TRIBEKTOL 20 ML KREM

Dərman formasıKrem
Farmakoloji təsirİltihabəleyhinə, qaşınmaəleyhinə və allergiyaəleyhinə təsirə malik yerli kortikosteroid
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TRİBEKTOL yerli istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Beclomethasone dipropionate, Miconazole nitrate, Neomycin sulphate, Chlorocresol

Tərkibi

Təsiredici maddə: 20 qram kremin tərkibində 5 mq beklometazon dipropionat, 400 mq mikonazol nitrat, 100 mq neomisin sulfat və 20 mq xlorokrezol vardır. Köməkçi maddələr:setil spriti, qliseril monostearat, qliserin, maye parafin, propilparaben, metilparaben, propilenqlikol, kremofor A6, kremofor A25, təmizlənmiş su.

Təsviri

Ağ, homogen, yumşaq kremdir.

Farmakoterapevtik qrupu

İltihabəleyhinə, qaşınmaəleyhinə və allergiyaəleyhinə təsirə malik yerli kortikosteroid. ATC kodu: D07CC04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Beklometazon dipropionat güclü qlükokortikosteroid və zəif mineralkortikosteroid aktivliyə malik olan beklometazonun diefiridir. Ümumiyyətlə, yerli steroidlərin iltihabəleyhinə olan təsir mexanizmi tam aydın deyildir. Ancaq güman edilir ki, araxidon turşusunun sintezini inhibə etməklə güclü təsirə malik iltihab mediatorlarının (prostaqlandinlər və leykotriyenlər) biosintezini tormozlayır. Kortikosteroidlərin fosfolipaza A2-ni inhibə edən zülalları induksiya etmək yolu ilə təsir göstərməsi də məlumdur. Mikonazol nitrat göbələkəleyhinə təsir göstərən imidazol törəməsidir. O, göbələkləri, maya göbələklərini və bəzi bakteriyaları məhv edir. Mikonazol göbələk hüceyrələrinin membranlarının komponenti olan erqosterolun sintezinə tormozlayıcı təsir göstərməklə, membranların yaranmasına mane olur. Göbələyin hüceyrə membranları onların yaşaması üçün əhəmiyyətlidir. Onlar hüceyrələrə arzuolunmaz maddələrin daxil olmasının qarşısını alır və hüceyrə möhtəviyyatının kənara çıxmasına mane olur. Hüceyrə membranının bir hissəsi olan erqosterolun sintezinin tormozlanması membranın zəif və zədələnmiş olmasına səbəb olur ki, bu da göbələk hüceyrəsinin məhvinə gətirib çıxarır. Mikonazol göbələklərin və bəzi bakteriyaların törətdiyi infeksiyaların müalicəsində istifadə olunur (Staphylococcus və Streptococcus növləri). Neomisin bakteriyaların 30S ribosomu ilə birləşərək, onların zülal sintezini pozmaqla bakteriyalara təsir göstərir. Neomisinin antibakterial spektri ona həssas olan spesifik mikroorqanizmləri və ümumiyyətlə, tibbi nöqteyi nəzərdən vacib olan bütün aerob qrammənfi basilləri əhatə edir (Pseudomonas aeruginosa istisna olmaqla). Anaerob bakteriyalar neomisinə qarşı davamlıdır. Staphylococcus aureus və Staphylococcus epidermidis neomisinə qarşı yüksək həssaslığa malikdir, ancaq bütün Streptokoklar nisbətən rezistentdir. Xlorokrezol güclü antiseptik xüsusiyyətə malikdir. Farmakokinetikası Beklometazon dipropionat: Yerli steroidlər dəridən passiv diffuziya yolu ilə keçir. Epidermisin buynuz təbəqəsi steroidin dermisə yavaş keçməsi üçün rezervuar rolunu oynayır. Bazuönü nahiyəyə çəkilən steroidin 2%-dən az hissəsi dəridən absorbsiya olunur. Yerli kortikosteroidlərin dəridən sorulma dərəcəsi bir çox amillərlə təyin edilir (anatomik hissədən, epidermisin keçiriciliyindən, epidermal baryerin tamlığından, dərinin hidratasiyasından və temperaturundan və s.). Dəridə olan iltihab və digər proseslər yerli kortikosteroidlərin dəridən sorulmanı artıra bilər. Mikonazol nitrat: Mikonazol nitratın yerli istifadəsi zamanı onun sistem absorbsiyası çox aşağıdır. Mikonazol nitratın epidermal qatda konsentrasiyası demək olar ki, bütün patogen göbələklər üçün minimal inhibəedici konsentrasiyalardan (MİK) yüksək olur. Neomisin sulfat: Baxmayaraq ki, neomisin zədələnməmiş dəridən sorulmur, zədələnmiş (soyulmuş, yanmış və s.) dəridən isə asanlıqla absorbsiya olunur. Neomisin krem şəklində maz şəklindən daha tez sorulur. Xlorokrezol: Xlorokrezolun dəri və selikli qişalardan nəzərəçarpan absorbsiyası müşahidə edilmir.

