TRESIBA 3ML N5 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDiabetin müalicəsində istifadə edilən dərman vasitələri. Uzunmüddətli təsirə malik olan inyeksiya üçün insulin və insulin analoqları
İstehsal ölkəsiDanimarka

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

178,40 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Preparatın istifadəsinə başlamazdan öncə bu içlik vərəqəni diqqətlə oxuyun, belə ki, Sizin üçün mühüm məlumatlar vardır. − Bu içlik vərəqəni özünüzdə saxlayın. Təkrar oxumağınıza ehtiyac ola bilər. − Əlavə suallarınız varsa, həkiminizə, əczaçınıza, yaxud da tibb bacınıza müraciət edin. − Bu dərman Sizə təyin olunub. Onu başqa insanlara verməyin. Onların xəstəlik əlamətləri Sizinki ilə eyni olsa da, dərman onlara zərər verə bilər. − Əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, bu barədə həkiminizə, əczaçınıza, yaxud tibb bacınıza məlumat verməyiniz xahiş olunur. Bu, içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsirlərə də aiddir. ® ® TRESİBA FLEKSTAÇ 100 TV/ml inyeksiya üçün məhlul (hazır doldurulmuş qələmdə) TRESIBA® FLEXTOUCH Beynəlxalq patentləşdirilməmiş adı: Insulin degludec

Tərkibi

Tәsiredici maddә: 1 ml məhlulun tərkibində 100 təsir vahidi (TV) insulin deqludek vardır. Kömәkçi maddәlәr: qliserol, metakrezol, fenol, sink asetat, xlorid turşusu/natrium hidroksid (pH-ın tənzimlənməsi üçün), inyeksiya üçün su.

Təsviri

Tresiba® hazır doldurulmuş qələmlərin (hər 3 ml-də 300 təsir vahidi) içərisində şəffaf və rəngsiz inyeksiya məhluludur.

Farmakoterapevtik qrupu

Diabetin müalicəsində istifadə edilən dərman vasitələri. Uzunmüddətli təsirə malik olan inyeksiya üçün insulin və insulin analoqları. ATC kodu A10AE06.

Farmakoloji xüsusiyyətləri

Tresiba® insulin deqludek adlanan uzunmüddətli təsirə malik bazal insulindir.

