UROSOLFIN 5 MG № 30 (TABLETKI) (TRIMA ISRAIL FARMASEUTIKAL PRODUKTS MAABAROT MMC) (IZRAIL)
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Spazmolitik vasitə |
| İstehsal ölkəsi | İsrail |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
24,08 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UROSOLFİN 5 mq, 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Solifenacin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq solifenasin suksinat vardır. Köməkçi maddələr: susuz laktoza, qarğıdalı nişastası, hidroksipropilmetilsellüloz (HPMS), maqnezium stearat, titan dioksid, polietilenqlikol, sarı aliminium boyası D&C № 10, qırmızı FD&C № 3, qırmızı alüminium lakı FD&C № 2.
Təsviri
Açıq-sarı rəngli, dairəvi tabletlərdir.
Farmakoterapevtik qrupu
Spazmolitik vasitə. ATC kodu: G04BD08.
Farmakoloji xüsusiyyətləri
Famakodinamikası Solifenasin əsasən m3-yarımtipli muskarin xolinoreseptorlarının spesifik rəqabətli inhibitorudur. Həmçinin müəyyən olunmuşdur ki, solifenasin digər müxtəlif reseptorlarla və ion kanalları ilə zəif yaxınlığa malikdir və ya bu cür yaxınlıq yoxdur. Hiperaktiv sidik kisəsi sindromu zamanı Urosolfin preparatının 5 mq və 10 mq dozalarda effektivliyi müalicənin artıq birinci həftəsi ərzində müşahidə edilir və müalicənin sonrakı 12 həftəsi ərzində stabilləşir.Urosolfin-in maksimal effekti 4 həftədən sonra aşkar oluna bilər. Effektivlik uzunmüddətli istifadə zamanı davam edir (minimum -12 ay). Farmakokinetikası Absorbsiyası: plazmada maksimal konsentrasiyası (Cmax) 3-8 saatdan sonra yaranır. Maksimal konsentrasiyaya çatma müddəti (Cmax) dozadan asılı olmur. Cmax və “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) dozanın 5 mq-dan 40 mq-a qədər artırılmasına mütənasib olaraq artır. Mütləq biomənimsəniİməsi – 90%-dir. Qida qəbulu solifenasinin Cmax və AUC göstəricilərinə təsir göstərmir. Paylanması: vena daxilinə yeridildikdən sonra solifenasinin paylanma həcmi təxminən 600 litr təşkil edir. Solifenasin xeyli dərəcədə (təxminən 98%) plazma zülalları ilə, əsasən də az turş- qlikoproteinlə birləşir. Metabolizmi Solifenasin qaraciyər vasitəsilə, əsasən P450 sitoxrom sisteminin 3A4 (CYP3A4) izofermenti ilə metabolizmə uğrayır. Lakin alternativ metabolizm yolları mövcuddur ki, solifenasinin metabolizmi də onların vasitəsilə həyata keçirilə bilir. Solifenasinin sistem klirensi təxminən 9,5 litr/saat təşkil edir, son yarımxaricolma dövrü isə 45-68 saata bərabərdir. Preparatı daxilə qəbul etdikdən sonra plazmada solifenasindən başqa, aşağıdakı metabolitlər identifikasiya olunmuşdur: bir farmakoloji aktiv (4R-hidroksisolifenasinin) və üç qeyri-aktiv (solifenasinin N-qlükuronid, N-oksid və 4R-hidroksi-N-oksidi). Xaric olması 10 mq , C-nişanlanmış solifenasin birdəfəlik yeridildikdə 26 gündən sonra radio-aktivliyin təxminən 70%-i sidikdə və 23%-i nəcisdə aşkar edilmişdir. Sidikdə radioaktivliyin təxminən 11%-i dəyişilməmiş aktiv maddə şəklində, təxminən 18%-i N-oksid metabolit, 9% 4R-hidroksi- N-oksid metabolit və 8% 4R-hidroksi metabolit şəklində (aktiv metabolit) aşkar edilmişdir. Dozaların terapevtik diapazonunda solifenasinin farmakokinetikası xəttidir. Xəstələrin xüsusi kateqoriyalarında farmakokinetikanın xüsusiyyətləri Yaş: xəstələrin yaşından asılı olaraq dozada düzəlişlər etməyə ehtiyac yoxdur. Tədqiqatlar göstərmişdir ki, solifenasinin (5 mq və 10 mq) AUC şəklində ifadə olunmuş ekspozisiyası sağlam yaşlı fərdlərdə (65-80 yaşlı) və