TUSSINEKS NEO 125ML
| Dərman forması | Sirop |
|---|---|
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TUSİNEKS NEO oral şərbət TUSINEX NEO
Tərkibi
Təsiredici maddələr: 100 q şərbətin tərkibində vardır: mürəkkəb ekstrat (1:4,4): lansetabənzər bağayarpağı (Plantaginis lanceolatae folio) (3h.), qrindeliya otu (Grindeliae herba) (1h.), itburnu meyvəsi (Rosae fruktu) (1h.) – 5 q, [Ekstraqent: etanol 50% (v/v)] (Thymi herbae extractum) – kəklikotu otunun ekstraktı (1:4) – 3 q, [Ekstraqent qarışığı: etanol 30% (v/v), qliserin, ammonium suyu 25%], Exinaseya otunun şərbəti (Echinaceae purpureae herbae succus) (1:1) – 2 q. Köməkçi maddələr: saxaroza, təmizlənmiş su, qarağat konsentratı. Şərbətin tərkibinə 1%-ə qədər etanol daxildir.
Təsviri
Qırmız-qəhvəyi rəngli, şəffaf, qarağat-kəklikotu qoxulu mayedir.
Farmakoloji xüsusiyyətləri
Tusineks Neo şərbəti bitki mənşəli preparatdır. Ənənəvi olaraq, immuniteti stimullaşdıran profilaktik vasitə kimi istifadə edilir. Preparatın effektivliyi təcrübədə və uzunmüddətli istifadə nəticəsində sübut edilmişdir.
İstifadəsinə göstərişlər
– İmmunitetin zəiflədiyi hallarda profilaktika məqsədi ilə; – yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan zəif iltihabi proseslərində köməkçi vasitə kimi.
Əks göstərişlər
– Vərəm; – aqressiv sistem xəstəlikləri; – leykemiya; – kollagenoz; – dağınıq skleroz və autoimmun xəstəlikləri; – QİÇS və ya İİV-infeksiyaları; – preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq, mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı hiperhəssaslıq; – proqressiv sistem xəstəlikləri. Bəzi şəkər növlərinə qarşı dözümsüzlüyü olan pasiyentlər preparatın istifadəsindən əvvəl həkimə müraciət etməlidir. Preparatın tərkibinə cüzi miqdarda etanol daxildir ( 1 dozada 100 mq-dan az).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uşaqlarda preparatın istifadəsi üzrə nəzarət-olunan klinik müayinələr aparılmadığı və şərbətin tərkibində etanol (1%) olduğu üçün, preparatı 7 yaşa qədər uşaqlara həkimin məsləhəti olmadan istifadə etmək tövsiyə edilmir. 1 çay qaşığı şərbətin tərkibində təxminən 65 mq etanol vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı qaraciyərin fəaliyyətinə təsir göstərən və immunosupressiv vasitələrlə (kortikosteroidlər, siklosporin) birgə istifədə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsindən öncə həkimə müraciət etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tövsiyə olunan dozalarda təsir göstərmir.
İstifadə qaydası və dozası
Uşaqlar 7 yaşa qədər – yalnız həkimin məsləhətindən sonra 7-12 yaş – gündə 2 dəfə 1 xörək qaşığı qəbul edilməlidir. 12 yaşdan yuxarı və böyüklər – gündə 3-4 dəfə 1 xörək qaşığı. Kiçik uşaqlara həkimin məsləhəti ilə vermək lazımdır. 3 – 7 yaşlı uşaqlara: gündə 3-4 dəfə 1 çay qaşığı (əsaslandırılımış vəziyyət olduqda). Müalicə kursu 7-10 gündür. Tənəffüs yollarının infeksiyalarının artdığı dövrlərdə profilaktika məqsədi ilə 20 günə qədər müddətdə müalicəvi dozanın yarısını qəbul etmək olar. Preparat yalnız 10 gün istifadə edilir; əgər, bir neçə gündən sonra simptomlar güclənərsə, preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. Profilaktika məqsədi ilə (məs. tənəffüs yollarının kəskinləşmiş infeksiyaların əmələ gəlməsində) dozanın yarısı qəbul edilir.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar (qaşınma, səpgilər) baş verə bilər. Belə hallarda preparatın istifadəsi dayandırılır. Digər əlavə təsirlər yaranarsa, həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
125 mq şərbət, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Herbapol” Vroslav dərman bitkiləri müəssiəsi SC. Sv. Mikolay küç., 65/68, 50-951 Vroslav, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.