VIGADEXA 5 ML DAMCI
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Kortikosteroidlər və infeksiya əleyhinə vasitələrin kombinasiyası |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
14,14 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİQADEKSA steril oftalmoloji məhlul, göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Moxifloxacin + Dexamethasone
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq moksifloksasin (5,45 mq moksifloksasin hidroxloridə müvafiq), 1,0 mq deksametazon fosfata (1,10 mq deksametazon natrium fosfata müvafiq) vardır. Köməkçi maddələr:dinatrium edetat dihidrat, bor turşusu, natrium xlorid, sorbitol, tiloksapol, natrium hidroksid, xlorid turşusu, təmizlənmiş su.
Təsviri
Sarı-yaşımtıl, sarı rəngə çalan şəffaf və ya azaçıq tutqun məhluldur.
Farmakoterapevtik qrupu
Kortikosteroidlər və infeksiya əleyhinə vasitələrin kombinasiyası. ATC kodu: S01CA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Viqadeksa, deksametazon dinatrium hidroxlorid və moksifloksasin hidroxloridin birləşməsi olub izotonik və steril oftalmoloji məhluldur. Antibakterial və iltihab əleyhinə vasitələrin yanaşı yerli istifadəsi katarakta və refraktiv əməliyyat keçirmiş xəstələrdə faydalı ola bilər. Bu xəstələrdə 1 steroid və 1 müvafiq antibiotikin istifadəsi aşağıdakı kimi təsir göstərir: steroid iltihab prosesini tormozlayır, antibiotik isə patogen həssas bakteriyanın proliferasiyasına nəzarət edərək həm də profilaktik təsir göstərir. Əməliyyatdan sonrakı endoftalmit zamanı müəyyən edilən bakteriya növlərinin çoxu, adətən, periokulyar florada aşkar edilən növlərlə eynidir. Moksifloksasin 4-cü nəsil flüorxinolon olub, DNT replikasiyası, bərpası və rekombinasiyası üçün zəruri olan DNT giraza və topoizomeraza IV-ü tormozlayır. Deksametazon göz toxumalarına yaxşı yayıla bilən orta güclü kortikosteroiddir. Kortikosteroidlər iltihab əleyhinə və damardaraldıcı təsirlərə malikdirlər. Onlar müxtəlif xəstəliklər zamanı, bu xəstəlikləri müalicə etmədən iltihab reaksiyasını və simptomları aradan qaldırırlar. Deksametazonun iltihab əleyhinə təsirinin dəqiq mexanizmi məlum deyil. O, çoxsaylı iltihab sitokinlərini tormozlayaraq çoxsaylı qlükokortikoid və mineralokortikoid təsirlər yaradır. Deksametazon, güclü kortikosteroidlərdən biri olub, prednizolon və hidrokortizondan güclü nisbi iltihab əleyhinə təsirə malikdir. Moksifloksasin də daxil olmaqla, flüorxinolona qarşı rezistentlik, DNT-giraza və topoizomeraza IV-ü kodlaşdıran genlərdə xromosom mutasiyalarına görə yaranır. Qrammənfi bakteriyalarda moksifloksasinə rezistentlik çoxsaylı antibiotiklərə rezistent və xinolonlara rezistent gen sistemlərində mutasiyalar nəticəsində yaranır. Təsir mexanizmindəki müxtəlifliyə görə, beta-laktamlar, makrolidlər və aminoqlikozidlərlə çarpaz rezistentliyin baş verməsi gözlənilmir. Dağılma nöqtələri EUCAST (Antimikrob Həssaslıq Sınaqları üzrə Avropa Komitəsi) tərəfindən müəyyən edilən minimal tormozlayıcı konsentrasiya (MİC) aşağıdakı kimidir (burada S= həssaslıq, R= rezistentlik kimi qeyd edilmişdir): • Staphylococcus species S ≤ 0.5, R > 1 • Streptococcus A, B, C, G S ≤ 