sağlam gənc fərdlərdə (< 55 yaş) oxşar olmuşdur, t^ şəklində ifadə olunan absorbsiyanın orta sürəti yaşlı xəstələrdə bir qədər aşağı, son yarımxaric olma dövrü isə 20% daha uzun olmuşdur. Bu əhəmiyyətsiz dərəcədə olan fərqlər klinik əhəmiyyət kəsb etmir. Uşaqlarda və yeniyetmələrdə solifenasinin farmakokinetikası müəyyən edilməmişdir. Cins Solifenasinin farmakokinetikası xəstənin cinsindən asılı deyil. İrq: irqi mənsubiyyət solifenasinin farmakokinetikasına təsir göstərmir. Böyrək çatışmazlığı: yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə solifenasinin AUC göstəriciləri sağlam könüllü şəxslərdəki müvafiq göstəricilərdən əhəmiyyətsiz dərəcədə fərqlənir. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi <30 ml/dəq) solifenasinin ekspozisiyası xeyli dərəcədə yüksəkdir- Cmax göstəricisinin yüksəlməsi təxminən 30%, AUC – 100%-dən yüksək və T1/2- 60%-dən yüksək olur. Kreatinin klirensi və solifenasinin klirensi arasında statistik əhəmiyyətli qarşılıqlı əlaqənin olması qeyd olunmuşdur. Farmakokinetika hemodializ qəbul etmiş xəstələrdə öyrənilməmişdir. Qaraciyər çatışmazlığı: orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld-Pyu təsnifatına görə 7-9 bal) Cmax göstəricisi dəyişilmir, AUC 60% artır, T 1/2 ikiqat artır. Farmakokinetika ağır qaraciyər çatışmazlığı olan xəstələrdə müəyyən edilməmişdir.
İstifadəsinə göstərişlər
Hiperaktiv sidik kisəsi sindromlu xəstələr üçün xarakterik olan urgent (imperativ) sidik saxlamama, tezləşmiş sidik ifrazı və sidik ifrazına urgent (imperativ) çağırışların müalicəsi.
Əks göstərişlər
• Sidik ifrazının ləngiməsi; • ağır mədə-bağırsaq xəstəliyi (o cümlədən toksik meqakolon); • miasteniya gravis; • bağlıbucaqlı qlaukoma; • preparatın komponentlərinə qarşı yüksək həssaslıq; • hemodializin aparılması; • ağır qaraciyər çatışmazlığı; • CYP3A4 izofermentinin güclü inhibitorları ilə, məsələn, ketokonazolla eyni vaxtda aparılan müalicə zamanı ağır böyrək çatışmazlığı və ya orta dərəcəli qaraciyər çatışmazlığı; • uşaqlar (effektivliyə və təhlükəsizliyə aid məlumatların olmaması); • nadir irsi pozğunluqlar olan qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiya sindromu zamanı preparatı qəbul etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı xəstələrə Urosolfin preparatını ehtiyatla təyin etmək lazımdır: o sidik kisəsinin çıxış dəliyinin sidiyin ləngiməsinin inkişaf riskinə gətirib çıxaran klinik əhəmiyyətli dərəcədə obstruksiyası qeyd olunan xəstələr; o mədə-bağırsaq traktında obstruktiv xəstəlikləri olan xəstələr (o cümlədən, qidanın mədədə hərəkətsizliyi); o mədə-bağırsaq traktının hərəki fəaliyyətinin zəifləməsi riski olan xəstələr; o ağır böyrək (kreatinin klirensi dəqiqədə <30 ml) və orta dərəcədə qaraciyər çatışmazlığı olan (Çayld-Pyu şkalasına görə 7-9 bal) xəstələr; bu xəstələr üçün dozalar 5 mq-dan yüksək olmamalıdır; o eyni vaxtda CYP3A4 izofermentinin güclü inhibitorunu, məsələn, ketokonazol, qəbul edən xəstələr; o diafraqmanın qida borusu dəliyinin yırtığı, qastroezofaqeal reflüksü olan xəstələr və eyni vaxtda ezofaqit əmələ gətirə və ya onu gücləndirə bilən dərman preparatları (məsələn, bifosfonatlar) qəbul edən xəstələr; o avtonom neyropatiyalı xəstələr; o QT intervalının uzanması sindromu və hipokaliemiya kimi risk amilləri olan xəstələrdə QT intervalının uzanması və “piruet” tipli taxikardiya müşahidə edilmişdir. Urosolfinlə müalicəyə başlamazdan əvvəl, sidik ifrazı pozğunluğunun digər səbəblərinin (ürək çatışmazlığı və ya böyrək xəstəliyi) olub-olmamasını müəyyən etmək lazımdır.