VITAMIN A YAGDA 10 ML FLAKON

Təsiredici maddə: RETINOL ACETATE (VITAMIN A)
Təsiredici maddəRETINOL ACETATE (VITAMIN A)
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirA vitamininin sadə prepatları. Retinol (A vitamini)
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RETİNOL ASETAT (A VİTAMİNİ) daxilə və xaricə istifadə üçün yağlı məhlul RETINOL ACETATE (VITAMIN A) Beynəlxalq patentləşdirilməmiş adı: Retinol

Tərkibi

Təsiredici maddə: 1 ml preparatın tərkibində 100% retinol asetata nəzərən 34,4 mq (100 000 BV) retinol-asetat (A vitamini-asetat) vardır. Köməkçi maddələr: günəbaxan yağı.

Təsviri

Açıq-sarı rəngdən tünd-sarı rəngə qədər, qaxsımış iyi olmayan şəffaf yağlı mayedir.

Farmakoterapevtik qrupu

A vitamininin sadə prepatları. Retinol (A vitamini). ATC kodu: A11CA01. Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası A vitamini (retinol) yağda həll olan vitaminlər qrupuna aiddir. Retinol asetat preparatı təbii A vitamininin analoqu olub, orqanizmdə retinolun normal qatılığının bərpası üçün vacib hesab olunur. A vitamini zülal, lipid və mukopolisaxaridlərin sintezində mühüm rol oynayır, mineral balansını tənzimləyir. A vitamininin daha spesifik funksiyası görmə prosesinin (fotoresepsiyanın) təmin edilməsidir. Retinol görmə purpurunun- tor qişa çöpcüklərində yerləşən rodopsinin sintezində iştirak edir. A vitamini epitelial hüceyrələrin differensiasiya proseslərini modullaşdırır, sekretor vəzilərin inkişafında, keratinləşmə proseslərində, selikli qişaların və dərinin regenerasiyasında iştirak edir. A vitamini endokrin vəzilərin normal fəaliyyəti və orqanizmin böyüməsi üçün vacibdir, çünki o, somatomedinin antaqonistidir. A vitamini immunkompetent hüceyrələrin bölünməsinə, orqanizmin infeksion və mielopoezi stimulyasiya edən digər xəstəliklərdən spesifik (immunoqlobulin) və qeyri-spesifik (interferon, lizosim) müdafiə amillərinin sintezinə təsir göstərir. Retinol qaraciyərdə qlikogenin səviyyəsini artırır, həzm sistemində tripsin və lipazanın əmələ gəlməsini stimulyasiya edir; sisteinin fotokimyəvi sərbəstradikal reaksiyalarını və oksidləşməsini inhibisiya edir; sulfatların birləşdirici toxuma, qığırdaq, sümük komponentlərinə daxil olmasını aktivləşdirir; sulfoserebrozidlərə və mielinə olan tələbatı təmin edərək, sinir impulslarının ötürülməsini təmin edir. A vitamininin çatışmazlığı zamanı toranlıqda görmənin pozulması (toyuq korluğu) və konyunktiva, buynuz qişa və tər vəziləri epitelinin atrofiyası inkişaf edir. Aşağıdakı sistemlərdə degenerativ- distrofik proseslər inkişaf edir: tənəffüs yollarında (burun-udlaq, əlavə ciblər, traxeya, bronxların selikli qişaları), sidik-cinsiyyət sistemində (böyrək ləyənləri, sidik axarı, sidik kisəsi, uretra, uşaqlıq yolu, yumurtalıq, uşaqlıq boruları və endometrium, toxum kisəcikləri və toxum ciyəsi, prostat vəzi epiteli), həzm sistemində (həzm traktı, ağız suyu vəziləri, mədəaltı vəzinin selikli qişası). A vitaminin çatışmazlığı dərinin trofikasının pozulmasına (hiperkeratoz), tük və dırnaqların böyümə və keyfiyyətinin, həmçinin piy və tər vəzilərinin funksiyalarının pisləşməsinə gətirib çıxarır. Bundan başqa, bədən çəkisinin azalması və sümüklərin böyüməsinin ləngiməsi, qlükokortikoidlərin və steroid hormonların sintezinin zəifləməsi, orqanizmin infeksion və digər xəstəliklərə qarşı müqavimət qabiliyyətinin pozulması müşahidə edilir. Xole- və nefrolitiaza qarşı meyllilik qeyd olunur. Qadın orqanizmində A vitamininin çatışmazlığı və ya artıqlığı dölün bətndaxili inkişafının anomaliyalarına gətirib çıxara bilər. Retinol qeyi-epitelial şişlərə aid olmayan şişəleyhinə təsirə malikdir. Farmakokinetikası Daxilə qəbul edilən retinol asetat nazik bağırsağın yuxarı şöbələrində yaxşı sorulur. Sonra xilomikronların tərkibində bağırsaq divarından limfa sisteminə daşınır və döş axarı vasitəsilə qan cərəyanına daxil olur. Qanda retinolefirlərin daşınması β-lipoproteidlər vasitəsilə baş verir. Qan zərdabında A vitamini efirlərinin maksimal səviyyəsi qəbul edildikdən 3 saat sonra müşahidə edilir. A vitamininin depolaşma yeri qaraciyərin parenximasıdır; burada o, davamlı efir formalarında toplanır. Bundan başqa, A vitamininin yüksək miqdarı retinanın piqmentli epitelində müəyyən edilir. Bu depo A vitamininin çöpcüklərin və kolbacıqların xarici seqmentlərinə müntəzəm şəkildə çatdırılması üçün vacibdir. Retinolun biotransformasiyası qaraciyərdə baş verir, sonra isə o, qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsilə xaric edilir. Retinol qismən ödlə xaric edilə və enterohepatik sirkulyasiyada iştirak edə bilir. Retinolun eliminasiyası tədricən baş verir- 3 həftə ərzində orqanizmdən preparatın dozasının 34%-i xaric edilir.