0.5, R > 1 • Streptococcus pneumoniae S ≤ 0.5, R > 0.5 • Haemophilus influenzae S ≤ 0.5, R > 0.5 • Moraxella catarrhalis S ≤ 0.5, R > 0.5 • Enterobacteriaceae S ≤ 0.5, R > 1 • Növlə əlaqəli olmayan S ≤ 0.5, R > 1 İn vitro dağılma nöqtələri sistem istifadədə moksifloksasinin klinik effektivliyini təxmin etmək üçün faydalı olmuşdur. Ümumilikdə həssas olan növlər Aerob qrammüsbət mikroorqanizmlər Corynebacterium species, həmçinin Corynebacterium diphtheriae Staphylococcus aureus (metisillinə həssas) Streptococcus pneumoniae Streptococcus pyogenes Streptococcus viridans qrupu Aerob qrammənfi mikroorqanizmlər Enterobacter cloacae Haemophilus influenzae Klebsiella oxytoca Moraxella catarrhalis Serratia marcescens Anaerob mikroorqanizmlər Proprionibacterium acnes Digər mikroorqanizmlər Chlamydia trachomatis Qazanılmış rezistentliyi problem olan növlər Aerob qrammüsbət mikroorqanizmlər: Staphylococcus aureus (metisillinə rezistent) Staphylococcus, koaqulaza-mənfi növlər (metisillinə rezistent) Aerob qrammənfi mikroorqanizmlər Neisseria gonorrhoeae Xüsusiyyətcə rezistent mikroorqanizmlər Aerob qrammənfi mikroorqanizmlər Pseudomonas aeruginosa Farmakokinetikası Sorulması Ədəbiyyatda klinik farmakokinetik qeydlərə əsasən, sağlam könüllülərdə moksifloksasinin peroral sorulması tez baş verir və biomənimsəmə 86% təşkil edir. Deksametazonun peroral biomənimsənilməsi sağlam şəxslərdə və xəstələrdə 70-80% arasında dəyişir. Paylanması İnsanlarda moskifloksasinin paylanma həcmi tarazlıq vəziyyətində təqribən 2,0 L/kq-dır. Moksifloksasinin plazma zülalları ilə birləşməsi təqribən 48%-dir. Zülallarla birləşmə dərəcəsi tədqiq edilən plazma konsentrasiyaları hüdudunda (0,05-4,7 mq/l) sabit olmuşdur. İnsanlarda deksametazonun paylanma həcmi tarazlıq vəziyyətində 0,58 l/kq olmuşdur. Metabolzim İnsanlarda moksifloksasin, əsasən, ikincili aminin sulfatlaşması (M1) və karboksil qrupunun qlükuronizasiyası (M2) metabolik yolları ilə xarakterizə olunur. Sulfatlaşma, moksifloksasinin ikinci aminində, qlükuronizasiya isə karboksil turşusunda baş verir. Peroral istifadədən sonra ana maddənin maksimal konsentrasiyasının 1/3-ni və 1/10-ni müvafiq olaraq, N-sulfonat və asil qlükoronid təşkil edir. N-sulfonat metaboliti və ya asil qlükorinid maddələri farmakoloji cəhətdən aktiv hesab edirmirlər. Peroral yeridilmədən sonra, deksametazonun müəyyən edilən 2 əsas metabolitləri 6β- hidroksideksametazon (dozanın 60%-i) və 6β-hidroski-20- dihidroksimetazon (dozanın 10%-nə qədəri) olmuşdur. Xaric olması Moksifloksasinin venadaxili və peroral yeridilməsindən sonra terminal yarımxaricolma dövrü bərabər olmuşdur (təxminən 12 saat). Dozanın təqribən 20%-i dəyişilməmiş şəkildə sidiklə xaric olunmuş və böyrək klirensi 43 ml/dəq təşkil etmişdir. Nəcislə xaric olunma əsas xaricolma yoludur. Ana maddə (dozanın 25%-i) və N-sulfonat metaboliti (dozanın 35%-i) nəcisdə dozanın 60%-ni təşkil edir. Sistem istifadədən sonra nəcisdə asil qlükuronid aşkar edilməmişdir. Dozanın digər 35%-i sidiklə xaric olunur. böyrəklərlə xaricolunma qlomerulyar filtrasiya, aktiv sekresiya (asil qlükoronid metaboliti) və tubulyar reabsorbsiyanın