VIFERON 12 GR MELHEM
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Sitokin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,68 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİFERON xaricə və yerli istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: İnterferon alfa-2b
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 40000 TV insanın rekombinat alfa-2b interferonu vardır. Köməkçi maddələr: alfa-tokoferol asetat, susuz lanolin, tibbi vazelin, şaftalı yağı, təmizlənmiş su.
Təsviri
Xarakterik lanolin qoxulu, ağımtl sarı rəngdən sarı rəngə qədər olan məlhəmdir.
Farmakoterapevtik qrupu
Sitokin. ATC kodu: L03AB05.
Farmakoloji xüsusiyyətləri
VİFERON preparatı immunomoduləedici və virusəleyhinə vasitədir. İnsan rekombinat alfa-2b interferonu virusəleyhinə, antiproliferativ və immunomodulədici xüsusiyyətə malikdir. Preparatın tərkibinə daxil olan köməkçi maddələrin iştirakı ilə insanın rekombinat alfa-2b interferonun spesifik virusəleyhinə aktivliyi artır, onun immunomoduləedici təsiri güclənir (zədələnmə ocağında neytrofillərin faqositar funksiyasının stimulyasiyası). Xaricə və yerli istifadə zamanı interferonun sistem absorbsiyası kiçikdir.
İstifadəsinə göstərişlər
1 yaşdan yuxarı uşaqlarda qrip və digər KRVİ-nin müalicəsində kompleks terapiyanın tərkibində.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 1 yaşa qədər uşaqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi öyrənilməyib. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müəyyən edilməyib.
İstifadə qaydası və dozası
Qripin və digər KRVİ-nin müalicəsi zamanı preparat nazik təbəqə ilə burun yollarının selikli qişasına sutkada 3-4 dəfə çəkilir: 1-2 yaşlı uşaqlarda 2500 TV (diametri 0,5 sm olan 1 dairə) sutkada 3 dəfə; 2-12 yaşlı uşaqlarda 2500 TV (diametri 0,5 sm olan 1 dairə) sutkada 4 dəfə; 12-18 yaşlı uşaqlarda 5000 TV (diametri 1 sm olan 1 dairə) sutkada 4 dəfə təyin edilir. Müalicə müddəti 5 gün təşkil edir. Ağzı açılmış tubu soyuducuda 1 ay saxlamaq olar.
Əlavə təsirləri
Əksər hallarda VİFERON xaricə və yerli istifadə üçün məlhəm pasiyentlər tərəfindən yaxşı qəbul edilir. Selikli qişaya çəkilən zaman baş verən əlavə təsirlər (rinoreya, asqırma, burunun selikli qişasının yanması) zəif və keçici xarakter daşıyır və preparatın istifadəsi dayandırıldıqdan sonra sərbəst şəkildə keçib gedir.
Doza həddinin aşılması
Müəyyən edilməmişdir.
Buraxılış forması
40000 TV xaricə və yerli istifadə üçün 12 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8ºС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
1 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Feron” MMC, Rusiya. Ünvan 123089, Moskva ş., Qamalei k., ev 18. Tel.:/Faks: (499) 193-30-60.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.