TROKSERUTIN N50 KAPSUL
| Dərman forması | Kapsul |
|---|---|
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun Bu dərman preparatı aptekdən reseptsiz buraxılır. Buna baxmayaraq, müalicədən yaxşı nəticə əldə etmək üçün dərman preparatının istifadəsi üzrə təlimata diqqətlə riayət etmək lazımdır. – Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Əlavə suallar meydana çıxarsa, həkiminizə müraciət edin. – Əgər simptomlarınız pisləşərsə və ya 5 gün ərzində onların yaxşılaşması müşahidə olunmursa, həkiminizə müraciət edin. – Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirlər meydana çıxarsa, həkiminizə məlumat verməyiniz xahiş olunur. TROKSERUTİN SOFARMA 300 mq bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Troxerutin
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 300 mq trokserutin (troxerutin) vardır. Köməkçi maddələr: laktoza monohidrat, susuz kolloidal silisium, makraqol 6000, maqnezium stearat. Kapsulanın örtüyü: jelatin, xinolin sarısı (E104), günəş qürubu sarısı (E110), titan dioksid (E171).
Təsviri
Bərk silindrik, qeyri-şəffaf sarı jelatin kapsullardır. Kapsulun möhtəviyyatı: toxunanda dağılan,sarıdan sarı-qəhvəyi rəngədək, iysiz qranullar və ya silindrik kütlədir. ATC kodu: C05CA04.
Farmakoloji xüsusiyyətləri
Kapilyarotonik və venotonik dərman vasitəsi.İltihabəleyhinə və antioksidant təsirə malikdir.
İstifadəsinə göstərişlər
Trokserutin qan damarlarının (kapilyarların) divarını möhkəmləndirir. Xroniki venoz çatışmaz- lığın simptomlarını və ödemi yüngülləşdirmək məqsədilə; varikoz dermatit, varikoz xoraların kompleks müalicəsində; babasilin simptomlarını yüngülləşdirmək məqsədilə; diabetik retinopatiyanın kompleks müalicəsində istifadə edilir.
Əks göstərişlər
– Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq). – Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və ya xroniki qastritin kəskinləşməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
– Böyrək çatışmazlığı (uzunmüddətli istfadə etdikdə) zamanı istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. – Ürək xəstəlikləri, böyrək və ya qaraciyər çatışmazlığı nəticəsində aşağı nahiyədə ödemi olan xəstələr, dərmanı ehtiyatla qəbul etməlidir, çünki bu hallarda o effektiv deyil. Bu dərman vasitəsinin tərkibində köməkçi maddə kimi laktoza vardır. Əgər həkiminiz Sizi bəzi şəkərlərin orqanizminiz tərəfindən qəbul edilməməsi barədə xəbərdar edibsə, bu dərman vasitəsini qəbul etməzdən əvvəl onunla məsləhətləşin. Dərman vasitəsinin tərkibinə allergik reaksiyalara səbəb ola biləcək E 110 boyası daxildir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dərmanlarla qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatı qəbul etməzdən əvvəl həkimə məlumat vermək lazımdır. Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləliyin ilk üç ayında preparatın qəbulu məsləhət deyil. Hamiləliyin üçüncü ayından sonra və laktasiya dövründə Trokserutin Sofarmanı müalicə həkiminin tövsiyəsi ilə qəbul etmək olar Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Kapsullar yemək vaxtı bir fincan su ilə daxilə qəbul edilir. Adi doza Böyüklər Xroniki venoz çatışmazlığı və onun kəskinləşməsi; babasilin simptomatik müalicəsi Müalicəyə başlayarkən: gündə 2-3 dəfə 1 kapsul qəbul edilir. Xəstəliyin simptomları adətən 2 həftədən az müddət ərzində aradan qalxır. Onlar tamamilə aradan qalxana kimi bu dozaya riayət etmək tövsiyə olunur. Dəstəkləyici müalicə:gündə 2 dəfə 1 kapsul. Diabetik retinopatiya Tövsiyə olunan doza gündə 2 dəfə 3-5 kapsul təşkil edir. Uşaqlar Kifayət qədər klinik məlumatların olmamasına görə, 18 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, Trokserutin Sofarma əlavə təsirlər yarada bilər, baxmayaraq ki, onlar hamıda təsadüf olunmur. Trokserutin Sofarma kapsulları ilə müalicə zamanı nadir hallarda mədə-bağırsaq traktında pozuntular (köp, ishal, qarın ağrısı, narahatlıq, dispepsiya), səpgi, qaşınma, övrə yarana bilər. Dərman çox nadir hallarda aşağıdakılara səbəb ola bilər: başgicəllənmə, başağrısı, yorğunluq, üzün qızarması, hiperhəssaslıq reaksiyası, anafilaktoid reaksiyalar, anafilaktik şok. Bu reaksiyalar adətən yüngüldür.Əgər onlar daha kəskin formada üzə çıxarsa və ya onlar bir neçə gündən çox davam edərsə, həkimlə məsləhətləşmək lazımdır. Əgər əlavə təsirlərdən hər-hansı biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirlər qeyd edilərsə, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verməlisiniz.
Doza həddinin aşılması
Trokserutin Sofarma kapsullarını həkim məsləhət gördüyü kimi qəbul edin. Əgər Siz lazım olandan çox doza qəbul emisinizsə, ciddi bir problem gözlənilmir . Amma , əgər Siz həkimin təyin etdiyi dozadan yüksək doza qəbul etmisinizsə ,dərhal müalicə həkiminizə müraciət edin.
Buraxılış forması
10 kapsul, PVX plyonka və alüminium folqa blisterdə. 5 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/İstifadəyə icazənin sahibi Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.