nəticəsidir. Deksametazonun venadaxili yeridilməsindən sonra, sistem klirens 0,125 l/saat/kq olmuşdur. Peroral yeridilmədən sonra, preparatın 2.6%-i dəyişilməmiş şəkildə sidikdə müəyyən edilmişdir. Belə ki, dozanın 70%-ə qədəri müəyyən edilmiş metabolitlər şəklində aşkar edilmişdir. Xəttilik/qeyri-xəttilik Moksifloksasinin farmakokinetikası birdəfəlik peroral 50-800 mq doza arasında xətti olmuşdur. Deksametazonun 0,5-1,5 mq dozada peroral qəbulundan sonra qeyri-xətti farmakokinetika müşahidə edilmişdir. Xüsusi qrup xəstələrdə farmakokinetikası Cavan və yaşlı sağlam könüllülərdə moksifloksasin, yaş və ya cinslə əlaqədar farmakokinetik fərq əks etdirməmişdir. Böyrək disfunksiyası və ya qaraciyərin funksiyası zəif və orta dərəcədə pozulmuş xəstələrdə moksifloksasinin dozasına düzəlişlərin edilməsi tələb edilmir. Moksifloksasinin farmakokinetikası qaraciyər funksiyası ağır dərəcədə pozulmuş xəstələrdə öyrənilməmişdir. Sağlam şəxslərlə müqayisədə, böyrək funksiyası pozulmuş xəstələrdə sistem deksametazonun farmakokinetikasında əhəmiyyətli fərq müşahidə olunmamışdır. Pediatrik xəstələr (18 yaşdan aşağı) Pediatrik xəstələrdə moksifloksasin əlaqəli pediatrik farmakokinetik məlumatlar dərc edilməmişdir. Uşaqlarda müxtəlif yaş qruplarında deksametazon əlaqəli farmakokinetika müqayisəli olmuşdur, lakin xəstələrarası geniş fərqlər müşahidə edilmişdir.
İstifadəsinə göstərişlər
Viqadeksa steril göz damcısı preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyalarının müalicəsi və həmçinin əməliyyatdan sonrakı iltihab və bakterial infeksiyanın profilaktikası məqsədilə istifadə edilir.
Əks göstərişlər
Təsiredici maddəyə, köməkçi maddələrə və ya digər xinolonlora qarşı hiperhəssaslıq; Herpes simplex tərəfindən törədilən keratit; Buynuz qişa və ya konyunktivanın vaksinasiyası (inək çiçəyinə qarşı), suçiçəyi və digər virus infeksiyaları; Göz strukturunun göbələk xəstəlikləri və ya müalicə olunmamış parazitar göz infeksiyaları; Mikobakterial göz infeksiyaları.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sistem istifadə edilən xinolonlarla müalicə alan xəstələrdə ciddi və nadir hallarda letal hiperhəssaslıq (anafilaktik) reaksiyaları (bəzilərində ilk dozadan sonra) qeydə alınmışdır. Bəzi reaksiyalar ürək-damar çatışmazlığı, huşun itməsi, angionevrotik ödem (qırtlaq, udlaq və üzun ödemi də daxil olmaqla), tənəffüs yollarının obstruksiyası, təngnəfəslik, övrə və qaşınma ilə müşayiət olunmuşdur. Moksifloksasinə qarşı allergik reaksiya əmələ gəldikdə, preparatın istifadəsini dayandırmaq lazımdır. Ciddi kəskin hiperhəssaslıq reaksiyaları zamanı təcili müalicə tələb olunur. Klinik göstərişlərə əsasən oksigen və tənəffüs yolunun bərpası ilə dərhal müalicə aparılmalıdır. Oftalmoloji kortikosteroidlərin uzunmüddətli istifadəsi optik sinirin zədələnməsi, görmə itiliyinin zəifləməsi, görmə sahəsinin qüsuru və arxa subkapsulyar katarakta formalaşması ilə göz təzyiqi və/və ya qlaukoma ilə nəticələnə bilər. Uzunmüddətli oftalmoloji kortikosteroidlərlə müalicə alan xəstələrdə gözdaxili təzyiq mütəmadi olaraq tez-tez yoxlanmalıdır. Bu xüsusilə, pediatrik xəstələr üçün önəmlidir, belə