Əgər sidik ifrazat yollarının infeksiyası aşkar edilərsə, müvafiq mikrobəleyhinə müalicəyə başlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakoloji qarşılıqlı təsir M-xolinoblokadaedici xüsusiyyətlərə malik dərman vasitələri ilə yanaşı aparılan müalicə daha güclü və arzuolunmaz təsirlərə gətirib çıxara bilər. Solifenasinin qəbulunu dayandırdıqdan sonra, digər m-xolinoblokatorla müalicəyə başlamazdan əvvəl təxminən bir həftəlik fasilə vermək lazımdır. Eyni vaxtda m-xolinomimetiklər qəbul etdikdə terapevtik təsir zəifləyə bilər. Solifenasin mədə-bağırsaq traktının hərəki fəaliyyətini stimullaşdıran dərman preparatlarının, məsələn- metoklopramidin və sizapridin təsirini zəiflədə bilər. Farmakokinetik qarşılıqlı təsir: In vitro tədqiqatlar göstərmişdir ki, solifenasin terapevtik qatılıqlarda insanın qaraciyər mikrosomlarından alınmış CYP1A 1/2,2C9,2C19,2D6 və ya 3A4 izofermentlərini inhibisiya etmir. Buna görə də solifenasinin bu izofermentlər vasitəsilə metabolizmə uğrayan dərmanların klirensini dəyişməsi ehtimalı azdır. Digər dərman vasitələrinin solifenasinin farmakokinetikasına təsiri Solifenasin CYP3A4 izofermenti vasitəsilə metabolizmə uğrayır. Eyni vaxtda CYP3A4 izofermentinin güclü inhibitoru olan ketokonazolun yeridilməsi (gündə 200 mq) solifenasinin AUC-unun iki dəfə artmasına, 400 mq/gün dozada yeridilməsi isə üçqat artmasına səbəb olmuşdur. Buna görə də əgər xəstə eyni vaxtda ketokonazol və ya CYP3A4 izofermentinin digər güclü inhibitorlarının (məsələn, ritonavir, nelfinavir, itrakonazol) terapevtik dozalarını qəbul edərsə, Urosolfinin maksimal dozası 5 mq-dan artıq olmamalıdır. Ağır böyrək xəstəliyi və ya orta dərəcədə qaraciyər xəstəliyindən əziyyət çəkən xəstələrin solifenasin və CYP3A4 izofermentinin güclü inhibitoru ilə eyni vaxtda müalicəsinin aparılması əks göstərişdir. Solifenasin CYP3A4 izofermenti ilə metabolizmə uğradığından, CYP3A4 izofermentinin daha çox yaxın olan digər substratları (verapamil, diltiazem) və CYP3A4 izofermentinin induktorları ilə (rifampisin, fenotoin, karbamazepin) farmakokinetik qarşılıqlı təsir baş verə bilər. Solifenasinin digər dorman vasitələrinin farmakokinetikasına təsiri Peroral kontraseptivlər: Solifenasinin və kombinəolunmuş peroral kontraseptivlərin (etinilestradiol/levonorqestrel) farmakokinetik qarşılıqlı təsirləri aşkar edilməmişdir. Varfarin: Urosolfinin qəbulu R-varfarinin və ya S-varfarinin farmakokinetikasının və ya onların protrombin müddətinə təsirinin dəyişilməsinə səbəb olmamışdır. Diqoksin: Urosolfinin qəbulu diqoksinin farmakokinetikasına təsir göstərməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Solifenasin qəbul edən dövrdə hamilə qalmış qadınlar haqqında klinik məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı fertilliyə, embrionun dölün inkişafına və ya doğuşa birbaşa əlverişsiz təsir aşkar edilməmişdir. Bu preparatı hamilə qadınlara təyin edərkən, ehtiyatlı olmaq lazımdır. Solifenasinin insanda südlə ekskresiyası haqqında məlumat yoxdur. Laktasiya dövründə Urosolfin preparatının istifadəsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Solifenasin, digər m-xolinoblokatorlar kimi, görmənin qeyri-aydınlığına, həmçinin (nadir hallarda) yuxululuğa və yorğunluğa səbəb ola bilər ki, bu da avtomobildən idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyat tədbirlərinə əməl etmək lazımdır.
