VALIDOL 0,06 GR 10 TB.

Dərman formasıTablet
Farmakoloji təsirKardioloji preparat
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VALİDOL-DARNİTSA tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq izovalerian turşusunun mentil efirində mentol məhlulu vardır. Köməkçi maddələr:kristallik şəkər, kalsium stearat.

Təsviri

Yastı silindr formalı, xətli və iti tərəfli, xarakterik mentol qoxulu, ağ və ya demək olar ki, sarımtıl ağ rəngli tabletlərdir. Tabletin səthində bozumtul çillər və tozabənzər ərp yolveriləndir.

Farmakoterapevtik qrupu

Kardioloji preparat. ATC kodu: C01EX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Validol mürəkkəb maddə olub, mentolun izovalerian turşusunun mentil efirində həll edilməsi zamanı yaranır. Sublinqval istifadə zamanı preparatın təsiri mentol və izovalerian turşusunun efirinin effekti ilə əlaqədardır. Birinci maddə, ağız boşluğunun selikli qişasında hissi sinir uclarını qıcıqlandıraraq, reflektor damargenişləndirici (tac-damargenişləndirici) təsir göstərir. İkinci maddə, ağrı hissini tənzimləyən enkefalinlərin, endorfinlərin, dinorfinlərin və peptidlərin mərkəzi sinir sistemində yaranmasını stimulə edir. Preparatın istifadəsi nəticəsində regional qan dövranı yaxşılaşır, ağrı hissinin ifadəliliyi azalır. Preparat sakitləşdirici təsir göstərir. Farmakokinetikası Preparat ağız boşluğunda tez sorulur və bir neçə dəqiqədən sonra qan dövranı sistemində maksimum konsentrasiyaya çatır. Preparatın təsiri, sublinqval istifadə zamanı 5 dəqiqədən sonra güclənir. Qismən qaraciyərdə transformasiyaya uğrayır. Transformasiya məhsulları orqanizmdən bağırsaq və öd vasitəsilə xaric edilir. Preparat orqanizmdən sidik və verilən nəfəslə dəyişilməmiş şəkildə xaric edilir.

İstifadəsinə göstərişlər

– Yüngül dərəcəli stenokardiya tutmaları; – dəniz və hava xəstəliyi; – isteriya; – nevroz; – nitratların qəbulu ilə əlaqədar olan başağrısı.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – arterial hipotenziya; – kəskin miokard infarktı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın qəbulundan sonra ürək nahiyəsində ağrı keçməzsə, koronar sindromu istisna etmək vacibdir. Stenokardiya tutmaları zamanı preparatın kombinəolunmuş terapiyanın tərkibində istifadəsi zamanı ilk 5 dəqiqə ərzində effekt olmazsa, nitratlar təyin edilməlidir. Preparatın tərkibində şəkər vardır, bu səbəbə görə şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nitratlar Preparatla nitratlar eyni vaxtda istifadə edildikdə, ikincinin istifadəsi zamanı yaranan başağrısı azalır. Validol-darnitsa sedativ preparatlar, psixotrop vasitəllər, opioid analgetiklər, alkoqol və narkoz üçün vasitələrlə eyni vaxtda istifadə edildikdə, sonuncuların effektini gücləndi- rir. Antihipertenziv preparatlar Validol-Darnitsa ilə antihipertenziv preparatların eyni vaxtda istifadəsi zamanı ikincinin təsirinin güclənməsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Pediatriyada istifadəsi Pediatriyada preparatın istifadə təcrübəsi yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın qəbulunun ilk saatlarında nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, preparatın istifadəsi zamanı başgicəllənmə, yuxululuq və psixomotor funksiyaların sürətinin azalması mümkündür.

İstifadə qaydası və dozası

Tablet tam sorulanadək ağızda (dilaltı) saxlanılır. Böyüklər üçün birdəfəlik doza 1-2 tablet təşkil edir; sutkalıq doza 2-4 tabletdir. Ehtiyac olduqda, sutkalıq dozanı artırmaq olar. Maksimal sutkalıq doza 600 mq təşkil edir. Müalicə müddəti 7 gündür.

Əlavə təsirləri

Uzunmüddətli istifadə zamanı çox nadir hallarda ürəkbulanma, qarın nahiyəsində diskomfort, gözsulanma, başgicəllənmə, yuxululuq, özbaşına və tez keçib gedən qısamüddətli arterial hipotenziya müşahidə edilə bilər.

Doza həddinin aşılması

Simptomları Başağrısı, ürəkbulanma, oyanıqlıq, ürəyin işinin pozulması, arterial təzyiqin enməsi, mərkəzi sinir sisteminin zəifləməsi, preparatın komponentlərinə qarşı yüksək həssaslıq (angionevrotik ödem, övrə, qaşınma, səpgi). Müalicəsi Doza həddi aşıldığı zaman preparatın qəbulu dayandırılmalı və simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

6 və ya 10 tablet, konturlu-yuvalı qablaşdırmada, 1 konturlu -yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

8-15°С temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq Şirkəti” ÖSC, Ukraynaş Ünvan Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VALIDOL 0,06 GR 10 TB.” üçün ilk rəyi siz yazın.