ki, kortikosteroid-əlaqəli gözdaxili təzyiqin artması riski uşaqlarda daha yuxarı ola bilər və böyük xəstələrlə müqayisədə daha erkən yarana bilər. Kortikosteroid-əlaqəli gözdaxili təzyiqin artması və/və ya kataraktanın yaranması riski meylli xəstələrdə (məs: şəkər xəstələrində) yüksəkdir. Flüorxinolonların sistem qəbulu zamanı vətər iltihabı (tendinit) və ya cırılması baş verə bilər. Bununla əlaqədar olaraq, tendinitin ilkin əlamətləri zamanı Viqadeksa göz damcıları ilə müalicə dayandırılmalıdır. Uşaqlar və CYP3A4 inhibitorları ilə (ritonavir və kobisitat da daxil olmaqla) müalicə alan xəstələr də daxil olmaqla, meyilli xəstələrdə intensiv və ya uzunmüddətli davamlı müalicə nəticəsində oftalmoloji deksametazonun sistem absorbsiyası ilə əlaqədar Kuşinq sindromu və/və ya böyrəküstü vəzinin funksiyasının tormozlanması yarana bilər. Belə hallarda müalicə qəfil deyil, tədricən azaldılaraq dayandırılmalıdır. Kortikosteroidlər müqaviməti azaldaraq, qeyri-həssas bakteriya, göbələk, virus və ya parazitar infeksiyaların yaranmasına və infeksiyaların klinik əlamətlərinin maskalanmasına kömək edə bilər. Davamlı buynuz qişanın xorası olan xəstələrdə göbələk infeksiyasına şübhə olmalıdır. Yerli oftalmoloji kortikosteroidlər buynuz qişa yaralarının sağalmasını yavaşıda bilər. Yerli steroidlər və yerli QSİƏP-ın yanaşı istifadəsi zamanı buynuz qişanın sağalma problemi arta bilər. Buynuz qişanın və ya skleranın nazilməsinə səbəb olan xəstəliklər zamanı yerli kortikosteroidlərin istifadəsi ilə perforasiyanın əmələ gəlməsi məlumdur. Antibiotiklərin uzunmüddətli istifadəsi qeyri-həssas orqanizmlərin və ya göbələklərin artması ilə nəticələnə bilər. Superinfeksiya yarandığı halda, preparatın istifadəsi dayandırılmalı və müvafiq müalicə tətbiq edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Yerli steroidlər və yerli QSİƏP-ın yanaşı istifadəsi zamanı buynuz qişanın sağalma problemi arta bilər. Ritonavir və Kobisistat da daxil olmaqla, CYP3A4 inhibitorları, Kuşinq sinromu/böyrəküstü vəzinin supressiyası ilə əlaqədar riskin artmasına səbəb olan sistem ekspozisiyanı artıra bilərlər. Yalnız, belə kombinasiyanın faydası sistem kortikosteridlərin yan təsirlərindən üstün olan zamanlar istisna olmaqla, bu tip kombinasiyanın istifadəsinə yol verilməməlidir. Bu zaman, xəstələr sistem kortikosteridlərin təsirinə görə nəzarət altında olmalıdırlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Viqadeksa dərman vasitəsinin istifadəsi ilə əlaqəli risklər barədə məlumat verəcək adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik zamanı uzunmüddətli və ya təkrar sistem kortikosteroidlərin istifadəsi bətndaxili inkişafın ləngiməsi riskinin artması ilə əlaqələndirilmişdir. Hamiləlik dövründə əhəmiyyətli dozalarda kortikosteroidlər qəbul edən anaların körpələri doğuşdan sonra hipoadrenalizm əlamətlərinə görə diqqətlə müşahidə olunmalıdırlar. Heyvanlar üzərində deksametazonla aparılan tədqiqatlarda embrio-fetal toksiklik və teratogenlik müşahidə edilmişdir. AUC əyrisinə əsasən moksifloksasinin insanlar üçün tövsiyə olunan maksimal oftalmik dozadan (MROHD) 30 dəfə yüksək dozalarda orqanogenez dövründə siçovullara və meymunlara peroral, dovşanlara isə venadaxili yeridilməsi zamanı analarda və ya döldə əlavə təsir yaranmamışdır. Viqdakesa hamiləlik dövründə yalnız potensial fayda döl üçün potensial riskdən yüksək olduğu zaman istifadə edilə bilər. Moksifloksasin və ya deksametazonun yerli istifadədən sonra insanlarda ana südünə keçməsi məlum deyil. Süd verən siçovullar üzərində aparılan tədqiqatlarda moksifloksasinin peroral istifadədən sonra südə keçməsi qeyd edilmişdir. Moksifloksasin və deksametazonun ana südündə aşkarlanması və ya körpəyə klinik təsir ehtimallarının olmamasına baxmayaraq, südəmər körpələr üçün risk istisna edilmir. Südəmər körpələrdə və analarda fayda/risk nisbəti dəyərləndirilərək, preparatla müalicənin və ya ana südü ilə qidalandırmanın dayandırlımasına qərar verilməlidir. Viqadeksanın insanlarda və ya heyvanlarda fertilliyə təsiri barədə məlumat yoxdur. Moksifloksasin və ya deksametazonun kişi və ya qadın fertilliyinə təsir etməsi barədə klinik məlumatlar məhduddur. Deksametazonun istifadəsi ilə heyvanlar üzərində standart fertillik tədqiqatları aparılmamışdır. Moksifloksasin siçovullarda fertilliyə təsir etmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetməyə təsir edə bilər. Preparatın istifadəsindən sonra görmədə bulanıqlıq yaranarsa, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləmək lazımdır.
İstifadə qaydası və dozası
Cərrahi əməliyyatdan sonrakı infeksiya və iltihabın profilaktikası üçün • Əməliyyatdan 1 gün əvvəl başlayaraq və sonrakı 15 gün ərzində əməliyyat olunan gözə gündə 4 dəfə 1 damcı. • Katarakta əməliyyatı keçirmiş xəstələrdə preparat əməliyyatdan sonra dərhal istifadə edilir. • LASIK üsulu ilə refraktiv əməliyyat keçirmiş xəstələrdə, məhlul əməliyyatdan sonrakı 15 dəqiqə ərzində istifadə edilməlidir. Bu preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyaları: 7 gün ərzində gündə 4 dəfə 1 damcı. Ayrı-ayrı qrup xəstələrdə dozalanma Qaraciyər və böyrək funksiyasının pozulması Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə preparat tədqiq edilməmişdir. Uşaqlarda istifadəsi (18 yaşdan aşağı) Klinik tədqiqatlarda preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur; spesifik tövsiyələr yoxdur. Yaşlı xəstələr (65 yaş və yuxarı) 65 yaşdan yuxarı xəstələrdə Viqadeksanın istifadəsinə dair mövcud məlumatlar məhdud saydadır. Lakin bu yaş qrupuna dair xəstələrdə dozaya düzəlişlərin edilməsini tələb edən dəlillər mövcud deyil. İstifadə qaydası Yalnız okulyar istifadə üçündür. Kontaminasiyaya yol verməmək üçün, flakonun ucluğunu hər hansı bir səthə toxundurmaq olmaz. Damcıtökənin ucluğunu həmçinin gözə də toxundurmaq olmaz, belə ki, bu gözü zədələyə bilər. Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Birdən artıq yerli oftalmoloji vasitə istifadə edildiyi zaman, dərman preparatları araslnda ən azı 5 dəqiqə fasilə olmalıdır. Məlhəm ən sonda istifadə edilir. Preparatın damcıladılmasından sonra gözün daxili bucağının və ya göz qapaqlarının ehtiyatla bağlanması tövsiyə olunur. Bu, yerli istifadə olunan dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirlərin də azalmasına kömək edə bilər.
Əlavə təsirləri
Klinik tədqiqatlardan əldə olunan əlavə təsirlər MedDRA sistem orqan sinfinə əsasən sıralanmışdır. Hər bir sistem orqan sinfi daxilində əlavə təsirlər tezliyə görə, daha çox rast gəlinən birinci olmaqla verilmişdir. Hər bir tezlik qrupu daxilində, əlavə təsirlər ciddiliyin azalması sırası ilə verilmişdir. Əlavə olaraq, hər bir əlavə təsir reaksiyası üçün müvafiq tezlik meyarı aşağıdakı konvensiyaya (CIOMS) uyğun verilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 – 1/10), bəzən (≥1/1000 -<1/100), nadir hallarda (≥1/10,000 – <1/1,000), çox nadir hallarda (<1/10,000). Klinik tədqiqatlarda qeyd edilən əlavə təsir reaksiyalarının tezliyi Sistem orqan sinfi Tezlik kateqoriyası Əlavə təsirlər Psixi pozulmalar Nadir hallarda Yuxusuzluq Sinir sisteminə Bəzən Disgevziya Görmə orqanlarına Tez-tez Gözlərdə qaşınma, gözlərdə qıcıqlanma Bəzən Bulanıq görmə, göz qapaqlarında ağrı Respirator, döş qəfəsi və Bəzən Ağız-udlaq ağrısı mediastinal pozulmalar Spontan hesabat və ədəbiyyat materiallarından əldə edilmiş əlavə təsirlər (tezlik məlum deyil) Aşağıdakı əlavə təsirlər Viqadeksa dərman vasitəsinin qəbulu ilə post-marketinq təcrübədə spontan hesabatlar və ədəbiyyat materiallarından əldə edilmişdir. Bu təsirlər haqqında məlumat könüllü şəkildə naməlum sayda əhalidən əldə edildiyi üçün, tezlik kateqoriyasını təyin etmək mümkün deyil. Buna görə də bu təsirlər tezlik məlum deyil kimi qeyd edilir. Əlavə təsirlər MedDRA sistem orqan sinfinə əsasən təsnif edilib. Hər bir sistem orqan sinfində, əlavə təsirlər ciddiliyin azalması ilə sıralanmışdır. Görmə orqanlarına: məlum deyil – gözlərdə hiperemiya.
Doza həddinin aşılması
Preparatın xarakteristikasını nəzərə alaraq, okulyar istifadədə doza həddinin aşılması və ya bir flakonun tərkibinin qəfildən udulması zamanı toksik təsirlərin olması ehtimal edilmir.
Buraxılış forması
5 ml məhlul, ağ, aşağı sıxlıqlı polietilen (ASPE) flakonda flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Novartis Biociencias S.A., Brasil. Avenida Nossa senhora da Assunçao, 736, Butanta- San Paulo, Brazil.
Qeydiyyat vəsiqəsinin sahibi
Novartis Pharma AG, Switzerland. Lichtstrasse 35, 4056 Basel, Switzerland. Azərbaycan Respublikası ərazisində dərman vasitəsi ilə əlaqədar hər hansı bir məlumat almaq üçün yerli filialla və ya əlavə təsirlərə şübhə olduğu zaman [email protected] elektron ünvanına müraciət edərək əlaqə saxlamağınız xahiş olunur Novartis Farma Servises AQ şirkətinin Azərbaycan Respublikasındakı Filialı. AZ1014, Bakı şəhəri, Rəsul Rza küçəsi 75, “Winter Park Plaza”. Telefon: +994 12 505 5822, +994 12 5055833. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.