TUNAZOL 15 GR KREM

Təsiredici maddə: DIFLUCORTOLONE VALERATE + ISOCONAZOLE NITRATE
Təsiredici maddəDIFLUCORTOLONE VALERATE + ISOCONAZOLE NITRATE
Dərman formasıKrem
Farmakoloji təsirİmidazol və triazol törəmələri, kombinasiyalar

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,34 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TUNAZOL xaricə istifadə üçün krem

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq izokonazol nitrat, 1 mq diflukortolon valerat vardır. Köməkçi maddələr: mineral yağ, polisorbat 60, dinatrium EDTA, vazelin, ketostearil spirti, sorbitan stearat, təmizlənmiş su.

Təsviri

Qoxusuz, ağ rəngli homoqen kremdir.

Farmakoterapevtik qrupu

İmidazol və triazol törəmələri, kombinasiyalar. ATC kodu: D01AC20.

Farmakoloji xüsusiyyətləri

Tunazol krem göbələkəleyhinə və iltihab- və allergiyaəleyhinə kombinəedilmiş preparatdır, izokonazolun antimikrob təsirini, həmçinin diflukortolonun isə iltihab- və allergiyaəliyhinə təsirlərini özündə birləşdirir. Tunazol kremi yerli tətbiqində geniş spektrli göbələkəleyhinə təsir göstərir. Dəridə olan göbələk infeksiyasını aradan qaldırır və bu infeksiya ilə müşayiət edilən qaşınma, qızartı və göynəmə kimi simptomları aradan qaldırır. İzokonazol – imidazolonun sintetik törəməsidir. Yerli göbələkəleyhinə və antibakterial təsirə malikdir, istifadə olunan dozalarda funqistatik təsir göstərir. Həm kif, həm də maya göbələklərə qarşı aktivdir (Trichophyton, Microsporum və Epidermophyton növlərinə mənsub olan dematofitlərə, müxtəlif kandidozlar törədən Candida növləri göbələklərə), bundan başqa qrammüsbət bakteriyalara da təsir göstərir (Staphylococcus və Streptococcus növləri, Corynebacterium minutissium). Diflukortolon valerat xaricə istifadə olunan qlükokortikoitdir, iltihabəleyhi və allergiyayaqarşı təsir göstərir, qaşınmanı effektiv şəkildə aradan qaldırır. İstifadəsinə gösrərişlər Şiddətli iltihabi və ya ekzematoz reaksiyalarla müşayiət olunan səthi göbələk dəri zədələnmələri (eləcə də, dəri büküşlərində, barmaqarası məsafələrdə, qasıq nahiyəsində və xarici cinsiyyət orqanlarında). Əks gösrərişlər Dərmanın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. Vərəm və ya sifilis; virus infeksiyaları (məsələn, suçiçəyi, herpes zoster), üz dərisinin xronik iltihabı, dəri xəstəliyi (rozasea), agız ətrafındaki dərinin iltihabı (perioral dermatit) və ya müalicə olunacaq nahiyənin dərisində peyvənddən sonrakı dəri reaksiyası varsa. Tunazol kremin hamiləliyin 1-ci trimestrində və laktasiya dövründə istifadəsi tövsiyə olunmur. Gözə düşməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat yalnız yerli istifadə olunur. Preparat effekt göstərmədikdə və ya əlavə reaksiyalar törətdikdə təcili həkimə müraciət etmək lazımdır. Preparatı açıq yaraya və gözə çəkmək olmaz. Əgər; Sizdə bakterial infeksiya ilə müşayiət edilən dəri xəstəliyi varsa əlavə uygun müalicə tələb olunur. Yerli istifadə edilən qlükokortikoidlərin bədənin geniş nahiyələrinə, xüsusən də sargı altında, uzun müddətə çəkilməsi əlavə təsirlərin riskini xeyli artıra bilər. Sistem qlükokortikoidlərdən məlum oldugu kimi, yerli qlükokortikoidlərin istifadəsi də (məsələn,böyük dozalarda və ya uzun müddət tez-tez istifadə, qapalı sargı texnikaları zamanı və ya gözətrafı dəriyə çəkildikdə) qlaukomanın yaranmasına səbəb ola bilər. İnfeksiyanın təkrarlanmasının qarşısını almaq üçün xəstənin istifadə etdiyi şəxsi camaşırları (əl- üz və bədən dəsmalları, alt paltarları və s.) hər gün dəyişdirilməli və qaynadılmalıdır. Ayaqlarda göbələk xəstəliyi varsa, ayaqlar yuyulduqdan sonra, barmaqlar və barmaqaraları yaxşıca qurudulmalı və corablar hər gün dəyişdirilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I-ci trimestrində istifadə etmək olmaz. Laktasiya dövründə istifadəsi vacibdirsə, uşağın ana südü ilə qidalandırılması həkimlə dəqiqləşdirilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tunazol kremi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Dərinin göbələk infeksiyalarında gündə 2 dəfə dərinin zədələnmiş səthinə nazik qatla sürtmək lazımdır. Müalicə kursu 2 həftədir.

Əlavə təsirləri

Nadir hallarda: allergik kontakt dermatit; Tük follikullarının iltihablanması (follikulit), bədəndə tük örtüyünün artması (hipertrixoz), agız ətrafındaki dərinin iltihabı (perioral dermatit), dərinin rənginin dəyişməsi, səpgilər, qaşınma, yanma hissi kimi yerli simptomlar.Qızartı (eritema) və ya dəridə iltihablı qovuqcuqların olması ( vezikulların yaranması), dəridə qıcıqlanma, quruluq, dərinin yumşalması (maserasiyası), səpgilər. Cox nadir hallarda – allergik reaksiyalar baş verə bilər. Tunazol kremin tərkibinə diflukortolon daxil olduğu üçün kremin 4 həftədən cox dərinin 10%-dən yuxarı hissəsinə çəkilməsi zamanı qlukokortikoidlərə xas olan əlavə təsirləri müşahidə edilə bilər: dərinin atrofiyası, dəridə çatlar, akne formalı dəyişikliklər. Teleangiektaziya, eyni zananda ümumi əlavə təsirlər (hipotalama- hipofizar-böyrəküstü sistemin funksiyasının ləngiməsi) yarana bilər.Tunazolun istifadəsi zamanı bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər yaranarsa, bu haqda həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Birdəfəlik yüksək doza (geniş dəri sahəsinə birdəfəlik çəkilmə) və ya təsadüfən udulma zamanı hər hansı bir riskin olması məlum deyil.

Buraxılış forması

15 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanılma şəraiti 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat və istehsal sahibi

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TUNAZOL 15 GR KREM” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar