TROKSEVASIN 2% 40 GR GEL
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Angioprotektorlar, kapilyarların keçiriciliyini azaldan preparatlar, bioflavonoidlər |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,45 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TROKSEVAZİN 2% xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Troxerutin
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 20 mq trokserutin vardır. Köməkçi maddələr: karbomer, trietanolamin, EDTA dinatrium, benzalkonium xlorid, təmizlənmiş su.
Təsviri
Sarı rəngdən açıq qəhvəyi rəngə qədər geldir.
Farmakoterapevtik qrupu
Angioprotektorlar, kapilyarların keçiriciliyini azaldan preparatlar, bioflavonoidlər. ATC kodu: C05CA04.
Farmakoloji xüsusiyyətləri
Troksevazin gelin əsas komponenti trokserutindir. O, damarların divarının tonusunu yüksəldir və onların keçiriciliyini artırır. Venaətrafı toxumaya iltihabəleyhinə təsir göstərir. Beləliklə də, ödemi azaldır, ağrını aradan qaldırır, venoz çatışmazlıq ilə əlaqədar olan müxtəlif ağrılı dəyişikliklər zamanı damarların qidalanmasını yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Ödemlərin və xroniki venoz çatışmazlığının simptomlarının (ayaqlarda yorğunluq, ağırlıq, ödem, ağrı və qıcolma, keyləşmə və ayaqlarda qarışqa gəzməsi hissi, skleroterapiyadan sonrakı ağrı və ya davamlı səyahət) yüngülləşdirilməsində, eləcə də, çıxıqlar və əzələlərin kontuziyası kimi travmatik mənşəli ağrıların və ödemlərin yüngülləşdirilməsində istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Troksevazin geli selikli qişalara, açıq yaralara və dərinin ekzametoz nahiyələrinə sürtmək olmaz. Köməkçi maddələr haqqında məlumat Troksevazinin tərkibində benzalkonium xlorid vardır, o, dəri reaksiyalarına səbəb ola bilən qıcıqlandırıcı maddədir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu vaxta qədər preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsi zamanı dölə və ya yenidoğulmuşa arzuolunmaz təsiri barədə məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
İstifadə qaydası və dozası
Troksevazin geli həmişə ciddi olaraq içlik vərəqədə qeyd edilən qaydada istifadə etmək lazımdır. Hər hansı sual meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparat gündə 2 dəfə xaricə istifadə edilir. Geli yüngül, masaj hərəkətləri ilə preparatın tam rezorbsiyasına qədər sürtmək lazımdır. Ehtiyac olduqda geli bintin və ya elastik corabın altından sürtmək olar. Daha ağır hallarda Troksevazin kapsulları ilə kombinəedilmiş terapiya məsləhət görülür. Troksevazinin istifadəsi unudulduqda, preparatı növbəti müntəzəm istifadə vaxtında sürtmək lazımdır, bu zaman dozanı artırmaq olmaz. Troksevazinin qida və alkoqolla istifadəsi Preparatla müalicə dövründə xüsusi qidalanma rejiminə əməl etməyə və ya müəyyən qida məhsullarının və içkilərin istifadəsini məhdudlaşdırmağa ehtiyac yoxdur.
Əlavə təsirləri
Hər bir dərman vasitəsi kimi troksevazinin də əlavə təsirləri ola bilər, lakin bu əlavə təsirlər hamıda təzahür etmir. Troksevazin gelin istifadəsi zamanı çox nadir hallarda dərinin qıcıqlanma reaksiyaları – qızartı, qaşınma, dəri səpgisi – müşahidə edilir. Adətən bu təsirlər müalicə dayandırıldıqdan sonra tez keçib gedir. Hər hansı ciddi əlavə təsir yarandıqda və ya içlik vərəqə qeyd edilməyən əlavə təsir qeyd edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur. Təsadüfən gelin artıq miqdarının udulması zamanı onun xaricolmasını təmin edən ümumi tədbirlər (qusdurucu vasitələr) və simptomatik müalicə aparmaq lazmdır. Preparatın istifadəsi ilə bağlı hər hansı sual yarandıqda, həkimə və ya əczçıya müraciət etmək lazımdır.
Buraxılış forması
40 q gel, alüminium membranlı və ya membranlı laminat tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Balkanfarma-Troyan” AD, Bolqariya. Ünvan 5600 Troyan, “Krayreçna” k., № 1.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.