TULOZIN 0,4 MG N30 TAB

Təsiredici maddə: TAMSULOSIN
Təsiredici maddəTAMSULOSIN
Dərman formasıTablet
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,95 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatının istifadəsinə başlamazdan əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onu təkrar oxumağınız lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur və onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına baxmayaraq, preparat onların sağlamlığı üçün zərərli ola bilər. Hər hansı əlavə effektin meydana çıxması və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə effektlərin müşahidə olunması barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. TULOZİN 0,4 mq təsiredici maddəsi tədricən azad olan kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Tamsulosin hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 0,4 mq tamsulozin hidroxlorid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, kalsium stearat, metakril turşusunun və etilakrilatın sopolimeri, Tvin 80, talk, trietilsitrat. Örtük: indiqokarmin (E132), xinolin sarısı (E104), titan dioksid (E171), jelatin.

Təsviri

Gövdəsi şəffaf yaşıl rəngli və qapağı qeyri-şəffaf yaşıl rəngli, özübağlanan, bərk jelatin kapsullardır. Kapsulların möhtəviyyatı qoxusuz və ya demək olar ki, qoxusuz, demək olar ki, ağ rənglidir.

Farmakoloji xüsusiyyətləri

preparatı kapsullarının təsiredici maddəsi –Təsiredici maddəsi tədricən azad olan Tulozin tamsulozin – alfa-1 -adrenoreseptorların selektiv blokatorları adlandırılan dərman preparatlarıA/D qrupuna aiddir. Preparat, prostat vəzinin və sidik-ifrazat kanalının saya əzələlərinin gərginliyini aşağı salır və beləliklə, sidik axınını yüngülləşdirir və sidik kisəsinin boşalmasına səbəb olur.

İstifadəsinə göstərişlər

preparatı kapsulları, kişilərdə prostat vəzininTəsiredici maddəsi tədricən azad olan Tulozin xoşxassəli böyüməsinin (hiperplaziyasının) simptomlarının (sidik ifrazının çətinləşməsi, zəif sidik axını, sidiyin axması, gün ərzində və gecələr sidik ifrazına tez-tez və imperativ (təxirəsalınmayan) çağırışlar) aradan qaldırılması üçün istifadə olunur.

Əks göstərişlər

Aşağıdakı hallarda təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarından istifadə etmək olmaz: – pasiyentdə preparatın təsiredici maddəsinə (tamsulozinə) və ya “Tərkibi” bölməsində göstərilən hər hansı köməkçi maddəyə qarşı allergiya olduqda. Allergik reaksiya yumşaq toxumaların (məsələn, boğazın, dilin) qəflətən meydana çıxan yerli ödemi, təngnəfəslik/tənəffüsün çətinləşməsi, qaşınma və dəri səpgiləri (angionevrotik ödem) şəklində meydana çıxır; – pasiyentdə ağır dərəcəli qaraciyər xəstəliyi olduqda; – ortostatik hipotoniya (uzanıqlı vəziyyətdən sürətlə qalxanda və ya oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə pasiyentdə başgicəllənmə və ya bayğınlıqlar müşahidə olunduğu halda).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda sadalanan vəziyyətlərdən hər hansı biri pasiyentdə müşahidə olunduğu halda, təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsulları ilə müalicəyə başlamazdan əvvəl, həmin vəziyyət barədə həkimi məlumatlandırmaq vacibdir: – mövcud xəstəliyin inkişafına nəzarət etmək məqsədi ilə, pasiyentə müntəzəm tibbi müayinənin aparılması tələb olunduqda; – təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsulları tipli, digər dərman preparatlarından istifadə etdikdə, nadir hallarda bayğınlıq meydana çıxa bilər. Zəifliyin və başgicəllənmənin ilk əlamətləri müşahidə olunduqda, pasiyentin vəziyyəti yaxşılaşmayana qədər ona oturmaq və ya uzanmaq lazımdır; – pasiyentdə ağır dərəcəli böyrək xəstəliyi mövcud olduqda; – pasiyentdə billur cismin tutqunlaşması (katarakta) və ya gözdaxili təzyiqin yüksəlməsi (qlaukoma) ilə əlaqəli, əməliyyatın aparılması planlaşdırıldıqda, göz həkimini hal-hazırda və ya preparatı kapsullarının istifadəsi barədəəvvəllər təsiredici maddəsi tədricən azad olan Tulozin məlumatlandırmaq lazımdır. Cərrah-oftalmoloq həm dərman preparatlarının təyin olunması zamanı, həm də cərrahi müdaxilə aparıldıqda, müvafiq ehtiyat nümayiş etdirməlidir. Katarakta və ya gözdaxili təzyiqin yüksəlməsi (qlaukoma) ilə əlaqəli əməliyyatdan əvvəl, təsiredici preparatı kapsullarının istifadəsinin gecikdirilməsi və yamaddəsi tədricən azad olan Tulozin müvəqqəti dayandırılması barədə həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar və yeniyermələr 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir tibbi göstərişlərin və məlumatların olmamasını nəzərə alaraq, həmin yaş qrupundan olan preparatının istifadəsi üçün heç bir göstəriş yoxdur.pasiyentlərdə Tulozin