İstifadəsinə göstərişlər

A hipo- və avitaminozu. A vitamininə tələbatın artması ilə müşayiət olunan xəstəliklərin kompleks müalicəsində: – infeksion-iltihabi, o cümlədən kəskin respirator xəstəlikləri; – dəri zədələnmələrini və xəstəlikləri (donvurma və I dərəcəli yanıqlar, ixtioz, hiperkeratoz, seboreyalı dermatit, neyrodermit, ekzemanın bəzi formaları); – göz xəstəlikləri (piqmentli retinit, hemeralopiya, kseroftalmiya, keratomalyasiya), göz qapaqlarının ekzematoz zədələnməsi; – A vitamininin sorulmasının pozulması ilə müşayiət olunan mədə-bağırsaq xəstəlikləri (qastrektomiya, diareya, steatoreya, seliakiya, Kron xəstəliyi, malabsorbsiya sindromu).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, kəskin və xroniki nefrit, dekompensasiya mərhələsində olan ürək çatışmazlığı, öddaşı xəstəliyi, xroniki pankreatit, A hipervitaminozu, retinoidlərin doza həddinin aşılması, hiperlipidemiya, piylənmə, sarkoidoz (o cümlədən anamnezdə), xroniki alkoqolizm. Dərinin kəskin iltihabi xəstəliyi, hamiləlik, 7 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla: qaraciyərin sirrozu, virus hepatiti, nefrit, böyrək çatışmazlığı, yaşlı xəstələr. Preparatı həkim müşahidəsi altında qəbul etmək lazımdır. Retinol asetatı uzun müddət qəbul etdikdə biokimyəvi göstəriciləri və qanın laxtalanma müddətini yoxlamaq lazımdır. Toranlıqda görmənin pozulmasının (toyuq korluğunun) müalicəsi zamanı Retinol asetatı riboflavinlə, nikotin turşusu ilə birlikdə qəbul etmək lazımdır. Hepatobiliar sistemin ağır zədələnmələri, qanın laxtalanma qabiliyyətinin pozulması ilə müşayiət olunan xəstəliklər zamanı preparatı ehtiyatla qəbul etmək lazımdır. Tetrasiklinlərlə uzun müddətli terapiya zamanı preparatı qəbul etmək tövsiyə olunmur. Retinololu xolestiraminin qəbulundan 1 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək lazımdır. Preparat orqanizmdə toplanma və uzun müddət qalma xüsusiyyətinə malikdir. Retinolun yüksək dozalarını qəbul edən qadınlar hamiləliyi 6-12 aydan tez olmayaraq planlaşdırılara bilərlər. Bu onunla bağlıdır ki, bu müddət ərzində orqanzmdə A vitamininin yüksək miqdarının təsirindən dölün qeyri-düzgün inkişaf riski mövcud olur. A vitamininin norml sorulması üçün qidada yağların olması vacibdir. Alkoqoldan və tütündən sui-istifadə etmə həzm traktından preparatın sorulmasını pozur. Preparatın tərkibində butilhidroksitoluol vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Estrogenlər A hipervitaminozunun inkişaf riskini artırır. Retinol asetat qlükokortikoidlərin iltihab əleyhinə təsirini zəiflədir. Retinol asetatı nitratlar və xolestiramidlə eyni vaxtda qəbul etmək olmaz, çünki onlar preparatın sorulmasını pozurlar. Retinol asetatı doza həddinin aşılması, A hipervitaminozunun inkişaf təhlükəsi ilə əlaqədar olaraq A vitamininin digər törəmələrilə birlikdə qəbul etmək olmaz. E vitamini ilə kombinasiya retinol asetatın aktiv formada saxlanmasına, bağırsaqdan sorulmasına və anabolik effektlərə şərait yaradır. Eyni vaxtda vazelin yağından istifadə edilmə bağırsaqda vitaminin absorbsiyasını poza bilər. A vitamininin və antikoaqulyantlarının eyni vaxtda qəbul edilməsi qanaxmalara qarşı meylliliyi gücləndirir. Eyni vaxtda izotretinoinin qəbul edilməsi toksik effektlərin inkişaf riskini artırır. Hamiləlik və ya laktasiya dövründə istifadəsi A vitamininin dozasının yüksək olması ilə əlaqədar olaraq preparat hamiləlik və laktasiya dövründə daxilə qəbul üçün əks göstərişdir. Pediatriyada istifadəsi Preparat 7 yaşdan böyük uşaqlara təyin edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın avtomobilləri idarəetmə və ya mürəkkəb mexanizmlərlə işləmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

İstifadə qaydası və dozası

Retinol asetat daxilə yeməkdən 10-15 dəqiqə sonra və xaricə təyin edilir. Göz pipetindən damızdırılan bir damcının tərkibində 3000 BV A vitamini olur. Preparatın 1 ml-nin tərkibində 100000 BV A vitamini olur. Preparatın dozasını təyin edərkən böyüklər üçün A vitamininin birdəfəlik dozasının 50000 BV- dən, 7 yaşdan böyüklər üçün isə 5000 BV-dən çox olmaması əsas götürülür. Böyüklər üçün yüksək gündəlik doza 100000 BV, uşaqlar üçün 20000 BV-ə bərabərdir. Yüngül və orta ağırlıqlı avitaminozlar zamanı A vitamininin terapevtik dozaları böyüklər üçün gündə 33000 BV-ə qədər təşkil edir. Dəri xəstəlikləri zamanı A vitamininin gündəlik dozası böyüklər üçün 50000-100000 BV, uşaqlar üçün 5000-10000-20000 BV-ə bərabərdir. Piqmentli retinit, kseroftalmiya, hemeralopiya zamanı böyüklər üçün gündəlik doza 50000-100000 BV təşkil edir (eyni vaxtda 20 mq gündəlik dozada riboflavin təyin edilir). Dəri örtüklərinin zədələnməsi zamanı (yaralar, yanıqlar, donvurmalar) zədələnmiş sahələri gigiyenik təmizlədikdən sonra Retinol asetat məhlulu ilə yağlamaq və tənzif sarğı ilə örtmək lazımdır (gündə 5-6 dəfə, epitelləşmə baş verdikdə aplikasiyaların sayını 1-ə qədər azalmaq lazımdır). Eyni vaxtda preparat daxilə təyin edilməlidir. Pediatrik praktikada, 7 yaşdan böyük uşaqlara raxitin, ekssudativ diatez fonunda gedən kəskin və xroniki respirator xəstəliklərin, hipotrofiyanın kompleks terapiyasında və kollagenozlar zamanı preparat yeməkdən sonra gündə 1 dəfə 1 damcı təyin edilir. 7 yaşa qədər uşaqlara preparat digər dərman formasında təyin edilir.

