TUTUKON NEO 250 ML SUSP

Dərman formasıSuspenziya
Farmakoloji təsirUrologiyada tətbiq olunan vasitələr, müxtəlif preparatlar, onların kombinasiyası daxil olmaqla
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

42,68 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TUTUKON NEO daxilə qəbul üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 100 ml daxilə qəbul üçün məhlulun tərkibində 4737,8 mq çöl qatırquyruğu, 2742,9 mq qırmızı quduzotu, 2327,3 mq boldo yarpaqları, 1413,0 mq kaktus, 1413,0 mq pişikquyruğu, 1413,0 mq rozmarin, 1413,0 mq samurdişi otu, 1413,0 mq aptek limonotu vardır. Köməkçi maddə: benzoat natrium, kalium sorbat, susuz limon turşusu, sukraloza, makroqol, polisorbat, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsizdən sarımtıla qədər və ya xəfif opalessensiyaedici və spesifik qoxulu mayedir. Farmakoloji qrupu Urologiyada tətbiq olunan vasitələr, müxtəlif preparatlar, onların kombinasiyası daxil olmaqla. ATC kodu: G04BX50.

Farmakoloji xüsusiyyətləri

Dərmanın klinik effekti inqrediyentlərin tərkibindəki essensial yağlar, flavonoidlər, fenol karbon turşular və onların törəmələri, fenilpropanoidlər – rozmarin turşusu və onun etil efirləri, kofein, xlorogen turşusu, n-kumar, ferul və sinapin turşuları; ursol, silisium, akolit turşuları, oksalik turşusu, alma turşusu, turşəng turşusu, alkaloidlər, qlikozidlər, tanninlər, pektinlər, saponinlər, sterollar, kumarin, qatılaşmış vitaminlər, minerallar, mikroelementlər, qatran ilə bağlıdır. Adı çəkilən aktiv maddələr böyrək damar divarının keçiriciliyini azaldır, böyrək və sidik axarı qan damarlarını genişləndirir, renal kanalcıq epitelisinin funksiyasını bərpa edir, osmotik effekt göstərir (ion balansını pozmadan – kaliumtutucu effekt), iltihab mediatorlarının sintezini və aktivasiyasını inhibə edir, sidik turşusunun xaric olmasını stimullaşdırır və bununla kristal formalaşmasının, daş əmələ gəlməsinin və böyüməsinin qarşısını alır, sidik pH-nı normallaşdırır, leykotriyen sintezini və sərbəst radikal reaksiyalarını inhibə edir, bakterial membranı dağıdır, bakterial hialuronidazanı inhibə edir, sidikdə zülal səviyyəsini azaldır və antibiotik terapiyanın effektini potensə edir. Farmakokinetikası Bitki tərkibli preparat olan Tutukon NEO-nun müxtəlif urinar simptomlarda effektivliyini qiymətləndirmək məqsədi ilə 20 müxtəlif mənşəli böyrək xəstəliklərindən əziyyət çəkən xəstələr arasında tədqiqat aparılmışdır. Tutukon NEO ilə 2 ay müalicədən sonra xəstələrdə dizuriya, pollakiuriya, nikturiya, stranquriya əlamətləri, sidik təzyiqi düşməsi halları azalmışdır, sidik saxlama qabiliyyəti yaxşılaşmışdır. Stranquriya 10 xəstədə tamami ilə aradan qalxmışdır. Tədqiqatın sonuna sidiksaxlaya bilməmək 70%-dən 40% qədər azalmışdır. Tutukon NEO ilə müalicə sidik görünüşündə də xeyli fərq yaratmışdır, belə ki, 90% xəstədə sidiyin rənginin açılması baş vermişdi.

İstifadəsinə göstərişlər

• Böyrəklərdə artıq miqdarda duzların əmələ gəlməsi (urat, oksalat, fosfat, karbonat); • Daşların xaric edilməsindən sonra daşəmələgəlmənin profilaktikası; • Podaqra; • Sidik yollarının infeksiyası: sistit, uretrit, pielonefrit; • Sidik və öd yollarının spazmı; • Litotripsiyadan sonra konkrementləri xaric etmək məqsədi ilə; • Spastik kolit; • İntoksikasiyanın müxtəlif növləri (dərman, alkoqol, narkotik, qida zəhərlənmələri)

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər qəbul vaxtı ötürülmüşsə, növbəti qəbul zamanı ikiqat doza qəbul etmək məsləhət görülmür. Böyrəklərin iltihabi xəstəlikləri zamanı həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlarla qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

TUTUKON NEO-nun hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri TUTUKON® NEO nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

TUTUKON NEO daxilə gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicəvi doza Yaş Doza Məktəbəqədər yaş dövrü 1-1,5ml-dən gündə 3 dəfə Məktəbyaşlı uşaqlar 2,5ml-dən gündə 3 dəfə Böyüklər 7ml-dən gündə 3 dəfə Hamilələr (Hamilələrə tövsiyə olunmur, 3ml-dən gündə 3 dəfə yalnız ciddi həkim nəzarəti altında) Preparatın qəbul edilmə müddəti 2-4 həftə təşkil edir. Doza həkim tərəfindən korreksiya edilə bilər. Uşaqlarda istifadəsi 12 yaşadək uşaqlarda həkimin təyinatına əsasən istifadə etmək lazımdır.

Əlavə təsirləri

Nadir hallarda- ürəkbulanma, qusma, qəbizlik, allergik reaksiyalar.

Doza həddinin aşılması

TUTUKON® NEO-nun tövsiyə olunan dozalarda istifadəsi zamanı doza həddinin aşılması simptomları aşkar edilməmişdir. Təsadüfən doza həddi aşılarsa, preparatın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

250 ml məhlul, flakonda. 1 flakon ölçülü plastik stəkan və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Miquel Y Garriga S.L., Spain. Joaquín Costa, 18-1º, Montgat, 08390 Barcelona, Spain.

Qeydiyyat vəsiqəsinin sahibi

Grand Medical Group AG, Switzerland. Kornmarkt 10, C-6004, Luzern, Switzerland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TUTUKON NEO 250 ML SUSP” üçün ilk rəyi siz yazın.