İstifadəsinə göstərişlər

Tresiba® böyüklərdə, yeniyetmələrdə və 1 yaş və daha yuxarı uşaqlarda diabetin müalicəsi üçün istifadə olunur. Tresiba® orqanizmə qandakı şəkərin miqdarını aşağı salmağa kömək edir. Bu, gündə bir dəfəlik dozada istifadə olunur. Müntəzəm doza cədvəlinizə riayət edə bilmədiyiniz halda doza vaxtını dəyişə bilərsiniz, belə ki, Tresiba® qanda şəkərin miqdarını uzunmüddətli aşağı salmaq təsirinə malikdir (bax:“Doza vaxtının dәyişilmәsi”). Tresiba® həmçinin yeməklə əlaqəli, tez təsir göstərən insulin preparatları ilə birgə istifadə oluna bilər. 2-ci tip şəkərli diabet zamanı Tresiba , diabet üçün tabletlər və ya qeyri-insulin preparatı olan inyeksiya şəklində antidiabetik dərman vasitələri ilə kombinasiyada istifadə oluna bilər. 1-ci tip şəkərli diabet zamanı Tresiba® həmişə yeməklə əlaqəli, tez təsir göstərən insulin preparatları ilə kombinasiyada istifadə olunmalıdır. Әks göstərişlər Tresiba®-nı aşağıdakı hallarda istifadә etmәyin ►Əgər Sizdə insulin deqludekə və ya preparatın tərkibində olan digər maddələrə qarşı allergiya (bax: “Tərkibi”) varsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tresiba®-nın istifadəsinə başlamazdan öncə həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin. Aşağıdakılara qarşı xüsusilə diqqətli olun: • Qanda şəkərin miqdarının aşağı olması (hipoqlikemiya) – Əgər qanınızda şəkərin miqdarı çox aşağıdırsa, Əlavә tәsirlәri bölməsində qanda şəkərin miqdarının çox aşağı olmasına dair təlimatlara riayət edin. • Qanda şəkərin miqdarının yüksək olması (hiperqlikemiya) – Əgər qanınızda şəkərin miqdarı çox yüksəkdirsə, Əlavә tәsirlәri bölməsində qanda şəkərin miqdarının yüksək olmasına dair təlimatlara riayət edin. • Digər insulin preparatlarından bu preparata keçilməsi – Əgər Siz digər növ, marka və ya istehsalçının insulinindən bu preparata keçirsinizsə, insulinin dozasında dəyişiklik edilməsinə ehtiyac ola bilər. Həkiminizlə məsləhətləşin. • Tiazolidindionların insulin ilə birgə istifadəsi, aşağıda Tiazolidindionlar bölməsinə baxın. • Gözdə problemlər – Qanda şəkərin miqdarına nəzarətin sürətli şəkildə yaxşılaşması gözdə diabetik problemlərin müvəqqəti pisləşməsinə səbəb ola bilər. Əgər Sizin gözünüzdə problemlər varsa, həkiminizlə məsləhətləşin. • Düzgün növdə insulindən istifadə etdiyinizə əmin olun – Müxtəlif doza həcmində olan Tresiba®, həmçinin digər insulin preparatları ilə təsadüfən qarışıq salmamaq üçün hər inyeksiyadan əvvəl daima insulinin növünü yoxlayın. Əgər Sizin görmə qabiliyyətiniz zəifdirsə, İstifadә qaydası vә dozası bölməsinə baxın. Tresiba®-nın tәrkibindә olan bәzi maddәlәr barәdә mühüm mәlumatlar Tresiba®-nın tərkibində hər dozaya 1 mmol-dan az olmaqla natrium (23 mq) vardır. Bu isə o deməkdir ki, bu preparatın tərkibində əhəmiyyətli dərəcədə “natrium yoxdur”. İnyeksiya yerindә dәridә dәyişikliklәr Dərialtı piy toxumasında dəyişikliklərin, məsələn, dərinin qalınlaşmasının, büzüşməsinin və dəri altında yığıntıların əmələ gəlməsinin qarşısını almaq üçün inyeksiya yeri müntəzəm olaraq dəyişdirilməlidir. Yığıntılı, büzüşmüş və ya qalınlaşmış dəri nahiyəsinə yeridildikdə insulinin təsiri zəifləyə bilər (“Tresiba®-in istifadə qaydası” bölməsinə baxın). İnyeksiya yerində hər hansı dəyişiklik görürsünüzsə, bu barədə həkiminizə bildirin. Əgər hazırda bu cür zədələnmiş nahiyəyə inyeksiya edirsinizsə, digər nahiyəyə inyeksiya etməyə başlamazdan əvvəl həkiminizə məlumat verin. Həkiminiz qanda qlükozanın səviyyəsini daha diqqətlə yoxlamağı məsləhət görə, insulinin və ya digər diabet əleyhinə preparatlarınızın dozasını tənzimləyə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər hər hansı dərman qəbul edirsinizsə, yaxud təzəlikcə qəbul etmişsinizsə və ya etmiş ola bilərsinizsə, həkiminiz, əczaçınız və ya tibb bacınız ilə məsləhətləşin. Bəzi dərmanlar Sizin qanınızda şəkərin səviyyəsinə təsir edir – bu, o demək ola bilər ki, Sizin insulin dozanızda dəyişiklik edilməlidir. Aşağıda, insulin müalicəsinə ən çox təsir edən dərmanların siyahısı verilir: Əgәr bu dәrmanlardan hansınısa istifadә edirsinizsә, Sizin qanınızda şәkәrin sәviyyәsi aşağı düşә bilәr (hipoqlikemiya): • Diabetin müalicəsi üçün digər preparatlar (oral və inyeksiya edilən) • Sulfonamid dərmanları (infeksiyaların müalicəsi üçün) • Anabolik steroidlər (məsələn testosteron) • β-Blokatorlar – yüksək qan təzyiqininin aşağı salınması üçün istifadə olunur. Onlar qanda şəkərin səviyyəsinin çox aşağı olması əlamətlərinin tanınmasını çətinləşdirə bilər (Qanda şәkәrin sәviyyәsinin aşağı olması әlamәtlәri bölməsinə baxın) • Asetilsalisil turşusu (və digər salisilatlar) – ağrı və yüngül qızdırmaəleyhinə • Monoaminooksidazanın (MAO) inhibitorları – depressiyanın müalicəsi üçün • Angiotenzinçevirici fermentin (AÇF) inhibitorları – müəyyən ürək çatışmazlıqlarının və yüksək qan təzyiqinin müalicəsi üçün Əgәr bu dәrmanlardan hansınısa istifadә edirsinizsә, Sizin qanınızda şәkәrin sәviyyәsi yüksәlә bilәr (hiperqlikemiya): • Danazol – endometriozun müalicəsi üçün istifadə olunur • Oral kontraseptivlər – mayalanmanı tənzimləyən həblər • Tireoid hormonları – qalxanabənzər vəzin çatışmazlığının müalicəsi üçün istifadə olunur • Boy hormonu – boy hormonu çatışmazlığının müalicəsi üçün istifadə olunur • Qlükokortikoidlər, məs., kortizon – iltihabi proseslərin müalicəsi üçün istifadə olunur • Simpatomimetiklər, məs., epinefrin (adrenalin), salbutamol və ya terbutalin – astmanın müalicəsi üçün istifadə olunur • Tiazidlər – yüksək qan təzyiqinin və ya əgər orqanizminiz çox maye saxlayırsa, maye ləngiməsinin müalicəsində istifadə olunur. Oktreotid və lanreotid – boy hormonunun çox ifraz edilməsi (akromeqaliya) nəticəsində meydana çıxan, az rast gəlinən halların müalicəsi üçün istifadə olunur. Bu, Sizin qanınızdakı şəkərin səviyyəsinin azalmasına və ya artmasına səbəb ola bilər. Tiazolidindionlar – 2-ci tip şәkәrli diabetin müalicәsindә istifadә olunan peroral antidiabetik preparatlar Ürək xəstəliyi və ya anamnezində insult keçirtmiş, uzun müddət 2-ci tip şəkərli diabeti olan və həm tiazolidindionlar, həm də insulin ilə müalicə almış bəzi pasientlərdə ürək çatışmazlığının artması müşahidə olunmuşdur. Əgər Siz ürək çatışmazlığının təngnəfəslik, sürətli çəki artımı, lokal şişkinlik (ödem) kimi əlamətlərini müşahidə edirsinizsə, dərhal öz həkiminizə məlumat verin. Əgər yuxarıda qeyd olunanlardan hər hansı biri Sizə şamil olunursa (və ya Siz bundan əmin deyilsinizsə), həkiminiz, əczaçınız və ya tibb bacınız ilə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tresiba®-nın hamiləlik zamanı körpəyə təsiri öyrənilməmişdir. Əgər hamiləsinizsə, yaxud uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminiz və ya əczaçınız ilə məsləhətləşin. Hamiləlik zamanı və doğuşdan sonra Sizin insulin dozanıza dəyişiklik etmək tələb oluna bilər. Hamiləlik zamanı Sizin diabetinizin dəqiq nəzarətdə saxlanılması lazımdır. Qanda şəkərin səviyyəsinin çox aşağı düşməsinin (hipoqlikemiya) qarşısının alınması Sizin körpənizin sağlamlığı üçün xüsusilə vacibdir. Pediatriyada istifadəsi Tresiba® eniyetmələrdə və 1 yaş və daha yuxarı uşaqlarda istifadə oluna bilər. Tresiba®-nın 1 yaşdan aşağı uşaqlarda istifadəsinə dair heç bir təcrübə yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli müxanizmləri idarəetmə qabiliyyətinə təsiri Qanınızda şəkərin səviyyəsinin çox aşağı və ya yüksək olması Sizin avtomobil idarə etmək və ya avadanlıq və cihazlarla işləmək bacarığınıza təsir edə bilər. Əgər qanınızda şəkərin səviyyəsi çox aşağı və ya yüksəkdirsə, bu Sizin diqqətinizi toplamaq və cəld reaksiya verə bilmək bacarığınıza təsir edə bilər. Bu, Sizin özünüz və ya başqaları üçün təhlükəli ola bilər. Əgər Sizdə aşağıdakı hallar baş verirsə, nəqliyyat vasitəsinin idarə olunması mümkünlüyünü həkiminizdən soruşun: ► Əgər qanınızda şəkərin səviyyəsi tez-tez çox aşağı düşürsə ► Əgər qanınızda şəkərin səviyyəsinin çox aşağı olmasını müəyyən etməkdə çətinlik çəkirsinizsə.

İstifadə qaydası və dozası

Daima bu preparatı dəqiqliklə həkiminizin məsləhət verdiyi şəkildə istifadə edin. Əgər əmin deyilsinizsə, həkiminizdən, əczaçınızdan və ya tibb bacınızdan dəqiqləşdirin. Əgər Sizin gözləriniz görmürsə və ya zəif görürsünüzsə və qələmin üzərindəki doza hesablayıcısını oxuya bilmirsinizsə, bu qələmdən kömək olmadan istifadə etməyin. Görmə qabiliyyəti yaxşı olan, FleksTaç hazır doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Bu hazır doldurulmuş qələm 1 TV addımlarla bir inyeksiyada 1-dən 80-dək TV dozanı təmin edə bilər. Hazır doldurulmuş qələmin doza pəncərəsində vurulacaq insulinin dozası göstərilir. Hər hansı dozanın təkrar hesablanmasını aparmayın. Hәkiminiz Sizinlә birlikdә aşağıdakılar barәsindә qәrar verәcәkdir: • Sizə gündəlik nə qədər Tresiba® istifadə etmək lazım olacaq • nə zaman qanınızda şəkərin səviyyəsini yoxlayasınız və daha yüksək və ya aşağı dozaya ehtiyacınız varmı. Doza vaxtının dәyişilmәsi • Həmişə doza ilə bağlı həkiminizin tövsiyələrinə riayət edin. • Tresiba®-nı hər gün bir dəfə istifadə edin, hər gün eyni vaxtda edilməsinə üstünlük verin. • Tresiba®-nı hər gün eyni vaxtda istifadə etmək mümkün olmadığı hallarda isə, onu günün fərqli vaxtlarında istifadə edə bilərsiniz. Əmin olun ki, dozalar arasında ən azı 8 saat interval olsun. Uşaqlarda və yeniyetmələrdə Tresiba®- nın doza vaxtında dəyişkənliyə dair heç bir təcrübə yoxdur. • Əgər adət etdiyiniz pəhrizinizi dəyişdirmək istəyirsinizsə, əvvəlcə həkiminiz, əczaçınız və ya tibb bacınız ilə məsləhətləşin, belə ki, pəhrizdə edilmiş dəyişiklik Sizin insulinə olan tələbatınızı dəyişdirə bilər. Qanınızda şəkərin miqdarına əsasən həkiminiz Sizin dozanızı dəyişdirə bilər. Digər dərman preparatlarından istifadə edərkən, müalicənizə dəyişikliklər edilməsinə ehtiyac olub olmadığını həkiminizdən soruşun. Yaşlı pasientlәrdә istifadәsi (≥ 65 yaş) Tresiba® yaşlı pasientlərdə istifadə oluna bilər, lakin Siz yaşlısınızsa, qanınızda şəkərin miqdarını daha tez-tez yoxlamağa ehtiyac ola bilər. Dozanızda dəyişikliklər edilməsi ilə bağlı həkiminizlə məsləhətləşin. Böyrәk vә ya qaraciyәrinizdә problemlәr varsa Əgər Sizin böyrək və ya qaraciyər problemləriniz varsa, Sizin qanınızda şəkərin miqdarını daha tez- tez yoxlamağınıza ehtiyac ola bilər. Dozanızda dəyişikliklər edilməsi ilə bağlı həkiminizlə məsləhətləşin. Dәrman preparatının yeridilmәsi Tresiba®-nı ilk dəfə istifadə etməzdən əvvəl, həkiminiz və ya tibb bacınız hazır doldurulmuş qələmdən istifadə qaydalarını Sizə göstərəcək. ► Qələmin adını və etiketinin üzərində hansı doza həcminin olduğunu yoxlayın ki, onun 100 TV/ml Tresiba® olduğuna əmin olasınız. Tresiba® -dan aşağıdakı hallarda istifadә etmәyin ► İnsulin infuziya pompaları ilə. ► Qələm zədələnibsə və ya düzgün şəraitdə saxlanılmayıbsa (Tresiba®-nın “Saxlanma şəraiti” bölməsinə baxın). ► İnsulin məhlulu tam şəffaf və rəngsiz deyilsə. İnyeksiyanın yeridilmәsi ► Tresiba® dərialtı inyeksiya üçün nəzərdə tutulub (dərialtı inyeksiya). İnsulini birbaşa damara və ya əzələyə yeritməyin. ► Bədəndə inyeksiya üçün ən münasib yerlər bud nahiyəsinin ön tərəfi, bazu və ya qarın nahiyəsi. ► Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin ki, dəridə nazikləşmə və qalınlaşma riskini azaldasınız (bax: “Əlavə təsirləri”). ► Hər inyeksiya üçün həmişə yeni iynədən istifadə edin. Təkrar istifadə iynənin gözünün tutulması ehtimalını artırır və bu qeyri-dəqiq doza yeridilməsi risklərini artırır. ► Dozada səhvin buraxılmasını və doza həddinin aşılmasının qsarşısının alınması üçün şpris vasitəsilə qələmdən məhlulu çəkməyin. İstifadəyə dair təfsilatlı təlimatlar bu içlik vərəqənin əks tərəfində verilmişdir. Tresiba® -nın alkoqollu içki ilә qәbulu Əgər Siz alkoqollu içki qəbul edirsinizsə, insulinə olan tələbatınız dəyişə bilər. Belə ki, qanınızda şəkərin səviyyəsi yüksələ və ya azala bilər. Bu zaman, qanınızda şəkərin səviyyəsinə adətən olduğundan daha tez-tez nəzarət etməyiniz tövsiyə olunur. Tresiba® inyeksiyasını etmәyi unutmuşsunuzsa İnsulin inyeksiyası etməyi unutmuşsunuzsa, bunu aşkar etdikdə qəbul etmədiyiniz dozanı yeridin, əmin olun ki, dozalar arasında ən azı 8 saat interval olsun; daha sonra müntəzəm olaraq gündə bir dəfə vurduğunuz doza qrafikinizi bərpa edin. Əgər aşkar etsəniz ki, qəbul etmədiyiniz əvvəlki dozanızın vaxtı mütəmadi qrafikinizdəki növbəti dozanızın vaxtı ilə üst-üstə düşür, ikiqat doza qəbul etməyin, müntəzəm olaraq gündə bir dəfə vurduğunuz doza qrafikinizi bərpa edin. Tresiba® inyeksiyaları dayandırılarsa Həkiminiz ilə məsləhətləşmədən insulin qəbulunuzu dayandırmayın. Əgər insulini qəbul etməsəniz, bu, qanda şəkərin səviyyəsinin çox yüksək olmasına və ketoasidoza (qanda turşuluğun həddən çox olması) gətirib çıxarda bilər, məsləhət üçün “Qanda şәkәrin sәviyyәsinin yüksәk olması әlamәtlәri” bölməsinə baxın. Әlavə təsirləri Bütün dərman preparatları kimi bu dərman da əlavə təsirlərə malik ola bilər, lakin bu hər kəsdə özünü göstərmir. Hipoqlikemiyaya (qanda şəkərin miqdarının çox aşağı olması) insulin müalicəsi zamanı tez-tez rast gəlinə bilər (10 insanda 1-dən çox hallarda). Bu çox ciddi ola bilər. Əgər qanınızda şəkərin miqdarı çox aşağı düşərsə, Siz huşunuzu itirə bilərsiniz. Ciddi hipoqlikemiya beyin zədələnməsinə səbəb ola və hətta həyati təhlükəli ola bilər. Əgər qanınızda şəkərin miqdarının az olmasının əlamətləri varsa, qanda şəkərin miqdarını artırmaq üçün dərhal bir tədbir görün. Məsləhət üçün “Qanda şәkәrin sәviyyәsinin aşağı olması әlamәtlәri” bölməsinə baxın. Əgər Sizdə bu insulinə və ya Tresiba® -nın tərkibində olan hər hansı maddəyə qarşı ciddi allergik reaksiyalar varsa (az rast gəlinən), Tresiba® -nın qəbulunu dayandırın və dərhal həkiminizə müraciət edin. Ciddi allergik reaksiyanın əlamətləri aşağıdakılardır: • yerli reaksiyalar bədəninizin digər hissələrinə yayılarsa, • özünüzü qəflətən pis hiss etməyə və tərləməyə başlayırsınızsa, • ürəkbulanmanız (öyümə) baş verirsə, • nəfəs almaqda çətinlik çəkirsinizsə, • tez-tez ürək döyüntüləriniz və ya baş gicəllənməsi başlayıbsa. İnyeksiya yerindә dәridә dәyişikliklәr İnsulini hər dəfə eyni yerə inyeksiya etdiyiniz zaman dərialtı piy toxuması nazikləşə (lipoatrofiya) və ya qalınlaşa (lipohipertrofiya) bilər (1000 nəfərdən 1-10 nəfərdə rast gəlinir). Dəri altındakı yığıntılar amiloid adlanan zülalın toplanması səbəbindən yarana bilər (dəri amiloidozu; baş vermə tezliyi məlum deyil). Yığıntılı, nazikləşmiş və ya qalınlaşmış nahiyəyə yeridildikdə insulinin təsiri zəifləyə bilər. Hər dəfə inyeksiya yerinin dəyişdirilməsi dəridə bu cür dəyişikliklərin baş verməsinin qarşısını almağa kömək edir. Digər əlavə təsirlərə aşağıdakılar daxildir: Tez-tez rast gәlinәn әlavә tәsirlәr (10-da 1-dәk hallarda) Yerli reaksiyalar: İnyeksiya etdiyiniz yerdə yerli reaksiyalar baş verə bilər. Əlamətləri bunlar ola bilər: ağrı, qızartı, övrə, ödem və qaşınma. Reaksiyalar adətən bir neçə gün sonra yox olur. Əgər bir neçə həftə sonra yox olmazsa, həkiminizə müraciət edin. Reaksiyalar ciddi olarsa, Tresiba® -nın istifadəsini dayandırın və dərhal həkiminizə müraciət edin. Daha ətraflı məlumat üçün yuxarıda ciddi allergik reaksiyalar hissəsinə baxın. Bәzәn rast gәlinәn әlavә tәsirlәr (100-dә 1-dәk hallarda) Oynaqlarda ödem: İnsulini ilk dəfə istifadə etməyə başladıqda, orqanizminiz adətən olduğundan daha çox maye saxlaya bilər. Bu da topuq və digər oynaqlar ətrafında ödemə səbəb ola bilər. Normalda bu, qısa-müddətli davam edən əlavə təsirdir. Nadir әlavә tәsirlәr (1000-dә 1-dәk hallarda) Bu dərman preparatı örə, dilin və dodaqların ödemi, ishal, ürəkbulanma, əzginlik və qaşınma kimi allergik reaksiyalara səbəb ola bilər. Diabetin müalicәsindәn yaranan ümumi tәsirlәr ► Qanda şәkәrin miqdarının çox aşağı olması (hipoqlikemiya) Qanda şәkәrin miqdarının çox aşağı düşmәsi aşağıdakı sәbәblәrdәn baş verә bilәr: Alkoqollu içki qəbulu; lazım olandan çox insulin qəbul edilməsi; adət etdiyinizdən çox fiziki hərəkətlər; adət etdiyinizdən daha az yemək