İstifadəsinə göstərişlər

Dərinin ikincili bakterial infeksiyalarının və ya kandidozun mövcud olduğu və ya baş verməsi ehtimal olunan müxtəlif iltihabi zədələnmələri. • Ekzema: yerli, kontakt ekzema, büküşlərdə yaranan ekzema, durğunluq ekzeması, uşaq ekzeması. • Seboreyalı dermatit. • Neyrodermatit. • Fotohəssas dermatit. • İnfeksiyalaşmış həşərat sancmaları. • İkincili infeksiyalaşmış və ya geniş şəkildə infeksiyalaşmış dərinin göbələk zədələnmələri.

Əks göstərişlər

-Anamnezində preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq olduqda əks göstərişdir. – Dərinin vərəm və virus mənşəli zədələnmələrində (əsasən sadə herpes, suçiçəyi). – Sifilis. – Gözlərə istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə kursu məhdud olmalıdır və okklyuzion sarğılardan ağır ekzemada və üz nahiyəsində istifadə olunmamalıdır (atrofik dəyişikliklərin yaranmasından çəkinmək məqsədilə)

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yerli beklometazon dipropionatın digər dərmanlarla qarşılıqlı təsiri haqda məlumat yoxdur. Mikonazolun terfenadin, astemizol və sisaprid ilə birlikdə təyinindən çəkinmək lazımdır, in vitro tədqiqatlarda mikonazolun onların metabolizmini inhibə etməsi göstərilmişdir. Neomisin sulfatın yerli istifadəsindən sonra absorbsiyası sistem istifadə olunan digər dərman vasitələri ilə əlaqəyə girməsini təmin etmək üçün kifayət qədər ola bilər. Xlorokrezolun bır sıra birləşmələrlə uyuşmazlığı çoxdan məlumdur: kalsium xlorid, kodein fosfat, dimorfin hidroxlorid, papavetrum, xinin hidroxlorid, metilsellüloza, setomaroqol 1000 və polisorbat 80 kimi qeyri-ion surfaktantlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tribektol krem hamiləlik zamanı geniş istifadə olunmamalıdır. Yerli müalicə zamanı dərman preparatının qanda yüksək səviyyəsinə çatdıqda belə ana südünə keçmə ehtimalı çox azdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqda heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

Tribektol krem gündə 2 dəfə yaxşılaşma baş verənədək dərinin zədələnmiş nahiyəsinə nazik qatla çəkilir. Uşaqlar (körpələr və müxtəlif yaş qrupunda olan uşaqlar): tribektol krem körpələrdə və uşaqlarda dərinin geniş sahələrinə və ya okklyuziv sarğılar altında (uşaq bezləri daxil olmaqla) ehtiyatla istifadə olunmalıdır. Körpələrdə uzun müddət ərzində yerli kortikosteroidlə müalicədən çəkinmək lazımdır.

Əlavə təsirləri

Tribektol krem adətən pasiyentlər tərəfindən yaxşı mənimsənilir, ancaq krem bədənin çox hissəsinə və ya uzun müddət ərzində çəkilərsə, o sistem absorbsiya və hiperkortisizm əlamətlərinin yaranması ilə nəticələnə bilər Bu, daha çox körpələrdə və uşaqlarda rast gəlinir. Digər əlavə təsirlər uzun müddətli və intensiv müalicə zamanı, xüsusilə, okklyuziv sarğılardan istifadə etdikdə baş verə bilər: dərinin atrofiyası, striyalar (dəridə zolaqlar), göynəmə, qaşınma, qıcıqlanma, dəridə quruluq, hiperpiqmentasiya və allergik kontakt dermatiti.

Doza həddinin aşılması

Simptomları Tribektol kremi yüksək dozalarda və ya uzun müddət ərzində istifadə etdikdə, steroidin sistem absorbsiyası və steroid müalicənin ağırlaşması ilə nəticələnə bilər, xüsusilə, uşaqlarda boy inkişafının ləngiməsi, hipofiz-adrenal funksiyaların zəifləməsi, infeksiyalara qarşı yüksək həssaslıq, hiperqlikemiya, Kuşinqoid əlaməti və xoşxassəli kəllədaxili təzyiqin yaranması. Müalicəsi Müalicə dayandırılır, müvafiq simptomatik və dəstəkləyici müalicənin aparılması göstərişdir.

Buraxılış forması

20 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Kilo 25 Alexandria-Cairo Desert Road, Alexandria, Misir.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRIBEKTOL 20 ML KREM” üçün ilk rəyi siz yazın.