvəl ən azı bir dəfə təkrarlanmalıdır. – Sistem infeksiya ilə bağlı albendazol müalicəsinin qurtarmasından sonra bir ay ərzində effektiv kontraseptiv tədbirlərinin görülməsi tövsiyə olunur. Neyrosistoserkozun müalicəsi zamanı xəstələr beyin daxilində parazit ölümünün səbəb olduğu iltihabın nəticəsi olan nevroloji simptomlarla (məsələn, beyindaxili təzyiqin artması, tutmalar və fokal əlamətlər) üzləşə bilərlər. Bu əlamətlər müvafiq steroid və qıcolmaəleyhinə müalicə ilə aradan qaldırılmalıdır. Müalicənin ilk həftəsi ərzində hipertoniyanın baş verməsinin qarşısını almaq üçün oral və ya venadaxili kortikosteroidlərin qəbulu tövsiyə olunur. Digər səbəblər üzrə albendazol ilə müalicə əvvəlcədən mövcud olan neyrosistoserkozu, xüsusilə yüksək teniozun olduğu sahələrdə aşkarlaya bilər. Xəstələr beyin daxilində parazit ölümünün səbəb olduğu iltihabın nəticəsi olan nevroloji simptomlarla (məsələn, beyindaxili təzyiqin artması, tutmalar) üzləşə bilərlər. Simptomlar müalicədən sonra da meydana çıxa bilər, bunun üçün dərhal müvafiq steroid və antikonvulsant müalicə başlanılmalıdır. Köməkçi maddələr Albendazol tabletləri tərkibində olan sarı FD&C #6 alüminium lakı 20-24% FDA boya maddəsi allergik tipli reaksiyalara səbə ola bilər. Albendazol suspenziyasının tərkibində dəri, gözlər və selikli qişaya yüngül qıcıqlandırıcı təsir göstərən benzoy turşusu var. O, yeni doğulan körpələrdə sarılıq riskini artıra bilər. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Simeditin, prazikvantel və deksametazon albendazolun sistem təsirini təmin edən metabolitinin plazma səviyyəsini artırır. Ritonavir, fenitoin, karbamazepin və fenobarbital albendazolun aktiv metaboliti olan albendazol sulfoksidin plazma konsentrasiyasını azaldır. Bunun klinik əhəmiyyəti məlum deyil, lakin, bu xüsusi olaraq sistem helmint infeksiyaları ilə müalicə alan xəstələrdə müalicənin effektivliyini azalda bilər. Dərmanın effektivliyi ilə bağlı olaraq xəstələr müşahidə altında saxlanılmalıdır. Bu zaman alternativ doza və ya müalicə tələb oluna bilər. Uyuşmazlığı Bu məhsulun istifadəsi ilə əlaqəli xüsusi tələblər yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Albdendazol hamilə və hamilə olmağı planlaşdıran qadınlar tərəfindən istifadə olunmamalıdır (Əks göstərişlərə baxın). Laktasiya Dərmanın insanlarda və heyvanlarda laktasiya dövründə istifadəsi barədə məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Albendazolun nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Buna baxmayaraq nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən nəzərə almaq lazımdır ki, albendazolun qəbulu zamanı başgicəllənmə barədə məlumat verilmişdir (bax: “Əlavə təsirləri”).
İstifadə qaydası və dozası
• Bağırsaq infeksiyaları və Larva miqrans infeksiyası Pəhriz və ya bağırsağın təmizlənməsi kimi xüsusi tədbirlərə ehtiyac yoxdur. Əgər xəstə üç həftədən sonra sağalmazsa, ikinci kurs müalicə təyin olunmalıdır. Bəzi şəxslər, xüsusilə azyaşlılar tableti bütöv şəkildə udmaqda çətinlik çəkə bilərlər. Bu zaman onlar tableti bir az su ilə çeynəyə bilərlər, həmçinin tabletlər əzilə də bilər. İnfeksiya Yaş Adətən istifadə Doza müddəti olunan doza Enterobioz Böyüklər və 2 yaşdan 400 mq Bir doza Ankilostomoz və yuxarı uşaqlar nekatorioz 1-2 yaş arası uşaqlar 200 mq Bir doza Askaridoz Trixosefalyoz Şübhəli və təsdiq Böyüklər və 2 yaşdan 400 mq 3 ardıcıl gün, gündə bir dəfə olunmuş stronqiloidoz yuxarı uşaqlar Himenolepidozun olduğu Tenioz zaman 10 gündən 21 günə Himenolepidoz kimə təkrar müalicə tövsiyə olunur Klonorkoz Böyüklər və 2 yaşdan 400 mq 3 gün müddətində gündə iki Opistorxoz yuxarı uşaqlar dəfə Dərinin Larva Miqrans Böyüklər və 2 yaşdan 400 mq 1 gündən 3 günə kimi gündə infeksiyası yuxarı uşaqlar bir dəfə Lyamblioz Yalnız 2-12 yaş arası 400 mq 5 gün müddətində gündə bir uşaqlar dəfə Yaşlı pasiyentlər 65 yaşdan yuxarı xəstələrlə bağlı çox az təcrübə var. Məlumatlar göstərir ki, heç bir doza nizamlanmasına ehtiyac yoxdur, baxmayaraq ki, albendazol qaraciyər pozğunluğunun olduğu yaşlı xəstələrdə ehtiyatla istifadə olunmalıdır (Qaraciyər pozğunluğu olan xəstələr və Farmakokinetikaya baxın). Böyrək pozğunluğu olan xəstələr Albendazol və onun ilkin metaboliti olan albendazol sulfoksidin böyrək yolu ilə eliminasiyası çox az olduğuna görə, bu xəstələrdə klirensdə dəyişikliyin olması ehtimalı yoxdur. Heç bir doza tənzimlənməsinə ehtiyac yoxdur, lakin böyrək pozğunluğunun olduğu xəstələrə nəzarət olunmalıdır. Qaraciyər pozğunluğu olan xəstələr Albendozal qaraciyər vasitəsilə aktiv metabolit olan albendazol sulfoksidə çevrildiyinə görə qaraciyər pozğunluğu olan xəstələrdə albendazol sulfoksidin farmakokinetikasına əhəmiyyətli təsirin olacağı gözlənilən haldır. Albendazol ilə müalicəyə başlamazdan əvvəl qaraciyər testləri (transaminazalar) pozulmuş xəstələrə diqqətlə nəzarət olunmalıdır. • Sistem helmint infeksiyaları Albendazol yeməklə qəbul olunmalıdır (Farmakokinetikaya baxın). 6 yaşdan aşağı uşaqlarda albendazolun yüksək dozada istifadəsi ilə bağlı məlumat məhduddur, ona görə də onun 6 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur. Bəzi şəxslər, xüsusilə kiçik yaşlı uşaqlar, tableti bütöv şəkildə udmaqda çətinlik çəkə bilərlər. Bu zaman onlar tableti bir az su ilə çeynəyə, yaxud tabletləri əzə də bilərlər. Doza xəstənin bədən çəkisindən, infeksiyanın ağırlığından və parazitin növündən asılıdır. İnfeksiya Xəstənin Doza Müalicə müddəti bədən çəkisi Sistli exinokokkoz 800 mq, iki eyni bərabər 28 gün ərzində hər gün qəbul olunur. > 60 kq dozaya bölünməklə verilir 14 günlük fasilədən sonra 28 günlük (400 mq) müalicə ümumilikdə 3 sikl təşkil edə bilər.15 mq/kq, iki eyni bərabər dozaya bölünməklə verilir, < 60 kq maksimal doza gündə 800 mq – Əməliyyat oluna Qaraciyər, ağciyər və peritoneal bilməyən və çox sistlərin müalicəsində üç kurs 28 saylı sistlər günlük albendazol təyin oluna bilər. Sümük və beyin nahiyələri üçün daha uzunmüddətli müalicə tələb oluna bilər. – Əməliyyatdan Cərrahi müdaxilədən əvvəl mümkün əvvəl olduğu təqdirdə iki 28 günlük müalicə kursu təyin olunmalıdır. İki kurs müalicənin bitməzdən əvvəl cərrahi müdaxilə vacib olarsa, onda albendazol mümkün qədər uzun müddət qəbul olunmalıdır. -Əməliyyatdan Dərmanın yalnız əməliyyatdan əvvəl sonra qısamüddətdə (14 gün) qəbul – Perkutan sist olunması və təcili əməliyyatın tələb drenajından sonra olunduğu zaman əməliyyatdan sonra albendazol ilə 28 günlük iki kurs müalicə təyin olunmalıdır. Müalicə kursları arasında 14 gün fasilə olmalıdır. Həmçinin, əməliyyat zamanı diri parazit müşahidə olunarsa və ya əməliyyatdan əvvəlki müalicədən sonra təkrar yoluxma baş veribsə, iki tam kurs müalicə olmalıdır. Alveolyar 800 mq, iki bərabər dozaya 28 gün ərzində gündəlik qəbul > 60 kq exinokokkoz bölünməklə verilir olunur. 