və bir yemək qəbulunu buraxmaq. Qanda şәkәrin miqdarının çox aşağı düşmәsinin әlamәtlәri – bunlar qәfil baş verә bilәr: Baş ağrısı; qeyri-aydın nitq; tez-tez ürək döyüntüsü; soyuq tər, rəngi avazımış dəri; ürəkbulanma, bərk aclıq hissi; titrəmə yaxud da əsəbilik və ya narahatlıq hissi; qeyri-adi yorğunluq, zəiflik və yuxululuq hissi; çaşqınlıq, diqqəti toplamaqda çətinlik; görmə qabiliyyətinizdə qısa müddət davam edən dəyişikliklər. Qanda şәkәrin miqdarı çox aşağı düşdükdә nә etmәk lazımdır • Qlükoza həbləri qəbul edin və ya konfet, biskvit, meyvə şirələri kimi digər yüksək şəkərli çərəz yeyin (hər ehtimala qarşı qlükoza tabletləri və yüksək şəkərli çərəzləri həmişə özünüzlə daşıyın). • Mümkündürsə qanınızda şəkərin miqdarını ölçün və daha sonra istirahət edin. Bir neçə dəfə qanınızda şəkərin miqdarını ölçməyə ehtiyac ola bilər, belə ki, bütün bazal insulin preparatları ilə müalicə zamanı aşağı düşmüş qan şəkərinin yaxşılaşması müddəti uzana bilər. • Qanda şəkərin aşağı səviyyədə olması əlamətləri gedənə kimi və ya qanınızda şəkərin səviyyəsi tənzimlənənədək gözləyin. Daha sonra mütəmadi insulin müalicənizə davam edin. Əgәr Siz huşunuzu itirsәniz, başqalarının nә etmәsi lazımdır Birlikdə vaxt keçirdiyiniz hər kəsə diabet xəstəliyiniz barədə məlumat verin. Onlara, əgər qanınızdakı şəkərin miqdarı çox aşağı düşərsə nə baş verə biləcəyini, həmçinin huşunuzu itirə biləcəyiniz barədə deyin. Huşunuzu itirsəniz, onlara aşağıdakıları etməli olduqlarını deyin: • Sizi böyrü üstə uzatsınlar • dərhal tibbi yardım çağırsınlar • Sizə heç bir yemək və ya içki verməsinlər, çünki bu boğulmaya səbəb ola bilər. Qlükaqon hormonunun inyeksiyası ilə huşsuzluqdan daha tez ayılmaq mümkündür. İnyeksiyanı ancaq bacaran şəxs etməlidir. • Sizə qlükaqon inyeksiyası vurulubsa, huşsuzluqdan ayılan kimi dərhal şəkər və ya şəkərli çərəz qəbul etməlisiniz. • Qlükaqon inyeksiyası Sizə təsir etməzsə, xəstəxanada müalicə almalısınız. • Əgər qanınızda şəkərin miqdarının ciddi aşağı düşməsi vəziyyəti müəyyən zaman ərzində müalicə olunmazsa, beyin zədələnməsinə səbəb ola bilər. Bu qısamüddətli və ya uzunmüddətli ola bilər. Bu hətta ölümlə nəticələnə bilər. Aşağıdakı hallarda hәkiminizlә mәslәhәtlәşin: ► əgər qanınızda şəkərin miqdarı huşunuzu itirə biləcək qədər aşağı düşərsə ► əgər Siz qlükaqon inyeksiyası qəbul etmisinizsə ► əgər təzəlikcə bir neçə dəfə qanınızda şəkərin miqdarı çox aşağı düşübsə. Belə ki, insulin inyeksiyanızın dozasında və ya vaxtlarında, qəbul etdiyiniz qida və ya fiziki çalışmalarınızda dəyişiklik edilməsi tələb oluna bilər. ► Qanda şәkәrin miqdarının çox yüksәk olması (hiperqlikemiya) Qanda şәkәrin miqdarının çox yüksәlmәsi aşağıdakı sәbәblәrdәn baş verә bilәr: Adət etdiyinizdən daha çox yemək və ya daha az fiziki çalışmalar; alkoqollu içki qəbulu; infeksiya və ya qızdırma olduqda; lazım olandan daha az insulin qəbul etsəniz; lazım olandan daha az insulin qəbul etməyə davam edərsəniz; bir insulin dozanızı yeritməyi unutmuşsunuzsa və ya həkiminiz ilə məsləhətləşmədən insulininizin qəbulunu dayandırmısınızsa. Qanda şәkәrin miqdarının çox yüksәlmәsinin әlamәtlәri – bunlar adәtәn tәdricәn baş verir: Dərinin qızarıb quru olması; yuxululuq və ya yorğunluq hiss etmə; ağızda quruluq hissi və nəfəsdən gələn meyvə (aseton) qoxusu; tezləşmiş sidik ifrazı, susuzluq hiss etmə; iştahanın itməsi, ürəkbulanma və ya naxoşluq (öyümə və ya qusma). Bunlar ketoasidoz adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Bu orqanizmdə şəkər əvəzinə yağın parçalanması nəticəsində qanda turşunun yaranmasıdır. Müalicə olunmazsa, bu, diabetik komaya və hətta ölümə səbəb ola bilər. Əgәr qanınızda şәkәrin miqdarı çox yüksәlәrsә nә etmәk lazımdır • Qanınızda şəkərin miqdarını yoxlayın. • Sidiyinizi ketona görə yoxlayın. • Dərhal tibbi yardım alın. Əgər Sizdə hər hansı əlavə təsirlər olarsa, həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin. Bunlar bu içlik vərəqədə verilməyən hər hansı digər əlavə təsirləri də ola bilər.