İstifadə qaydası və dozası
Böyüklər (>I8 yaş), o cümlədən yaşlı xəstələr Gündə bir dəfə daxilə 5 mq, su ilə qida qəbulundan asılı olmayaraq, qəbul edilir. Ehtiyac olduqda doza gündə bir dəfə 10 mq-a qədər artırıla biiər.
Əlavə təsirləri
Urosolfin solifenasinin m-xolinoblokadaedici təsiri ilə bağlı olan, çox zaman zəif və ya orta intensivlikdə əlavə təsirlər əmələ gətirə bilər. Bu əlavə təsirlərin tezliyi dozadan asılı olur. Urosolfinin daha tez-tez qeyd olunan əlavə təsiri- ağızda quruluqdur. Onlar gündə 5 mq doza qəbul etmiş xəstələrin 11 %-ində, gündə 10 mq doza qəbul etmiş xəstələrin 22 %-ində və plasebo qəbul etmiş xəstələrin 4%-ində müşahidə edilmişdir. Ağızda quruluğun təzahür olunma dərəcəsi adətən zəif olmuş və yalnız nadir hallarda müalicənin dayandırılmasına gətirib çıxarmışdır. Ümumiyyətlə, müalicənin davam etdirilməsi çox yüksək olmuşdur. Aşağıdakı cədvəldə Urosolfinin klinik tədqiqatları zamanı qeydə alınmış digər əlavə təsirlər verilmişdir: Çox nadir hallarda (< Təsnifat 1/10000 və MedDRA təqdim edilmiş Nadir(təhlükəsizlik Tez-tez Bəzən məlumatlar məlumatlarını hallarda (>1/100, (>1/1000, əsasında kodlaşdırmaq üçün (>1/10000, <1/10) <1/100) qiymətlən- beynəlxalq standart <1/1000) dirilməsi mümkün olmayan naməlum tezlikdə) qəbizlik, qastroezofaqeal Yoğun Mədə-bağırsaq ürəkbulanma, qusma*, reflüks xəstəliyi, bağırsağın traktında dispepsiya, iştahanın udlağın keçməzliyi, pozğunluqlar qarında azalması* quruması koprostaz ağrılar sidik ifrazat İnfeksiya və yollarının invaziyalar infeksiyası, sistit yuxululuq, Sinir disgevziya başgicəllənmə*, sistemində (dadın başağrısı* pozğunluqlar pozulması) qeyri-aydın Görmə görmə (akko- gözlərin orqanlarında madasiyamn quruması pozğunluqlar pozulması) yorğunluq, Ümumi aşağı vəziyyətin ətrafların pozulması ödemi Tənəffüs orqanlarında, döş burun qəfəsində və orta boşluğunun divarda quruması pozğunluqlar multiformalı erite-ma*, qaşınma*, Dəridə və dərialtı səp-gi*, dərinin toxumada baş verən övrə*, angio- quruması pozğunluqlar nevrotik ödem*, eks-foliativ dermatit* sidiyin Böyrəklərdə və Böyrəklərdə və sidik sidik kəskin sidik ifrazat ifrazat yollarında ifrazının ləngiməsi yollarında baş baş verən çətinləşməsi böyrək verən pozğunluqlar çatışmazlığı pozğunluqlar Halllüsina- siyalar*, Psixi huşun pozğunluqlar dumanlanması*, yuxululuq*, sayıqlama* * – preparatın qeydiyyatından sonra müşahidə edilmişdir. Müxtəlif ölkələrdə qeydiyyatdan sonra solifenasindən istifadə zamanı QT intervalının uzanması və “piruet’ tipli taxikardiya haqqında məlumat verilmişdir. Həmçinin qaraciyər fermentlərinin (ALT, AST, y-qlutamiltransferazanın ) səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan qaraciyər funksiyalarının pozğunluqları haqqında məlumat verilmişdir. Məlumatların qeydiyyatdan sonrakı dövrdə spontan məlumatlar metodu ilə alınması ilə əlaqədar olaraq, tezliyin və səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi çətin olur. Klinik tədqiqatlar zamanı allergik reaksiyalar qeyd olunmamışdır. Lakin allergik reaksiya ehtimalını istisna etmək olmaz. Preparatın qeydiyyatından sonra solifenasinlə müalicə almış bəzi xəstələrdə anafilaktik reaksiya qeyd olunmuşdur. Anafilaktik reaksiyalar inkişaf etdikdə solifenasinlə müalicə dayandırılmalı və müvafiq müalicə aparılmalıdır.
Doza həddinin aşılması
Solifenasinin doza həddinin aşılması ağır m-xolinoblokadaedici pozğunluqlarla müşayiət oluna bilər və müvafiq müalicə tələb edir. Solifenasinin 280 mq dozada 5 saatlıq fasilə ilə səhvən qəbul edilməsi hadisəsi təsvir edilmişdir; nəticədə xəstədə hospitalizasiyaya səbəb olmayan psixi vəziyyətin dəyişilməsi inkişaf etmişdir. Solifenasinin könüllü şəxslərin qəbul etdiyi ən yüksək dozası birdəfəlik doza şəklində 100 mq təşkil etmişdir. Bu doza zamanı daha tez-tez aşağıdakı əlavə təsirlər qeyd olunmuşdur: baş- ağrısı (yüngül), ağızda quruluq (orta dərəcədə), başgicəllənmə (orta dərəcədə), yuxululuq (yüngül) və qeyri-aydın görmə (orta dərəcədə). Doza həddinin kəskin aşılması haqqında məlumat verilməmişdir. Doza həddinin aşılması zamanı aktivləşdirilmiş kömür təyin etmək, mədəni yumaq lazımdır. Lakin qusma törətmək olmaz. Digər m-xolinoblokatorlarm doza həddinin aşılması zamanı olduğu kimi, simptomları aşağıdakı qaydada müalicə etmək lazımdır: mərkəzi təsirli ağır m-xolinoblokadaedici təsirlər zamanı (hallüsinasiyalar, güclü oyanıqlıq) – fizostiqmin və ya karbaxol, qıcolmalar və güclü oyanıqlıq zamanı – benzodiazepinlər, tənəffüs çatışmazlığı zamanı – süni tənəffüs, taxikardiya zamanı – beta-adrenoblokatorlar, sidiyin kəskin ləngiməsi zamanı – kateterizasiya, midriaz zamanı – gözə pilokarpin tökmək və/ və ya xəstəni qaranlıq otaqda yerləşdirmək. Digər m-xolinoblokatorlarm doza həddinin aşılması hallarında olduğu kimi, QT intervalının uzanmasının müəyyən olunmuş riskinə malik olan xəstələrə (başqa sözlə, hipokaliemiya, bradikardiya və eyni vaxtda QT intervalının uzanmasına səbəb olan preparatların qəbulu zamanı) və ürək xəstəliklərindən (miokardın işemiyası, aritmiyalar, xroniki ürək çatışmazlığı) əziyyət çəkən xəstələrə xüsusi diqqət yetirmək lazımdır.
Buraxılış forması
15 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Trima, Israel Pharmaceutical Products Maabarot Ltd. Maabarot 4023000, İsrail.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.