28 günlük müalicə 14 günlük fasilədən sonra təkrarlana bilər.15 mq/kq, iki bərabər Müalicə aylarla və illərlə uzana bilər.dozaya bölünməklə verilir, < 60 kq Eyni dozada davamlı müalicə 20 ayamaksimal doza gündə qədər davam edilmişdir.800 mq Neyrosistoserkoz 800 mq, iki bərabər dozaya Cavab reaksiyasından asılı olaraq 7 > 60 kq bölünməklə verilir gündən 30 günə kimi davam edir. İkinci kurs müalicə doza rejimləri15 mq/kq, iki bərabər arasında iki həftə interval qoymaqladozaya bölünməklə verilir, < 60 kq aparılmalıdır.maksimal doza gündə 800 mq İnfeksiya Xəstənin Doza Müalicə müddəti bədən çəkisi -Parenximal 800 mq, iki bərabər dozaya Müalicə adətən 7 gündən 28 günə > 60 kq sistlər və bölünməklə verilir kimi davam edir. qranuloma 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, < 60 kq maksimal doza gündə 800 mq – Araxnoidal və ya 800 mq, iki bərabər dozaya Qeyri-parenximal sistlərdə adətən 28 > 60 kq mədədaxili bölünməklə verilir günlük müalicə tələb olunur. kistalar 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, < 60 kq maksimal doza gündə 800 mq – Salxımşəkilli 800 mq, iki bərabər dozaya Müalicə adətən ən az 28 gün ərzində > 60 kq kistalar bölünməklə verilir təkrar olunur. Buna klinik və radioloji cavabla müəyyən olunan15 mq/kq, iki bərabər davamlı müalicə kimi yanaşılır.dozaya bölünməklə verilir, < 60 kq maksimal doza gündə 800 mq Alveolyar exinokokkoz: müalicə sistik exinokokkozda olduğu kimi 28 gün müddətinə aparılır. Müalicə aylarla, hətta illərlə davam edə bilər. Məlumatlar göstərir ki, uzunmüddətli müalicələr zamanı sağqalma halları daha da yüksəlib. Davamlı müalicə məhdud sayda pasiyentlərdə aşkar sağalma halları ilə nəticələnmişdir. Neyrosistoserkoz: neyrosistikerkoz ilə müalicə alan xəstələr tələb olunduğu kimi steroid və antikonvulsant müalicə almalıdırlar. Müalicənin ilk həftəsi ərzində hipertoniyanın baş verməsinin qarşısını almaq üçün oral və ya venadaxili kortikosteroidlərin qəbulu tövsiyə olunur. İnfeksiya Böyüklərdə və uşaqlarda Müalicə müddəti müddəti doza Kapillarioz 400 mq 10 gün ərzində gündəlik olaraq qəbul olunur. # Adətən bir kurs müalicə tələb olunur, lakin klinik əlamətlər və parazitlər hələ də mövcud olmaqda davam edərsə, onda növbəti müalicə kursları aparıla bilər. Gnatostomioz 400 mq 10 gündən 20 günə kimi gündəlik olaraq qəbul olunur (# yuxarı baxın). Trixinellyoz 400 mq 5 gündən 10 günə kimi gündə iki dəfə qəbul olunur (# yuxarı baxın). Toksokaroz 400 mq 5 gündən 10 günə kimi gündə iki dəfə qəbul olunur (# yuxarı baxın). Yaşlı pasiyentlər Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyaslnda olduğu kimi. Böyrək pozğunluğu olan xəstələr Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyaslnda olduğu kimi. Qaraciyər pozğunluğu olan xəstələr Albendozal qaraciyər vasitəsilə aktiv metabolit olan albendazol sulfoksidə çevrildiyinə görə qaraciyər pozğunluğu olan xəstələrdə albendazol sulfoksidin farmakokinetikasına əhəmiyyətli təsirin olacağı gözlənilən haldır. Albendazol ilə müalicəyə başlamazdan əvvəl qaraciyər analizləri dəyərləndirilməli və qaraciyər fermentlərinin (transaminazalarının) klinik cəhətdən əhəmiyyətli bir dərəcədə artdığı və qanın aşağı düşdüyü təqdirdə müalicə dayandırılmalıdır (Xüsusi göstərişlər və ehtiyat tədbirləri və Əlavə təsirlərə baxın).