Doza həddinin aşılması

Əgər lazım olandan artıq dozada insulin yeritsəniz, qanınızda şəkərin səviyyəsi çox aşağı düşə bilər (hipoqlikemiya), məsləhət üçün “Qanda şәkәrin miqdarının çox aşağı olması әlamәtlәri” bölməsinə baxın.

Buraxılış forması

1, 5 və 10 (2 x 5) ədəd 3 ml-lik hazır doldurulmuş qələm içlik vərəqə ilə birlikdə qutuya qablaşdırılır. Satışda butun ölçüdə qutular olmaya bilər. Hər hazır doldurulmuş qələmdə (3 ml-lik) 300 təsir vahidi (TV) insulin deqludek vardır.

Saxlanma şəraiti

Uşaqlar üçün görünməyən və əlçatmaz yerdə saxlayın. İlk dәfә istifadә etmәzdәn әvvәl Soyuducuda (2-8°C) saxlayın. Soyuducu elementdən uzaqda saxlanılmalıdır. Dondurmayın. İşıqdan qorumaq üçün qələmin qapağını bağlı saxlayın. İlk dәfә açdıqdan sonra vә ya ehtiyat kimi yanınızda daşıyırsınızsa Hazır doldurulmuş Tresiba® qələminizi (FleksTaç ) özünüzlə daşıya bilərsiniz və onu otaq temperaturunda (30C-dən yuxarı olmamalıdır) ya soyuducuda (2-8°C) 8 həftəyədək saxlaya bilərsiniz. Qələmdən istifadə etmədikdə, işıqdan qorumaq üçün daima qələmin qapağını bağlı saxlayın. Dərman preparatları çirkab sularına axıdılmamalı və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq lazım olmayan dərman preparatının necə utilizasiya edilməsi barədə əczaçınızdan soruşun. Bu cür tədbirlər ətraf mühiti qorumağa kömək edəcək.

Yararlılıq müddəti

Yararlıq müddəti etiketinin və qutunun üzərində “Expiry” sözündən sonra göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil olunur.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. Marketinq lisenziyasının sahibi və İstehsalçı Novo Nordisk A/S. Novo Alle. DK-2880 Baqsvaerd, Danimarka.