Əlavə təsirləri

A vitamininin böyük dozalarının uzunmüddətli qəbulu A hipervitaminozunun inkişafına səbəb ola bilər. Sinir sisteminə və hiss orqanlarına: tez yorulma, yuxululuq, əzginlik, əsəbilik, baş ağrısı, yuxusuzluq, qıcolmalar, diskomfort, gözdaxili hipertenziya, görmənin pozulması. Həzm sisteminə: iştahanın pozulması, bədən çəkisinin azalması, ürəkbulanma, çox nadir hallarda- qusma. Qaraciyər xəstəliklərinin kəskinləşməsi, transaminazaların və qələvi fosfatazanın aktivliyinin artması mümkündür. Sidik-ifrazat sisteminə: pollakiuriya, nikturiya, poliuriya. Qanyaradıcı sistemə: hemolitik anemiya. Dayaq-hərəkət sisteminə: sümüklərin rentgenoqrammasında dəyişikliklər, yerişin pozulması, aşağı ətraf sümüklərində ağrının olması. Allergik reaksiyalar: dodağın dərisində çatlar, ayaqların altında, ovuclarda, burun-dodaq üçbucağı nahiyəsində sarı-narıncı ləkələr, dərialtı ödemlər, bəzən istifadənin ilk günü qaşınan ləkəli-papulalı səpgilər (preparatın qəbulunun dayandırılmasını tələb edir), qaşınma, eritema və səpgi, dərinin quruması, ağızda quruluq, temperaturun yüksəlməsi, üzün hiperemiyalaşması və sonradan qabıqlanması əmələ gələ bilər. Digər: tüklərin tökülməsi, aybaşı siklinin pozulması, qarında ağrılar, işığa qarşı həssaslıq, aftlar, hiperkalsiemiya. Doza aşağı salındıqda və ya dərman preparatının qəbulu müvəqqəti olaraq dayandırıldıqda əlavə təsirlər öz-özünə keçib gedir. Dəri xəstəlikləri zamanı müalicənin 7-10-cu günündən sonra preparatın yüksək dozasının qəbul edilməsi yerli iltihabi reaksiyanın kəskinləşməsilə müşayiət oluna bilər ki, bu da əlavə müalicənin aparılmasını tələb etmir və sonradan zəifləyir. Bu effekt preparatın mielo- və immunostimuləedici təsirilə bağlıdır.

Doza həddinin aşılması

Doza həddinin aşılmasının simptomları: başgicəllənmə; huşun dumanlanması, diareya, orqanizmin ağır dərəcədə susuzlaşması, əsəbilik; üzdə başlanan və sonradan iritəbəqəli qabıqvermə ilə müşayiət olunan generalizəolunmuş səpgilər; diş ətindən qanaxma, ağız boşluğunun selikli qişasında quruluq və yara, dodaqların qabıq verməsi, sümüküstüaltı qansızmalarla əlaqədar olaraq uzun borulu sümüklərin kəskin ağrılı palpasiyası. Kəskin və xroniki A hipervitaminozu güclü baş ağrıları, temperaturun yüksəlməsi, yuxululuq, qusma, görmənin pozulması (gözlərdə ikili görmə), dəridə quruluq, oynaq və əzələlərdə ağrılar, piqment ləkələrinin əmələ gəlməsi, qaraciyər və dalağın ölçülərinin böyüməsi, sarılıq, qanın mənzərəsinin dəyişilməsi, gücün və iştahanın azalması ilə müşayiət olunur. Ağır hallarda qıcolma tutmaları, ürək zəifliyi və hidrosefaliya inkişaf edir. Müalicəsi. Müalicə simptomatikdir, antaqonist kimi tiroksin təyin edilir, askorbim turşusunun, E vitamininin təyin edilməsi faydalı hesab olunur.

Buraxılış forması

10 ml məhlul, şüşə flakonlarda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

2ºC-8ºC temperaturda (soyuducuda), orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Texnoloq” ÖSC. Ünvan Ukrayna, 20300, Uman şəh., Çerkassı vilayəti, Staraya Proreznaya küç., 8.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VITAMIN A YAGDA 10 ML FLAKON” üçün ilk rəyi siz yazın.