Əlavə təsirləri
Böyük klinik tədqiqatlardan əldə olunan məlumatlar əlavə təsirlərin tezliyini (çox tez-tezdən nadir hallara kimi) müəyyənləşdirmək üçün istifadə edilib. Bütün digər arzuolunmaz reaksiyalarla bağlı tezliklər (məs., <1/1000 tezliklə meydana çıxanlar) satışdan sonrakı məlumatlardan istifadə etməklə müəyyənləşdirilib və həqiqi tezlikdən çox qeydiyata alınma səviyyəni əks etdirir. Tezliklərin təsnifi aşağıdakı kimi verilib. Çox tez-tez ≥1/10 Tez-tez ≥1/100-dən <1/10-a kimi Bəzən ≥ 1/1000-dən < 1/100-ə kimi Nadir hallarda ≥ 1/10,000-dən < 1/1000-a kimi Çox nadir hallarda < 1/10,000 • Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyası olan xəstələrdə istifadəsi (aşağı dozada qısamüddətli müalicə) İmmun sistemdə baş verən pozğunluqlar Nadir hallarda: səpgi, qaşınma və övrə daxil olmaqla yüksək həssaslıq reaksiyaları Sinir sistemində baş verən pozğunluqlar Bəzən: başağrı və başgicəllənmə Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Bəzən: mədə-bağırsaq simptomları (məsələn, mədəaltı və qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma və diareya) Hepatobiliar pozğunluqlar Nadir hallarda: qaraciyər fermentlərinin artması Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Çox nadir: çoxformalı eritema, Stivens-Conson sindromu • Sistem helmint infeksiyası olan xəstələrdə istifadəsi (daha yüksək dozada daha uzunmüddətli müalicə): Qan və limfa sistemində baş verən pozğunluqlar Bəzən: leykopeniya Çox nadir: pansitopeniya, aplastik anemiya, aqranulositoz Qaraciyər exinokokkozu daxil olmaqla, qaraciyər xəstəliyinin olduğu şəxslərdə sümük iliyi supressiyası ehtimalı daha yüksəkdir (Doza və istifadə qaydası və Xüsusi göstərişlər və ehtiyat tədbirlərinə baxın) İmmun sistemdə baş verən pozğunluqlar Bəzən: səpgi, qaşınma və övrə daxil olmaqla yüksək həssaslıq reaksiyaları Sinir sistemində baş verən pozğunluqlar Çox tez-tez: başağrı Tez-tez: başgicəllənmə Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Tez-tez: mədə-bağırsaq narahatlıqları (qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma) Albendazol ilə əlaqəli mədə-bağırsaq pozğunluqları Exinokokkozu olan pasiyentlərdə qeyd edilmişdir Hepatobiliar pozğunluqlar Çox tez-tez: qaraciyər fermentlərinin yüksəlməsi (yüngül və orta dərəcəyə qədər) Bəzən: hepatit Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Tez-tez: bərpa olunan alopesiya (saçların nazikləşməsi, orta dərəcədə saç tökülməsi) Çox nadir: çoxformalı eritema, Stivens-Conson sindromu Ümumi pozğunluqlar və qəbul nahiyəsində pozğunluqlar Tez-tez: qızdırma
Doza həddinin aşılması
Doza həddinin aşılması baş verərsə, Milli toksikoloji Mərkəzə müraciət edilməli və onun tövsiyə və göstərişlərinə uyğun olaraq tədbirlər görülməlidir.
Buraxılış forması
400 mq-lıq tabletlər. 1 tablet, PVdX/PVX alüminium blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
GlaxoSmithKline Consumer Healthcare South Africa (Pty) Limited, Cənubi Afrika (39 Hawkins Avenue, Epping Industria 1, 7460, Cape Town, Cənubi Afrika)
Qeydiyyat vəsiqəsinin sahibi
GlaxoSmithKline S.A. (PTY) LTD, Cənubi Afrika (39 Hawkins Avenue, Epping Industria 1, 7460, Cape Town, Cənubi Afrika) Azərbaycan Respublikası ərazisində məhsulun keyfiyyəti ilə istehlakçıların iddialarını qəbul edən və farmakonəzarət məsələləri üzrə məsul təşkilatın adı və ünvanı: “Zeytun Pharmaceuticals” AZ1000, Azərbaycan, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, «BEGOC» Biznes Mərkəzi Telefon: +994124047885 (359) Mob: +994512251225 Elektron ünvan: [email protected]; [email protected] “Ticarət nişanları GSK şirkətlər qrupuna məxsus və ya lisenziyalıdır”. “©2020 GSK şirkətlər qrupu və ya onun lisenziya sahibi”.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.