İstehsalçı

Novo Nordisk Prodakşn SAS, 45 Avenue d`Orleans, F-28000 Şartr, Fransa. ® ® ® Tresiba®, FleksTaç , NovoFayn vә NovoTvist Danimarka, Novo Nordisk A/S şirkәtinә aid ticarәt nişanlarıdır. © 2020 Novo Nordisk A/S. Hazır doldurulmuş qələmdə (FleksTaç ) inyeksiya üçün 100 TV/ml məhlul Tresiba® -dan istifadə qaydası Hazır doldurulmuş FleksTaç qələmindən istifadə etməzdən əvvəl zəhmət olmazsa bu istifadə təlimatlarını diqqətlə oxuyun. Əgər istifadə qaydalarına diqqətlə riayət etməsəniz, çox az və ya həddən artıq miqdarda insulin qəbul etmiş ola bilərsiniz, bu da qanda şəkərinizin miqdarının xeyli artmasına və ya azalmasına səbəb ola bilər. Həkiminiz və ya tibb bacınızdan lazımi təlimat almadan qələmdən istifadə etməyin. Qələminizi yoxlamağı onun 100 TV/ml Tresiba® olduğundan əmin olmaqla başlayın, daha sonra qələminizin müxtəlif hissələrini və iynəni öyrənmək üçün aşağıdakı şəkillərə baxın. Әgər sizin gözləriniz görmürsə və ya zəif görürsünüzsə və qələmin üzərindəki doza hesablayıcısını oxuya bilmirsinizsə, bu qələmdən kömək olmadan istifadə etməyin. Görmə qabiliyyəti yaxşı olan, FleksTaç hazır doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Sizin qələminiz içərisində 300 təsir vahidi insulin olan hazır doldurulmuş dozatorlu insulin qələmidir. Siz 1 TV artıra-artıra hər doza üçün maksimum 80 TV seçə bilərsiniz. ® ® Sizin qələminiz uzunluğu 8 mm qədər olan NovoTvist və ya NovoFayn birdəfəlik iynələri ilə istifadə üçün nəzərdə tutulub. Qutuda iynələr təmin edilmir. Vacib məlumat Aşağıdakı məlumatlara xüsusi diqqət yetirin, belə ki, bunlar qələmdən düzgün istifadə üçün vacibdir. ® ® Tresiba FleksTaç qələm və iynə (nümunə) İynəninQələmin böyükqapağı qapağı İynənin iç qapağı İynə Qoruyucu kağız ilgək İnsulin şkalası İnsulin pəncərəsi Qələmin etiketi Doza hesablayıcısı Doza işarətləyici xətt Dozator Doza düyməsi 1. Qələmin hazırlanması • Qələmin adını və etiketinin üzərində hansı doza həcminin olduğunu yoxlayın ki, onun 100 TV/ml Tresiba® olduğuna əmin olasınız. Əgər Siz bir neçə növ insulindən istifadə edirsinizsə, bu xüsusilə vacibdir. Əgər yanlış növ insulindən istifadə edirsinizsə, qanda şəkərinizin miqdarı xeyli arta və ya azala bilər. • Qələmin qapağını çıxardın. A • Qələminizin içərisindəki insulinin şəffaf və rəngsiz olduğuna əmin olun. İnsulin pəncərəsindən baxın. Əgər insulin bulanıq görünürsə, qələmdən istifadə etməyin. B • Təzə iynə götürün və onun üzərindən qoruyucu kağız ilgəyi çıxardın. C • İynəni qələmə birbaşa basıb taxın. Möhkəm sıxılanadək onu burun. D • İynənin böyük qapağını çıxardın və saxlayın. O, Sizə inyeksiyadan sonra iynəni qələmdən düzgün çıxartmaq üçün lazım olacaq. E • İynənin iç qapağını çıxardın və atın. Əgər Siz onu geriyə taxmağa çalışsanız, iynəni təsadüfən özünüzə batıra bilərsiniz. İynənin ucunda insulin damcısı görünə bilər. Bu normaldır, lakin Siz yenə də insulin axınını yoxlamalısınız. F Hər inyeksiya üçün həmişə yeni iynədən istifadə edin. Bu, çirklənmə, yoluxma, insulinin axması, gözü tutulmuş iynələrdən istifadə və qeyri-dəqiq doza yeridilməsi risklərini azaldır. Heç zaman əyilmiş və ya zədələnmiş iynələrdən istifadə etməyin. 2. İnsulin axınının yoxlanması • İnyeksiyaya başlamazdan əvvəl həmişə insulin axınını yoxlayın. Bu, Sizin tam insulin dozanızı aldığınızdan əmin olmağa kömək edir. • 2 TV seçmək üçün dozatoru fırladın. Әmin olun ki, doza hesablayıcısı 2-ni göstərir. A 2 vahid seçilib • Qələmi iynəsi yuxarı doğru tutun. Qələmin yuxarısına barmaqla yavaşca bir neçə dəfə tıqqıldadın ki, bütün hava köpükləri yuxarıda toplansın. B • Doza düyməsini basın və doza hesablayıcısı 0-a qayıdanadək saxlayın. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. İnsulin damcısı iynənin ucunda görsənməlidir. C İynənin ucunda kiçik hava köpüyü qala bilər, lakin o, inyeksiya zamanı yeridilməyəcəkdir. Әgər damcı görünməzsə, 2A-dan 2C-dək olan addımları 6 dəfədən çox olmamaq şərtilə təkrarlayın. Bundan sonra da insulin damcısı görünməzsə, iynəni dəyişin və 2A-dan 2C-dək olan addımları bir daha təkrarlayın. Әgər insulin damcısı yenə də görünməzsə, qələmi atın və yenisini istifadə edin. İnyeksiyanı yeritməzdən əvvəl həmişə əmin olun ki, iynənin ucunda damcı görünür. Bu insulin axınının normal olduğunu göstərir. Əgər heç bir damcı görünməzsə, hətta doza hesablayıcısı tərpənsə belə,insulin inyeksiyasını etməyin. Bu iynənin gözünün tutulmuş və ya zədələnmiş olduğunu göstərir. İnyeksiyadan öncə həmişə axını yoxlayın. Axını yoxlamasanız, çox az miqdarda insulin qəbul etmiş və ya heç insulin qəbul etməmiş olacaqsınız. Bu da qanda şəkərin miqdarının xeyli artmasına gətirib çıxara bilər. 3. Dozanızın seçimi • İnyeksiyaya başlamazdan əvvəl əmin olun ki, doza hesablayıcısı 0-ın üzərindədir. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. • Həkiminiz və ya tibb bacınızın Sizə təlimat verdiyi üsulla Sizə lazım olan dozanı seçmək üçün dozatoru fırladın. Əgər səhv doza seçsəniz, Siz dozanı düzəltmək üçün dozatoru irəli və ya geri fırlada bilərsiniz. Qələmdə maksimum 80 TV-dək seçilə bilər. A Nümunələr 5 vahid seçilib 24 vahid seçilib Dozator vahidlərin sayını dəyişir. Yalnız doza hesablayıcısı və doza işarətləyici xətt hər dozaya neçə TV seçdiyinizi göstərəcək. Siz hər doza üçün 80 təsir vahidinədək seçə bilərsiniz. Qələminizdə 80 TV-dən az qalıbsa, doza hesablayıcısı qələmdə qalmış TV-lərin sayında dayanacaqdır. Dozator irəli, geri fırladıldıqda və ya qalan TV-lərin sayını keçdikdə fərqli səslə çıqqıldayır. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. İnsulin inyeksiyanızı etməzdən əvvəl neçə TV seçdiyinizi yoxlamaq üçün həmişə doza hesablayıcısı və doza işarətləyici xətdən istifadə edin. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. Əgər səhv dozanı seçib inyeksiya etsəniz, qanda şəkərinizin miqdarı xeyli arta və ya azala bilər. İnsulin şkalasından istifadə etməyin, o, qələminizdə nə qədər insulinin qaldığını yalnız təxminən göstərir. 4. Dozanızın inyeksiya edilməsi • Həkiminiz və ya tibb bacınızın Sizə göstərdiyi üsulla iynəni dərinizə batırın. • Әmin olun ki, doza hesablayıcısını görə bilirsiniz. Doza hesablayıcısına barmaqlarınızla toxunmayın. Bu inyeksiyanı dayandıra bilər. • Doza düyməsini doza hesablayıcısı 0-a qayıdanadək basıb saxlayın. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. Siz çıqqıltıları eşidə və ya hiss edə bilərsiniz. • Tam dozanızı aldığınıza əmin olmaq üçün iynəni dərinizin altında ən azı 6 saniyə saxlayın. A 6 saniyə • İynəni və qələmi dərinizdən düz dartıb çıxardın.Əgər inyeksiya yerində qan görünərsə, pambıq tampon ilə yüngülcə basın. Həmin nahiyəni silməyin. B İnyeksiyadan sonra da iynənin ucunda insulin damcısı görünə bilər. Bu normaldır və Sizin dozanıza təsir etmir. Neçə TV inyeksiya etdiyinizi bilmək üçün həmişə doza hesablayıcısını izləyin. Doza hesablayıcısı vahidlərin dəqiq sayını göstərəcəkdir. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. İnyeksiyadan sonra doza hesablayıcısı 0-a çatana kimi doza düyməsini basıb saxlayın. Doza hesablayıcısı 0-a çatmadan dayanırsa, bu dozanın tam yeridilmədiyini göstrərir, bu da qanda şəkərin miqdarının xeyli artması ilə nəticələnə bilər. 5. İnyeksiyadan sonra • İynəyə və ya onun böyük qapağına dəymədən düz səthin üzərində iynənin ucunu iynənin böyük qapağına salın. A • İynəni qapağına saldıqdan sonra ehtiyatla böyük iynəni qapağını tam bağlayın. • İynəni burub çıxardın və ehtiyatla atın. B • Hər istifadədən sonra insulini işıqdan qorumaq üçün qələmin qapağını üzərinə taxın. C Hər inyeksiyadan sonra həmişə iynəni atın. Bu çirklənmə, yoluxma, insulinin axması, gözü tutulmuş iynələrdən istifadə və qeyri-dəqiq doza yerdilməsi risklərini azaldır. Əgər iynənin gözü tutulubsa, Siz insulini inyeksiya etməməlisiniz. Qələm boşdursa, onu üzərində iynə olmadan həkiminiz, tibb bacınız, əczaçınız və ya yerli səlahiyyətli orqanların təlimatlandırdığı üsulla atın. Heç zaman iynənin iç qapağını geri iynənin üzərinə taxmağa çalışmayın. İynəni özünüzə batıra bilərsiniz. Hər inyeksiyadan sonra həmişə iynəni çıxardın və qələminizi iynə taxılmamış vəziyyətdə saxlayın. Bu, çirklənmə, yoluxma, insulinin axması, gözü tutulmuş iynələrdən istifadə və qeyri-dəqiq doza yerdilməsi risklərini azaldır. 6. Qələmdə neçə vahid insulinin qalmasının yoxlanması • İnsulin şkalası qələminizdə nə qədər insulinin qaldığını yalnız təxminən göstərir. A Təxmini nə qədər insulin qalıb • Qələminizdə dəqiq nə qədər insulin qaldığını yoxlamaq üçün doza hesablayıcısından istifadə edin: Doza hesablayıcısı dayananadək dozatoru fırladın. Əgər o, 80-i göstərərsə, qələminizdə ən azı 80 TV insulin qalıb. Əgər o, 80-dən az rəqəmi göstərərsə, göstərilən rəqəm qələminizdə qalan insulin vahidlərinin sayıdır. B Nümunə Doza hesablayıcı xətt dayandı: 52 vahid qalıb • Doza hesablayıcısı 0-ı göstərənədək dozatoru geri fırladın. • Əgər Sizə qələminizdə qalan vahidlərin sayından çox insulin yeritmək lazımdırsa, Siz dozanızı iki qələm arasında bölüşdürə bilərsiniz. Dozanızı bölürsünüzsə, dəqiq olun ki, düzgün hesablayasınız. Əgər şübhəniz varsa, tam dozanızı yeni qələmdən qəbul edin. Əgər dozanızı səhv bölsəniz, çox az və ya xeyli miqdarda insulin inyeksiya etmiş olarsınız, bu da qanda şəkərin miqdarının xeyli artmasına və ya azalmasına gətirib çıxara bilər. Әlavə vacib məlumatlar • Həmişə qələminizi özünüzlə daşıyın. • İtərsə və ya zədələnərsə deyə, həmişə özünüzlə əlavə qələm və yeni iynələr daşıyın. • Həmişə qələminizi və iynələri başqaları üçün, xüsusilə də, uşaqlar üçün görünməyən və əlçatmaz yerdə saxlayın. • Heç zaman qələminizi və ya iynələrinizi başqa insanlarla bölüşməyin. • Bu keçici infeksiyaya gətirib çıxara bilər. • Heç bir zaman qələminizi başqa insanlarla bölüşməyin. Sizin • dərman vasitəniz başqalarının sağlamlığına zərərli ola bilər. • İynələrin batması və bir-birindən infeksiyaya yoluxma riskini azaltmaq üçün, istifadə olunmuş iynələr ilə çox ehtiyatla davranın. Qələmin saxlanılması Qələminizlə çox ehtiyatla davranın. Ehtiyatsız davranma və səhv istifadə qeyri-dəqiq dozaya səbəb ola bilər ki, bu da qanda şəkərin miqdarının xeyli artmasına və ya azalmasına gətirib çıxara bilər. • Qələminizi maşında və ya çox isinə və ya soyuya biləcəyi hər hansı digər yerdə qoyub getməyin. • Qələminizi tozlanmağa və ya çirklənməyə məruz qoymayın və onu mayeyə vurmayın. • Qələminizi yumayın, islatmayın və ya heç nə ilə sürtməyin. Əgər lazım olarsa, onu yumşaq yuyucu vasitədə isladılmış parça ilə təmizləyin. • Qələminizi əlinizdən salmayın və yaxud bərk səthlərə vurmayın. • Əgər əlinizdən düşübsə və ya problemin olduğundan şübhələnirsinizsə, inyeksiya etməzdən əvvəl yeni iynə taxın və insulin axınını yoxlayın. • Qələminizi təkrar doldurmağa çalışmayın. O, boşaldıqdan sonra, atılmalıdır. • Qələminizi təmir etməyə və ya onu hissələrə ayırmağa çalışmayın.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRESIBA 3ML N5 AMP” üçün ilk rəyi siz yazın.