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman preparatlarının bir-birinin effektlərini dəyişdirə bilməsini nəzərə alaraq, hal-hazırda və ya bir müddət əvvəl qəbul edilən digər dərman preparatları barədə və ya qəbulu planlaşdırılan istənilən dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. -adrenoblokatorlarlaTamsulozinin, eyni qrupa aid olan digər dərman preparatları ilə (α1 (doksazosin, prazosin, indoramin, terazosin)), birlikdə istifadəsi, təzyiqin gözlənilmədən kəskin aşağı düşməsinə səbəb ola bilər. Tamsulozini diklofenakla (iltihabəleyhinə, ağrıkəsici preparat) və varfarinlə (qanın laxtalanma qabiliyyətini aşağı salan preparat) kombinasiya etdikdə, təsiredici maddəsi tədricən azad olan preparatı kapsullarının orqanizmdən xaricolma sürəti dəyişə bilər.Tulozin preparatının orqanizmdən xaricolmasını artırmaq qabiliyyətinə malik digər dərmanTulozin preparatlarının (məsələn, ketokonazol, eritromisin) istifadəsi barədə həkimi məlumatlandırmaq vacibdir. Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının qida və içkilərlə birlikdə istifadəsi Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarını səhər yeməyindən və ya birinci qida qəbulundan sonra qəbul etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsulları yalnız kişi cinsli pasiyentlərdə istifadə etmək üçün nəzərdə tutulmuşdur, qadınlarda preparatı istifadə etmək olmaz. Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının istifadəsi ilə qısamüddətli və uzunmüddətli klinik tədqiqatlar aparıldıqda, kişi cinsli pasiyentlərdə eyakulyasiya (spermanın xaric olması) prosesinin pozulması (məsələn, retroqrad eyakulyasiya – bu zaman, sperma sidik- ifrazat kanalı ilə xaric olunmur və sidik kisəsinə keçir) müşahidə olunmuşdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur. Lakin, preparatın başgicəllənməyə səbəb ola bilməsini nəzərə almaq lazımdır. Belə hallarda, yüksək diqqət konsentrasiyası tələb edən fəaliyyətlə məşqul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparatı hər zaman həkimin təyinatlarına dəqiq riayət edərək istifadə etmək lazımdır. Preparatın dozalanmasına dair hər hansı sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatı bütöv, gündə 1 kapsul qəbul etmək lazımdır. Kapsulları səhər yeməyindən və ya birinci qida qəbulundan 30 dəqiqə sonra, ayaq üstə və ya oturaq vəziyyətdə, bütöv qəbul etmək lazımdır. Kapsulları çeynəmək, açmaq və ya qırmaq olmaz, çünki bu, preparatın effektinə təsir göstərə bilər. Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının istifadəsi ilə aparılan müalicə adətən, uzunmüddətli olur. Preparatın sidik kisəsinə və sidiyin xaricolması prosesinə təsiri, uzunmüddətli müalicənin aparılmasını tələb edir. preparatı kapsulları yalnız kişi cinsindən olanTəsiredici maddəsi tədricən azad olan Tulozin yetkin yaşlı pasiyentlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının istifadəsinin ötürülməsi Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının istifadəsi ötürüldükdə, ötürülən kapsulu mümkün qədər tez (həmin gün) qəbul etmək, daha sonra isə preparatı həkim təyinatına müvafiq qəbul etmək lazımdır. Preparatın qəbulu bir tam gün ötürüldüyü halda, vaxtında istifadə edilməyən kapsulun qəbulunu ötürmək və preparatın istifadəsini adi rejimdə davam etdirmək lazımdır. Ötürülən kapsulu əvəz etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. preparatı kapsullarının istifadəsinin vaxtındanTəsiredici maddəsi tədricən azad olan Tulozin əvvəl dayandırılması Preparatın istifadəsinin dayandırılması, əvvəlki şikayətlərin yenidən meydana çıxmasına səbəb ola bilər. Bu səbəbdən, hətta pasiyentin vəziyyəti yaxşılaşdığı halda belə, təsiredici maddəsi preparatı kapsullarını, həkim tərəfindən müəyyən edilən vaxttədricən azad olan Tulozin ərzində istifadə etmək lazımdır. Müalicənin dayandırılması barədə düşündükdə, hər zaman həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsi barədə əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur. Qeyd olunan əlavə effektlərin tezlik parametrləri, aşağıdakı kimi müəyyən olunmuşdur: – çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda müşahidə olunur; – tez-tez: 100 pasiyentdən 1-10-da müşahidə olunur; – bəzən: 1000 pasiyentdən 1-10-da müşahidə olunur; – nadir hallarda: 10000 pasiyentdən 1-10-da müşahidə olunur; – çox nadir hallarda: 10000 pasiyentdən 1-dən azında müşahidə olunur; – məlum deyil: əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil. Tez-tez müşahidə olunan əlavə təsirlər: başgicəllənmə, eyakulyasiyanın pozulması. Bəzən müşahidə olunan əlavə təsirlər: baş ağrısı, ürək döyüntülərinin tezləşməsi və güclənməsi, uzanılı və ya oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə, başgicəllənmə ilə müşayiət oluna bilən qan təzyiqinin aşağı düşməsi, burunun tutulması və ya burundan ifrazatın axması (rinit), diareya, ürəkbulanma, qusma, qəbizlik, zəiflik hissi, dəri üzərində səpgilər, qaşınma, övrə. Nadir hallarda müşahidə olunan əlavə təsirlər: bayğınlıqlar, allergik reaksiya əlamətləri şəklində (angionevrotik ödem) müşahidə olunan yumşaq toxumaların (məsələn, boğazın və ya dilin) qəflətən meydana çıxan yerli ödemi, təngnəfəslik, qaşınma, dəri üzərində səpgilər. Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər: priapizm (təcili tibbi yardımın aparılmasını tələb edən, cinsiyyət üzvünün ağrılı və uzunmüddətli ereksiyası), Stivens-Conson sindromu (iltihabla və ya dodaqların, ağızın, gözlərin, burun boşluğu və ya cinsiyyət orqanlarının selikli qişaları üzərində qovuqcuqların əmələ gəlməsi ilə müşayiət olunan, selikli qişaların dəyişikliklərinin ağır forması). Məlum deyil: bulanıq görmə, görmə qabiliyyətinin pozulması, burun qanaxması, ağızda quruluq, dərinin qızarma, ödem və ya qovuqcuqların əmələ gəlməsi ilə müşayiət olunan simmetrik iltihabı (multiform eritema), dərinin qabıqlanma ilə müşayiət olunan iltihabı (eksfoliativ dermatit), eyakulyasiya qabiliyyətinin olmaması, retroqrad eyakulyasiya (bu zaman, sperma sidik-ifrazat kanalı ilə xaric olunmur və sidik kisəsinə keçir) – bu effekt təhlükəli deyil, qeyri-müntəzəm ürək yığılmaları (səyriyyən aritmiya, aritmiya, taxikardiya), təngnəfəslik. Təsiredici maddəsi tədricən azad olan Tulozin preparatı kapsullarının istifadəsi fonunda və ya əvvəllər müalicə aparıldıqda, katarakta (billur cismin tutqunlaşması) və ya gözdaxili təzyiqin yüksəlməsi (qlaukoma) ilə əlaqəli cərrahi əməliyyatlar aparıldığı halda, göz bəbəklərinin çətinliklə genişlənməsi və müdaxilə zamanı qüzehli qişanın (gözün rəngli, girdə hissəsi) boşalması kimi vəziyyət inkişaf edə bilər. Əlavə effektlər barədə məlumatlar Yuxarıda sadalanan hər hansı əlavə effekt aşkar olunduqda və ya göstərilən təlimatda qeyd olunmayan effektlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə effektlər barədə həmçinin, əlavə effektlərin milli qeydiyyat sistemi vasitəsi ilə məlumat vermək mümkündür. Əlavə effektlər barədə məlumat verməklə pasiyent, göstərilən dərman preparatının təhlükəsizliyi barədə əlavə məlumat təqdim etmiş olur.

Doza həddinin aşılması

Kapsulların tələb olunan miqdardan artıq qəbul edilməsi, qan təzyiqinin aşağı düşməsinə və ürək ritminin tezliyinin qeyri-normal yüksəlməsinə səbəb ola bilər ki, bu hal da, başgicəllənmə ilə preparatı kapsullarını həddindən artıq sayda qəbul etdikdə, dərhalmüşayiət olunur. Tulozin həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

Təsiredici maddəsi tədricən azad olan 10 kapsul, blisterdə. 1 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın keyfiyyətinin dəyişməsinin zahiri əlamətləri aşkar olunduqda, təsiredici maddəsi preparatı kapsullarını istifadə etmək olmaz.tədricən azad olan Tulozin Dərman preparatlarını məişət tullantıları ilə birlikdə və ya axar sulara tullamaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarının ləğv edilməsi tələb olunduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“EGİS əczaçılıq müəssisəsi” QSC. Ünvan 9900 Körmend, Matyaş kiray küç., 65. Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“EGİS əczaçılıq müəssisəsi” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38. Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TULOZIN 0,4 MG N30 TAB” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar